Ermənilər hələ də meyit yığır: 900-ə yaxın...Axtarış işlərinin başlandığı gündən bəri Qarabağda 892 erməni meyiti tapılıb.

Axar.az xəbər verir ki, bunu keçmiş və qondarma “dqr”in təmsilçisi Unan Tadevosyan deyib.

Onun sözlərinə görə, tapılan meyitların əksəriyyəti tanınmaz haldadır.

“Bu günə kimi 892 meyit tapmışıq. Dünən axtarış işləri yenidən Cəbrayıl, Füzuli, Qaraxanbəyli istiqamətində aparılıb. Bu gün isə Cəbrayıl və Füzulidə davam etdirilib”, - Tadevosyan bildirib.

Tadevosyan sabah və birisi gün Qubadlı, Laçın və Zəngilan rayonları ərazisində də axtarışların aparılacağını deyib.
Qadınları Dubaya satmağa aparan insan alverçisi həbs edildiDİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi qadınları Dubaya satmağa aparan Bakı şəhər sakinini həbs edib.

KANAL 5-in əldə etdiyi məlumata görə Bakı şəhər sakini Əhmədzadə Xatirə Tahir qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoyması faxtı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaqın baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Əhmədzadə Xatirə Tahir qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Vilayət Eyvazov Gəncənin rəis müavinini Bakıya gətirdiDaxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlı tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə, o, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

"Soyuqqanlı, təxribatlara uymadan tədbirli davranmalıyıq"Azay Quliyev
Milli Məclisin üzvü


Xocavənd rayonunda qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi və bu əməliyyatın əsasən Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılaraq anti-terror əməliyyatı kimi dəyərləndirilməsini çox doğru hesab edirəm və alqışlayıram.

Təqdirəlayiq haldır ki, uğurlu əməliyyat nəticəsində 100-dən çox erməni silahlıları tərkisilah edilib və müqavimət göstərilənlərə qarşı adekvat tədbirlər görülüb.
Dağlıq Qarabağda yaşayan dinc erməni sakinlərlə heç kimin işi yoxdu, onlar Azərbaycanın vətəndaşları kimi “dinc” olduğu müddətcə qalıb yaşaya bilərlər. Bu adamların təhlükəsizliyinə və hüquqlarının təminatına ən ali səviyyədə təminat verilib.

Ancaq kimsə əlinə silah alıb bizim əsgərimizə və ya hüquq mühafizə orqanlarının əməkdaşlarına xəsarət yetirməyə qalxarsa, o zaman həmin şəxslərə qanununun sərt dili ilə cavab veriləcək.

Hamı bilməlidir ki, Dağlıq Qarabağda bu cür qanunsuz silahlılar bizim üçün terror təhdidi yaradır və terrorçulara münasibətdə başqa ölkələr hansı addımlar atırsa, biz də eyni addımları atacağıq. Konkret olaraq həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 (“Terrorçuluq”), 228 (“Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə”), 279 (“Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma”) və digər müvafiq maddələrinə uyğun şəkildə cəzalandırılacaq.
Bu işə heç kim müdaxilə edə və Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə təhlükə törədən bu terrorçuların və ya qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə mane ola bilməz.

Bu baxımdan hesab ediəm ki, hər kəs, xüsusilə sülhməramlılar öz vəzifə və səlahiyyətlərini dəqiq icra etməli və onlara verilən mandatdan kənara çıxmamalıdır.

İndi qarşımızda duran ən mühüm vəzifələrdən biri azərbaycanlıların tezliklə Xankəndinə, Xocalıya, Əsgərana və Ağdərəyə qayıtması üçün bu ərazilərin 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni silahlı dəstələrindən tam təmizlənməsi və soydaşlarımızın təhlükəsiz şəkildə bu ərazilərə qayıtmaları üçün hazırlıq işlərinə başlamaqdan ibarətdir.

Əlbəttə, biz istərdik ki, bu mərhələ sülh yolu ilə tezliklə öz həllini tapsın və gələcəkdə hər hansı anti-terror əməliyyatlarına da ehtiyac qalmasın. Əgər ermənilər anti-terror əməliyyatlarının davam olunmasını istəmirlərsə, o zaman bütün qanunsuz silahlı birləşmələr Azərbaycanı tərk etməli, onların arasında bizim vətəndaşlar varsa, tərkisilah olunub mülki həyata qayıtmalıdırlar.

