Bakıda gənc qız özünü binadan atdıBakıda intihar hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunun 4-cü mikrorayon, 20 yanvar küçəsində qeydə alınıb.

Yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atan gənc qız hadisə yerində dünyasını dəyişib.

Hadisənin təfərrüatı rayon prokurorluğu tərəfindən araşdırılır (report).
İlham Əliyev: Sizi səfərə dəvət etməmişəm!Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən söyləyib.

"Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm", - deyə, dövlət başçısı bildirib.
Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı intihar etdiCəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı intihar edib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, RİH-in Hüquq şöbəsinin məsləhətçisi, 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov özünü asaraq öldürüb.

Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib. Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
"Zaman sübut etdi ki, həmin gün həm də Qarabağın taleyi həll olunurdu"“Azərbaycan tarixinin ən möhtəşəm günlərindən birində - 10 dekabr Qələbə paradında qardaş Türkiyə Cümhuriyyətinin siyasi-hərbi rəhbərliyinin az qala tam tərkibdə Bakıda olması, Türk hərbçilərinin isə meydanda Azərbaycan ordu birlikləri ilə yanaşı addımlaması qürurverici idi. Bu, 44 günlük Vətən müharibəsi dövründə böyük qardaşımızdan gördüyümüz möhtəşəm siyasi-mənəvi dəstəyin davamı idi”.

Bunları Milli Məclisin komitə sədri Sadiq Qurbanov 10 dekabr Qələbə paradında Türkiyə Prezidentinin və hərbi rəhbərliyinin iştirakı haqda danışarkən deyib.

Avrasiya.net xəbərinə görə, deputat “AzPolitika”-ya açıqlamasında qeyd edib ki, bu paradla Bakıdan dünyaya növbəti dəfə Türk Birliyi, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığı mesajı verilib. “Vətən Müharibəsindən zəfərlə çıxmağımızda heç şübhəsiz ki, başda hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə rəhbərliyinin Azərbaycana misilsiz siyasi-mənəvi dəstəyinin əvəzsiz rolu oldu. Bu qətiyyətli dəstək sayəsində Azərbaycanın əleyhinə kimi görünən bir çox faktorlar təsirsiz hala gəldi. Dost da, düşmən də gördü ki, Türkiyə dövləti bu haqlı davasında bütün varlığı ilə Azərbaycanın yanındadır, hər bir ssenariyə hazırdır, hadisələrin istənilən inkişafında öz qardaşının yanında olmaq əzmindədir. Nəticədə, hamı bu reallıqla barışdı və qərarlarını bu reallığa uyğunlaşdırdı. Türkiyə rəhbərliyi və xalqının misilsiz dəstəyi sayəsində Azərbaycan dövlətinin, xalqının və ordusunun da özünə inamı artdı ki, bu da qısa zamanda qələbəni şərtləndirdi. Bu baxımdan, Qələbə paradında, mən belə deyərdim ki, bir Millət, bir Dövlət, bir Ordu kimi iştirak etməyimiz tamamilə təbii oldu”.

“Türkiyənin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın bu qətiyyətli, mərdanə, cəsarətli dəstəyi olmasaydı, bizim üçün çətin olar, bəlkə də torpaqlarımızın işğaldan azad olunması bir qədər də ləngiyə bilərdi. Sözsüz ki, Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü Qarabağ siyasəti bizi itirilmiş torpaqlarımıza hər ay, hər gün bir qədər də yaxınlaşdırırdı. Şanlı Azərbaycan Ordusu gec-tez öz Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəkdi. Lakin dediyim kimi, Türkiyə dövlətinin, şəxsən Prezident Ərdoğanın qətiyyətli dəstəyi əvəzsiz oldu. Bu baxımdan, biz Tanrıya həm də ona görə şükr etməliyik ki, nə yaxşı Türkiyədə 15 iyul çevriliş cəhdi baş tutmadı. Azərbaycan cəmiyyəti həmin günlər əbəs yerə həyəcan keçirmirdi. Biz yaxşı başa düşürdük ki, həmin cəhd həm də Azərbaycana, onun maraqlarına, Türkiyə-Azərbaycan qardaşlığına qarşı yönəlmişdi. Xatırlayıram, mən həmin gecəni böyük həyəcan içində Türkiyə səfirliyinin qarşısında keçirmişdim. Şükr ki, böyük türk xalqı çevriliş cəhdini iflasa uğratdı və öz liderini qorudu. Zaman sübut etdi ki, həmin gün həm də Qarabağın taleyi həll olunurdu”, - deputat əlavə edib.
Nəcməddin Sadıkovun general bacısı oğlu işdən çıxarıldıMüdafiə Nazirliyində kadr dəyişikliyi olub.

