Azərbaycanda maskaya görə cərimələr KƏSKİN ARTIRILDIMilli Məclisinbu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Avrasiya.net xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Məcəllənin hazırkı variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Məcəlləyə dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Parkda qanlı dava - Xəsarət alanlar varAğstafa rayonunda 2 nəfərin bıçaq xəsarəti alması ilə nəticələnən dava-dalaş olub.

Rayonun Sadıqlı kəndinin mərkəzindəki parkda 1977-ci il təvəllüdlü Namazov İsə Sadıq oğlu ilə, həmyerlisi, 1995-ci il təvəllüdlü Omarov Elnur Eldar oğlu arasında münaqişə baş verib. Bu zaman onlar bıçaqla bir-birlərinə zərbələr endiriblər. Hər iki şəxs kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Koronavirusun ilk əlaməti qızdırma deyilmişKoronavirusun gəldiyini bilmək üçün qızdırmanı gözləməyin. Uhan şəhər xəstəxanasının həkimləri daxil olan xəstələrin anamnezini araşdıraraq, koronavirusun ilk və diqqətə alınmayan əlamətlərinin tamam başqa olduğunu müəyyən ediblər. SİA mediçina saytına istinadən xəbər verir ki, virusa yoluxmanın ilk əlaməti adi qripə bənzər simptomları özünü xəstəliyin orta mərhələsində, hətta atipik pnevmoniyanın başlanğıcında göstərə bilər.

Koronavirusun ilk əlaməti isə həzm sistemində özünü göstərir: ürəkbulanma, qarında ağrı, ishal, ağciyərlər olan nahiyədə sıxılma, ürək döyüntüsünün artması.

Həkimlər bir çox xəstələrin hətta yüksək temperatursuz xəstəxanaya gətirildiyini bildirib. Ona görə qızdırma yoxdursa, koronavirus yoxdur deyə düşünmək yanlışdır.

Koronavirus mütləq bəzi test və analizlərlə dəqiq diaqnoz olunur.
Ermənistanda koronavirusa yoluxanların sayı 152 mini ötdüErmənistanda daha 861 nəfərdə koronavirus aşkarlanıb.

Avrasiya.net xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 152 392 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 15 nəfər artaraq 2 596-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 648-ə yüksəlib. İndiyədək 131 213 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 17 796 aktiv koronavirus xəstəsi var.
“Pastinfo”: Qafanın hava limanı yaxınlığındakı ərazilər Azərbaycana keçəcəkErmənistanın Sünik vilayətində vəziyyət gərgindir. Süniklilər bildiriblər ki, cümə günü saat 17:00-a qədər Qafan və ətraf yaşayış məntəqələrin təhlükəsizliyini təmin edən, könüllülərin növbətçilik çəkdiyi mövqelərdən geri çəkilməlidirlər.

“Pastinfo” nəşri yazır ki, Ermənistan Müdafiə Nazirliyindən verilmiş əmrlə geri çəkilmə nəticəsində Qafanın hava limanı təhlükə altına düşəcək, Gorus-Qafan yolunun 21 km hissəsi Azərbaycanın nəzarəti altına keçəcək.

Ermənilər təhlükəsizlik zəmanətləri məsələsi ilə bağlı avtomobillərlə Qafana gedən yolda dayanıblar, Qafan yaxınlıqlarında dövlətlərarası yolu bağlayıblar və Ermənistan hakimiyyətinin hərəkətsizliyindən şikayətləniblər.

Böyük sayda sakinlər toplaşıblar, onlar arsında hərbi geyimli vətəndaşlar, könüllülər də olublar.
Baydenə xəbərdarlıq: Ankara ilə əlaqəni pozma!Ankaraya həddindən artıq təzyiq etmək onu Qərbdən daha da uzaqlaşdıra bilər.

Axar.az xəbər verir ki, bu barədə siyasi ekspert Kristofer Millerin "Yerusəlim Post" qəzetində dərc edilən məqaləsində bildirilib.

Miller ABŞ-ın yeni rəhbəri Co Baydenə tövsiyəsində vurğulayıb ki, Türkiyə ilə yaxşı münasibətlər ABŞ-ın strateji hədəfləri üçün çox vacibdir:

"Türkiyə üç qitəni əhatə edən mühüm bir qüvvədir. Münasibətləri gücləndirmək üçün top artıq ABŞ-ın sahəsindədir. Bayden sürətlə dəyişən Yaxın Şərq, Çinlə gərgin münasibətlər və ABŞ-ın maraqlarına zidd olan kiçik səviyyəli qarşıdurmalarla üz-üzə qalacaq. Ən vacib hədəflərdən biri də Türkiyə lideri Ərdoğana yaxınlaşmaq olacaq. Bayden rəhbərliyinin Ankaraya qarşı həssas düşüncələri necə tarazlaşdıracağı bu vacib müttəfiqlə gələcək münasibətləri müəyyən edəcək".
Koronavirusla bağlı xoş xəbər: Peyvəndindən sonra dərmanı hazırlandıdKoronavirus peyvəndindən sonra dərmanı ilə də bağlı xoş xəbər gəlir.

