Sünik əhalisi Paşinyanı boykot etdiErmənistanın baş naziri Nikol Paşinyan Sünik bölgəsindəki yaşayış məntəqələrindən birinin sakinləri ilə görüşüb.

Publika.az xəbər verir ki, o, Gorus-Qafan yolunda Azərbaycanın sərhəd qoşunlarının yerləşdirildiyini və təhlükəsizlik, istismar kimi məsələlərin Rusiya sərhədçiləri ilə birgə təmin ediləcəyini deyib.

Onun sözlərinə görə, bütün bunlar münaqişənin daha da kəskinləşməsinin və yenidən başlamasının qarşısını almaq üçün edilir. Paşinyan əhalini çaxnaşmamağa çağıraraq məsələni həll edəcəyinə söz verib.

Sünik sakinləri isə baş nazirlə danışacaq sözləri olmadığını bildirib.

Rusiya Qarabağ savaşından dərs çıxardı – Borisov2033-cü ilə qədər Rusiya dövlət proqramında əks olunacaq əsas tendensiyalardan biri hərbi münaqişələrdə PUA-ların tətbiqi olacaq.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

“Hərbi münaqişələrin xarakterinin pilotsuz vasitələrlə nə dərəcədə dəyişdiyinə baxın. Bu, artıq dayanıqlı trenddir. PUA-lar əvvəllər kəşfiyyat vasitələri idi, artıq həm də zərbə aparatlarıdır. Qarabağ savaşı onların necə işlədiyini göstərdi", - o deyib.
Ermənilər Paşinyanın yolunu kəsdilər - VİDEOErmənistanın Syunik vilayətin əhalisi baş nazir Nikol Paşinyanı vilayətə səfərinə mane olaraq, onu buraxmırlar.
Syunik əhalisi səhər tezdən Gorus-Qafan yolunu kəsərək baş nazirin səfərinə imkan verməyiblər. Əraziyə çoxsaylı polis cəlb edilib.

Polislə əhali arasında qarşıdurma yaranıb.
Qeyd edək ki, Gorus meri Aruş Aruşanyan da baş nazirin vilayətinə səfər etməsinə etiraz edib.
Yeni virus Londonu İFLİC ETDİ: Əhali şəhəri tərk edirLondonda yeni tip koronovirusla bağlı karantin qaydalarının sərtləşdirilməsindən sonra əhali kütləvi şəkildə şəhəri tərk etməyə başlayıb.

Publika.az "Daily Mail"ə istinadla xəbər verir ki, şəhərə giriş-çıxışlarda, həmçinin Londonu ölkənin digər hissələrilə birləşdirən avtomagistrallarda, vağzallarda böyük tıxaclar yaranıb.

“Brexit” partiyasının lideri Naycel Fərəc baş verənləri 80 il əvvəl İkinci Dünya Müharibəsinin əvvəlində yaşananlarla müqayisə edib: “Hökumət 1939-cu ildən bəri ilk dəfə olaraq Londondan kütləvi təxliyəyə nail oldu. Bu münasibətlə baş naziri və nazirlər kabinetinin ekspertlərini təbrik edirəm!”

Qeyd edək ki, dünən baş nazir Boris Conson koronovirusun yeni ştammının yayılması ilə bağlı Londonda və İngiltərənin cənub-şərqində infeksiyanın yayılmasının dördüncü (maksimal) səviyyəsini elan edərək, sərt karantinin tətbiq edildiyini açıqlayıb.

Paşinyan Zəngəzura 1700 POLİS GÖNDƏRDİ: NƏ BAŞ VERİR?Ermənistanın Baş naziri Nikol Paşinyan Daxili Qoşunların 1700 polis əməkdaşını Sünikə (tarixi zəngəzur mahalı) göndərib.

Publika.az "MediaPorta" istinadla xəbər verir ki, Baş nazirin Fərmanına əsasən 02:00 radələrində İrəvandan çıxan qüvvələr saat 05:00-da Sünikə çatıblar.

Bildirilir ki, Sünik sakinləri saat 06:00 radələrində bütün yolları bağlayacaqlar. Onlar, bununla Azərbaycan hərbçilərinin əraziyə girişini əngəlləməyə çalışacaqlar.

Məlumatda deyilir ki, Paşinyanın göndərdiyi polislərin əsas vəzifələri sakinlərin yolları bağlamasına imkan verməməkdir.
Bayden Rusiyanı kiberhücumlara görə cəzalandırmaq niyyətindədirABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin komandası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə düşünür.

Bu barədə “Reuters” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verir.

Bayden, ABŞ dövlət qurumlarına və şirkətlərinə qarşı kiber hücumlara görə Rusiyanı cəzalandırmaq üçün bir neçə variantı nəzərdən keçirəcək.

Mənbəyə görə, ABŞ-ın cavabı “cinayətkarlar”ın böyük iqtisadi, maliyyə və texnoloji itkilərə məruz qalmalarına kifayət etməlidir. Bununla belə, sanksiyalar iki nüvə dövləti arasındakı qarşıdurmanı kəskin həddə çatdırmamalıdır. ABŞ iqtisadi sanksiyalardan başqa, Rusiyaya qarşı cavab kiberhücumlardan da istifadə edə bilər.
Alimlər koronavirusu havada məhv edən cihaz yaratdılarFransız alimləri havanı koronavirusdan 90 faiz təmizləməyə imkan verən yeni aparat yaradıblar.

Bu barədə “Report” “Le Parisien” qəzetinə istinadən xəbər verir.

Xüsusi qurğu medalyon formasında hazırlanıb, onu boyunda daşımaq olar. Onun istehsalçısı “Moskitofree” şirkətidir. İstehsalçılar qeyd edirlər ki, qurğuda mini-ozonator və xüsusi mineral var, lakin mineralın adı açıqlanmır.

Daha əvvəl “Moskitofree” insanları malyariya ağcaqanadından qorumağa imkan verən aparatın istehsalı ilə məşğul olub.

Qeyd edək ki, pandemiyanın əvvəlindən dünyada koronavirusa 77 milyondan çox yoluxma qeydə alınıb. Dünyada COVID-19-a yoluxmuş 54 milyondan çox insan sağalıb, 1,5 milyondan çox pasiyent ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Dünyanın ən güclü hərbi hava qüvvələri - SİYAHI"Global Power" hava qüvvələri gücü baxımından ən güclü ölkələrin siyahısını açıqlayıb.

Siyahıda 60 ölkə yer alıb.

Ən güclü hərbi hava qüvvələri sırasında ilk onluqda 3 müsəlman dövləti yer alıb.

"Global Power"in siyahısındakı ilk 10 ölkənin adını təqdim edirik:

1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Cənubi Koreya
6. Yaponiya
7. Pakistan
8. Fransa
9. Türkiyə
10. Misir
Ana iki övladı ilə birlikdə özünü binadan atdıBakıda intihara cəhd hadisəsi baş verib.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.

Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.