İsrayıl İsgəndərov: Mifləri yox edən bir sərkərdəTorpaqda itki olmaz,
Kötüksüz bitki olmaz.

(Azərbaycan atalar sözü)

Çoxdandır Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev, onun bir Azərbaycan vətəndaşı kimi şəxsiyyəti, Azərbaycan və dünya siyasətində yeri, siyasətdə dərinliklər yaratmaq məharəti və çürük mifləri dağıtmaq bacarığı barədə yazmaq istəyirdim. Bu istəyin reallaşmasına Millixəbər.az saytından Nicat Abbasın bir mesajı çox kömək etdi. Təşəkkür edirəm, Nicat bəy, mənim bu istəyimin reallaşmasına təkan verdiniz. Ali Baş Komandanın doğum günündə öz fikirlərimi oxucularınıza çatdırmaq imkanı yaratdınız.

2003-cü ildə Azərbaycan Respublikasının prezidentliyinə İlham Heydər oğlu Əliyevin namizədliyini əksər azərbaycanlılar kimi mən də dəstəklədim. Onun həyat yolu barədə məlumatı olan hər kəsə aydın idi ki, Azərbaycan üçün ən layiqli prezident o ola bilər. Ölkə rəhbərinə xas olan siyasi təcrübə, yüksək səviyyəli bilik, qərar qəbuletmə bacarığı, beynəlxalq təcrübə, ən vacibi – başdan ayağa milli mənlik, vətənpərvərlik kimi keyfiyyətlər bu insanda toplanmışdır. Belə ki, o, vaxtı ilə öz təhsilini o dövrlərdə dünyanın ən aparıcı diplomatik institutlarından biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda almış, oranın müəllimi olmuş və bu sahədə alimlik dərəcəsi almış çox az sayda azərbaycanlılardan biridir. Bir neçə dildə olduqca sərbəst, intellektual bir məharətlə danışa bilir. Azərbaycan Milli Olimpiya Komitəsinin (1997-ci ildən) sədri kimi beynəlxalq sahədə təcrübə qazanmış, beynəlxalq tədbirlərin təşkilatçısı olmuş, SOCAR-ın vitse prezidenti olaraq biznes sahəsində beynəlxalq təcrübə qazanmış, Azərbaycanın neft siyasətinin qurulmasında ciddi töhfələr vermiş, bu siyasətin müəlliflərindən biri olmuşdur. Həm oxuduğu dövrlərdə, həm də Azərbaycan Milli Məclisinin deputatı olaraq siyasətin dərinliklərini mənimsəmişdir. İsrayıl İsgəndərov: Mifləri yox edən bir sərkərdəTəkcə Azərbaycanda deyil, keçmiş Sovet məkanında bu cür məzmunlu, geniş və hərtərəfli bioqrafiyası olan çox az sayda siyasətçi tapmaq olar. Onun sonrakı fəaliyyəti və müstəqil dövlətlər birliyində hakimiyyətə gələn əksər siyasətçilərin fəaliyyəti Azərbaycan xalqının 2003-cü ildə verdiyi qərarın nə qədər doğru olduğunu bir daha sübut etdi. Cənab Prezidentin həyatı barədə 100-lərlə kitab, məqalə və digər növ yazılar yazılmışdır. Bu proses hələ uzun müddət davam edəcəkdir.

Bu yazıda cənab prezidentimizin Azərbaycana düşmən olanların təsir dairəsinin genişliyindən, ölkəsinin nüfuzunun böyüklüyündən, onların arxasında duran güclərin gücündən zərrə qədər çəkinməyərək, öz xalqına, onun birliyinə arxalanaraq, səbir və təmkin, ağıl və cəsarət nümayiş etdirərək, xüsusi bir bacarıqla heç kimin edə bilmədiyini etdiyi və 100 illərdir ki, cəmiyyətdə formalaşmış bəzi mifləri necə dağıtdığı barədə öz düşüncələrimi bölüşürəm…

Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.

