Əsgərimizə işgəncə verən erməni əsir götürüldü - VideoVətən müharibəsinin gedişatında əsir düşən əsgərimizə işgəncə verən erməni terrorçunun özü Ordumuz tərəfindən əsir götürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumat Teleqramda yayılıb.

Belə ki, yayılan görüntülərdə noyabrın 10-da Şuşakənd yaxınlığında 2 əsgərimizin əsir götürülməsində iştirak edən erməni əsgərinin bir neçə gün əvvəl meşədə gizlənən terrorçulara qarşı DTX-nın apardığı əməliyyat zamanı əsir götürüldüyü əks olunub.
Ramiz Rövşən şəhid ailəsinə ev bağışlayıb? - AçıqlamaXalq şairi Ramiz Rövşən ona Prezident İlham Əliyev tərəfindən ad günü münasibətilə verilən evi şəhid ailəsinə bağışlaması haqqında yayılan xəbərləri təkzib edib.

Sabah.az-a açıqlamasında Ramiz Rövşən şəhidlərimizə, qazilərimizə hamımızın borclu olduğunu deyib.

“Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”, - şair bildirib.

Şair eyni zamanda qeyd edib ki, tezliklə onun vasitəçiliyi ilə bir şəhid ailəsi mənzillə təmin olunacaq.
Rafiq Aslanov oğluna Londonda 1 milyona ev aldıMüharibənin qızğın vaxtında, Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov oğluna Londonda ev alıb.

Axar.az xəbər verir ki, bu barədə Avropda yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O bildirib ki, mənzil əmək şirkətləri tərəfindən qiymətləndirilib:

"Rafiq Aslanov Londonda yaşayan oğluna bahalı mənzil alıb. Əmlak şirkətləri tərəfindən o mənzil hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilir".
Qarabağda daha 29 erməni cəsədi tapıldıQarabağda daha 27 erməni hərbçisinin cəsədi tapılıb.

Bu barədə məlumatı erməni mediası yayıb. Məlumata görə, hərbçilərlə bərabər 2 mülki şəxsin də cəsədi aşkarlanıb. Cəsədlərin Füzuli, Cəbrayıl və Hadrutda tapıldığı bildirilib.

Qeyd edək ki, indiyədən döyüş ərazilərindən tapılan erməni meyitlərinin sayının 998 olduğu bildirilir. Axtarışlar bu gün də davam edəcək.
"Paşinyan acı məğlubiyyətdən sonra az da olsa ağıllanıb"Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün erməni xalqına etdiyi videomüraciətdə səsləndirdiyi fikirlərdən belə başa düşdüm ki, deyəsən, bu adam Ermənistanın 44 günlük savaşda ağır məğlubiyyətinin təsiri nəticəsində az da olsa ağıllanıb. Hiss olunur ki, o Ermənistan hakimiyyətlərinin indiyə qədər Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasətinin yaratdığı fəsadları, fəlakətli nəticələri, habelə özünün də yol verdiyi səhvləri indi düzgün dəyərləndirməyə başlayıb.

Məsələ burasındadır ki, bu gün Ermənistanda 3 günlük ümummilli matəm elan olunub. Onlar İkinci Qarabağ müharibəsində öldürülmüş əsgər və zabitlərinin xatirəsinə yas saxlayırlar. Paşinyanın bu münasibətlə bütün ermənilərə etdiyi müraciətinin giriş hissəsində vurğuladığı bu məqamlar ermənilərin özləri üçün dərs almalı, nəticə çıxarmalı olduqları məqamlardır.

Müharibənin yaratdığı ağır durum və ictimai-siyasi proseslər haqda danışan Paşinyan müraciətinin girişində bunları deyib:

“Əziz xalqım, əziz həmvətənlər! Artıq İkinci Qarabağ müharibəsinin dayandırılmasından 40 gün keçir. Bu müharibənin bizim üçün ciddi nəticələri oldu. Bir çox insanlarımız döyüşlərdə öldürüldü ki, nəticədə də Ermənistanda üç günlük matəm elan olundu. Son 84 gün, xalqımız üçün ən ağır günlərdən oldu. Bir millət olaraq kabus yaşadıq və yaşayırıq da. Bəzən xəyallarımızın, bəzən isə nikbinliyimizin uğursuz olduğu görünür.Bütün bunların nəticəsi olaraq böyük bir sual yaranıb- bundan sonra nə edəcəyik, bundan sonra necə yaşayacağıq və hədəflərimiz nə olacaq? Əlbəttə ki, ilk gündən baş verənlərə görə bütün məsuliyyəti öz üzərimə götürmüşəm”.

