Dünyada tək partiyalı parlamenti olan Dövlətlər - Bu nə deməkdir?Gürcüsanta 31 oktyabr keçirilmiş parlament seçkilərində müxalifət partiyaları seçkilərin nəticələrini tanımadığını elan edərək, 10-cu çağırış parlamentə daxil olmaqdan imtinara edərək qanunverici orqanı boykot ediblər.

Aktual.ge-nin verdiyi xəbərə görə: Gürcüstan, 21-ci əsrdə tək partiyalı parlamentlə yaşamağa davam edəcək dünyanın 8-ci ölkəsi olacaq.

Qeyd edək ki, dünyada cəmisi 7 ölkə var ki, o, ölkələrdə tək partiyalı parlament mövcuddur. Bunlar; Şimali Koreya, Çin, Vyetnam, Kuba, Laos, Sahara Ərəb Respublikası və Eritreya.

"Demokratiya İndeksi"ndə, tək partiyalı parlamenti olan ölkələr nisbətən aşağı indeksə sahibdirlər.

İndeksin hesablanmasında iqtisadi tədqiqat qrupu 5 əsas komponenti əsas tutur. Bunlar, seçki prosesi və plüralizm, vətəndaş azadlıqı, hökumətin işləməsi, siyasi fəallıq və siyasi mədəniyyətdir.

Dünyadakı tək partiyalı parlament olan ölkələr;

Şimali Koreya

Şimali Koreyaya 1946-cı ildən bəri "İşçi Partiyası" rəhbərlik edir. Ölkədə 5 ildən bir parlament seçkiləri keçirilir, bununla belə real gücə sahib deyil. Qanunlar ölkədəki hakim partiya tərəfindən yazılır və parlamentdə rəsmi olaraq imzalanır.

Çin

1 milyard 300 milyondan çox əhalisi olan Çinin yeganə partiyası hakim "Çin Kommunist Partiyası"dır. Sözügedən partiya 1921-ci ildən bəri ölkəni idarə edir. "Çin Kommunist Partiyası" dünyanın ən yaşlı siyasi partiyasıdır. 2019-cu ilədək partiyada 91 milyon 910 min insan qeydiyyatdan keçib.

Vyetnam

“Freedom House”n 2020-ci il hesabatına görə, Vyetnam, "Vyetnam Kommunist Partiyası" tərəfindən illərdir idarə olunan tək partiyalı bir dövlətdir.

Kuba, Laos və Eritreyaya gəlincə, "Demokratik İndeks"dəki ortalama balları sırası ilə belədir; 2.84, 2.14 və 2.37.

Son olaraq bu gün, 11 dekabr 10-cu çağırış parlamentin toplandığı “Gürcü Arzusu”nun idarəçiliyində olan Gürcüstan, “Demokratiya İndeksi”ndə ortalama 5.42 balla 89-cu yerdədir və "hibrid rejim" dövlətləri arasında sayılır. Ancaq tək partiyalı parlament qüvvəyə mindikdən sonra bu rəqəmin daha da azalması ehtimal olunur.
Abadidən Süleymaninin ölümü ilə bağlı şok açıqlamaİraqın sabiq baş naziri Heydər Abadinin İran generalı Qasım Süleymaninin ölümü ilə bağlı açıqlaması səs-küyə səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Abadi açıqlamasında bildirib ki, ABŞ PUA-larının sui-qəsdi gerçəkləşdirmək üçün etdiyi müraciət İraqın səlahiyyətli nümayəndələri tərəfindən təsdiqlənib
Şəhid ailələrinə pensiya, müavinət və təqaüd təyin olunduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərindən artıq 1 000-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin təyinatını aparıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, onlara Prezidentin aylıq təqaüdü, həmçinin pensiya, müavinətlər təyin olunub.

Hazırda digər şəhid ailələri üzvlərinə də sosial ödənişlərin təyin olunması prosesi davam etdirilir.

Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi üçün işçi qrup fəaliyyət göstərir. Şəhid ailələrinin müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və həmin ailələrin üzvlərinə sosial təminat növləri üzrə ödənişlər təyin olunur.

Ermənistan sərsəm iddialarından, ritorikalarından əl çəkməyə məcbur olacaqPrezident İlham Əliyevin ötən gün Zəfər paradında çıxışı zamanı “Zəngəzur, Göyçə, İrəvan mahalı da bizim tarixi torpaqlarımızdır” deməsini və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz çıxışında "Ermənistan xalqı Qarabağda yaşananlardan dərs götürərsə, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaqdır” fikrini dilə gətirməsini hər iki ölkə prezidentinin “yeni müharibə hazırlığı” kimi təqdim etməyə çalışmaq açıq qərəzdən və təxribatçılıqdan başqa bir şey deyil. Bu xəstə iddia ilə çıxış edənlər Azərbaycan və Türkiyə liderlərinin fikirlərini kontekstdən çıxarıb, əslində o fikirlərin mənasını, məramını qəsdən təhrif edirlər. Onların niyyəti hər iki ölkəni dünyaya aqressor qismində, Ermənistanı isə bu iki ölkənin təhdidlərinə, təcavüzünə məruz qalan yazıq, köməksiz və təklənmiş ölkə kimi təqdim etməkdir.