Bəli, səbir və təmkin siyasətçi və ölkə rəhbəri üçün çox vacib xüsusiyyətdir. 17 illik prezidentlik dövründə, 44 günlük Vətən savaşında Azərbaycanın Ali Baş Komandanının nə qədər səbirli və təmkinli olduğunu gördük. 30 illik işğal dövründə həm Ulu Öndər, həm də artıq böyük siyasi xadim, böyük şəxsiyyət status qazanmış İlham Əliyev Ermənistan və onun havadarlarının boş-boşuna verdiyi bəyanatları, Qarabağ probleminin həlli istiqmətində özlərinəməxsus “ədalətli” həll axtarışını, guya Azərbaycanın dostu olmaları barədə sözləri, hətta “xoşməramlı” əməkdaşlıqlar kimi vədləri səbirlə dinləmək, bu yalan vədlərə reaksiyalarda emosionallığı saxlamaq və düzgün zaman seçib, düzgün qərar vermək kimi bir bacarıq nümayiş etdirdilər. Belə bir deyim var: “Səbri olmayan və hirsini boğa bilməyən adamdan siyasətçi olmaz”. Azərbaycan Prezidentinin nümayiş etdirdiyi davranış isə bu deyimin həqiqət olduğunu bir daha sübut etdi. Bu səbir və dözüm zamanı isə hər kəsə Azərbaycanın öz torpağını danışıqlar yolu ilə olmasa, müharibə yolu ilə alacağı kimi mesajı verməsinin mahiyyəti, mənası sonralar hər kəs üçün aydınlaşdı. Çoxlarının gözləmədiyi vaxtda, “müharibə başlasa tanklarımız Bakıya kimi gələcək” – deyən düşmənə layiqli cavab olaraq onların növbəti təxribatından sonra sentyabrın 27-də əks əməliyyatlarla düşməni doğma torpaqlarımızdan “iti qovan kimi” qovdu. Budur Ali Baş Komandanın məqamı düzgün seçmək və vaxtında düzgün qərar vermək bacarığı, istedadı. Bu 30 ildə qarşı tərəf özünü qalib hiss edərək havadarlarının dəstəyi ilə bədnam, qondarma qurumun müstəqilliyinin tanınmasının məkirli xəyalları işində sərsəm addımlar atdı. BMT-nin 1993-cü ildə verdiyi qərarların mahiyyətini dəyişməyə və insanlığa yaraşmayan uydurma təbliğat aparmağa üstünlük verdi. Bunlardan fərli olaraq Azərbaycan rəhbərliyi ölkənin haqq işini qorumaq, ordunun gücləndirilməsi istiqamətini ölkənin inkişafında əsas prioritetlərdən biri seçmək, yeni texnologiyalarla müharibə taktikalarına yiyələnmək, özünün siyasi nüfuzundan istifadə edərək müxtəlif platformalarda Azərbaycanın ədalətli mövqeyinə dəstək almaq, xalq-hakimiyyət birliyini gücləndirmək kimi taktikanı seçdi. Bir Afrika atalar sözündə deyildiyi kimi: “Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət ona çatıb keçər”. Bəli, bizim həqiqətimiz düşmənin və onun havadarlarının uzun müddət davam edən yalanını dağıtdı, məhv etdi. Ermənistan biabırçı məğlubiyyətə uğradı.

Miflərin dağıdılması, yox edilməsi .