Paşinyan həmçinin deyib ki, gələcəyi qurmaq üçün keçmişdə gedilən yanlış yolları təkrarlamamaq lazımdır.

Bu fikirlər doğrudan da ilginc fikirlərdir. Paşinyan öz ölkəsinin Ali Baş Komandanı kimi Azərbaycan Ordusundan yediyi "Dəmir yumruq" nəticəsində necə deyərlər, beyin silkələnməsi yaşayıb və ayıq düşünməyə, real fikirlər səsləndirməyə başlayıb. Paşinyan dərk edir ki, artıq bundan sonra Azərbaycanla güc diliylə, müharibə ritorikası ilə, revanşist çağırışlarla danışmaq olmaz. Çünki bundan sonra başlaya biləcək hər hansı bir genişmiqyaslı hərbi əməliyyat bütövlükdə Ermənistanın özünün məhvi ilə nəticələnə bilər.

Bəli, Paşinyan bu acı həqiqəti başa düşür. Ancaq gəlin görək bu həqiqəti sıravi ermənilər də başa düşürmü və yaxud, başa düşmək istəyirlərmi? Təəssüf ki, biz bu sualı müsbət cavablandıra bilməyəcəyik. Çünki övladları müharibədə həlak olmuş erməni əsgər analarını, atalarını çıxmaq şərti ilə, yerdə qalan ermənilərin əksəriyyəti revanşist düşüncəyə, qisasçı əhval-ruhiyyəyə kökləniblər. Daha doğrusu, onları bu əhval-ruhiyyəyə kökləyən siyasi qüvvələr var. Söhbət sabiq prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, sabiq baş nazir Vazgen Manukyan, habelə Artur Vanetsyan, Qagik Tsarukyan kimi digər rusiyapərəst siyasi fiqurların körüklədiyi qüvvələrdən gedir.

Onlar müharibədən məğlub çıxmış Ermənistanın məğlubiyyətin gətirdiyi reallıqlarla, kapitulyasiyanın şərtləri ilə barışmasını və erməni xalqının öz acı taleyi ilə üzləşib postmüharibə dövrünə transformasiya olunmasını istəmirlər. Onlar erməni xalqının millətçi və qisasçı hisslərini qızışdıraraq hazırki hakimiyyəti devirmək və öz siyasi maraqlarını həyata keçirmək istəyirlər. Başqa sözlə desək, bu qüvvələr erməni xalqından öz siyasi mənafeləri üçün alət kimi istifadə edirlər.

Erməni xalqı isə hazırda psixoz vəziyyətində olduğuna görə bu qüvvələrin dalınca getməyə meyllənir. Bu mənada, Ermənistanın bu günkü fəlakətli duruma düşməsində erməni xalqının özünün də günahı böyükdür. Əgər erməni xalqı zamanında irqçi-faşist ideologiyanın əsirinə çevrilməsəydi, daşnakların antitürk təbliğatlarına uymasaydı və Qarabağın işğalına göz yummasaydı, bu gün də Ermənistan üç günlük matəm qaranlığına qərq olmazdı.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Bu gün daha 42 nəfər koronadan öldüAzərbaycanda bu gün koronavirus infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 42 nəfər “COVID-19”dan vəfat edib.
Sülhməramlılar Qarabağda erməniləri müalicə edirQarabağın 700-dən artıq erməni əsilli sakini, o cümlədən 79 azyaşlı Rusiya Müdafiə Nazirliyinin səhra hospitalında ixtisaslı tibbi yardım alıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xüsusi təyinatlı tibb dəstəsinin tərkibinə daxil olan sülhməramlılar Qarabağın uzaq yaşayış məntəqələrində hərbi tibb işçilərinin səyyar işləməsini təmin etmək üçün çoxfunksiyalı həkim briqadalarını yaradıb.

Ötən gün ərzində Rusiyanın hərbi həkimləri Çartar yaşayış məntəqəsinin 95 sakininə tibbi yardım göstərib.

Kəfəni cıranda sağ əlinin qulağının dibində olduğunu görüblər  - Aktrisamızın doğum günüdürBu gün mərhum akstrisamız Gülşən Qurbanovanın doğum günüdür.

