Göyçay rayonunda qadına təcavüzdə ittiham olunan 1983-cü il təvəllüdlü Ruslan Məmmədov və onun tanışı Cəlil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, 30 iyul 2018-ci ildə Ruslan Məmmədov əmisi oğlu Cəlil Məmmədovla gün ərzində Göyçay rayonunun müxtəlif kafelərində spirtli içki qəbul etdikdən sonra “VAZ 2101” markalı avtomobillə Qaraməryəm kəndinin dairəsində marketlərdən birindən pivə alıblar.

Həmin gün saat 23 radələrində aldıqları pivəni içmək məqsədi ilə Göyçay rayonunun Bığır kəndi ərazisində “Nar bağı” kafesinə gəliblər.

Ətrafda heç kəsin olmadığını görüb, kafedə ofisiant işləyən Səbinə Vəliyevanın (ad və soyad şərti verilib – red.) qaldığı tikilinin qarşısında masada əyləşib, söhbət ediblər.

Cəlil Məmmədov Səbinə Vəliyevanın içəridə olub-olmamadığını öyrənmək üçün tikilinin pəncərəsindən setkanı cıraraq içəri daxil olub. İçəridə alt paltarında olan Səbinə Vəliyevanı görüb, Ruslan Məmmədova da xəbər verib.

Daha sonra Cəlil Məmmədov otağın qapısını içəridən açıb və Ruslanı da içəri buraxıb. Səbinə Vəliyevaya onlarla cinsi əlaqədə olmağı təklif ediblər. Səbinə Vəliyeva etiraz edib və qaçmaq istəyib. Onlar isə qadınla zorla cinsi əlaqədə olmaq qərarına gəliblər. Ruslan Məmmədov Səbinə Vəliyevanın saçından tutub, yerdə olan döşəyin üstünə yıxıb. Səbinənin müqavimət göstərməkdə davam etdiyini gördükdə onu əli ilə başından vurub, saçından dartaraq müqavimətini qırıb.

Səbinə Vəliyeva yenə müqavimət göstərib, onlara cinsi əlaqədə olmaq istəmədiyini deyib.

Buna əhəmiyyət verməyən iki kişi Səbinə Vəliyeva ilə zorla cinsi əlaqədə olub. Bundan başqa, Ruslan Məmmədov zor tətbiq edərək Səbinə Vəliyevaya “oral” seksə məcbur edib.

İstintaq orqanı tərəfindən Ruslan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən Cəlil Məmmədova da Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) maddəsi ilə ittiham verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Məmmədov və Ruslan Məmmədovun hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Ruslan Məmmədov apelyasiya şikayəti verib. O, cinayət işinin ona aid hissəsinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Ruslan Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli biıməyib. Qeyd edib ki, zərərçəkmiş şəxslə cinsi əlaqədə olmayıb, ona qarşı seksual xarakterli hərəkətlər etməyib, Cəlil Məmmədovun da qadınla cinsi əlaqədə olmasına köməklik göstərməyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Ruslan Məmmədovun şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin ona aid olan hissəsi dəyişdirilib.

Ruslan Məmmədovun cəzası 5 il 6 aya endirilib.

Bu qərardan narazı qalan Ruslan Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Ruslan Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.

Cəlil Məmmədov da apelyasiya şikayəti verib, onun şikayəti təmin olunmayıb. Bu qərardan Cəlil Məmmədovun vəkili kasasiya şikayəti verib.

Kasasiya şikayəti Ali Məhkəməyə göndərilib və araşdırılması üçün hakim Şahin Yusifovun icraatına verilib.

Cəlil Məmmədovun kasasiya şikayəti üzrə baxış iclası yanvarın 26-na təyin olunub.
Müdafiə Nazirliyi ələ keçirildiErmənistanda Qarabağ məğlubiyyətindən sonra siyasi gərginlik pik nöqtəsinə çatıb.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, övladları itkin düşmüş əsgər yaxınları Müdafiə Nazirliyinin darvazalarını sındıraraq əraziyə daxil olublar. Yüzlərlə insan nazirliyin binasına daxil olaraq məsul şəxslərin onlara cavab verməsini tələb edib.

Daha bir etirazçı qrupu isə Gümrdü-Bavra yolunu bağlayıblar. Bu magistral yol Ermənistanı Gürcüstanla birləşdirən əsas yol hesab olunur. Etirazçılar baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb ediblər.
ÜST: Hazırda koronavirusun müalicəsi üçün dərman yoxdur“Hazırda koronavirusun müalicəsi üçün dərman vasitəsi yoxdur. Həkimlərin məsləhət bildiyi dərmanlar sadəcə ağrıları azaltmaq üçündür”.