200 ildən çoxdur Azərbaycan ciddi qələbə üzünə həsrətdir. Bu dövr ərzində əvvəl Rus imperiyası, sonra bolşeviklər başımıza oyunlar açıblar. Öz doğma yurdumuzun hissələrini parça-parça əlimizdən çıxarıblar. Baxın, bolşeviklər Göyçə, Zəngəzur, İrəvan və azərbaycanlılar yaşayan digər ərazilər hesabına Ermənistan dövləti yaradıb, Dağlıq Qarabağı isə çox çətinliklə (mübahisələrdən sonra) Azərbaycanın tərkibində Muxtar Vilayət statusunda saxlayıblar. Erməni lobbisi, Ermənistandan çıxan xeyli generallar, iş adamları, tanınmış şəxslər, diaspora nümayəndələri Rusiya, Fransa və onlar kimi bəzi super güclər Ermənistanın arxasındadır kimi (dini məsələlərə toxunmaq istəmirəm) mifləri dünyaya “sırımaqla” bir məğlubedilməz Ermənistan mifi yaradılmışdı. Bir tərəfədəndə Rusiyanın media məkanınını, dünyanın bəzi məlumat kanallarını həyazıscasına zəbt etmiş erməni mafiyası cəmiyyətdə elə təsəvvür yaratmışdı ki, bizə onlarla informasiya savaşında mübarizə aparmaq qeyri mümkün gəlirdi. Ali Baş Komandan Azərbaycan ordusu və Azərbaycan xalqının birliyinə arxalanaraq bu mifi dağıtdı. Gözümüzü açdı və 200 ildən bəri ən müzəffər qələbəmizi qazandıq. Biz təkcə siyasi və hərbi sahədə deyil həmçinin informasiya müharibəsində qələbə qazandıq. İnformasiya savaşında həm dövlət, həm vətəndaş cəmiyyəti, həmçinin bizim gənclər çox fəal, çevik və peşakar davrandılar. Deməli, ağılın, gücün, birliyin, düzgün taktikanın qarşısında bu miflər sabun köpüyü kimi dağılır. Budur bizim komandanın bacarığı, Azərbaycana inam, birlik, qalibiyyət gətirdi. Ali Baş Komandanın özü demiş: “bəs hanı güclü Ermənistan ordusu? bəs hanı sənin dostların, sənin güclü lobbin?”, bəs hanı sənin informasiya gücün – ədalətli mübarizədə, döyüşdə Allahımız bizə yar oldu, xalqımızın birliyi bizə kömək etdi, ordumuzun gücü, şəhidlərimiz qanı bizə qüvvət verdi. Bizim sərkərdəmiz ancaq dostuna, illərin sınağından çıxmış qardaş Türkiyəyə və öz xalqına, öz təcrübəsinə, öz ağlına arxalandı, bir sözlə, ”Elə arxalanan igidin, arxası yerə dəyməz”. İlham Heydər oğlu Əliyev elinə arxalandı və düşmənin arxasını yerə vurdu, düşmən isə öz xalqına deyil, ona-buna yalvardı, hər gün xarici ölkə rəhbərlərinə çoxsaylı zənglər etdi, qapıları döydü və “Noldu ????”İsrayıl İsgəndərov: Mifləri yox edən bir sərkərdə Bu mübarizə, 44 günlük müharibə Azərbaycan xalqının birliynin dahada möhkəmlənməsi, bərkiməsi kimidə yadda qaldı. Milli mənafeyə xidmət edən bütün siyasi partiyalar, Vətəndaş Cəmiyyəti Təşkilatları, mətbuat, birliklər, cəmiyyətin müxtəlif qrupları prezidentin yanında oldu. Bu dövr Azərbaycana dost ölkələrində bir sınağı idi, bu sınaqda Pakistan və İsrayıl çox etibarlı çıxdılar. Əslində bu dostluqlarda bəzi mifləri yox etdi.

Ağıl və cəsarət .

Türk filmlərinin birində “güclü olmaq üçün nə lazımdır?” sualına belə bir cavab var: “ağıl və cəsarət”. Bəli, bizim Ali Baş Komandan özünün hakimiyyəti dövründə bu iki xarakterə malik olduğunu dəfələrlə nümayiş etdirdi. Azərbaycanda Heydər Əliyev kimi dünya səviyyəli siyasətçidən sonra xalqın sevimlisi olan bir prezident olmaq çox ciddi cəsarət tələb edirdi. O, bunu bacardı və qalib gəldi. Qərbin və bizim qonşularımızın başqa namizədləri var idi. İlham Əliyevə xalqın sevgisi, etibarı onun mövqeyini xeyli möhkəmlətdi. 17 ildə ağılla ordunu inkişaf etdirdi, iqtisadiyyatı gücləndirdi, ölkənin səsini yüksək tribunalara çıxardı, konstruktiv taktika qurdu və 27 sentyabrda cəsarət nümayiş etdirdi, 44 gündən sonra isə ZƏFƏR qazandı. Budur ağıl və cəsarətin qüdrətə təsiri. İsrayıl İsgəndərov: Mifləri yox edən bir sərkərdəBəli, Azərbaycan xalqı 200 ildən sonra qələbənin dadını duydu. 30 ilin utancından qurtardıq. Bu sürətli, göz qırpımında baş verən qələbə uzun müddətli hazırlığın, ağıllı və cəsarətli qərarın nəticısində baş verdi və bütün dünyanın üzünü AZƏRBAYCANA döndərdi. Bütün dünya TÜRKÜN böyüklüyünə, Azərbaycanlıların mərdliyinə və rəşadətinə şahid oldu. Azərbaycan 21-ci əsrin müharibə kitabını yazdı. Bu kitabın müəllifi isə İlham Heydər oğlu Əliyevdir.