“Hürriyet” xəbər verir ki, alman biotexnologiya şirkəti “FORMYCON” terapiyada böyük müvəffəqiyyət əldə etmək üzrədir.

Şirkət rəsmiləri və bu yeni molekul üzərində çalışan alimlər “FYB207” adı ilə təsbit etdikləri təsirli “ACE2 antikor fusion protein”i inkişaf etdirdiklərini açıqlayıblar.

Onlar bununla bağlı ABŞ və Avropadakı əczaçılıq orqanlarına dərmanın təsdiqinə icazə üçün müraciət ediblər.

Bu vitaminlər sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər - XƏBƏRDARLIQKoronavirusdən qorunmaq üçün bədənin müqavimətini artırmaq və immunitet sistemini gücləndirmək istəyənlər dərman, vitamin və qida əlavələrinə üz tuturlar.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bu qorxu son zamanlar belə məhsulların, xüsusilə C və D vitaminlərinin satışını artırıb.

Həddindən artıq vitaminlərin qəbulu orqanları yorur!

Mütəxəssislər əlavə dərman və qida əlavələrinin şüursuz şəkildə istifadəsinin riskli olduğunu söyləyirlər. Bəzi hallarda ciddi sağlamlıq problemlərinə də səbəb ola bilir.

Daxili xəstəliklər üzə mütəxəssis Ozan Kocakaya bildirir ki, belə dərmanlar böyrəkləri və qaraciyəri yorur:

"Xüsusilə hamilə qadınlar və xərçəng xəstələri uyğun dozaları həkimləri ilə müzakirə etməlidirlər. İstifadə etdikləri dərmanların xərçəng dərmanlarına əks təsir göstərməməsi üçün düzgün doza təyin edilməlidir. Bu da müalicə həkimin daimi vəzifəsidir".
Güləşçimiz dünya kubokunun finalına yüksəldiSerbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə fərdi dünya kuboku yarışları sona yaxınlaşır.

Avrasiya.net xəbər verir ki, altıncı yarış günündə - dekabrın 17-də 61, 65, 79, 86 və 97 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Əhmədnəbi Qvarzatilov (61 kq) startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb. Bolqarıstan və Tacikistan güləşçilərindən də güclü olan Ə.Qvarzatilov finala yüksəlib.

Üçqat Avropa və dünya çempionu Hacı Əliyev debütdə prinsipial rəqiblə qarşılaşıb. 65 kiloqram çəki dərəcəsində dünya çempionu Hacımurad Rəşidovla görüşə əla start verən H.Əliyev 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. Güləşçimiz dörddəbir finalda qırğız güləşçi ilə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Macarıstan təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. H.Əliyev əzmkarlıq nümayiş etdirsə də, onu qələbədən 1 xal ayırıb. Güləşçimiz bürünc medal üçün xalça üzərinə çıxacaq.

Rəşad Yusifli (79 kq) ilk görüşdə türk həmkarına məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.

Abubakr Abakarov (86 kq) startda Bolqarıstan təmsilçisinə "tuşe" ilə qalib gəlib. Ancaq dörddəbir finalda İspaniya idmançısına uduzub.

Mübarizəyə dörddəbir finaldan qoşulan Şamil Zubairov (97 kq) Moldova təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Belarus təmsilçisinə yenilib və ümidini bürünc medala bağlayıb.

Bu çəki dərəcələri üzrə təsəlliverici görüşlər və medal qarşılaşmaları dekabrın 18-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Fransada kişi arvadını öldürüb, özü də intihar etdiParis yaxınlığında silahlı şəxs bir neçə nəfəri girov götürüb.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Silahlı insident zamanı iki nəfər də yaralanıb.

Kanalın məlumatına görə, şirkət rəhbəri öz arvadını girov götürüb, içəridə bir neçə nəfər də var.

Ərazi polis tərəfindən mühasirəyə alınıb. Polis silahlı şəxslə danışıqlar aparmağa cəhd edir.

***

Silahlı şəxs arvadını öldürüb, daha sonra intihar edib.

Bu barədə polisin məlumatında qeyd olunub.