Avrasiya.net xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, nazir Zakir Həsənovun müvafiq əmri ilə Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ramil Əsgərov Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğludur. O, general-mayor rütbəsini bu ilin iyununda almışdı.

N.Sadıkovun özünün isə II Qarabağ müharibəsinin ilk günlərində vəzifəsindən azad olunduğu bildirilir. Bu barədə hələlik rəsmi açıqlama olmasa da, Müdafiə Nazirliyinin rəsmi saytında olan Baş Qərargah rəisi bölməsindən Nəcməddin Sadıkovun adı çıxarılıb. Hazırda həmin bölmə boşdur.
Bundan sonra hələ çox kədərlənməli olacaqlar - MHP sədri20-ci əsrdə olduqca keşməkeşli tarixi hadisələr yaşayan və son 30 ildə isə torpaqlarının böyük bir hissəsi işğal altında qalan Azərbaycan xalqının nə vaxtsa Qələbə sevincini, Zəfər xoşbəxtliyini yaşamağa tam haqqı çatırdı. 10 dekabrda baş tutan Zəfər Paradı xalqımızın illərdən bəri həsrətlə və həyəcanla gözlədiyi tarixi hadisə idi. Həm xalqımız, həm dövlətimiz, həm də ordumuz ölkəmizin baş meydanında keçirilən Zəfər Paradına qədər böyük bir yol keçdi. Zəfər Paradı qalib Ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin tərənnümü və son akkordu idi. Amma bu son akkordun həqiqətən də layiqli və möhtəşəm olması üçün son illərdə dövlətimiz tərəfindən böyük işlər görülüb.

44 günlük müharibədə əldə etdiyimiz Qələbə heç də birdən-birə qazanılmadı. Bu Qələbə üçün Prezident və Ali Baş Komandan İlham Əliyev tərəfindən uzun müddət xüsusi hazırlıq işləri aparılmış, etibarlı zəmin yaradılmışdı. Məhz bu zəmin üzərində döyüşən Müzəffər Ordumuz qısa bir müddət ərzində dünya hərb tarixində görünməmiş bir uğura, zəfərə imza atdı. Zəfər Paradı da Ordumuzun bu uğurunun, qələbəsinin dünyaya təntənəli nümayişi idi. Bu parad eyni zamanda milli həmrəyliyimizin təcəssümü kimi, bir xalqın düşmənə qarşı mübarizədə öz Dövləti, öz Ordusu, öz Ali Baş Komandanı ilə yumruq kimi birləşməsinin təzahürü kimi qiymətləndirilməlidir. Düşmənin başına endirilən “Dəmir yumruq” da elə həmin bu yumruq idi. Bunu cənab Prezident də Zəfər Paradındakı tarixi çıxışında xüsusi qeyd etdi.

