Füzuli və Cəbrayılda 64 erməni meyiti tapıldıBu gün Cəbrayıl və Füzulidən 64 erməni meyiti çıxarılıb.

Avrasiya.net xəbər verir ki, bunu qardaşı və yaxın qohumunu axtarmaq üçün Qarabağa gələn Arsen Qukasyan deyib.

“Hazırda mən “hökumət” binasındayam. Burada nəticələri ümumiləşdirirlər. Bu günə olan məlumata görə, Cəbrayıldan 41, Füzulidən 23, ümumilkdə 64 meyit götürülüb”, - Qukasyan bildirib.

Ordumuz 160 erməni silahlısını əsir götürdü - VideoSosial mediada olduqca maraqlı foto və videolar yayılıb.

Avrasiya.net xəbər verir ki, yayılan videoda Azərbaycan Ordusunun erməni yaraqlıları əsir götürdüyü bildirilib.

"Şuşa rayonunun Qaladərəsi istiqamətində bir qrup erməni terrorçu Azərbaycan Ordusu tərəfindən tərksilah edilib. Onların sayı 160-dır".

Ermənistan Müdafiə Nazirliyi yayılan videola bağlı yaxın dəqiqələrdə açıqlama yayacağını elan edib.