İran nüvə stansiyası ərazində yeraltı obyekt tikirİran “Fordo” uran zənginləşdirmə zavodunun yaxınlığında yeraltı obyektin tikintisinə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Maxar Texnologies”ə istinadla xəbər verir ki, tikinti işləri sentyabr ayının sonunda başlayıb.

İnşaat işləri “Fordo” zavodunun şimal-qərbində aparılır ki, ora da öz növbəsində mümkün hava hücumlarından qorumaq üçün qayaların altındadır. Müəssisə zenit silahları ilə də qorunur. Kompleks Qum şəhəri yaxınlığında, Tehranın 90 km cənub-qərbində yerləşir.

Tikilməkdə olan obyektin yanında vakum texnologiyası mərkəzi də daxil olmaqla, bir sıra tədqiqat və inkişaf mərkəzlərinin olduğu qeyd olunur.

Fotoşəkillərdə obyekt üçün qazılmış bünövrənin və seysmik zonalarda tikintidə istifadə edilən onlarla dayağın olduğu görünür.

İran Fordo rayonu ərazisində yeni inşaat aparıldığını açıqlamayıb. İranın BMT-dəki daimi nümayəndəliyi və MAQATE yeni obyektin inşası ilə bağlı heç bir açıqlama verməyib.
"Azərbaycanın mövqeyində müsbət mənada ciddi dəyişiklik aparılıb"Məlum olduğu kimi, dünyada ən nüfuzlu mənbələrdən sayılan “Doing Business” Hesabatında Azərbaycanın qlobal reytinq sıralamasındakı mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəldilib.

Avrasiya.net xəbər verir ki, Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bununla bağlı “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, ölkəmizin sözügedən sıralamadakı bu irəliləyişi təsadüfi sayıla bilməz: “Bildiyiniz kimi, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business” Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın “Doing Business 2020” Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.

Xatırladım ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press-relizdə bildirilmişdi ki, bir sıra üzv ölkələrin “Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdi. Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press-relizində isə qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir.

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub. Qeyd edim ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.

Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib. “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi”.

Millət vəkili xatırladır ki, Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi var. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək verib. ““Doing Business” Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın istər Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edir”.

Deputat qeyd etdi ki, Azərbaycanın “Doing Business” Hesabatındakı reytinqi 3 göstərici üzrə yenilənib. “Bunlar Elektrik təchizatı şəbəkələrinə qoşulma, Müqavilələrin icrası və sərhəddə ticarət indikatorlarıdır. Birinci indikator vasitəsi ilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə ərizələr, elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr, habelə xarici və yekun qoşulma işləri və s. üzrə islahatların aparılması ölçülür. Müvafiq istiqamətdə coğrafi informasiya sisteminin kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini aradan qaldırmış və müvafiq sənədləşmələrin aparılması müddətinin azalmasına səbəb olmuşdur. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması proseduru ləğv edilib və texniki şərtlərin qəbul edilməsinə olan müddət azaldılıb. Beləliklə, hesabatda texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sayının 5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini tapıb. Müvafiq göstəricilər daha öncə hesabatda, müvafiq olaraq, 7 və 41 gün kimi əks olunmuşdu.

Bununla yanaşı, “Doing Business” hesabatı “Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsi ilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi artırılıb. Bununla da, ölkədə məhkəmə proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olunub.

“Doing Business" hesabatı həmçinin, ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərcləri qeydə alır, mal partiyasının ümumi idxal və ixrac prosesində üç prosedur qrupu ilə bağlı vaxt və xərcləri qiymətləndirir. Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində ixraca və idxala sərf olunan müddətlə bağlı dəyişikliklər edilib. Belə məlum olub ki, bu prosedurlar əvvəl dərc edilən müddətdən xeyli qısadır və bu sahədə ciddi islahatlar aparılıb. Nəticədə bu indikator üzrə də real göstəricilər hesabata daxil edilərək, Azərbaycanın mövqeyində müsbət mənada ciddi dəyişiklik aparılıb. Beləliklə, Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə “sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların həyata keçirilməsini bir daha təsdiq edib.”

Deputat sonda onu da vurğulayıb ki, Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcək.

"Əgər NATO haqsız cəzalar və sanksiyalar törədərsə biz niyə bu cür ədalətsiz bir yerdə olaq?""ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq qınayırıq, çünki Gürcüstan bizim vətənimizdir, Azərbaycan və Türkiyə isə bizim üçün mühim dövlətlərdir. Milli dövlətimiz 21-ci əsrin tələblərinə uyğun olaraq öz hərbi strategiyasını və öz əsgər nizamını qurur. Məlumdur ki, hava üstünlüyü olmayan dövlət döyüşdə məğlub olur".

Bu barədə Aktual.ge xəbər portalına ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara münasibət bildirən Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov deyib.

O xatırladıb ki, Türkiyə öz hava müdafiə sistemini qorumaq üçün ilk dəfə patriotlarla əlaqədar Amerikaya müraciət etdi, ancaq Amerika Birləşmiş Ştatları bundan üz döndərdi.

