Ovannes Koçaryan: Paşinyan Yerevan küçələrinə zirehli geyimli şəxslər yeridibYerevanın ictimai yerlərində insanların zirehli jiletlərdə və xüsusi formalarda olması polis əməkdaşlarına etibarsızlığın göstəricisidir.

“Report” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin keçmiş rəis müavini Ovannes Koçaryan özünün feysbukdakı səhifəsində yazıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının aksiyasından bəhs edən keçmiş rəis müavini bəzi şəxslərin paytaxt küçələrində zirehli jiletlərdə olmasına diqqət çəkib.

"Onlara kimsə izah etsin ki, öz görüntüləri və boş sözləri ilə dinc aksiya iştirakçıları üçün hazır provokasiyalardır. Onların bircə ictimai asayişin müdafiəsi ilə məşğul olmaları çatmırdı", - o qeyd edib.
Baydeni prezident kimi tanımaqdan imtina etdilərABŞ Konqresində Respublikaçıların liderləri Cozef Baydenin seçilmiş prezident kimi tanınmasıyla bağlı qətnaməni qəbul etməkdən imtina ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb.

Məlumata görə, qətnamənin qəbulu təklifi ilə Demokratlar Partiyasının konqresmeni Steni Hoyer çıxış edib. Qətnamənin qəbuluna qarşı, xüsusilə, Senatda Respublikaçıların lideri Miç Makkonel, Konqresdə Respublikaçıların lideri Kevin Makkarti, komitə sədri Roy Blant səs verib.
Koronavirusa yoluxma riskini azaltmaq üsulları açıqlandıRusiyanın tanınmış həkim-immunoloqu, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib ki, hər hansı virusa, o cümlədən yeni koronavirus infeksiyasına yoluxma riski qapalı yerlərdə olduqca yüksəkdir.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert bunun havada təhlükəli patogenlərin konsentrasiyasının ən yüksək miqdarda olması ilə əlaqələndirib.

O, qeyd edib ki, binaların güclü şəkildə havalandırılması bu riski azaltmaq üçün əla üsuldur.

“Qapalı, sıx yerlərdə, məsələn, ictimai nəqliyyatda, məcburi qoruyucu maska rejimindən başqa, gücləndirilmiş ventilyasiya sistemi də olmalıdır. Metro vaqonlarında, avtobuslarda və digər ictimai nəqliyyat növlərində kondisionerləri söndürmək olmaz. Əksinə onu gücləndirmək, isitmə və filtrasiya ventilyasiyasını qoşmaq lazımdır," - Jemçuqov deyib.

Mütəxəssis vurğulayıb ki, bu qoruyucu tədbir bütün virusların yayılmasına qarşı hərəkət edir.

Bill Qeyts pandemiyanın bir sıra ölkələrdə sona çatacağı tarixi açıqladı“Microsoft” şirkətinin qurucusu Bill Qeyts 2021-ci ildə dünya ölkələrinə yeni koronavirus əleyhinə mümkün qədər çox peyvənd paylamağı planlaşdırdıqlarını bildirib.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

"Pandemiya 2022-ci ildə hətta inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Peyvəndin bərabər paylanmasını təmin etməliyik", - deyə o qeyd edib.

“Mikrosoft”un qurucusu Sinqapurdakı koronavirus peyvəndi ilə əlaqədar “Fintech” festivalından da danışıb. Bill Qeyts 6 fərqli koronavirus peyvəndinin lazımi təsdiqləri alacağını və vaksinlərin 2021-ci ilin yazına qədər paylanılmağa hazır olacağını gözləyir. O, güman edir ki, “Pfizer-BioNTech” peyvəndi yaxın aylarda təsdiqlənəcək. Habelə “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” və “Novavax” tərəfindən hazırlanan peyvəndlər də istifadə üçün təsdiqini alacaqlar.

Gələn il mümkün qədər çox peyvəndi paylamağı hədəf seçdiklərini deyən Qeyts iddia edib ki, pandemiya 2 il sonra pandemiya bir çox ölkələrdə başa çatacaq: "Beləliklə, pandemiya 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Peyvəndin bərabər paylanmasını təmin etməliyik. Varlı olmağınıza görə peyvəndə əl çatan olmanızı təyin etməməlisiniz”.

“Bill & Melinda Gates” Fondu artıq “AstraZeneca” peyvəndini mümkün qədər çox insana paylamaq üçün Hindistanın dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutu ilə işə başlayıb. Qeyts “Novavax” peyvəndi üçün Serum ilə oxşar əməkdaşlığa başlayacaqlarını açıqlayıb. O, habelə “Johnson & Johnson” şirkətinin peyvəndi üçün başqa bir istehsalçı ilə görüşdüyünü bildirib.
Erməni deputatdan etiraf - Azərbaycan hərbçiləri GöyçədəBu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumatlar alırıq.

“Novosti Armeniya” xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasından olan millət vəkili İveta Tonoyan Milli Məclisdə “Parlament saatı”nın gedişində deyib.

Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan hərbçilərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini də bildiriblər.

"Əlbəttə ki, Milli Təhlükəsizlik Xidməti özünəməxsus tərzdə bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın bu təkzibinin, xüsusən də bizim üçün, nədən ibarət olduğunu gördük", - deyə İ.Tonoyan vurğulayıb.

Qeyd edək ki, erməni deputatın qeyd etdiyi Vardenis (Basarkeçər) rayonu qədim Azərbaycan torpağı olan Çöyçə mahalında yerləşir.


Şok: İranda İsrail bayrağı asıldı - Fotoİranın paytaxtı Tehranda yerüstü keçiddən İsrail bayrağı və “Təşəkkür, MOSSAD” yazısı olan plakat asılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrin aktiv iranlı istifadəçiləri bu jestlə nüvə fiziki Möhsün Fəxrizadə sui-qəsdinə eyham vurulduğunu bildiriblər.

Hələ ki, İran rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.