Dünyanın ən yaxşı futbolçusu bəlli olduFİFA 2020-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, Almaniyanın "Bavariya" klubunun polşalı futbolçusu Robert Levandovski "ən yaxşı" adına layiq görülüb. O, siyahıda "Barselona"nın futbolçusu Lionel Messi və "Yuventus"un üzvü Kristiano Ronaldonu qabaqlayıb.

Qeyd edək ki, Levandovski bu il "Bavariya"nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub.