Tanınmış xalq artisti vəfat etdiAzərbaycanın xalq artisti Səfurə İbrahimova vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib.

1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik Teatrın truppasına daxil olub.

Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.

1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub.

S.İbrahimovanın zəngin filmoqrafiyası da var. O, “Arşın mal alan”da Telli, “Qatır Məmməd”də Həbibə, “Bizim Cəbiş müəllim”də Nəcəfovun arvadı, “Dərviş Parisi partladır”da Gülpəri, “Alma almaya bənzər”də Mədinə və s. çoxsaylı yaddaqalan obrazlar yaradıb.
Azay Quliyev seçicilərlə videogörüş keçiribBu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.

Avrasiya.net xəbər verir ki, videogörüşdə iştirak edən seçicilər pensiya, istilik, kommunal, məşğulluq və təhsil məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Aztəminatlı ailələrdən olan 15 nəfər uşaqların distant təhsilə qoşulmasını təmin etmək məqsədi ilə onlara planşetlərin verilməsinə kömək göstərdiyinə görə deputata minnətdarlıq bildirən seçicilər bu təşəbbüsün davam etməsini xahiş etdilər.

Ümumilikdə qaldırılan problemlərin bir qismi yerində həll edilib, digərləri ilə bağlı müvafiq addımların atılacağı bildirilib.

Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri tərəfindən qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Deputat görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov iştirak edib.

Bakı meriyası “YAŞAT” fonduna 500 min manat köçürdüBakı Şəhər İcra Hakimiyyəti və paytaxt strukturlarının əməkdaşları Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” fondu) 500 min manat məbləğində pul vəsaiti köçürüb.

Bu barədə Avrasiya.net-ə İcra Hakimiyyətindən məlumat verilib.
Komitə sədri onlayn görüş keçirib - FotolarMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün Şabran rayonu Taxtalar kənd sakinləri ilə onlayn görüş keçirib.

Avrasiya.net xəbər verir ki, əvvəlcə Vətən müharibəsi zəfərini xüsusi qeyd edib, qələbənin əldə olunmasında canlarını fəda etmiş şəhidlərimiz yad edildi, qazilərimizə Ulu Tanrıdan şəfa dilləndi.

1-ci Qarabağ müharibəsi şəhidinin qızı Dünya xanım Yolçuyeva qələbəmizin qazanmasında, ərazi bütövlüyümüzün bərpasına görə cənab prezidentimizə xüsusi təşəkkürünü bildirdi.

S. Qurbanov dövlətin sosial layihələrindən söz açaraq, qeyd edib ki, onlar əhalinin sosial rifahının yaxşılaşdırılması, sosial problemlərin həllinə istiqamətlənib.

Sonra görüş iştirakçıları Taxtalar kəndinə dövlət lahiyəsi əsasında suyun çəkilməsinə görə Prezidentə öz təşəkkürlərini bildirdilər.


Biləsuvarda polisə xəsarət yetirən şəxs həbs edildiDekabrın 19-da Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Biləsuvar rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla Daxili İşlər Nazirliyinin "102" xidmətinə daxil olan müraciət əsasında Biləsuvar RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Adışovun hadisə yerinə çıxıb, xidməti vəzifələrini icra edərkən rayon sakini İlqar Rəsulovun ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Rəsulovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 10,253 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlqar Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Paşinyan Gorusun bələdiyyə sədrini qaçırdıGorus bələdiyyəsinin sədri Aruş Aruşanyan qaçırılıb.

Publika.az xəbər verir ki, bu barədə onun müavini İrina Yolyan bildirib.

Onun sözlərinə görə, sədr dünən gecə saxlanılıb. İndiyə qədər istintaq komitəsi onun konkret nədə ittiham olunduğunu və harada saxlanıldığını açıqlamayıb. Vəkilləri Karapetyan və Armen Melkonyan da işlərini icra edə bilmirlər. Polis və istintaq komitəsi vəkillərə belə məlumat açıqlamır.

Qeyd edək ki, 20 dekabrda Gorus bələdiyyə başçısı Aruş Aruşanyan Sünik sakinlərini baş nazir Nikol Paşinyanın bölgəyə girişinə icazə verməməyə çağırmışdı. O, 21 dekabr gecəsi həbs olunub. Daha sonra istintaq komitəsi onun barəsində bir neçə məhkəmə prosesi başladıldığını açıqlayıb. Lakin komitə onun tutulma səbəblərini, habelə məhkəmə prosesinin başladıldığı maddələri təqdim etməyib.

Ehtimal olunur ki, A.Aruşanyan bölgəyə səfər edən baş nazir Nikol Paşinyanın təlimatı əsasında saxlanılıb.
Keşiş Paşinyanı kilsədən qovdu - VideoErmənistan Baş naziri Nikol Paşinyanın ziyarət etdiyi Sisian şəhərində xoşagəlməz situasiya yaşanıb.

Avrasiya.net xəbər verir ki, Sisianda Surb Qriqor Lusavoriç kilsəsini ziyarət edən Paşinyanın əlini kilsənin keşişi Parqev Zeynalyan sıxmaqdan imtina edib. O, Paşinyana kilsəni tərk etməyi məsləhət görüb. Bundan sonra baş nazir kilsəni tərk etmək məcburiyyətində qalıb.
Paşinyan Zəngəzurdan qovulduErmənistan baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfəri uğursuzluqla bitib.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sisian şəhəri və Sarnakunk kəndlərinə baş çəkən Paşinyan Yerevana geri qayıdıb.

Onun Gorus, Mehri və Qafana planlaşdırılan səfərləri yerli sakinlərin etirazı və əsas yolları bağlaması səbəbindən ləğv olunub.
Müdafiə sahəsinə 4,6 milyard vəsait ayrılacaq2021-ci ildə Azərbaycanda müdafiə və milli təhlükəsizlik sahələrinə ayrılacaq vəsait məlum olub.

Avrasiya.net xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Bildirilib ki, gələn ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik sahəsinə 4 585 806 638 manat vəsaitin ayrılması nəzərdə tutulur.