Ərdoğanın Azərbaycana səfəri başladıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, dövlət başçısını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

R.T.Ərdoğanı Azərbaycan rəsmiləri və bu ölkənin Bakıda fəaliyyət göstərən diplomatları qarşılayıb.

Səfərdə R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, partiyanın sədr müavini Mahir Ünal, Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın və Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun müşayiət edir.
Sabiq başçının həbsi barədə məhkəməyə təqdimat verildiCəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı məhkəməyə təqdimat verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, vəzifəli şəxslər həbs edilib.
40 erməni əsgər “səhvən” itkin düşdüb? – İrəvanErmənistan Müdafiə Nazirliyi itkin düşmüş hərbi qulluqçuların ailələrinə bildirib ki, onların uşaqları “səhv nəticəsində” itkin düşüblər.

Axar.az xəbər verir ki, bu barədə hərbçilərdən birinin anası danışıb.

“Deyirlər ki, 40 əsgəri yanlış istiqamətdə aparıblar”, - deyə eşitdiklərindən şoka düşmüş qadın bildirib.

Əsgərlərin valideynləri gecə boyu Ermənistan Müdafiə Nazirliyinin binası önündə dayanaraq, nazirlik əməkdaşlarından ətraflı izahatlar almağa çalışsalar da, cəhdləri nəticə verməyib.
Azərbaycan və İran XİN rəhbərləri Qarabağı müzakirə etdilər - FOTOLARİranda rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə öz tvitter hesabında görüşdən fotolar paylaşaraq məlumat verib.

“Azərbaycan Respublikası xarici işlər nazirinin Tehrana bugünkü səfəri zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi, regional məsələlər və ikitərəfli münasibətləri müzakirə etdilər.

İran İslam Respublikası yaxşı qonşuluq siyasəti çərçivəsində əldə olunmuş irəliləyişi və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayarkən, böhranın siyasət yolu ilə qalıcı bir şəkildə həll olunmasının vacibliyini vurğulayır”, - deyə Xətibzadə qeyd edib.
“Erməni batalyonu” Azərbaycana terror hücumları planlaşdırırSuriyanın şimalında PKK/YPG nəzdində fəaliyyət göstərən və əsasən yerli ermənilərdən formalaşdırılmış erməni batalyonu Qarabağdan geri qayıdıb. Və ermənilərin üzləşdikləri məğlubiyyətin qisasını almaq üçün Türkiyə, Azərbaycan və Rusiyada mülki hədəflərə qarşı terror hücumları planlaşdırır.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik qaynaqları məlumat yayıb.

Suriyanın şimalında erməni batalyonu PKK/PYD terror təşkilatı tərəfindən 2019-cu ilin aprelində Türkiyəyə qarşı savaşmaq üçün yerli ermənilərdən və əsasən muzdlulardan formalaşdırılıb. Həmin batalyonun bu ilin yayında Qarabağa göndərildiyi haqda xəbər vermişdik. Bildirilir ki, erməni batalyonu Qarabağda gedən müharibədən Suriyanın şimalına geri dönüb və Ermənistanın bu müharibədə məğlub olmasına görə Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyanı da günahkar sayır.

“Türkiyə ordusunun uğurlu əməliyyatları nəticəsində rahat hərəkət edə bilməyən separatçıların qondarma “erməni batalyonu” bölgədə mövcudluğunu qoruyub saxlamağa çalışır, amma onları gözləyən acı aqibətdən xilas ola bilməyəcəklər”, - mənbə bildirir.

Bölgədəki təhlükəsizlik qaynaqları onu da deyirlər ki, “erməni batalyonu” Suriya rejiminin nəzarətində olan ərazilərdə sərbəst hərəkət edir və fəaliyyətlərini orada planlaşdırır. Çünki Əsəd rejimi ilə yaxşı münasibətlərə malikdir.

“Əldə edilən məlumatlara görə Ermənistanın Dağlıq Qarabağda uğradığı ağır məğlubiyyətin ardınca PKK-ya bağlı erməni qrupları səs-küylü terror aksiyaları planlaşdırmağa başlayıb. “Erməni batalyonu” bu məğlubiyyətdə Rusiyanı da günahkar bilir və nəticədə Türkiyə, Azərbaycan da daxil olmaqla Rusiyada da mülki hədəflərə qarşı canlı bombalarla terror hücumları həyata keçirməyi planlaşdırır”, - mənbələr bildirir.

