İlham Əliyev Ermənistana xəbərdarlıq etdiMən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən deyib.

"Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar", - dövlət başçısı bildirib.
Gürcüstanda 2 azərbaycanlı güllələndiGürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda iki nəfər güllələnib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, həmin şəxslərə evə qayıdarkən naməlum şəxs və ya şəxslər odlu silahdan atəş açıblar.

Yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Faktla bağlı istintaqa başlanılıb.
Azər Süleymanov Azərbaycan Prezidentini təbrik edibMöhtərəm Prezident cənab İlham Əliyevə!

2020-ci ilin son ayları həm Azərbaycan xalqının həyatında, həm də dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların ömüründə ən unudulmaz günlər kimi yazıldı.

1988-ci ildən bəri Azərbaycanın sağalmaz yarasına çevirilən Qarabağ itkisi bu il 27 sentyabrda “Vətən müharibəsi” adı ilə başlamaqla bu savaş bütövlüklə Azərbaycanın Ermənistan üzərində möhtəşəm hərbi qələbəsilə nəticələndi. Bu qələbənin memarı və bir başa müəllifi Ali Baş Komandanımız - Sizsiniz.

Sizin dəqiqliklə yürütdüyünüz daxili və xarici siyasətin sayəsində biz bir daha əmin olduq ki, Ulu Öndərimiz Azərbaycanımızı etibarlı əllərə əmanət etmişdir. Siz, dünyada yaşayan biz Azərbaycanlılara həm mənfur düşmənin təslim aktını necə imzaladığını, həm də Bakıda Zəfər paradını necə fəxarətlə qəbul etməyinizi göstərməklə hamımıza bir ömür sevinc bəxş etdiniz.
Məxsusi olaraq bu ilki Ad gününüzü işğaldan azad olunmuş torpaqlarda - Qubadlıda və Zəngilanda əsgərlərimizlə birgə qeyd etməyiniz Ali Baş Komandana laiq nadir insani xüsusiyyətiniz kimi hamımızı qürurlandırdı.

Sizin “Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var! Qarabağ Azərbaycandır! - bu deyimlərinizi məhz bu ilin sonunda bütün dünyaya sübut etməyinizdən gözəl Ad gününüzə hədiyyə ola bilməz.
Hörmətli İlham Heydər oğlu!

Sizi Ad gününüz münasibətilə Gürcüstandakı soydaşlarimız adından səmimi qəlbdən təbrik edir, sağlam həyat, ailə səadəti və uzun ömür diləyirəm.

Hörmətlə: Azər Süleymanov,
Gürcüstan Parlamentinin sabiq deputatı
Xalq-hakimiyyət-ordu birliyi İraq mediasındaAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyevin İraqın http://afkarhura.com saytında ərəb (http://afkarhura.com/?p=24005) və türk (http://afkarhura.com/tr/?p=6861) dillərində Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi, ərazi bütövlüyünün təmin olunması, Azərbaycan bayrağının Şuşada dalğalanması, eyni zamanda Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal atında saxlaması nəticəsində törətdiyi terror hadisələri ilə bağlı yazısı dərc olunub.

C.Şahverdiyev deyib ki, 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qələbəsi Paşinyan hakimiyyətini və onun havadarlarını şoka salıb. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında bağlanmış bəyanat işğalçı ölkəni diz üstə çökdürüb.

Müəllif bildirib ki, bundan sonra sənədə əsasən işğal altında olan bir neçə rayonun itkisiz azad edilməsi Azərbaycanın düşmən üzərində tam qələbəsi və Ali Baş Komandan Cənab İlham Əliyevin Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyi ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatların sübutudur: “Ermənilər işğal altında saxladıqları rayonlarımızı tərk edərkən misli görünməyən vəhşiliklərə əl atıblar. Evləri yandırıblar, tarixi abidələrimizi dağıdıblar, ekoloji terrora əl atıblar, bir sözlə torpağımızın üstündə nə vardısa hamısını yerlə- yeksan ediblər. Düzdür, bu, milyardlarla manat ziyan deməkdir. Dağıdılan rayonlarımızın bərpasına illər lazım gələcək. Azərbaycan hökuməti həmin rayonlarda həyatı bərpa edəcək. Soydaşlarımız tarixi yerlərinə qaytarılacaq, həyat öz axarı ilə davam edəcək. Amma bu vəhşiliklərə görə ermənilər cavab verəcəklər”.

C.Şahverdiyev deyib ki, Azərbaycanın işğalçı Ermənistan üzərində tam qələbəsi xalq-hakimiyyət-ordu birliyinin təzahürüdür. Xalq öz rəhbərinə, ordusuna inandı, güvəndi. Qazanılan zəfərin əsasında da xalq-hakimiyyət-ordu birliyi dayanır.

Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik siyasəti bu birliyin yaranmasına, möhkəmləsinə istiqamətlənib: “Bu gün Ali Baş Komandanımızın ətrafında möhkəm xalq-ordu birliyi mövcuddur. Bu birlikdən güc alıb Vətən uğrunda haqlı savaşda zəfər qazandıq. Bu gün əldə etdiyimiz qələbə bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir. Xalqımız bu gün qürurverici günlərini yaşayır. Ölkəmizin təhlükəsizliyini qoruyan ordu ilə yanaşı, onunla daim bir olan xalqımız var. Azərbaycan Prezidenti, Ali Baş Komandanın ətrafında möhkəmlənən xalq-ordu birliyi həm xalqın, həm ölkənin qüdrətini, gücünü, həm də hakimiyyətə inamı, etibarı artırır”.

C.Şahverdiyev onu da qeyd edib ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi üçün orduya minlərlə gəncin könüllü yazılması faktı xalqımızın öz dövlətinə, Ali Baş Komandanına sadiqliyini göstərdi: “Biz inanırdıq və əmin idik ki, Ali Baş Komandanımızın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Əmin idik ki, Prezidentimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Qarabağ azad olunacaq, münaqişə öz ədalətli həllini tapacaq. Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Xalq da öz liderinə güvəndi, ona arxayınlaşdı. 44 gün ərzində aparılan uğurlu hərbi əməliyyatlarda xalqımız düşmənə qarşı əsgərlərimizlə çiyin-çiyinə döyüşdü. Orduya maddi-mənəvi dəstək oldu. Bu, Azərbaycan xalqının əzmkarlığının, məğlubedilməzliyinin, birliyinin göstəricisidir. Bu birliyi yaradan Ali Baş Komandanımız, cənab İlham Əliyevin müdirk və uzaqgörən siyasəti, fəaliyyətidir ki, xalq bir daha ona olan inamını, etibarını sübut etdi. Dünya birliyimizin şahidi oldu, qibtə etdilər bizə. Belə bir birlik varsa heç kəs bizə qalıb gələ bilməz. Qarabağ Azərbaycandır!”
“Nidanın gücü, gücün nidası”nın qalibləri – Foto“Uşaqların Gələcəyi Naminə” təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsinə yekun vurulub.

Bu barədə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva məlumat verib.

O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin Valdayda qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrilib.

Müsabiqənin yekunlarına əsasən, I yerə 24 balla “Vətən müharibəsində nidalar durğu işarəsindən vətənpərvərliyimizin ifadəsinə çevrildi!” məqaləsi ilə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının 7c sinif şagirdi Mustafa Səməd oğlu Vəkiloğlu, II yerə 22 balla “Nidanı yaradanlar” məqaləsi ilə Bakı Avropa Liseyinin IX sinif şagirdi Mömünəxatın Tahir qızı Məmmədova, III yerə 21 balla “Mənim vətənimi xilas edən nida” məqaləsi ilə Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8d sinif şagirdi Ayxan Xalid oğlu Kazımov layiq görülüb.

Beyləqan şəhəri Təbiət və humanitar fənlər təmayüllü liseyin 5b sinif şagirdi Ayxan Əliyev isə “Nidanın gücü” məqaləsinə görə həvəsləndirici mükafatla təltif edilib.
İtaliya Prezidenti İlham Əliyevi təbrik etdiİtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu ilin əvvəlində Azərbaycan və İtaliya arasındakı sıx əlaqələri daha da möhkəmləndirən dövlət səfəriniz çərçivəsində keçirdiyimiz görüşü xüsusi məmnunluq hissi ilə xatırlayıram.

İnanıram ki, Cənub Qaz Dəhlizinin yaxın zamanlarda tamamlanması ilə bir daha öz təsdiqini tapan ölkələrarası əlaqələrimiz geniş və səmərəli əməkdaşlığımızın mövcud olduğu bütün sahələrdə yeni bir impuls qazanacaq.