Doğum gününüz mübarək BÖYÜK İNSAN, CƏSARƏTLİ SƏRKƏRDƏ !
"Arsenal"ın futbolçusunun Şuşada VİLLASI TAPILDI - VİDEOAzərbaycan Ordusunun hərbçiləri qədim Şuşa şəhərində İngiltərənin "Arsenal" klubunun və Ermənistan milli futbol komandasının futbolçusu Henrix Mxitaryana məxsus olan villa aşkarlayıblar.

Avrasiya.net xəbər verir ki, yayılan videogörüntüdə villanın Şuşanın ən səfalı guşəsində tikildiyi əks olunur.

Bildirək ki, Mxitaryan Şuşa işğalda olan müddətdə villadan görüntülər paylaşırdı.

Sözügedən videonu təqdim edirik:





"Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib"Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının prorektoru,
professor


Hər bir demokratik dövlətinin qarşısında duran əsas məsələlərdən biri də gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir!

Məlum məsələdir ki, sağlam əqidəyə malik olmaq, sağlam düşncə ilə bağlıdır. Bütün bunların da kökündə fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimiz durur. Vətənpərvərlik hisslərinin tərbiyə edilməsinin əsas mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda fəda etmək, həmçinin milli-mədəni dəyərlərin qorunması, təbliği və s. əsaslanan emosional bağlılıqdır.

Bu bağlılıq həm də özünün aid olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Vətəninin milli-mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Dövlətimizin gənclər siyasətinin əsas məqsədi də məhz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltməkdən ibarətdir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Aparılan uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellekte malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb.

Bundan sonra da gənclərdə milli mənlik şüurunun daha da inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin artırılması əsas prioritet məsələlərdən olmalıdır. Milli-mənəvi dəyərlərin qorunması üçün ən yaxşı vasitə təbliğat və təhsildir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar aidiyyatı strukturların bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır.

Tələblərin vətənpərvərlik tərbiyəsindən danışarkən Ulu Öndərimiz Heydər Əliyev deyərdi: “Hər bir gənc vətənpırvər olmalıdır. Vətənpərvərlik gərək insanın qəlbində olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edirsən, o da vətənpərvər olur. Vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görülməlidir”. Bizdə öz növbəmizdə Ulu Öndərin sözlərini rəhbər tutaraq gənclərimizin milli mənəvi ruhunun yüksək olması və vətənpərvəlik hissinin inkişafı üçün bütün imkanlarımızdan istifadə edərək təbliğat və təhsil məsələrinə daha ciddi yanaşmalıyıq.

Azərbaycanda koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 2 961 yeni yoluxma faktı qeydə alınıb, 4 317 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 202 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 139 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib, aktiv xəstə sayı 60 099 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 515, bu günə qədər isə ümumilikdə 2 063 754 test icra olunub.
Əməkdar artist vəfat etdiAzərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, A.Səfərov bu gün səhər saatlarında 71 yaşında vəfat edib.

Qeyd edək ki, Atabala Səfərov 1949-cu ildə dünyaya gəlib. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib və həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olub, özünü tamaşaçılara sevdirə bilib.

1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışıb, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb və burada yaradıcılıq fəaliyyətini davam etdirib. Bu müddətdə o, "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Birgünlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış edib.

A.Səfərov 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

O, görkəmli aktyor Bəşir Səfəroğlunun yaxın qohumudur.
Xankəndidə evlər kütləvi halda satışa çıxarıldıErmənilər Xankəndidəki evlərini satışa çıxarıblar.

Avrasiya.net Konkret.az-a istinadla xəbər verir ki, bu barədə daşınmaz əmlakın satışı və icarəsi ilə ixtisaslaşan “List.am”da çoxsaylı elan yerləşdirilib.

Portaldan aydın olur ki, son vaxtlar Xankəndidəki ermənilərin öz əmlaklarını satışa çıxarması halları artıb.