Suriyanın şimalında qurulan “erməni batalyonu"na 2017-ci ildə Rakkada İŞİD-lə döyüşlərdə öldürülən erməni Nübar Ozanyanın adı verilib. Qruplaşma əsasən solçu ideologiyaya malik ermənilərdən formalaşdırılıb. Batalyonun rəhbərləri arasında Ermənistan ordusunun zabitləri və istefada olan generalları da var.
“Banklar şəhid ailələrinə güzəştə getməlidir” - Vahid Əhmədov“Əmanətlərin sığortalanması məsələsi bizi həmişə narahat edir. Bu, bank sistemi üçün də müəyyən əhəmiyyət daşıyır”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Biz banklar bağlananda çoxlu şikayətlər alırdıq. Bankların görəcəyi böyük işlər qabaqdadır. Artıq Hadrutda “Beynəlxalq Bank”ın terminalı qoyulub. Digər banklar da bu prosesdə iştirak etməlidirlər. Bizə müharibə əlilləri, şəhid ailələrindən çoxlu şikayətlər daxil olur. Banklar həmin ailələrə güzəştə getməlidir. Xahiş edirəm ki, bu məsələ öz həllini tapsın”, - o qeyd edib.
“Qarabağ” UEFA-ya müraciət etdiUEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində dekabrın 10-da keçirilməli olan “Vilyarreal” – “Qarabağ” oyunu ilə bağlı “Qarabağ” klubu tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Avrasiya.net-in məlumatına görə, müraciətdə qeyd olunub ki, “Qarabağ”ın koronavirus testi pozitiv nəticələnmiş və zədəli olan futbolçuları (A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13 nəfər, ikisi qapıçı olmaqla) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək və göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyunu baş tutmayacaq.

Məsələ ilə bağlı yekun qərar UEFA tərəfindən veriləcək.
Kanada Senatı “dqr”dən imtina etdiKanada Senatı keçmiş və qondarma “dqr”in müstəqilliyini tanımaqla bağlı qərardan imtina edib.

Avrasiya.net xəbər verir ki, bu məlumatı "Anadolu" agentliyi yayıb.

Məlumata görə, Senata layihəni əslən yunan olan mühafizəkar senator Leo Xousakos təqdim edib.

Layihənin əleyhinə 53, lehinə isə 16 senator səs verib.
Daha bir vəzifəli şəxs koronadan vəfat etdiBakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Q.İsmayılov iki həftə əvvəl verdiyi test pozitiv çıxıb və xəstəxanada müalicə alıb.

Qurban Soltanəli oğlu İsmayılov 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.
Satanovski erməniləri vəhşi, onların silahlarını isə metal yığını adlandırdıRusiyalı politoloq Yevgeni Satanovski Ermənistan ordusunun müasir rus hərbi texnikasından səmərəli istifadə edə bilmədiyini söyləyib.

Virtualaz.org bildirir ki, politoloq öz teleqram-kanalında yazıb: "Nikol Paşinyanın sözlərinə görə, Qarabağda Azərbaycanla son müharibədə Ermənistanın məğlub olmasının səbəblərindən biri də "Rusiya elektron müharibə sisteminin (REB) işləməməsi" olub".

Eyni zamanda mütəxəssis vəziyyəti belə izah edib: "Sadə rus dilinə çevrəbdə belə çıxır ki, Rusiya onlara pis silahlar verib".

Lakin Satanovski Dağlıq Qarabağda bu yaxınlarda baş vermiş hərbi əməliyyatların bu cür təfsiri ilə qətiyyən razı olmadığını bildirib. Ekspert qeyd edib ki, Paşinyanın rusları günahkar çıxarmaq cəhdi hiddət doğurur.

“Rusiyanın elektron müharibə sistemlərinə gəlincə... Texnika vəhşinin əlində bir yığın metaldır. Köhnə deyimdir, amma dəqiqdir” deyən Satanovski, Paşinyanı dəstəkləyən mürtəce qüvvələrin hakimiyyətə gəlişindən sonra çox sayda yüksək ixtisaslı kadrlarını itirən Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsinin aşağı olduğuna işarə edib.