Soros fondu Ermənistanda bağlanır - MalyanErmənistanda Soros ofisinin bağlanılması prosesi başlanıb.

Axar.az xəbər verir ki, bunu VETO hərəkatının lideri Narek Malyan deyib.

O, bir müddət öncə Saşik Sultanyan adlı şəxsin yezidi kürdlərlə ermənilər arasında nifaq yaratmaq üçün Soros fondundan pul aldığına dair Milli Təhlükəsizlik Xidmətinə müraciət etdiyini bildirib.

Malyanın sözlərinə görə, tezliklə Soros ofislərində total yoxlamalar prosesi başlayacaq, Milli Təhlükəsizlik Xidmətinə məşhur sorosçular çağırılacaq.
General Rövşən Ələkbərov Azərbaycan Ordusundan getdiVətən Müharibəsinə başlayandan sonra tanınmış general Rövşən Əkbərovun döyüşlərdə adının hallanmaması və görünməməsinə görə Ordudan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı.

Avrasiya.net xəbər verir ki, Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov Gununsesi.info-ya açıqlamasında bu məlumatı təsdiqləyib.

R.Əkbərov ətraflı danışmayacağını bildirərək hərbi xidmətdən uzaqlaşdırıldığını deyib: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”.

Milli qəhrəmanlara Prezidentin aylıq təqaüdü təyin edildiPrezident İlham Əliyevin dünən imzaladığı sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib.

Avrasiya.net xəbər verir ki, digər sosial təminat növləri kimi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur.

Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.

Aylıq təqaüd (1500 manat) milli qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.
İlham Əliyev və Ərdoğan Fəxri xiyabanda...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Avrasiya.net xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.
Türkiyə MN zəfər paradı ilə bağlı paylaşım etdi - VideoTürkiyənin Müdafiə Nazirliyi bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.

Avrasiya.net xəbər verir ki, nazirliyin Tvitter səhifəsində paradla bağlı hazırlanan videoçarx paylaşılıb.

"Bir Vətən Hərəkatını uğurla icra edən və Qarabağ müharibəsində böyük zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı tədbirdə iştirak edəcək qəhrəman ordularımızın əsgərlərini salamlayırıq. 2783 şəhidimizə Allahdan rəhmət diləyirik", - deyə paylaşımda qeyd olunub.
Vətən müharibəsinin qəhrəman kəşfiyyatçısıNicat Əsgərovun Füzulidən başlayıb Şuşaya qədər davam edən şərəfli döyüş yolu

44 günlük Vətən müharibəsi geridə qalsa da, hələ də bu uğurlu zəfər, müqəddəs qələbə barədə danışılır, yazılır, həmin savaşın iştirakçılarının qəhrəmanlıqları, igidlikləri dillər əzbərinə çevrilir. Deyə bilərəm ki, illərlə, əsrlərlə bu barədə danışılacaq, 44 günlük zəfər tariximiz, onun igid iştirakçıları barədə dastanlar yazılacaq, əsərlər qələmə alınacaq, filmlər çəkiləcək. Olmalıdır da. Çünki 44 günlük Vətən müharibəsinin iştirakçıları başda Ali Baş Komandan İlham Əliyev olmaqla mümkünsüzü mümkünə çevirdilər. 30 ilə yaxın dünyanın təmin edə bilmədiyi, bəşəriyyətin bir nömrəli siyasi təsisatı sayılan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin bu illər ərzində reallaşmamasını reallığa çevirdilər. Ən əsası ərazi bütövlüyümüzü bərpa edib dünyaya mübarizə, qorxmaz, igid, qəhrəman xalq olduğumuzu sübuta yetirdilər. Məhz Vətən müharibəsinin qorxmaz, igid qəhrəmanları hesabına.

