Baş redaktor koronavirusa yoluxub - vəziyyəti ağırdırTrend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlu (Rəhimov) koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki. bu barədə agentliyin redaksoyası məlumat yayıb.

Baş redaktor Bakıda fəaliyyət göstərən "Yeni Klinika"ya yerləşdirilib.

Klinikanın müalicə həkiminin sözlərinə görə, dünən R.Hafizoğlunun vəziyyəti son dərəcə ağırlaşıb, saturasiya göstəricisi 55 faizə düşüb. O, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.




Xalq artisti korondan vəfat etdiKoronavirusa yoluxan Azərbaycanın xalq artisti Sabir Əliyev vəfat edib.

Avrasiya.net xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

S.Əliyev bir neçə gün öncə COVİD-19 diaqnozu ilə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 1967-1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və o vaxtdan (42 ildir) teatrın muğam bölməsinin solistidir.

Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yaddaqalan obrazlar - “Leyli və Məcnun”da (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu”da (Vəli, Nadir), “Vaqif”də (Xanəndə, Züvvar), “Şah İsmayıl”da (Çapqınçı), “Əsli və Kərəm”də (Sofi, Osmanlı), “Aşıq Qərib”də (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası”nda (Əmioğlu, Şeyx), “Natəvan”da (Aşıq), “Sevil”də (Azançı) müxtəlif rollar oynayıb.

S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib.

S.Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Ermənilər Qarabağda hərbi xidmətdən imtina edirlər“Bizim hərbi xidmətə göndərəcək uşağımız yoxdur. Bizim uşaqlarımızın gedib, qayıtmasının məsuliyyətini kim daşıyacaq: hərbi komissar, yoxsa mer?”.

“Novosti Armeniya” xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsində hərbi xidmət keçmək üçün evlərinə çağırış vərəqəsi göndərilən gənclərin valideynləri bildirib.

Ermənistanın Müdafiə Nazirliyi Qarabağda hərbi xidmət keçmək üçün ölkə vətəndaşlarına çağırış göndərir. Sakinlər bu çağırışı etirazla qarşılayır.

Məlumata görə, 3 gün əvvəl Ermənistanın Kotayk vilayətinin Çarensavan rayonunda çağırış paylayanlarla sakinlər arasında toqquşma da olub.
Ermənistan parçalanırPaşinyana işğalçılıq siyasətinin acı nəticələrini Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu, separatçılığa dəstəyin acı fəsadını isə Gorus meri Aruş Aruşanyan göstərir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Gorus meri Aruş Aruşanyanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında yaşanmış qalmaqal haqda danışarkən deyib.

O bildirib ki, Paşinyan separatçı Araik Arutyunyana dəstək verərkən bu günlərin olacağını təxmin etməli idi:

"Məsələ ondadır ki, Paşinyan siyasətçi deyil. Çünki əsl siyasətçi heç vaxt separatizm və işğalçılıq siyasəti üzərində özünə prestij və siyasi nüfuz qazanmağa çalışmaz. Ümumiyyətlə, ölkənin xarici siyasətini bu istiqamətdə qurmağın acı nəticələrini bu gün Ermənistan ölkə olaraq dadır.

Gorus meri Aruş Aruşanyanın Paşinyanı Sünik vilayətinə buraxmaması, bu da azmış kimi vilayət polisinin meri həbs etməkdən imtina etməsi faktiki olaraq o vilayətin mərkəzi hakimiyyətə tabe olmadığını göstərir. Bu, separatçı bir hərəkatdır. Söhbət burada hansısa merin itaətsizliyi və ya xalq hərəkatından getmir. Bütöv bir vilayətin mərkəzi hakimiyyətə tabe olmamasından gedir. Bu bir daha Ermənistandakı vəziyyətin bizim düşündüyümüzdən də acınacaqlı olduğunu göstərir".

Politoloq qeyd edib ki, bu gün Nikol Paşinyan və işğalçı Ermənistanın separatçılıq siyasəti onun özünə qarşı çevrilib:

"Tarix boyu dövlətçilik təcrübəsi olmayan bu zavallı xalq bu gün bir daha dövlətçiliyinin nə dərəcədə acınacaqlı vəziyyətdə olmasını dünyaya göstərir".
İrandan Avropaya: Son şansınız qalıb!Avropanın nüvə razılaşmasını qorumaq üçün son şansı qalıb.

Bu sözləri İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində yazıb.

“Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) qalan ölkələrin nazirləri ilə görüş zamanı bildirdim ki, Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) sazişi qorumaq üçün son şansı qalıb”, - deyə Zərif bildirib.