Yaşasaydı 70 yaşı olacaqdı. Biz onu 55 yaşında qəfil itidik.

Bu dəfə tanınmış aktrisa, bir neçə il öncə həyatdan köçərkən haqqında müəmmalar söylənilən mərhum xalq artisti Gülşən Qurbanovadan bəhs edəcəyik.

Aktrisa haqda yazacaqlarıma keçməzdən öncə deyim ki, o, bəlkə də haqqında ən çox şayiə dolaşan 3-4 sənət adamından biridir. İstər sağlığında, istərsə də, ölümündən sonra xalq artisti barədə müxtəlif iddialar ortaya atıldı.

Amma öncə aktrisanın tərcümeyi-halı barədə.
Gülşən Qurbanova 1950-ci ilin dekabr ayının 19-da Bakı şəhərində anadan olub. Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ata bir, ana ayrı bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır. 1974-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirən Gülşən xanım elə həmin ildən Gənc Tamaşaçılar Teatrında işə düzəlir.

G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) .

Aktrisa kinoda və televiziya tamaşalarında da müxtəlif obrazlar yaradıb. G.Qurbanovanın filmoqrafiyasında isə 20-dən artıq film yer alıb.

Gülşən Qurbanovanın ilk evliliyi Rüstəm adlı aktyorla olur. Onun bu evlilikdən Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər də uzun sürməyib. Yuli Qusmanın Gənc Tamaşaçılar Teatrının rus bölməsində baş rejissor olduğu dönəmlərdə Rüstəm də teatrın rus bölməsinin aktyoru imiş. Elə həmin dönəmdə Rüstəmlə Gülşən Qurbanova ayrılırlar və gənc aktyor Moskvaya gedir. Yeri gəlmişkən, o zaman Yuli Qusman Gülşən Qurbanovanın baldızı ilə evli idi. Yəni Rüstəmin bacısı ilə.

Bu ayrılıqdan sonra Gülşən Qurbanova daha bir həmkarı ilə ailə həyatı qurur. Ancaq onun aktyor Mübariz Əlixanoğlu ilə ikinci evliliyi də uğurlu alınmır. Buna səbəb isə Mübarizin alkoqola meylli adam olduğu bildirilir. Doğrudur, Gülşən Qurbanova da necə deyərlər “yeyib-içən” qadın idi, siqaret də çəkirdi. Amma onu belə kişi maraqlandıra bilməzdi. Xatırlamayanlar üçün deyim ki, M.Əlixanoğlu bir neçə filmdə, o cümlədən “Yol əhvalatı”nda inspektor rolunda çəkilib.

Teatrdan ayrılan Gülşən Qurbanova telekanallara dəvət alır və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsinin ulduzuna çevrilir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. Elə həmin illərdə aktrisanın hazırda ağır xəstə olan əməkdar artist Azər Mirzəyevlə eşq macərası yaşadığı söylənilir. Amma təbii ki, bütün bunlar gerçək deyildi. Doğrudur, onlar arasında hansısa münasibət ola bilərdi, amma sırf sevgiyə söykənən münasibətin olması ağlabatan deyildi. Bu haqda yazının növbəti hissəsində.

AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. “Qaynar qazan” verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa, bəlkə də heç zaman qazanmadığı populyarlığı əldə etdi. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı və “Lider” telekanalına üz tutdu.

Elə “Lider”dəki “Mikser” verilişinin də ilk qonağı Azər Mirzəyev idi.

Nikbin, həyatsevər insan olan Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə infarkt keçirərək 56 yaşında həyata vida edib. Hər zaman “Gülüş - mənim müdafiə reaksiyamdır” deyən aktrisa ölümdən qorxduğunu da gizlətmirdi. Elə buna görə də aktrisa iş yoldaşlarına və yaxınınlarına həmişə deyərmiş ki, “əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim”.
Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şayiələri azaltmadı. Əksinə söz-söhbətləri daha da artırdı. Ən inanılmaz şayiə isə onun guya, klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırılması barədə oldu. Bu şayiələr bir müddət dolaşdı, hətta yaxınları bunu təkzib etsələr belə...

İndiyə kimi aktrisanın müəmmalı ölümüylə bağlı istər cəmiyyətdə, istərsə də sənət adamları arasında müxtəlif suallar dolaşır. Amma aktrisaya çox yaxın olan adamlar onun ölümünün hansı səbəbdən baş verdiyini dəqiq bilirlər.