Bu baxımdan Türkiyə silahlı qüvvələrinin birbaşa iştirakı ilə 10 noyabr sazişinin icrasına nəzarəti həyata keçirəcək Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlaması olduqca önəmlidir və bunun prosesin sürətlənməsinə ciddi təkan verəcəyi şübhə doğurmur.
Əminəm ki, o qədər də sadə olmayan bu mərhələni də cənab Prezidentin uzaqgörən siyasəti və qətiyyəti ilə uğurla başa çatdıra biləcəyik. Lakin onu da bilməliyik ki, bu həssas mərhələdə prinsipal olduğumız kimi, həm də soyuqqanlı, təxribatlara uymadan tədbirli davranmalıyıq ki, gözlənilməz situasiyalarla üzləşməyək.
Ədalət Vəliyev siyasi partiya sədrləri ilə görüş keçiribAzərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunur. Hökumətin təşəbbüsü ilə cərəyan edən proseslər bilavasitə demokratik ənənələrin formalaşmasının təzahürüdür. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam edir. Növbəti görüşlər Milli Məclisin deputatları - Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, həmçinin Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxan, Milli Konqres Partiyasının sədri İxtiyar Şirin və Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan ilə ayrı-ayrılıqda mobil rabitə və videokonfrans formatında təşkil olunub.

Görüşlər zamanı Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və Zəfər paradı, müharibə zamanı tətbiq olunan yeni hərbi strategiyanın xüsusiyyətləri, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış “YAŞAT” Fondunun əhəmiyyəti və bu müstəvidə qazilərə, habelə şəhid ailələrinə göstəriləcək yardımlar, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, Azərbaycanın artan geosiyasi statusu, Türkiyənin dəstəyi və ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin perspektivləri, milli həmrəylik mühitinin qorunmasında siyasi partiyaların rolu, COVID-19 pandemiyasına qarşı mübarizədə cəmiyyət arasında sosial məsuliyyət hissinin aşılanmasında maarifçilik işinin birgə təşkili kimi aktual mövzular müzakirə edilib.

Azərbaycanda ümummilli həmrəyliyi yaşadan və müasir tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, əldə olunan qələbənin əsas qəhrəmanı Azərbaycan xalqı, Azərbaycan Ordusu və Ali Baş Komandandır. Məhz xalqın Azərbaycan Prezidenti İlham Əliyevə olan dəstəyinin və inamının nəticəsidir ki, 44 gün davam edən müharibə zamanı Azərbaycanda yaşanan mütləq birliyin şahidi olduq.

“Əldə olunan Qələbə sayəsində dövlətimiz öz inkişaf tarixində mahiyyət etibarilə yeni mərhələyə keçid alır”, – fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin hər bir üzvündən təşəbbüskarlıq və fədakarlıq tələb olunduğunu vurğulayıb. Qeyd edib ki, cəmiyyətdə mövcud olan bütün potensialın səfərbər olunmasında siyasi partiyalar aparıcı rol oynamalıdır.

Siyasi partiyaların rəhbərləri ilə görüşlərdə Vətən müharibəsi kontekstində Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri geniş müzakirə olunub. Qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin qələbənin əldə olunmasında böyük rol oynadığını xatırladan Ə.Vəliyev vurğulayıb ki, Azərbaycan xalqı Türkiyənin bu dəstəyini müharibənin ilk saatlarından hiss edib. Tarixboyu müxtəlif sınaqlardan keçən Azərbaycan-Türkiyə birliyi bu dəfə də imtahandan uğurla çıxdı. Ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, siyasət, etibarlı münasibətlər və səmimiyyət bu birliyi qoruyan əsas amillərdəndir.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ilə görüşlərində Qələbə mövzusu ətrafında danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin xalqa dekabrın 1-də etdiyi müraciətindən sitat gətirib: “Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”. Ölkə rəhbərinin bu fikirləri qazanılmış böyük qələbədən sonra Azərbaycanın regiondakı geosiyasi statusunun və rolunun artacağının qaçılmaz olduğuna işarə edir.

Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Əməkdaşlığın əhəmiyyətini və zərurətini xüsusi olaraq vurğulayan Ə.Vəliyev gələcək fəaliyyətin səmərəliliyi naminə yaranmış qarşılıqlı əlaqələrin dərinləşməsində maraqlı olduğunu da qeyd edib.

Müzakirə olunan məsələlər sırasında xüsusi maraq doğuran mövzulardan biri də işğaldan azad edilmiş ərazilərdə birgə yaşayış mühitinin yaradılması olub. Prezident Administrasiyasının rəsmisi əsrlərboyu Azərbaycanda formalaşmış multikulturalizm ənənələrinə toxunaraq bildirib ki, bu məsələdə informasiya manipulyasiyalarından və fərqli təxribatlardan çəkinmək lazımdır.

Siyasi partiyaların rəhbərləri Zəfər paradının müasir azərbaycanlının milli kimliyinin formalaşması prosesində rolu, Zəfər Günü, Anım Günü, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı Prezidentin qərarlarını yüksək qiymətləndirib və belə təşəbbüslərin bilavasitə milli birliyə xidmət etdiyini vurğulayıblar.

Görüşlərin əhəmiyyətini bildirən partiya rəhbərləri milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olduqlarını bildiriblər.
Kamran Ağayevin atası koronadan vəfat etdi"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a "Səbail"in baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, A.Ağayevin 72 yaşında koronavirusdan dünyasını dəyişdiyini söyləyib.