Minlərlərlə can verdik, bir o qədər xəsarət aldıq, ancaq qalib gəldik, zəfər qazandıq. Bu gün işğaldan azad edilən hər kənddə, hər qəsəbədə, rayon və şəhərdə, yüksəliklərdə, yaşayış məntəqəsində Vətən müharibəsi iştirakçılarının əməyi, payı var. Necə ki, döyüşlərin başladığı ilk gündən könüllü olaraq cəbhəyə yollanan Yevlax şəhəri, Bünyadabad kənd sakini Əsgərov Nicat kimi. Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu olan Nicat Əsgərov hələ müharibə başlamadan xeyli əvvəl ehtiyyata buraxılarkən belə hərbiçi olduğu müddətdə torpaqlarımızın azadlığı uğrunda müharibənin başlamamasından dərin təəssüf hissi keçirir, düşməndən qisas ala bilmədiyindən üzülürdü. Qarabağ münaqişəsi qədər yaşı olan Nicatda düşmənə qarşı nifrət hissinin formalaşmasını şərtləndirən başlıca amillərdən biri də ailə başçısı, atası Əsgərov Səfiyarın Birinci Qarabağ müharibəsində xəsarət alması olub. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Səfiyar Əsgərov bəlkə də yatsa yuxusuna girməzdi ki, illər keçəcək, 29 yaşlı oğlu Nicat düşməndən qisasını alacaq və erməni işğalı altında olan torpaqlarımız yağı düşməndən təmizlənəcək.

Məlumat üçün qeyd edək ki, Nicat Əsgərov Vətən müharibəsinin başladığı ilk gündən könüllü ordu sıralarına qoşularaq düşmənlə döyüşə gedir. Sentyabrın 29-dan döyüşlərin getdiyi ən gərgin nöqtələrdə vuruşan Nicat kəşfiyyatçı yoldaşları ilə birlikdə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının erməni işğalından azad edilməsində yaxından iştirak edir. Məhz Nicatın daxil olduğu kəşfiyyatçı dəstənin mühüm döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi cəbhənin müxtəlif istiqamətlərində pusquya düşürülərək məhv edilib.

Döyüşlərdə dəfələrlə ölümlə üz-üzə qalan Nicatı son anda peşəkar hərbiçi, eyni zamanda kəşfiyyatçı olması xilas edib. Nicat Əsgərov və kəşfiyyatçı yoldaşları üçün ən çətin və gərgin döyüşlər isə Füzuli istiqamətində olub. Düşmənin uzun illər burada yaratdığı istehkam, həmçinin həmin istehkamlara gedən yolları kəşfiyyat yolu ilə müəyyənləşdirmək o qədər də asan baş verməyib. Ancaq son anda hərbiçi səriştəsi və kəşfiyyatçı dəqiqliyi qalib gəlib və düşmən Füzuli istiqamətində ağır məğlubiyyətə uğradılıb. Füzulinin azad edilməsindən sonra Azərbaycan Ordusunun qarşısına çıxan digər düşmən maneələri isə demək olar ki, ciddi olmayıb və qısa müddət ərzində digər şəhər və rayonlarımız, Zəngilan, Qubadlı, Cəbrayıl azad edilib.

Nicat Əsgərov hər hansı bir kəndin, qəsəbənin, şəhər və ya rayonun düşməndən təmizlənməsi zamanı kəşfiyyatçı kimi demək olar ki, neçə dəfə döyüş əməliyyatı şəraiti, ölüm riski ilə qarşılaşıb. Düşmənin mövqelərini müəyyənləşdirib hücum təşkil edərkən nə qədər təhlükəli və həyat üçün riskli anlar yaşanırsa, eləcə də hər hansı bir məntəqənin düşməndən azad edilməsindən sonra həmin ərazidə növbəti kəşfiyyat əməliyyatının aparılması zamanı eyni anlar təkrarlanır. Bəzi düşmən əsgərlərinin işğaldan azad edilmiş kənd və qəsəbələrdəki evlərin zirzəmisində, yaxud bir qədər diqqətdən uzaq mənzillərdə gizlənməsi zaman-zaman arzuolunmaz halların yaşanmasına səbəb olub. Ancaq kəşfiyyatçı dəqiqliyi Nicatı düşmənin xain gülləsindən qoruya bilib.

