Bu ərazilər də Azərbaycana verilir - AbramyanDaha bir sıra ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ehtimalı var. Artıq ilkin razılaşmanın qeydə alındığı da bildirilir.

Axar.az xəbər verir ki, bu fikirləri "Henaket" Ermənistan analitik mərkəzinin rəhbəri Tiqran Abramyan bildirib.

Onun sözlərinə görə, hazırda Gorus-Qafan yolunun böyük bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsi prossesi gedir.

“Bundan əvvəl Hadrut rayonunda Çaylaqqala və Köhnə Tağlar kəndləri, cənub istiqamətində strateji əhəmiyyət daşıyan Ziyarət dağı da Azərbaycan nəzarətinə keçmişdir", - deyə Abramyan bildirib.
Fazil Qurbanov vəfat etdiRusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Fazil Qurbanov vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Qurbanov 1944-cü ildə Bakı şəhərində anadan olub. F.Qurbanov tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvüdür (2017).
Böyükağa Mikayıllı: “Bu hərəkət mənəvi aşınmanın nəticəsidir”“187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın məlum ad günü videosunu izlədim. Biz bu gün şəhidlərimizə matəm saxladığımız, Nazirlər Kabinetinin məlum qərarı ilə ölkədə tətbiq olunan sərt karantin rejimi şəraitində belə bir mərasim düzənlənməsinə görə məktəb direktorunu haqlı olaraq məzəmmət edirik. (Əslində adi vaxtlarda da məktəb direktorunun özünə dəbdəbəli ad gün keçirməsi normal hal sayıla bilməz. İnsan ən azındn təvazökar olmalı, vəzifə mövqeyindən sui-istifadəyə yol verməməlidir.) Təhsil nazirliyi də “şiddətli töhmət”lə öz mövqeyini sərgilədi.

Yəni hesab olundu ki, ölkənin mövcud durumunda belə bir nöqsana yol vermiş şəxsə töhmət verməklə kifayətlənmək olar. Düşünürəm ki, Nailə Məmmədovanın mənəvi dəyərlərə və hüquqa zidd bu addımının kökləri daha dərindir”, deyə Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü Böyükağa Mikayıllı vurğulayıb.

O, qeyd edib ki, yanlış addım hələ illər öncə belə bir şəxsin direktor təyin edilməsi ilə atılıb. Necə olub ki, belə bir adam direktorluğa gətirilib. Tutaq ki, tanımayıblar, bilməyiblər, direktor təyin ediblər. Bəs axı neçə müddətdir ki, mətbuat bu adamın direktor kimi fəaliyyətini tənqid edir, ciddi nöqsanlarının olduğunu yazır, bu günə kimi niyə onun haqqında bir ölçü götürülmür? Yəni bu, o qədər çətindir? Hansı nailiyyətlərinə, hansı uğurlarına görə belə adamlar direktorluğa gətirilir və uzun illər vəzifədə saxlanılır?

Böyükağa Mikayıllının sözlərinə görə, bu hərəkət mənəvi aşınmanın nəticəsidir və təlim-tərbiyə müəssisəsində işləmək belə adamlara yaraşmaz. Bu, qanunlara, mənəvi dəyərlərə meydan oxumağın ən bariz nümunəsidir. Bu adam gərək özü ərizə yazıb vəzifədən getsin. Çünki bu mənəvi keyfiyyətlərlə minlərlə şagirdin, pedaqoji kollektivin qarşısına çıxmaq sadəcə eyibdir. Bu gün ölkənin əksər məktəblərinin məzunları arasında Vətən müharibəsinin şəhidləri var, qaziləri var. Hər bir məktəb şəhidlərə yas saxlayır, onların ruhunu əbədiləşdirir, qazilərini, döyüşçü məzunlarını axtarıb tapır, onların qayğıları ilə maraqlanır. Bu gün şəhid, qazi olan, hələ də ordu sıralarında torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda səngərlərdə dayanan müəllimlərimiz var. Bunu hamı bilir. Yəni bir məktəb rəhbərinin bu günlərin acısını anlaması o qədər çətindirmi? Bir qədər səbr edib gözləmək olmazdımı, çox çətin idimi?