Avrasiya.net xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST rəsmisi bildirib ki, orqanizmə əlavə mikroblar düşdükdə antibiotik istifadəsi mümkün ola bilər: “Bu da yalnız həkimlərin məsləhəti ilə olmalıdır. Ona görə də insanların bütün hallarda antibiotik almaq üçün aptekə getməsi düzgün deyil”.
Aylıq maaşı 9 500 manat olan iş yeri boşdurHazırda vakansiya bankında 30 minə yaxın iş imkanı mövcuddur.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli məlumat yayıb.

O bildirib ki, vakansiyalar üzrə əmək haqqı 250 manatdan 9,500 manatadək dəyişir:

“İstənilən şəxs öz bilik və bacarığına uyğun vakansiya seçib göndəriş formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işəgötürənlərə yönləndirilir”.

Xidmət rəisi qeyd edib ki, yaxın vaxtlarda vakansiya bankı yeni innovativ yanaşma ilə fəaliyyət göstərəcək:

“Süni zəkanın köməkliyi ilə iş axtaranlara vakansiya, işçi axtaranlara isə müvafiq əməkdaş insan müdaxiləsi olmadan təklif olunacaq”.
Yeni əməliyyat başlayır: Ruslar erməniləri xəbərdar etdi - VideoOrdumuz işğal dövründə Ermənistanın Zəngilan-Qubadlı istiqamətində qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etmək istiqamətində addımlar atır.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, yeni antiterror əməliyyatı Zəngilan-Qubadlı istiqamətində ola bilər.

Erməni teleqram kanallarında yayılan informasiya bunu deməyə əsas verir.

“Qafandakı (söhbət işğal dövründə qanunsuz olaraq Ermənistana birləşdirilən kəndlərdəki erməni terrorçularından gedir) erməni hərbi birləşmələri Rusiya sülhməramlılarının nümayəndələri ilə danışıqlar aparıb. Ermənilərdən beynəlxalq səviyyədə tanınmış sərhəd xəttinə uyğun olaraq, Zəngilan və Qubadlı ərazisinə daxil olan hazırki mövqelərindən bir neçə kilometr qərbə - Ermənistanın içərilərinə doğru geri çəkilmək istənilib. Rusiya sülhməramlıları ermənilərə xəbərdarlıq edib ki, çəkilməsələr, bir neçə gün ərzində azərbaycanlılar hücum edəcək, belə olanda ruslar buna qarışmayacaqlar. Həmçinin o da bildirilib ki, ermənilər bu ərazilərdə qalıb müdafiə olunmaq istəyirlərsə, onlara heç nə deyə bilməzlər”, - məlumatda bildirilir.

Nikol Paşinyanın “Zəngilan-Qubadlı məsələsini soyuq başla həll etmək lazımdır” açıqlamasına baxmayaraq, ermənilərin Nikolayın dövründə qalma hərbi texnika ilə “biz Süniki (Zəngəzur) müdafiə edəcəyik” pozaları onların geri çəkilmək niyyətində olmadığını göstərir.

Bu o deməkdir ki, növbəti antiterror əməliyyatı Zəngilan-Qubadlı istiqamətində olacaq.
Türkiyəyə qarşı kritik həmlə - Fransa ilə birlikdə hərəkətə keçdilərNATO-nun ikinci ən böyük ordusuna sahib Türkiyə ilə münasibətləri gərgin olan Yunanıstan Fransadan dəstək almağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Aralıq dənizinin şərqindəki gərginlikdə indiyədək Fransadan siyasi dəstək alan Afina bu dəfə Parislə hərbi anlaşma imzalayacaq.

Yunanıstan Baş naziri Kiryakos Miçotakis Fransa ilə bir anlaşma imzalayacağını açıqlayaraq 18 ədəd “Rafale” savaş qırıcıları satın alacaqlarını deyib.

Bölgədə təzyiqlərin artdığına diqqət çəkən Miçotakis qarşıdakı bir neçə gün ərzində 18 ədəd döyüş təyyarəsinin alınması üçün Yunanıstan və Fransa arasında sənədlərin imzalanacağını söyləyib.

O, qırıcıların 2021-ci ildə təslim ediləcəyini bildirib. Miçotakis yeni döyüş gəmiləri, dron və yenilənmiş “F-16”-lar satın almaq istədiklərini də açıqlayıb.
Alimlər hələ də koronavirusun yaranma səbəbini axtarırlarÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər komandası koronavirusun mənbəyini axtarmaq üçün 2021-ci ilin yanvarında Çinə yola düşəcək.

Virtualaz.org bildirir ki, bu barədə Associated Press missiyanın üzvü Fabian Lendertsə istinadən məlumat yayıb.

O, qeyd edib ki, ekspertlər artıq Çin alimləri ilə müzakirəyə başlayıblar. Ehtimal ki, ÜST mütəxəssisləri Uhana gedəcəklər: "Bu, təqsirkar ölkəni tapmaq üçün deyil. Bu, nəyin baş verdiyini anlamağa çalışmaq üçündür ki, sonra baxaq görək, gələcəkdə bu informasiya əsasında riski azaltmağa çalışa bilərikmi".