Həmkarlarının dediyinə görə, G.Qurbanovanın adı ömrünün son illərində çirkli bir işdə hallandırılırmış. İddia olunur ki, bu “iş” aktrisaya qısa bir zamanda geniş imkanlar yaradır və guya, o, xoşagəlməz ləqəb də qazanır. Adlarının çəkilməsinin istəməyən həmkarlarının dediyinə görə, “Lider”dəki veriliş təzə-təzə efirə gedirmiş. Aktrisaya xəbər çatır ki, polislər onu axtarırlar. Hətta polis bölməsində onu gözlədiklərini deyirlər. Guya, qorxuya düşən aktrisa bir müddət məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya sığınır. Günlərin birində çəkilişdən yataqxanaya qayıdan aktrisanın ürəyi orda partlayır. Amma sən demə…

Aktrisanın öldüyündən xəbər tutan yaxınları onu tez evə gətirirlər ki, cəmiyyət bundan xəbərdar olmasın.

Bu arada qeyd edək ki, aktrisa dünyasını dəyişəndə yenicə doğulmuş nəvəsinin qırxı çıxmamışdı.

Gülşən Qurbanovanın xarakteri ilə bağlı da ikili fikirlər söylənilir. Məsələn, bəzi məqamlarda o çox qorxaq imiş. Hansısa həmkarı onun yanında polis adı çəkəndə Qurbanova qeyri-iradi olaraq həyəcanlanırmış. Haqlı olduğunu biləndə isə kimsənin qarşısından çəkilməzmiş.

Çox adam bilmir ki, Gülşən Qurbanova 4 dəfə infarkt keçirib ki, bu da tibdə nadir hadisələrdən sayılır. Çünki adətən bir adam 2-3 dəfə infarkt olandan sonra dünyasını dəyişir.

Aktrisa sənətinə həddən artıq bağlı olub. Səhhətindəki ciddi problemlərə rəğmən heç vaxt səhnədən uzaqlaşmayıb.

Adının çəkilməsini istəməyən həmkarlarından biri deyir ki, ölümündən bir neçə gün sonra onun qəbri yaxınları tərəfindən açılır. Bu həqiqətdir, yoxsa şayiə, amma iddia olunur ki:

“Kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Sadəcə polislərin axtardığını eşidəndən sonra güclü şok keçirib. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb. Gülşən köhnə qəbristanlıqda dəfn olunub”.

Allah rəhmət eləsin!(Modern.az)

Azərbaycanda dəhşətli qəza: 14 nəfər yaralandıOğuzda avtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.

oxu24.com-un məlumatına görə, hadisə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib.

Bakı şəhər sakini Azər Haqverdiyev idarəetdiyi “Mersedes” markalı, 99- JS 491 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək avtobusu yolun kənarına aşırıb.

Qəza zamanı avtobusda olan sərnişinlərdən 14 nəfər - Məmmədov İdris Səfər oğu, Qarayev Rövşən Əlican oğlu, Allahverdiyev Sərvan Qəhraman oğlu, Məmmədov Yaşar Əlixan oğlu, Qasımov Şükür Həsən oğlu, Babayev Vüsal Afət oğlu, Hacıyev Vüqar Şahmar oğlu, Ələkbərov Mahir Həsənbala oğlu, İsgəndərov Nüsrət Həsrət oğlu, Əliyev Əlihüseyn Musa oğlu, Cavadov Maarif Arif oğlu, Məmmədov Yalçın İspəndiyar oğlu, Abdullayev Möhsüm Həşim oğlu və Vəliyev Ceyhun Abbasəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan bəziləri müayinə və müalicə olunmaq üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Bəzi yaralıların müayinə və müalicəsi Oğuz RMX-da davam etdirilir.

Qeyd edək ki, qəzaya düşən avtobus və avtobusda sərnişin qismində olan şəxslər “Evrascon” ASC-nın işçiləridir.
QHT sədri koronadan vəfat edibHəmkarımız, ictimai fəal, QHT sektorunun tanınmış üzvlərindən biri, filantrop və xeyirxah Bəxtimşah Tağıyeva 17 dekabr 2020-ci ildə FHN-nin modul tipli xəstəxanasında dünyasını dəyişib.

2002-ci ildən yaratdığı “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi vasitəsilə ictimai faydalı layihələrlər çıxış edib.

Allah rəhmət eləsin!

Yeri cənnət olsun!