Qeyd edim ki, 187 nömrəli tam orta məktəbin zəngin ənənələri var. Vaxtilə bu təhsil ocağının adı ölkəmizin ən yaxşı məktəbləri sırasında çəkilib və bu nailiyyətlərin əldə olunmasında məktəbə uzun illər rəhbərlik etmiş Respublikanın əməkdar müəllimi, mərhum Səyyarə Zeynalovanın əvəzsiz xidmətləri olub. Elə bilirəm ki, müvafiq qurumlar məktəbin zəngin ənənələrinin bərpa olunması barədə düşünəcəklər.
Arutyunyan hələ də özünü "prezident" hesab edirQondarma "dqr" prezidenti Arayik Arutyunyan istefalar və təyinatlarla bağlı bir sıra fərmanlar imzalayıb.

Publika.az "Armenia Today"ə istinadla xəbər verir ki, bu barədə "dqr" məlumat mərkəzi informasiya yayıb.

Bildirilir ki, Arutyunyanın fərmanı ilə "dqr" səhiyyə naziri Ararat Ohancanyan vəzifəsindən azad edilib. Mikael Hayryan bu vəzifəyə təyin edilib.

Digər fərmanla Kamo Agajanyan "prezidentin" xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib. O, bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilmişdi.

Polisin keçmiş başçısı Aşot Hakopjanyan da "prezidentin" xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Qondarma liderin müşavirləri Ruzanna Sarkisyan, Emil Babayan və Karen Nersisyan isə öz ərizələri ilə işdən çıxıblar.


Azərbaycanda devalvasiya olacaq? - Baş bankir açıqladıAzərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, indiki halda belə söhbətlərə cəfəngiyatdır:

“Hamı qələbəyə köklənib. Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir”.

Fransada silahlı insident: 3 polis öldüFransada silahlı insident yaşanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları binanın damında gizlənən qadını xilas etmək üçün hadisə yerinə gedib. Orada 48 yaşlı kişi onlara silahlı hücum edib. Nəticədə 3 polis ölüb, 1-i isə yaralanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.
Özünə ad günü keçirən direktoru DİN də cəzalandırdıDaxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, fakt təsdiqini tapıb.

Qeyd edilib ki, N.Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar yazılıb.

Xatırladaq ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Trampın tərəfdarları parlament binasına HÜCUM ETDİLƏRDonald Trampın tərəfdarları ABŞ-ın Oreqon ştatının parlamentinə hücum edərək qanunvericilik binasına daxil olublar.

Publika.az CBS telekanalına istinadla xəbər verir ki, Oreqon ştatının parlamenti bu bölgə sakinlərinə hökumət yardımlarının verilməsi layihəsini araşdırarkən Trampın tərəfdarlarından bir qrupu binanın içinə keçərək təhlükəsizlik qüvvələri ilə toqquşublar.

Həmin şəxslər təhlükəsizlik qüvvələrinin göstərişlərinə məhəl qoymadan binaya giriblər və polis qüvvələrinə tərəf bibər qazı buraxıblar.

Polis hücum edənlərdən iki nəfəri həbs edib.
Vaksin vurulacaq şəxslərə COVID-19 pasportu veriləcək“Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Mütəxəssislər bu proqram üzərində çalışır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

TƏBİB sədri qeyd edib ki, insanlara vaksinin hər iki dozası vurulacaq:

“Birinci vurduran insanlara ikinci dozanı vurdurmaları üçün xəbərdarlıq ediləcək. Elektron sistem e-təbib proqramı üzərində olacaq. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, bizim tərəfimizdən barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim ediləcək”.
Azərbaycanda peyvənddən imtina edəcək şəxslərin nəzərinə!“Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxslərə yoluxduruculuq ehtimalının qalmasına inandıracağıq”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

TƏBİB sədri qeyd edib ki, ölkədə bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub:

“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onların ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq” (report).