"Türkiyə özünü qorumaq üçün patriotları almalı və özünü qorumalı idi. Əgər özünü qorumaq üçün silah alırsa və onun müttəfiqi olan ABŞ onu cəzalandırırsa, cəza bilirik ki, günahın qarşılığında verilir, burda günah yoxdursa cəza varsa bu o deməkdir ki, burada ədalətsizlik var, haqq ədalət tapdalanıbdır. Buna görə də biz Amerika Birləşmiş Ştatlarını Gürcüstan Azərbaycanlıları Konqresi olaraq qınayırıq. Mən siyasi həyatım dövründə həmişə Gürcüstanı NATO-nun və Avropa İttifaqının tərkibində görmək istəmişəm. Amma bu gün düşünürəm ki, əgər NATO da haqsız cəzalar və sanksiyalar törədərsə biz niyə bu cür ədalətsiz bir yerdə olaq? Mən Gürcüstan vətəndaşlarını da bu haqda düşünməyə dəvət edirəm. Biz düşünməliyik ki, bizim vətənimiz haqq ədalət olmayan bir mühitdə olmamalıdır",-GAK sədri qeyd edib

Sizcə Türkiyə ABŞ-ın bu addımını necə dəyərləndirəcək?

"Dünya düzəni belədir ki, sənə qarşı atılmış bir addıma ona bərabər dəyərdə bir cavab verilməlidir. Standart vəziyyət belə tələb edir, amma bunlar müttəfiq olduğuna görə mən hesab edirəm ki, hələ oturub birlikdə müzakirə edə bilərlər. Amerikanın belə bir şansı hələki var. S400-lərin NATO müdafiə sisteminə nə dərəcədə uyğunlaşıb uyğunlaşa bilməməsi, məsələnin texniki tərəflərini müzakirə etsinlər və ondan sonra qərar versinlər. Tələsik qərarlar da həmişə ziyan gətirər",-deyə H.Yusubov deyib.
BƏƏ-Azərbaycan arasında mühüm bir razılaşma əldə edilibBirləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası arasındakı iqtisadi əlaqələr əvvəlki illər ərzində kəskin turist axını ilə səciyyələndi.

Əlbəttə, növbəti illərdə bu potensialın daha da yeni biznes imkanları, iqtisadi inkişaf perspektivləri açacağını gözləsək də, məlum pandemiya səbəbindən mövcud reallıqlarla razılaşmalı olduq. Ancaq bu, o demək deyil ki, cari il BƏƏ-Azərbaycan iqtisadi-ticari əlaqələrində tam passivliklə müşayiət olundu.

BƏƏ-nin Azərbaycandajı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, 2020-ci ilin lap əvvəlində mühüm bir razılaşma əldə edildi: Yanvarın 9-da Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihənin reallaşdırılmasına dair İcra müqaviləsi imzalandı.

Nə üçün BƏƏ-dən məhz Masdar şirkəti? 2006-cı ildə təsis edilmiş Masdar, Abu Dhabi Gələcək Enerji Şirkəti, bərpa olunan enerji və davamlı şəhər inkişafı sahəsində qlobal liderdir. Masdar ərəbcə "mənbə" deməkdir. Şirkət qabaqcıl texnologiyaları tətbiq etməklə, öz işinin peşəkarıdır. Azərbaycanın bərpa olunan enerji sektoru da çox perspektivli bir sahədir. Bu baxımdan, Saziş ölkələrimiz arasında mütərəqqi əməkdaşlıq üçün yeni perspektivlər açan böyük bir uğurdur.

Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq davam etdirilmişdir. Belə ki, Dubayda “Azərbaycan kənd təsərrüfatı məhsullarının dequstasiyası yarmarkası” təşkil edilmişdir. “Gulfood 2020” beynəlxalq ərzaq sərgisində Azərbaycan fəal iştirak etmişdir.

Cari ilin ilk on ayı ərzində iki ölkə arasındakı ticarət dövrüyyəsi (ixrac və idxal əməliyyatları) 33 417 290 ABŞ dollarına bərabər olmuşdur.

Pandemiya ilə bağlı təhlükəsiz şəkildə vətəndaşların öz vətənlərinə qaytarılması prosesi də uğurla həyata keçirilmiş, bu sahədə də BƏƏ-Azərbaycan əməkdaşlığı öz töfhəsini vermişdir.