Amma əsl həqiqətdə isə hər şey tam tərsinədir. Bu gün Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən tərəf də məhz birilərinin beynəlxalq ictimaiyyətə "yazıq, əzabkeş ölkə" kimi sırımağa çalışdıqları həmin o cırtdan Ermənistandır. Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxlayan təcavüzkar və talançı ölkə də məhz Ermənistandır. Və hətta 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayandan sonra yenə də müharibə ritorikasından əl çəkməyən və iqtidarı da, müxalifəti də Azərbaycana qarşı revanşa can atan, yeni müharibədən dəm vuran ölkədə də Ermənistandır.

Azərbaycan və Türkiyə liderlərinin dünən Zəfər paradının kürsüsündən səsləndirdikləri fikirlər Ermənistanın hakim dairələrinin və siyasi müxalifətinin bu davakar əhval-ruhiyyəsini cilovlamağa, başqa sözlə desək, onların qazını almağa, Ermənistanı idarə edənləri və idarə etmək istəyənləri reallıq hissinə qaytarmağa hesablanmışdı. Hazırda qisasçı əhval-ruhiyyəyə köklənmiş Ermənistan siyasi elitasını və erməni ictimaiyyətini ağıllı olmağa, konstruktiv mövqe tutmağa və 44 günlük müharibənin nəticələri ilə barışmağa məcbur etməyin tək yolu onlarla elə onların öz "dil"lərində danışmaqdır. Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına da məhz bu kontekstdən yanaşmaq lazımdır.

Bu, davakar mövqedən əl çəkməyən Ermənistanı sülhə məcbuetmə taktikası idi. Biz əslində müharibə yox, sülh istəyirik. Amma təəssüf ki, eyni sözü Ermənistan haqda isə demək mümkün deyil. Odur ki, Ermənistan rəhbərliyinin və müxalifətinin özlərinə gəlməsi və məsuliyyətli olmaları üçün "Ermənistan" adlı süni dövlətin yaradıldığı, mövcud olduğu hazırki ərazilərin tarixi Azərbaycan torpaqları olması faktını onlara xatırlatmağa həqiqətən də ciddi ehtiyac vardı. Qoy, bütün dünya da bilsin ki, "Ermənistan" adlı dövlət məhz tarixi Azərbaycan ərazilərində yaradılmış eksperimental layihədən başqa bir şey deyil.

Zənnimcə, İlham Əliyevin və Ərdoğanın məlum ismarıclarından sonra Ermənistanın siyasi elitası da, elə sıravi ermənilər də özlərini yığışdıracaq və sərsəm iddialarından, davakar ritorikalarından əl çəkməyə məcbur olacaqlar.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Müxalifət parlamentdəki səlahiyyətlərini dayandırdıGürcüstanın müxalifət partiyaları parlamentdə səlahiyyətlərini ictimai formada dayandırıblar.

Aktual.ge xəbər verir ki, bununla bağlı birgə memorandum imzalanıb.

Sənədə əsasən, deputat mandatlarından "Vahid Milli Hərəkat", "Avropalı Gürcüstan", “Aqmaşenebeli strategiyası” hərəkatı, “Lelo” və Leyboristlər Partiyası imtina edib.

“Qirçi”, “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı və Vətənpərvərlər Alyansı parlamenti boykota qoşulsalar da, sənədi imzalamayıblar.

Qeyd edək ki, deputat mandatları əldə etmiş 8 müxalifət partiyası parlament seçkilərinin nəticələrini tanımayıb. Bu günə qədər iqtidar və müxalifət arasında 4 dəfə danışıqlar aparılsa da, heç bir razılıq əldə olunmayıb. Tərəflərin növbəti dialoqunun dekabrın 14-də keçiriləcəyi gözlənilir.

İctimai birlik 68 ailəyə dəstək olduPediatrik Kardiologiya və Revmatologiya ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınnın dəstəyi ilə “Regionlarda koronavirus pandemiyası ilə mübarizədə əhaliyə sosial tibbi dəstəyin təşkili” layihəsini ugurla başa vurub.

Layihənin məqsədi koronavirus pandemiyası ilə mübarizədə əhalinin həssas aztəminatlı ailələrinə ərzaq yardımı və tibbi-gigiyenik vasitələrin çatdırılması ilə sosial-tibbi dəstək verməkdən ibarət olub.