Sizə dostcasına ən səmimi təbriklərimi çatdırır, özünüzə və ailənizə rifah arzu edirəm".
Ərdoğan İlham Əliyevə zəng etdiTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev Türkiyə Prezidentinə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
MHP sədri Prezident İlham Əliyevi təbrik etdiMilli Həmrəylik Partiyasının (MHP) mətbuat xidmətindən verilən məlumata görə, partiyanın sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Partiya sədrinin təbrik yazısında deyilir:

“Əvvəllər 24 dekabr bütün azərbaycanlılar üçün sıradan bir gün, təqvimin adi günlərindən biri hesab olunurdu. Lakin indi biz bu günü tarixi hadisə kimi qeyd edirik. Bunun da əsas səbəbkarı Prezident İlham Əliyevdir. Açığı, öz doğum gününün tarixi hadisə kimi qeyd olunmasına nail olmaq heç də hər liderə qismət olmur. İlham Əliyev isə son 17 il ərzində buna nail olmağı bacardı. Özü də əmrlə, göstərişlə yox, əz əməlləriylə, öz İMZAsıyla, şəxsi nümunəsi ilə buna nail oldu. Bəli, son 17 ildə Azərbayanın bütün sahələrdə qazandığı uğurlar bu gün bu fikri böyük inam və fəxr hissi ilə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, əsl qurucu Liderdir. Dövlət başçımız hələ 2003-cü ildə ilk dəfə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanı Qafqazın lider dövlətinə çevirə bildi. O bununla eyni zamanda “Güclü dövlət, uğurlu Lider“ konsepsiyasını reallaşdırmış və nümayiş etdirmiş oldu.

Məhz son 17 ildə qazanılan uğurların məntiqi yekunu olaraq 44 günlük müharibədə qazanılan tarixi Qələbəmizin sayəsində Azərbaycan Respublikası 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Həmrəylik gününü özünün ərazi bütövlüyü çərçivəsində, Qarabağımızla birlikdə qarşılayacaq. İstənilən bir azərbaycanlı üçün, dünyadakı bütün azərbaycanlılar üçün bundan daha möhtəşəm nə ola bilər ki? Ərazisində münaqişə ocaqları yerləşən bir çox ölkələrdən fərqli olaraq Azərbaycan hərb və siyasət tarixində bir ilkə imza atdı, 30 illik (əslində isə 200 illik) tarixçəsi olan ağır bir münaqişəni cəmi 44 gün ərzində apardığı qalibiyyətli müharibə yolu ilə həll etdi və beləliklə, dünya diplomatiyasının, böyük güclərin illərlə çözə bilmədiyi münaqişəni effektiv surətdə çözdü. Bu isə bir Liderin bütün azərbaycanlılara həqiqətən də ən böyük hədiyyəsi və əvəzsiz xidməti oldu.

Beləliklə, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik etdiyi İkinci Qarabağ Müharibəsinin Zəfərlə sona çatması zədələnmiş milli qürurumuzu, milli özgüvənimizi, savaş ruhumuzu yenidən özümüzə qaytardı. Biz ruhumuzun oyanışının canlı şahidləri olduq. Millət yenidən doğuldu. Tarix yenidən yazıldı. Məğlubiyyət tariximiz Zəfər tarixi ilə əvəzləndi. Utanc hissimiz qürur hissimizlə əvəzləndi. Millətimizin, Dövlətimizin, Ordumuzun, Ali Baş Komandanımızın düşmənin başını əzən “Dəmir Yumruğ”u azərbaycanlıların milli xarakterini və savaş gücünü bütün dünyaya göstərdi, dostlarımızı sevindirdi, düşmənlərimizi isə məyus etdi.

Bu möhtəşəm Qələbənin ssenarisini hələ illər öncə məhz İlham Əiyev yazmışdı. Onun son 17 ildə ardıcıl şəkildə yeritdiyi siyasət və qazanılan uğurlar Vətən Müharibəsindəki qələbəmizi təmin etdi. 2003-dən yazılmasına başlanılan Zəfər ssenarisi 2020-ci ildə Azadlıq meydanında Zəfər Paradı ilə başa çatdı. Dünya xalqları 2020-ci ili öz tarixlərinin ən pis ili kimi, pandemiya ili, fəlakət ili kimi qiymətləndirdikləri halda, Şanlı Azərbaycan Ordusu və bu Ordunun müdrik sərkərdəsi, Ali Baş Komandanı 2020-ci ili Qələbə ilinə çevirməyi bacardı. Bəli, biz dünyanın yeganə xalqıyıq ki, eyni vaxtda iki şərə qarşı mübarizə apardıq. Bir tərəfdən koronavirusa qarşı var gücümüzlə mübarizə aparmağa çalışdıq, digər tərəfdən isə daha böyük şərin – erməni faşizminin başını əzdik. Beləliklə, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şəhid və qazilərimizin canı, qanı bahasına Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad edildi. Millətimiz, Dövlətimiz və Ordumuz mümkünsüzü mümkün etdi, gerçəyə çevirdi. Biz Zəfər qazandıq. Bu Zəfər tarixinin isə bir müəllifi var - Prezident və Ali Baş Komandan İlham Əliyev!