Gərgin gedən döyüşlərin birində isə Nicat da düşmən gülləsinə tuş gəlir. Lakin Nicat aldığı yaranın yüngül olduğunu deyərək döyüş meydanından geri çəkilmək istəmir. Döyüş yoldaşları Nicatın daha çox qan itirdiyini görərək onu israrla döyüş meydanından çıxarırlar. Bir neçə günlük tibbi yardımdan sonra Nicat Əsgərov yenidən döyüş yoldaşlarının yanına qayıdaraq düşmənlə mübarizəni davam etdirir. "Vətən müharibəsinə gələrkən Şuşaya qədər getmək arzusunda olmuşam. Şuşaya getmədən, onu düşməndən azad etmədən geri döndü yoxdur" deyən Nicat aldığı yara tam sağalmadan yenidən döyüşlərə qatılır və qarşısına qoyduğu məqsədə, Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılmağa nail olur.

Füzulidən başlayıb Şuşaya qədər gərgin və ağır döyüş yolu keçən 29 yaşlı Nicat Əsgərov hazırda da ön cəbhədə xidmətdədir. Vətən müharibəsində 3 əsas məqsədə nail oldum "Birincisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atamın qisasını aldım, ikincisi torpaqlarımızın işğaldan azad edilməsində iştirak etdim, üçüncüsü Vətən üçün az da olsa faydam toxundu" deyən Nicat Əsgərov bildirir ki, İlham Əliyev kimi Ali Baş Komandanı olan Azərbaycan Ordusu qarşısına qoyduğu bütün hədəflərə nail olmaq gücündə, qüdrətindədir.

Süleyman İsmayılbəyli

Sumqayıtda idarə rəisi koronavirusdan öldüSumqayıtda idarə rəisi yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Avrasiya.net Bakıpost.az-a istinadən xəbər verir ki, Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevə bir müddət öncə koronavirus diaqnozu qoyulub.

Aparılan müalicə tədbirlərinə baxmayaraq vəziyyəti pisləşən İ. Abdullayev Bakıda xəstəxanalardan birində 58 yaşında vəfat edib.

Qeyd edək ki, İ.Abdullayev 2019-cu ilin martından Sumqayıt Sukanal İdarəsinin rəisi vəzifəsində çalışırdı.
İsrailin kosmik proqramının keçmiş rəhbəri: Yadplanetlilər aramızda yaşayırYadplanetlilər ABŞ hökuməti ilə müqavilə bağlayıblar və insanlar arasında yaşayırlar. Bəşəriyyət buna hazır olduqda onlar özlərini elan edəcəklər.

“Jerusalem Post”un məlumatına görə, bu barədə İsrailin kosmik proqramının keçmiş rəhbəri Haim Eşed bildirib.

“UNO-lardan burada olduqları barədə məlumat yaymamaları istənilib. İnsanlıq hələ hazır deyil”, - deyə o, əlavə edib.

81 yaşlı professorun dediyinə görə, yadplanetlilərin Marsda gizli bazası var.

Qeyd edək ki, Haim Eşed hazırda İsrail təhlükəsizlik xidmətinin əməkdaşıdır. O, 30 il boyunca Müdafiə Nazirliyinin kosmik proqramına rəhbərlik edib. Bundan əlavə, Eşed doktorluq dərəcəsi alıb və Aşer Texnion Kosmik Tədqiqat İnstitutunun professorudur.
Bakıda yeznə qaynını döydüBakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə 9-cu mədən ünvanında baş verib.

35 yaşlı Məlikov Bünyamin Əkbər oğlu Muxtarov küçəsində bacısıgilə qonaq gedib. O, mübahisə zamanı yeznəsi tərəfindən döyülüb. Onun baş nahiyəsinə fincanla zərbə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər ona təpə nahiyəsinin kəsilmiş, cırılmış yaraları diaqnozu qoyub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır (apa).
Şuşaya sancılan bayrağı parada bu general gətirəcəkXəbər verdiyimiz kimi, dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək.

Avrasiya.net xəbər verir ki, Azadlıq meydanında keçiriləcək möhtəşəm tədbirin ssenari müəllifi və aparıcısı, polkovnik Abdulla Qurbani Zəfər paradında Şuşaya sancılan bayrağı meydana kimin gətirəcəyini Modern.az-a müsahibəsində açıqlayıb:

"Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, Vətən Müharibəsi Qəhrəmanı, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş, Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin komendatı təyin edilən general-mayor Zaur Məmmədov gətirəcək".