Layihə çərçivəsində Ağdaş, Ucar, Zərdab, Gədəbəy rayonlarında 1 iyul - 08 dekabr tarixlərində hər rayondan 17 aztəminatlı, etiyaclı ailə nümayəndəsi olmaqla 68 ailəyə ərzaq və tibbi ləvazimat sovqatları hazırlanaraq, Azərpoçtun yerli filial və şöbələri tərəfindən faydalananların ünvanlarına çatdırılıb.
Novella Cəfərova "Azadlıq fədaisi" mükafatına layiq görülübAzərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatı 2020-ci ilin qalibinə təqdim olundu.

"Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri Fuad Əliyev bildirib ki, mükafatın beşinci qalibini müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib.

“Ənənəvi olaraq hər il keçirilən sorğunun nəticələrinə görə qalibini Beynəlxalq insan hüquqları günündə elan edirk. Bu ilin qalibi hüquq müdafiəçisi Novella xanım Cəfərova oldu.”

ALDP sədri hüquq müdafiəçisi Novella xanım Cəfərovaya mükafat haqqında qısa bir məlumat verdi və “Azadlıq fədaisi” mükafatını ona təqdim etdi.

Novella xanım Cəfərova öz növbəsində bu mükafata görə ALDP üzvlərinə minətdarlığını bildirdi.

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.







Paşinyana cinayət işi açılıbErmənistanın baş naziri Nikol Paşinyan və digər yüksək rütbəli məmurlar barədə cinayət işi açılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Aysor” erməni nəşri məlumat yayıb.

Xüsusi İstintaq Xidməti Nikol Paşinyan və bir qrup yüksək rütbəli məmura qarşı cinayət işi açmasını Birləşmiş Ermənistan Partiyasının sədri Artur Kazinyan feysbuk səhifəsində bildirib.

O, həbslərin gözlənildiyini qeyd edib.

"Bu gün saat 16:00-da cinayət işinin təfərrüatlarını efirdə təqdim edəcəyəm", - Artur Kazinyan yazıb.

Ərdoğanın Zəfər paradında söylədiyi şeir İranı QICIQLANDIRDITürkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı Zəfər paradında söylədiyi şeir İran xarici işlər naziri Cavad Zərifin acığına gəlib.

Modern.az saytı xəbər verir ki, Ərdoğanın Zəfər paradında

“Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar”

şeir parçasına Cavad Zərif özünün Twitter hesabında atmaca ilə cavab yazıb.

“Ərdoğana deyilməyibmi ki, Bakıda səhv oxuduğu şeir Arazın şimal bölgələrinin öz doğma torpaqları olan İrandan zorla ayrılmasından bəhs edir! O Azərbaycan Respublikasının müstəqilliyinə qarşı danışdığını başa düşmədimi? Heç kim əziz Azərbaycanımız haqqında danışa bilməz”,-yazan İran Xarici işlər naziri əslində Güney Azərbaycana yönəlik misralardan qıcıqlandığını gizlədə bilməyib.
Kreditlərini ödəyə bilməyənlərin mənzilləri əlindən alınmamalıdırBizim sığortalanmamış əmanətimiz olmamalıdır. Biz bunu qarşıya məqsəd kimi qoyaraq addım-addəm ona doğru getməliyik.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında çıxışı zamanı deputat Aydın Mirzazadə deyib.

Deputat insanların banklara etimad göstərməsinin vacibliyini bildirib və qeyd edib ki, bunun üçün müəyyən addımlar atılmalıdır: “Mən o fikirlə razı deyiləm ki, insanlar banklara pul qoymaq üçün imkanlara malik deyil. Azərbaycanda kifayət qədər biznesmenlər, yüksək maaş alan insanlar var. Hesab edirəm ki, vətəndaş banka inamını yüksəltməlidir”.

Deputat əlavə edib ki, ona Mingəçevir şəhərindən və digər yerlərdən müraciətlərolur: “Təəssüflər olsun ki, gec ediblər. Bir sıra hallarda insanların banklardan aldığı vəsaiti vaxtından ödəyə bilmədiyi üçün mənzilləri əlindən alınır. Məncə, bu doğru deyil. Ola bilsin ki, ailədən bir nəfər bankdan kredit götürüb və ödəyə bilməyib. Amma buna görə, həmin ailənin digərlərini cəzalandırmaq doğru deyil. Mən bu kimi hallarla əlaqədar banklara müraciət edirəm. Bəzən həll edilir, bəzən olmur. Hesab edirəm ki, qanuna dəyişiklik edilməlidir. İnsanların ödəyə bilmədiyi bank faizləri və ya kreditlərə görə, mənzilləri əllərindən alınmamalıdır. İnsanlar aldıqları vəsaitləri geri qaytarmaqdan imtina etmirlər, sadəcə müəyyən şəraitə görə, vaxtında qaytara bilmirlər. Düşünürəm ki, belə hallarda banklar müqaviləni uzada bilər”.