44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunmasını, Ermənistanın təcavüzkar, işğalçı hərbi-siyasi rəhbərliyi üzərində qəti qələbəmizi təmin etdi, Zəfər Paradı isə milli kimliyimizi özümüzə qaytardı, milli qürurumuzun yenilməzliyini nümayiş etdirdi. Xalqımızın qəhrəman övladlarının həyatı, qanı bahasına əldə olunan tarixi Qələbəmizə həsr olunmuş Zəfər Paradı eyni zamanda dostlarımıza da, düşmənlərimizə də böyük bir mesaj idi. Və bu mesajı Azərbaycan və Türkiyə liderləri birlikdə verdilər. İlham Əliyevlə Ərdoğanın Azadlıq Meydanından ucalan çağırışları həm Zəfərimizin təntənəsi, həm də sülh çağırışları idi. Biz savaşdıq və nəinki Qarabağda, həm də bütün bölgədə sülhü bərqərar etdik!

Zəfər Paradımızda qardaş Türkiyənin liderinin və hərbçilərinin bizimlə bir yerdə olmasının çox dərin tarixi və siyasi əhəmiyyəti vardır. İki qardaş ölkənin liderləri bununla bütün dünyaya yeni birlik modeli nümayiş etdirdilər. Bəli, tarixi köklər, milli birlik və səmimi qardaşlıq üzərində qurulan müttəfiqlik beynəlxalq siyasətdən və diplomatiya tarixindən tanıdığımız, bildiyimiz birlik modelləri arasında ən sarsılmaz və etibarlı birlik formasıdır. İki liderin Azadlıq Meydanının uca kürsüsündən nümayiş etdirdikləri bu birlik heç şübhəsiz ki, dostlarımızı sevindirəcək, düşmənlərimizi isə məyus edəcək. Artıq ilkin reaksiyaları da görürük. Bəzi qüvələr və ölkələr bu əzəmətli Zəfər Paradından və iki türk liderinin Paradda verdikləri mesajlardan narahat olmağa, təşviş keçirməyə başlayıblar. Amma biz onlara fikir verməməliyik. Əsas odur ki, biz qalibik. Qalibləri isə necə deyərlər, mühakimə etmirlər. Zəfər Paradında Ordumuzun döyüş ruhunu, hərbi-texniki gücünü və Azərbaycan-Türkiyə liderlərinin çiyin-çiyinə duruşunu həzm etməyən qüvvələr bundan sonra hələ çox kədərlənməli olacaqlar.

Biz bundan sonra düşmənlərimizi məyus edəcək daha böyük işlər görəcək və birgə uğurlara imza atacayıq. Bu mənada Zəfər Paradı bir dönəmin yekunu, yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Zəfər Paradını keçirməklə biz 30 illik işğal tariximizi Qələbə notları ilə qapatdıq. İndi tamamilə yeni dövr və yeni həyat başlayır. Mən Zəfər Paradına böyük Qələbəmizin üzərində qurulacaq yeni həyatın start nöqtəsi kimi baxıram. Qalib dövlətimiz və yenilməz xalqımız inşAllah Qarabağımızı yenidən quracaq!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ərdoğanın oxuduğu şeir Cənubi Azərbaycanda trend yaratdı – VİDEOTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Xalq şairi Bəxtiyar Vahabzadənin şeirini və Araz çayı ilə bağlı məşhur el bayatısını səsləndirməsindən sonra güney azərbaycanlılar maraqlı addıma əl atıb.

Avrasiya.net xəbər verir ki, güneyli qardaşlarımız həmin folklor nümunəsini səsləndirərək sosial şəbəkələrdə trend yaradıblar. Hər gün onlarla soydaşımız bu trendə qoşularaq Azərbaycanla birlik nümayiş etdirirlər.
Azərbaycan hərbi maşınları Gorusda - VideoErmənistan mətbuatı Azərbaycan silahlı qüvvələrinə məxsus iki "Ural" markalı hərbi avtomobilin Zəngəzur mahalının Gorus şəhərində hərəkət etdikləri haqda məlumat paylaşıb.

Avrasiya.net xəbər verir ki, ermənilərin yaydığı videoda buna təəccüb etdikləri görünür.

Azərbaycan MN yayılan video ilə bağlı hər hansı açıqlama verməyib.