O bildirib ki, iqtisadi məlumatlar avropalıların nüvə sazişi ilə bağlı öhdəliklərini pozduğunu və bunda iranlılara dəyən zərər görə məsuliyyət daşıdığını göstərir.
Vanqadan QORXULU PROQNOZ: Dekabrın 22-də nə baş verəcək?2020-ci il dekabrın 22-də nələr baş verəcək, kimlər o tarixdən sağ çıxacaq, kimlər yox? Dünya hansı hadisələrlə rastlaşacaq?

Həmin tarixdən xeyirxahlar yaşayacaq, bədxahlar məhv olacaq - dünya ölümsüzlüyə qovuşacaq.

Publika.az xəbər verir ki, bunu bolqar görücü, məşhur Vanqa deyib.

Rusiya mətbuatı yazır, amma görək nəyə əsaslanır? Məlumatda qeyd edilir ki, Vanqanın qohum-əqrabası ağızdan-ağıza ötürüblər bu informasiyaları. Bəlkə, qohumları yalan deyir, nə isə məqsədləri var?

Öz həmyerlisinin uzaqgörənliyini araşdıran başqa bir bolqar alimin dediklərinə baxaq.

Veliçka Dobryanov Vanqanın görüşdüyü adamlarla söhbətlərindən onun 823 mesajının açmasını izah edir. Deyir ki, onlardan 400-ü artıq düz çıxıb, 200-ü birmənalı deyil. 90-ı yanlış olub. Onun sözlərinə görə, Vanqa olacaqlardan birbaşa bəhs etməyib, o yalnız tapmaca kimi deyib ki, anlayan anlasın.

Beləliklə, ölümündən əvvəl Vanqa lənətə gəlmiş beş dənə "2" rəqəmindən bəhs edib. İki dəfə həmin "2" lərin təkrarlanacağı gündən danışıb. Onun birini keçmişik - 22.02.2020-ci ildir. Biri isə hələ qarşıdadır - 22.12.2020-ni deyir.

Vanqa deyib ki, həmin gün dünyada əsaslı dəyişikliklər olacaq. Elmə görə həmin gün iki səma cismi - Yupiterlə Saturn dolça bürcü altında birləşəcək.

Deyir ki, həmin gün ola bilsin bizim yer planeti hansısa astroloji varlıqla toqquşacaq. Bu da fəsadsız ötüşməyəcək: "Günəşin üzünü yeri bürümüş qara kül örtəcək. Çaylar məcrasından çıxacaq, yer kürəsinin kiçik hissələri su altında qalacaq. Dirilər ölülərə həsəd aparacaq. Bəzi ölkələr yer üzündən silinəcək. Xeyirxah insanlar qalacaq, bədxahlar məhv olacaq. Özünü ağıllı hesab edənlər öləcək. Çox adam məhv olacaq. Ondan sonra həyat yaxşı olacaq, hətta ölümsüzlük gələcək".

Vanqa deyib ki, həmin gün hər kəs özünü güzgüdə görəcək, dünya güzgü kimi üzünü dəyişəcək. Bəs kimlər xilas olacaq? Vanqaya görə, xeyirxah adamlar yaşayacaq. İnamlı insanlardan ibarət olacaq dünya. Dünyanın axırı olmayacaq, amma dünya dəyişəcək. Bir sözlə, deyir xeyirxah və inamlı olun ki, yaşayasınız, dünya gözəlləşsin. Axırıncı fikrə əməl etməyə etsək yaxşıdır, amma dünyanın dəyişəcəyi barədə cəfəngiyyatı eşidin, inanmayın. Xüsusən uşaqlar panikaya düşməsin, biz çox eşitmişik belə söhbətləri, həmin dünyadır.
Zamirə Hacıyeva məhkəmədə uduzdu, əmlakı HƏBSDƏ QALDIİngiltərə və Uels Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının onun əmlakına həbs qoyan Britaniyanın hakimiyyət orqanlarının qərarından verdiyi apellyasiya şikayətini rədd edib.

Zamirə Hacıyevə prestijli Naytsbricdə ev almaq üçün pulun mənşəyini izah etməsini tələb edən orderə qarşı çıxmaq üçün əlindəki bütün imkanlarını itirib.

Zamirə Hacıyeva 2018-ci ilin fevralında Böyük Britaniyanın “Qeyri-müəyyən mənbəyə malik sərvətə görə order” (UWO) adlı yeni hüquqi mexanizmin tətbiq edildiyi ilk sakini olub. Onunla bağlı ümumilikdə iki order verilib: qadından onun özünün və ərinin 11,5 milyon funt sterlinq (15 milyon ABŞ dolları) məbləğində ev, hər il məşhur at yarışlarının keçirildiyi Berkşir qraflığının yaxınlığındakı Askot şəhərində 10,5 milyon funt sterlinq (13,5 milyon ABŞ dolları) qolf klubu almaq üçün vəsaiti necə əldə etmələrinin izahı tələb olunub. İstintaq sənədlərində Hacıyevanın son 10 ildə Londonun Harrods univermağında lüks mallar üçün 16 milyon funt (21 milyon ABŞ dolları) xərclədiyi də göstərilir.