2021-ci ilə təxirə salınmış Dubai EXPO sərgisində Azərbaycanın gözlənilən iştirakını və bu sərgidən faydalanmasını arzu edərək, Azərbaycana yeni-yeni uğurlar, firavanlıq və dayanaıqlı iqtisadi inkişaf diəyirik.
Darmadağın edilən ordu Paşinyanın deyil - PrezidentErmənistanın daxili siyasi vəziyyətinə qarışmaq məqsədi güdmədən demək istəyərdim ki, darmadağın edilən ordu Paşinyanın deyil, Köçəryan və Sərkisyanın 20 il ərzində yaratdığı ordudur.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını Paşinyanın ordusu dağıtmayıb. O, elə bir tapşırıq vermirdi. Birincisi, dağıtmağa artıq heç nə yox idi. Bunların hamısını Köçəryan və Sərkisyan rejimi törədib. Bu adamlar 20 il bizim iclaslarda iştirak edirdilər. Bu adamlar illər boyu mənimlə danışıqlar aparırdı. Biz bilirdik ki, bunların əli azərbaycanlıların qanına batıb. Biz o ərazilərə gələndə onların törətdikləri faciənin bütünlüklə gördük. Bu səbəbdən vəziyyəti öz siyasi məqsədləri üçün istifadə edərək Paşinyana hücum edənlər başa düşməlidir ki, bu onun ordusu deyil, o ordunu yaratmağı çatdırmazdı. Bəli, o lazım olanı etməyib, ancaq 20 il bu ordunu Köçəryan ilə Sərkisyan qururdu. Biz onların ordusunu darmadağın etdik”, - Prezident bildirib.
İlham Əliyev: "Ermənistan rəhbərliyi 28 ildir beynəlxalq aləmi aldadırdı"“ATƏT-in Minsk qrupunun yarandığı 1992-ci ildən bəri Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edib. Status-kvonun saxlanması üçün edilən cəhdlər Ermənistan rəhbərliyinin danışıqlarda imitasiya etməsi ilə maskalanıb”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

“Ermənistan rəhbərliyi mahiyyət etibarilə sadəcə bizi yox, beynəlxalq vasitəçiləri də aldadırdılar. İşğal olunmuş ərazilərdə aparılmış mühəndis-istehkam işlərini nəzərə alaraq Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə verməyə hazırlaşmırdı. Beləliklə, bütün 28 il ərzində yüksək vəzifəli şəxslərin simasında Ermənistan rəhbərliyi beynəlxalq aləmi aldadırdı”, - dövlət başçısı qeyd edib.
Ermənistan ordusunun 80%-i məhv edilib - PrezidentMüharibənin nəticələri məlumdur: Azərbaycan beynəlxalq səviyyədə qəbul edilmiş ərazilərimizin əhəmiyyətli hissəsini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə çalıb.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

“Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80%-i məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”, - dövlət başçısı bildirib.
Təcili yardım çağırışları bu səbəblərə görə gecikirMəcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞT və TTYS) “103” xidmətinə mütəmadi daxil olan müraciətlər də təcili yardım briqadaları tərəfindən icra edilib.

Avrasiya.net xəbər verir ki, bunu BŞT və TTYS-nin baş həkimin müavini İradə Əliyeva deyib.

O bildirib ki, çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur. Ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda isə çağırışın icrası üçün daha çox zaman sərf olunur.

İ.Əliyeva eyni zamanda bir çox insanların BŞT və TTYS-nin gecikməsindən şikayətlənmələrinə də aydınlıq gətirib. O, bunun səbəbi nədən qaynaqlandığını izah edib:
“Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayı artdığından təcili tibbi yardıma edilən müraciətlərin sayında da müvafiq artım qeyd edilir. Belə ki, pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. Zənglərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Təcili tibbi yardıma ehtiyacı olmayan xəstələr üçün də “103” xidmətinə çox sayda müraciət daxil olur ki, bu da telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur. COVID-19-la bağlı xəstələrin hospitalizasiyası zamanı xəstələrin yerləşdirilməsində yaranan müəyyən çətinliklər çağırışların ləngimə ilə icra edilməsinə səbəb olur”.
Pompeodan qəribə açıqlama: “Hədəfimiz Türkiyə yox, Rusiyadır”ABŞ Dövlət katibi Mayk Pompeo telefonda Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Kal Braun açıqlama verib.

Pompeo görüşdə sanksiyaların əsas hədəfinin Rusiya olduğunu, ABŞ-ın Türkiyə kimi müttəfiqinin müdafiə sənayesinə və ya savaş hazırlığı nizamına zərər vermək niyyəti güdmədiyini iddia edib.

Pompeo Çavuşoğluna bildirib ki, Türkiyənin “S-400” alması Amerikanın hərbi qüvvələri və hərbi texnikologiyasının təhlüksəzliyini təhdid edir, Rusiya üçün Türkiyə Silahlı Qüvvələri və müdafiə sənayesini əlçatan edir.

Pompeo onu da qeyd edib ki, sanksiyaların hədəfi Rusiyanın gəlir əldə etməsi və təsir dairəsini genişləndirməsinin qarşısını almaqdır.

“Türkiyəni “S-400” məsələsini uzun illərə söykənən əməkdaşlıq çərçivəsində həll etməyə, NATO prinsiplərinə uyğun şəkildə silah tədarükünə dair üzərində götürdüyü NATO öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - dövlət katibi deyib.