Mütəxəssislər virusun ilk dəfə qeydə alınmasından əvvəl dövr edib-etməməsini müəyyənləşdirmək istəyirlər. Həmçinin onlar Uhan şəhərində virusun heyvandan insana ötürüldüyü mümkün yeri - bazarı öyrənəcəklər.

F.Lendertz qeyd edib ki, ÜST-nin Çindəki missiyası 4-5 həftə davam edəcək: "Missiyanın sonunda hesabat olacaq, lakin mən əminəm ki, biz yenə də tam cavab ala bilməyəcəyik".

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında məhz Uhan şəhərində qeydə alınıb.

Pandemiyanın başlanğıcından dünyada 72 milyon koronavirus xəstəsi qeydə alınıb, virusa yoluxmuş 51 milyon pasiyent sağalıb, 1,6 milyondan çox insan infeksiyanın qurbanı olub.
Afinaya olar, Türkiyəyə yox? – Bu, əsl qərəzdir!Rusiyadan alınmış S-400 zenit-raket komplekslərinə görə (ZRK) ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi ədalətsiz, qərəzli qərardır. Türkiyə hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a müraciət etsə də, həmin sistemlər Türkiyəyə satılmayıb. Belə olan təqdirə rəsmi Ankara nə etməli idi?

Bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsini şərh edərkən deyib.

O bildirib ki, Türkiyə müstəqil ölkədir və öz milli maraqlarını qorumaq məcburiyyətindədir:

“Türkiyə milli maraqlarını və təhlükəsizlik məsələlərini əsas götürərək Rusiyadan müasir müdafiə sistemini alıb. Türkiyə NATO-ya daxil olan ölkələr içərisində tək ölkə deyil ki, Rusiya istehsalı olan sistemlərdən istifadə edir. Hər kəsə məlumdur ki, Yunanıstan həmin sistemləri Türkiyədən çox-çox əvvəl Rusiyadan alıb. Lakin bu, nə ABŞ, nə də NATO rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olub. Bu fakt belə özlüyündə verilən qərarın nə dərəcədə ədalətsiz olduğunu sübut edir”.

Ekspertin sözlərinə görə, Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi, qərəzsiz yolla həll etməyi təklif edib:

“Lakin Türkiyənin təşəbbüsünə hər hansı münasibət bildirilməyib. Görünür, müəyyən qüvvələr Türkiyənin dünyada artan nüfuzu və rolundan ciddi narahatlıq keçirirlər. İşin ironyalı tərəfi isə odur ki, bu gün Türkiyənin güclənməyindən qorxan qüvvələrin özü məhz Ankaranın güclənməsinə zəmin yaradır.

Baxın, ABŞ-ın yeni F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Ankaranın özünün yeni qırıcı təyyarələr istehsal etməsinə təkan verdi. ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə “Bayraqdar” dronlarını hazırladı və istehsala başladı.

Türkiyə “Altay” tankları, helikopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edir. Əgər vaxtilə ABŞ və NATO Türkiyəyə istədiyi silahları versəydi, bəlkə də rəsmi Ankara bunların heç birini etməz, bu gün yenə rəsmi Vaşinqtondan silah asılılığına davam edərdi”.
“Paşinyanın sayılı günləri qaldı” - “Daşnaksütyun”dən hədə“Biz belə birləşmə ilə bu hakimiyyəti təmizləməli, həmçinin ölkəmizin birliyini qurmalıyıq”.

Bunu Ermənistanın paytaxtı İrəvandakı "Fransa" meydanında keçirilən “Ləqayət marşı” mitinqində “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

"Nə qədər ki, Paşinyan Ermənistanın baş naziri vəzifəsini tutur, bizim xalqımızın və dövlətimizin qamətini düzəltmək sadəcə mümkün deyil.

Qarşımızdakı problemləri həll etmək üçün Paşinyanın gedişindən sonra hamımız birlikdə Avstraliyadan Moskvaya, Tehrandan Los-Ancelesə qədər xalqımızın potensialını birləşdirməliyik”.

O, qeyd edib ki, Baş nazir Nikol Paşinyanı istefaya göndərmək və irəli getmək lazımdır.

“Bizdən daim soruşurlar ki, bu mübarizə nə ilə bitəcək, mübarizə uzandıqca, bizi bu hakimiyyəti konkret hərəkətlərlə elə indi aradan qaldırmağa çağırırlar. Mən “Vətənin qurtuluşu üzrə Hərəkat” adından söz verirəm ki, Paşinyanın sayılı günləri qaldı. Əgər o, könüllü getməsə, onda özümüz onu vəzifədən uzaqlaşdıracağıq. Biz hər gün itaətsizlik aksiyaları keçirəcəyik və hədəfimizə nail olacağıq. Nikolsuz yeni il", - Saqatelyan bildirib (report).