Diqqətçəkən məqam odur ki, satışa çıxarılan evlərin əksəriyyəti mebel və məişət avadanlıqları ilə birgə alıcılara təqdim edilir.
Sumqayıt icra başçısının müavini vəfat etdiSumqayıt şəhər İcra Hakimiyyət Başçısının müavini Sahib Quliyev vəfat edib.

Avrasiya.net Unikal.org-a istinadla xəbər verir ki, S. Quliyev bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalmışdı.

Ötən gün isə qəflətən ürəktutmasından vəfat edib.

Qeyd edək ki, S.Quliyev 2011-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Rusiya Qarabağa 7 vaqon yardım göndərdiRusiyadan Qarabağa 7 vaqon humanitar yardım göndərilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yardımlar regiondakı bəzi rayonlara paylanılacaq.

“Bu, Rusiya Fövqəladə Hallar Nazirliyinin dəmir yolu vasitəsilə göndərdiyi ikinci humanitar yardımdır. İndiyə qədər 54 vaqondan 9-u gəlib”, - məlumatda qeyd olunub.
Şəhid olduğu deyilən mayor evinə sağ qayıtdı - VİDEO44 günlük Vətən mübaribəsində tarix yazanlardan biri də mayor Xəyyam Əliyevdir.

Avrasiya.net-in məlumatına görə, Füzili istiqamətində gedən qızğın döyüşlərdə mayor Xəyyam Əliyevin komandiri olduğu motoatıcı tabor düşmənə ağır zərbələr vuraraq iki keçilməz istehkamı qısa vaxt ərzində düşməndən təmizləyir.

Növbəti həmlədə minaatan mərmi komandirin yanına düşərək onu ölümcül yaralayır. O, baş nahiyəsindən ağır yaralanaraq sol gözünü itirir.

Mayor, tabeliyində olan hərbçilərə tapşırır ki, "mənə fikir verməyin, siz irəliləməyə davam edin". Sonradan düşən mərmiləri isə onun üstünü torpaqla örtür.

O, yaralandıqdan sonra şəhid olduğu xəbərləri yayılır. Artıq Qazaxda, yaşadığı ünvanda hər kəs onun nəşini gözləyir, hazırlıq görürdü. Bu ərəfədə onun bacısına gələn zəng isə hər şeyi dəyişir...

Xəyyam Əliyevin ailəsi hospitala dəvət olunur. Çünki orada kimliyi bilinməyən yaralılar müalicə olunurdu və onların arasında mayor Xəyyam Əliyev də var idi.

Xəyyam Əliyevin atası Şəadət Əliyev özü də həm Əfqanıstan, həm də birinci Qarabağ müharibələrinin iştirakçısıdır. O, yeganə oğlunun hərbçi olmağını ailəsinin istədiyini deyib.

Xəyyam müharibədə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Yaddaş pozuntusunun qarşısını alan qidalarAyova Universitetinin alimləri apardıqları araşdırmada insanın ömür boyu istehlak etdiyi qidaların qocalıqda onun idrak qabiliyyətinə təsir göstərə biləcəyini üzə çıxarıb.

Publika.az xəbər verir ki, tədqiqatda 46-77 yaş arası 1787 nəfər iştirak edib.

Məlum olub ki, pendir zehni qabiliyyəti bir səviyyədə saxlamağa kömək edir. Qırmızı şərab və quzu ətinin müntəzəm istifadəsi də beyin fəaliyyətinə müsbət təsir göstərir. Bununla birlikdə, tədqiqatçılar quzunu başqa bir qırmızı ət növü ilə əvəz etməməyi tövsiyə edir.

Ancaq yüksək miqdarda soya tərkibli qidalar qəbul etmək qocalıqda beyin fəaliyyətini poza bilər. Doğrudur, bu açıqlama yalnız Altsheymer xəstəliyi riski artan insanlara aiddir.

“Pendir və qırmızı şərab əhval-ruhiyyəni yaxşılaşdırmaqla yanaşı, pandemiya problemlərinin öhdəsindən gəlməyə kömək edir, həm də bizi zehni qabiliyyətimizin yaşla əlaqəli dəyişikliklərindən qoruduğunu aşkar etmək təəccübləndirdi”, - araşdırma müəllifləri qeyd edib.

Alimlər onu da əlavə ediblər ki, qidanın beynimizə təsiri barədə daha dəqiq nəticə çıxarmaq üçün daha çox araşdırmaya ehtiyac var.