Cənab Prezident tarixə torpaqlarımızın xilaskarı kimi düşdü. Son 300 ildə bu şərəfli Missiya Azərbaycan xalqının heç bir liderinə nəsib olmamışdı. Necə deyərlər, tarix əyani şahiddir. İlham Əliyev çox qısa bir zaman kəsiyində - 44 gün ərzində Azərbaycanın ən yeni tarixini – Uğur və Zəfər tarixini yazdı. Qədirbilən Azərbaycan xalqı da öz növbəsində ona Zəfər Gününün sevincini yaşadan dövlət başçımızın ətrafında yumruq kimi birləşdi. Eləcə də 50 siyasi partiya əsl Milli Həmrəylik nümunəsi göstərərək Ali Baş Komandanımızın yanında yer aldı, Ordumuza dəstək oldu. Sədri olduğum MHP də bu partiyaların cərgəsində idi. Bəli, İlham Əliyev öz liderlik xarizması ilə biz siyasiləri də bir araya gətirməyi bacardı.

Bundan sonra İlham Əliyevin tarixdə həmişə öz xüsusi yeri olacaq. Çünki o Qarabağımızı yenidən bizə qaytarmış Liderdir. Heç də təsadüfi deyil ki, 44 günlük müharibə dönəmində xarici telekanallara verdiyi müsahibələrinin birində jurnalistin “Tarixdə necə qalmaq istərdiniz” sualınını cavablandırarkən Prezident İlham Əliyev tarixdəki yerini və rolunu da məhz Qarabağ məsələsinin həlli ilə əlaqələndirmişdi: “Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub”.

Prezidentin bu cavabı mükəmməl və səmimi cavab idi. Prezident bu sözü ilə məhz xalqın fikirinin onunçün həmişə əsas olduğunu bir daha nümayiş etdirmiş. Deməli, Prezidentin tarixdə necə qalacağını da məhz xalqın fikiri müəyyən edəcəkdi. Xalqın fikiri isə artıq bəllidir. Xalqımız İlham Əliyevi hər zaman fateh Lider kimi xatırlayacaq. Biz əminik ki, İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz də tezliklə yenidən canlanacaq, dirçələcək. Qarabağ yenidən Azərbaycanın füsunkar bir parçasına çevriləcək. Xatırlayırsınızsa, Prezident İlham Əliyev Şuşanın işğaldan azad edildiyi gün demişdi ki, “Əziz Şuşa, biz səni yenidən dirçəldəcəyik!”. Prezident bu sözünü, bu vədini inşAllah tezliklə gerçəyə çevirəcək.

Mən bu gün fürsətdən istifadə edib bütün məcburi köçkünlər adından, bütün Qubadlı camaatı adından cənab Prezidentə bir daha öz təşəkkürümüzü bildirmək istəyirəm. Çünki “məcburi köçkün” adının ağır və əzici yükündən artıq xilas olmuşuq. İndi də tezliklə öz evlərimizə qayıdacağımız, öz ocaqlarımıza qovuşacağımız günü gözləyirik.

Eyni zamanda bütün MHP üzvləri adından möhtərəm Prezidentimizi doğum günü münasibətilə ürəkdən təbrik edirəm! Biz Milli Həmrəylik Partiyası olaraq Sizinlə fəxr edirik, cənab Prezident! Bütün Azərbaycan xalqı, bütün Türk dünyası Sizinlə qürur duyur! Doğum gününüz mübarək olsun! Çox yaşayın!"

Hörmətlə:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Erməni katolikosdan sərsəm bəyanatBütün ermənilərin katolikosu birinci Aram 2021-ci ili “artsax ili” elan edib.

Axar.az xəbər verir ki, bu sözləri ermənişünas alim İsmayıl Tanrıverdi deyib.

“Klikiyada oturub ermənilərə göstəriş verən, xalqının, ölkə başçısının acı məğlubiyyətindən utanmayan bu “din xadimi” indi də 2021-ci ili “artsax ili” elan edib.

Bir ölkənin ki dini lideri öz xalqını bilərəkdən qonşu ölkənin torpaqlarını işğal etmək üçün səfərbər olmağa çağırır, ondan və ya o xalqdan nə gözləyəsən? Yəqin ki, bu çağırışın mənasının nə olduğunu izah etməyə ehtiyac yoxdur.

Bu, erməni xalqının günahıdır ki, özünə düzgün “lider” və ya “dini lider” seçməyib”, - İ.Tanrıverdi bildirib.
Putin İlham Əliyevə zəng etdiAzərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Avrasiya.net xəbər verir ki, məlumatı Kremlin Mətbuat Xidməti yayıb.

“Telefon danışığı zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi səmimi-qəlbdən təbrik edib”, - məlumatda bildirilib.

V.Putin həmçinin Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib.