Kompüter tomoqrafiyası müayinəsi etdirməyin“Özünüz KT müayinəsi etdirməyin. KT diaqnostik məqsədlə o vaxt etdirilir ki, test neqativ çıxsın, amma xəstədə öskürək, yüksək hərarət, hava çatışmazlığı olsun və həkim diaqnoz qoymaqda çox çətinlik çəksin. Bilin ki, KT həddən artıq zərərli müayinədir”.

Avrasiya.net xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

“Evdə, ya xəstəxanada, fərq etməz, 5%-li qlükoza sistemi qoşmaq yalnız hipernatriemiya və hiperkaliemiyanın müalicəsi zamanı düzgün ola bilər. Qalan hallarda xəstəyə qlükoza məhlulu təyin etmək savadsızlıqdır.

Testi pozitiv çıxmış xəstələrin başlanğıc müalicəsində “Deksametazon” təyin etmək də çox kobud səhvdir. İkincili infeksiya riskini artırır. “Deksametazon” ancaq xəstəxanaya düşmüş xəstələrdə ikinci - immunoloji mərhələyə inkişaf etmiş ağır xəstələr üçündür”, - həkim qeyd edib.

Hansı insanlar koronavirusu ağır keçirirlərYaşlı, həmçinin artıq çəkili insanlar COVID-19-u ağır keçirən risk qrupuna daxildirlər.

“Report” xəbər verir ki, bu barədə “Sputnik” radiosuna damar cərrahı Amiran Demurov bildirib.

Mütəxəssisin sözlərinə görə, eyni zamanda diabetdən və başqa xroniki xəstəliklərdən əziyyət çəkən insanlar koronavirus xəstəliyini ağır keçirirlər.

"Əgər kimdəsə artıq trombla yaradılmış insult və ya infarkt olubsa, onda koronavirusa görə yeni şansı yuxarıdır. Bir qayda olaraq, əgər insanda trombun formalaşmasına meyl varsa, onda koronavirus infeksiyasının yüngül forması olmayacaq", - o deyib.

O, özünümüalicə ilə məşğul olmamağa və həkimin göstərişi olmadan qanı duruldan preparatları qəbul etməməyə çağırıb. Mütəxəssisin sözlərinə görə, belə dərmanların nəzarətsiz qəbulu əlavə təsir təhlükəsi yaradır.

İki rayonda şəhid ailələri və qazilər üçün təsərrüfat yaradıldıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Oğuz və Qəbələ rayonlarında da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradılıb.

Bu barədə Avrasiya.net-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Oğuz rayonunda şəhid Babayev Elmanın atası Babayev Telman, şəhid Əliyev Anarın həyat yoldaşı Əliyeva Günel, şəhid İbrahimov Mayılın atası İbrahimov Nəriman, şəhid İsazadə Səfanın qardaşı İsazadə Röyal, şəhid Nuralıyev Elşənin atası Nuralıyev Rövşən, şəhid Şirəlizadə Süleymanın atası Şirəliyev İlham növbədənkənar özünüməşğulluq proqramına cəlb olunaraq, mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təmin ediliblər.

Qəbələ rayonunda şəhid Abdurəhmanov Elvinin atası Abdurəhmanov Əbülfəz, şəhid Bayramov Çoşqunun atası Bayramov Dilbər, şəhid Üzeyirov Müşviqin atası Üzeyirov Qoşqar və Vətən müharibəsində yaralanmış Şirinov Tural, Baxışov Murad, İsrafilov Zaur da özünüməşğulluq proqramına cəlb edilməklə, aktivlər alıblar.

Onlar verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. Nazirlik postmüharibə dövrünə aid Tədbirlər Planı əsasında şəhid ailələri və müharibə iştirakçılarının proqrama cəlb edilməsi və aktivlərlə təminatı işlərini davam etdirir.