Hacıyev mərhumun dəfn üçün Şabran şəhərinə aparıldığını vurğulayıb.

Qeyd edək ki, Adilxan Ağayev şəhər məktəblərindən birində bədən tərbiyəsi fənnini tədris edib. O, əvvəllər Şabranın "Bərəkət" futbol komandasının baş məşqçisi olub.
Akademik 94 yaşında vəfat etdiAzərbaycanın tibb elminə ağır itki üz verib.

Avrasiya.net xəbər verir ki, görkəmli alim, tanınmış pediatr, tibb elmləri doktoru, professor, akademik Adilə Namazova vəfat edib.

O, dekabrın 16-da ömrünün 94-cü ilində dünyasını dəyişib.

Qeyd edək ki, A.Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.

Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.

1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Adilə Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.

Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. A.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Adilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olub.

Azərbaycan Tibb Universiteti əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Adilə Namazovanın vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınları və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Akademik Adilə Namazovanın təltif və mükafatları:

1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni (1996);

2. Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011);

3. Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2016):

4. Dövlət mükafatı laureatı (1981);

5. Əməkdar elm xadimi (1982);

6. ”Akad. M.Topçibaşov mükafatı laureatı və medalı” (2005);

7. Azərbaycan Pediatrlar Assosiasının Prezidenti

8.Ümumdünya Pediatrlar Assosiasının Rəyasət Heyətinin üzvü

9.Türkdilli ölkələrin Pediatrlar Assosiasiyasının vitse prezidenti.

10. Avropa Pediatrlar Assosiasının üzvü.

11. Səhiyyə əlaçısı (1975);

12. Moskvanın və bütün Rusiyanın Patriarxının "Müqəddəs Çar Dimitri Ordeni" (2007);

13. Azərbaycan Milli Elmlər Akademiyasının “Akademik Miəsədulla Mirqasımov mükafatı” ( 2016)

14. Rusiya Pediatrlar İttifaqının “Akademik G.Speranski Medalı” (2016)

Allah rəhmət eləsin!

Ermənilər “general” Arzumanyanı döydülərII Qarabağ müharibəsində itkin düşmüş erməni əsgərlərin valideynləri terrorçu-separatçıların “müdafiə naziri” Mikayıl Arzumanyanı döyüblər.

Avrasiya.net xəbər verir ki, bu məlumatı “Mediaport” Teleqram kanalı yayıb.

“İnsident dünən gecə iki aydan çox öz övladlarını axtaran valideynlərin növbəti dəfə qaneedici cavab almadıqlarına görə baş verib. Əsgər valideynləri Ermənistan hökumətini fəaliyyətsizlikdə ittiham ediblər”, – deyə məlumatda bildirilib.
Xatirə İslam da Mətanətə dəstək oldu: "Evdə söz-söhbət olar..."Gəlini Canana tərəfindən saxtakarlıqda günahlandırılan əməkdar artist Mətanət İsgəndərliyə dəstək olan məşhurlar sırasına müğənni Xatirə İslam da qoşulub.

Xatirə İslam İnstaqram hesabında bu sözləri qeyd edib: "Mətanət xanımı illərdir tanıyıram. Zəhmətkeş qadın, balalarını tək böyüdən ana, gəlinini sevib ona ən gözəl daş-qaşları alan, çoxlarının arzusunda olduğu ulduzlarla dolu toy mərasimi edən qaynanadır.

Mən guya öz aləmində kimisə vurmağa çalışanlara üz tuturam, unutmayın, insanı Allah vurmasın, alçatmasın, bəndə heç kimdir. Pislik həmin insanın özünə qayıdır. Mətanət xanım gəlininə hər cür şərait yaradıb. Ona gözəllik salonu açanda bizi də dəvət etmişdi. Bir qaynana daha nə etməlidir?

İnanıram ki, gəlini də öz səhvini başa düşəcək və Mətanət xanımdan üzr istəyəcək. Hər evdə söz-söhbət ola bilər, bunu ictimailəşdirmək olmaz. Bu sənətdə olan hər kəsdən xahiş edirəm ki, aramızda nə olur-olsun, onu ictimailəşdirməyək. Hər şeyi danışıb, özünüzü gözdən salmayın.

Hər zaman yanındayıq, dəyərli sənətkar!"

Qeyd edək ki, Mətanət İsgəndərlinin gəlini Canana sosial şəbəkədə əməkdar artistin ünvanına bu sözləri yazıb: "İllərimi saxtakar qadının yanında keçirdim. Hansı ki, yalnız özünü düşünən, özü üçün yaşayan, insanların saflığından istifadə edən, öz yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadınının..."

Xatırladaq ki, Canana Mətanət İsgəndərlinin oğlu Kərimlə evlidir. Hazırda cütlüyün münasibəti ev məsələsinə görə korlanıb və ayrı-ayrı evlərdə yaşayırlar.