"Bu hadisə UWO-ya aid başqa işlərin müzakirəsi zamanı faydalı presedent olacaq. Xanım Hacıyevanın daha qanuni orderə etiraz etmək üsulları qalmadı”, - Britaniyanın İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin İqtisadi Cinayətlər Mərkəzinin (NCA) rəhbəri Qrem Biqqar bildirib. “İndi bizə bu aktivlərə aid olan lazımi informasiyanı verməyə məcbur ediləcək”, - Biqqar əlavə edib.

Qeyd edək ki, fevralda London məhkəməsi Zamirə Hacıyevanın səs-küylü prosesini başa çatdırıb. Hələ 2018-ci ildə müvafiq ittihamın irəli sürüldüyü Z.Hacıyeva ötən müddət ərzində iki dəfə apellyasiya versə də, son nəticədə prosesi uduzub.

Hər hansı gəliri olmayan Z.Hacıyevanın Londonda dəbdəbəli həyat tərzi sürməsi Britaniyanın İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin İqtisadi Cinayətlər Mərkəzinin diqqətindən yayınmayıb. / "Report"
Bu gün Ermənistan müxalifəti yolları bağlayacaq, küçələrdə çadırlar quracaqErmənistan müxalifəti bu gün ölkədə iri həcmli etiraz aksiyaları keçirməyi planlaşdırır.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, mövcud hakimiyyətin əleyhdarları bir sıra sahələrdə tətil etməyi nəzərdə tutur. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən narazılar paytaxt Yerevanda, eləcə də ayrı-ayrı şəhərlərdə yolları bağlamağı planlaşdırırlar. Bu səbəbdən aksiyaçılarla polis əməkdaşları arasında toqquşmaların baş verəcəyi gözlənilir.

Etiraz formasına küçələrdə çadırların qurulması da daxildir. Yerli mətbuatın məlumatına görə, yerli vaxtla saat 15:00-da müxalifətin böyük mitinqi planlaşdırılıb.

Qeyd edək ki, Ermənistanda sadə vətəndaşlar, mədəniyyət, incəsənət xadimləri, müəllimlər, jurnalistlərlə yanaşı, vəkillər, idmançılar da etiraz aksiyalarında iştirak edəcəklər. Müxalifət baş nazir Nikol Paşinyanı 10 noyabr bəyanatına imza atmaqda ittiham edir, onun istefası tələbini irəli sürür. Lakin hökumət rəhbəri istefa verməyəcəyini bildirib.

29 ildən sonra Xankəndidə ilk azərbaycanlı vəzifəyə TƏYİN EDİLDİAzərbaycan Respublikası Ədliyyə nazirinin əmrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerli ədliyyə qurumlarının yeni strukturu və ştat bölgüsünün təsdiq edilməsi ilə əlaqədar müvafiq vəzifələrin icrası barədə verilən təkliflər və müraciətlər nəzərə alınaraq, Xankəndi şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinin icrası, Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Bəşirov Rac Şükür oğluna həvalə edilib.

Avrasiya.net bu barədə xocalininsesi.info-ya istinadla məlumat verir.

Xankəndi şəhər icra və probasiya şöbəsinə rəis təyin edilən Rac Bəşirov Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. O, 2003-cü ildən 2008-ci ilə qədər Xocalı rayon İcra Hakimiyyətində Hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyib. 2008-ci ildən indiyə qədər Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışır. Qeyd edək ki, Rac Bəşirov Xankəndi və Xocalı şəhər icra və probasiya şöbələrinə rəhbərlik edəcək. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir.

29 ildən sonra ilk dəfədir ki, Xankəndidə rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib. Artıq Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinlərinin müraciət edə biləcəkləri hüquq orqanı vardır.
ÜST-dən mutasiyaya uğramış yeni koronavirus barədə açıqlamaÜmumdünya Səhiyyə Təşkilatında (ÜST) mutasiyaya uğramış yeni növ koronavirusun xəstəliyi ağırlaşdırmasına dair heç bir dəlil yoxdur.

Avrasiya.net RİA Novostiy-ə istinadla xəbər verir ki, bu barədə ÜST-ün səhiyyə, fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan bildirib.

“Hazırda mutasiya olunmuş növün bu xəstəliyi ağırlaşdırmasına dair hər hansı sübut yoxdur”, - deyə ÜST rəsmisi bildirib.