Rəşad Mahmudova ağır itki üz veribMilli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudova ağır itki üz verib.

Avrasiya.net xəbər verir ki, deputatın anası Şərqiyə Mahmudova koronavirusdan dünyasını dəyişib.

Allah rəhmət eləsin!
"Bəydəmirli Xeyriyyə Fondu" yaradılır“Bu gün "Bəydəmirli Xeyriyyə Fondu"nun təsis sənədləri dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə göndərildi...”.

Avrasiya.net-in məlumatına görə, bunu sabiq deputat Nazim (Bəydəmirli) Məmmədov bildirib.

O qeyd edib ki, fond yaratmaq 1-ci və 2-ci Qarabağ müharibəsində Şəhid olmuş şəxslərin ailə üzvlərinə, həmçinin Qazilərimizə ə pulsuz tibb yardım göstərmək üçün bir ailə təşəbbüsüdür...

“Fond nizamnamə kapitalı 10 min manat, ilkin əmlakı 290 min manat olmaqla Bakı şəhərində təsis edilir. Qeydiyyat sonrası ictimaiyyətə geniş təqdim ediləcək və fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik işinə töhfə verəcəyinə, nümunə olacağına əminliyim var..”.

Xatırladaq ki, Nazim (Bəydəmirli) Məmmədov həm də iş adamı kimi fəaliyyət göstərir.
Prezident DTX-nin tutduğu başçını işdən çıxardıPrezident İlham Əliyev N.R.Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Qeyd edək ki, DTX ötən gün Cəlilabad RİH-də əməliyyat keçirib.
Şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə ev verildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran şəhərində bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edilib.

ƏƏSMN-dən Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun cəmi 44 gün ərzində möhtəşəm qələbə əldə etməsindən, misilsiz rəşadətindən, Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmasından, ərazilərimizi işğaldan azad etməsindən qürurla bəhs ediblər. Bildiriblər ki, bu tarixi Zəfərlə Azərbaycan öz gücünü, qüdrətini, xalqımız sarsılmaz birliyini dünyaya nümayiş etdirdi. Gələcək nəsillər də daim bu qələbəmizlə fəxr edəcəklər.

Diqqətə çatdırılıb ki, mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə, yəni 1500-ə çatdırılması həmin kateqoriyalardan olan vətəndaşlara qayğının daim artmaqda olduğunu, sosial proqramların ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir. Onlardan 1050-dən çoxu artıq təqdim edilib.

Ümumilikdə isə şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9000-ə yaxın mənzil və fərdi ev verilib.

Dövlət başçısının onların sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısını vurğulayan şəhid ailələrinin üzvləri və müharibə əlilləri bu gün mənzillər və fərdi evlə təmin edilmələrindən sevinc hissi keçirdiklərini bildiriblər. Onlar bu yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat Şurasında şikayətlərə baxıldıAzərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. M.Ələsgərli əlavə edib ki, ölkədə karantin rejiminin şərtlərini və pandemiya ilə bağlı durumu nəzərə alaraq, bölgələrdən verilən şikayətlərin onlayn qaydada dinlənilməsinə qərar verilib.

Komissiya ilk olaraq Abşeron rayonu 1 saylı məktəbin direktor əvəzi Çinarə Atayevanın “Rubrika.az” xəbər saytına qarşı şikayətini araşdırıb. Komissiya sədri “Rubrika.az” xəbər saytında dərc edilən yazı və saytın baş redaktoru Nicat Mahmudovun müraciəti ilə bağlı məlumat verib. Qeyd edilib ki, N.Mahmudov səhhətində yaranmış problemlər və müalicə prosedurları ilə bağlı iclasa qatıla bilməyib, amma MŞ katibliyi ilə müzakirələr apararaq mövqeyini çatdırıb. Mahmudov bildirib ki, Çinarə Atayevanın fəaliyyətini tənqid edən material vətəndaşların yazılı müraciəti - şikayət məktubu əsasında hazırlanıb. Amma material ətrafında mübahisələr yaranandan sonra şikayətçi öz mövqeyindən çəkilib. Bunu nəzərə alaraq, narazılıq doğuran material saytdan çıxrılıb. Komissiya üzvləri materialın araşdırılması zamanı müəyyən ediblər ki, dərc edilmiş material birtərəfli qaydada, qarşı tərəfin mövqeyi öyrənilmədən dərc edilib. Həmçinin materialda sübutlarla əsaslandırılmamış, etibarlılığı mübahisə doğuran faktlar yerləşdirilib ki, onların araşdırılıb dəqiqləşdirilməsi üçün cəhd göstərilməyib. Beləliklə, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci və 2-ci prinsipləri pozulub. Komissiya “Rubrika.az” xəbər saytına iradların nəzərə alınmasını, fəaliyyətində AJPDQ-nın prinsiplərinə sayğılı yanaşmanın nəzərə almasının zəruriliyini bildirmişdir.

Ağsu rayonu Kalva kəndinin sakini Oraz Kazımovun “İfadə TV” və onun əməkdaşına qarşı şikayətinin araşdırılması zamanı da bənzər qüsurlar müəyyən edilib. Komissiya müəyyən edib ki, “İfadə TV”–də Oraz Kazimov barəsində dərc edilmiş materialda ağır ittihamlar yer tutsa da, qarşı tərəfin mövqeyi öyrənilməyib, faktların araşdırılıb dəqiqləşdirilməsi üçün cəhd göstərilməyib. Beləliklə, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci və 2-ci prisipləri pozulub. Komissiya “İfadə TV” xəbər saytına xəbərdarlıq edərək, iradların nəzərə alınmasını, qarşı tərəfin mövqeyinin öyrənilib dərc edilməsinin zəruriliyini bildirmişdir. “İfadə TV”nin təmsilçisi Məmməd Həmidov iradların nəzərə alınacağını, qüsurların aradan qaldırılacağını bildirib.
Sizin tövsiyələrinizi həyata keçirmək istəyirik - Füzuli Məmmədov Azərbaycan Prezidentinə müraciət edibAzərbycan Respublikasının Prezidenti,
Zati-Aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Uzun illərdir işğalçı Ermənistan tərəfindən Ölkəmizə qarşı edilən təcavüzün qarşısı Sizin uzqaqgörən siyasətiniz və Azərbaycan ordusunun rəşadəti ilə dəf edilmiş və düşmənə layiq olduğu cavab verilmişdir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi üçrəngli bayrağımızin işğal altında olan bütün torpaqlarımızda dalğalanması ilə sonuclanmışdır. Siz söz verdiniz və hər zaman olduğu kimi yenə də sözünüzü tutdunuz. Bununla da bütün dünya, həmçinin yağı düşmən və onun havadarları gördü ki, Azərbaycan xalqı necə güclüdür və onun Sizin kimi güclü iradəyə, yüksək intellektə və böyük diplomatik zəkaya malik lideri vardır.

Möhtərəm cənab Prezident.

Uca Allah Sizi, ailənizi və bütün əsgərlərimizi qorusun! Sizin sayənizdə ulu öndərimiz Heydər Əliyevin və bütün Şəhidlərimizin ruhu şaddır! Siz yalan üzərində inşa edilmiş erməni mifini bütün dünyada darmadağın etdiniz. Xocalıda günahsız xalqımızın qanına əli batmış, insanlarımızı soyqırım etmiş qatillərdən qisasımızı şərəflə aldınız. Mən Sizin və bütün şəhidlərimizin qarşısında baş əyirəm. Tanrı Sizi qorusun!

Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə söyləmişdiniz ki, mən 50 milyonluq Azərbaycanın prezidentiyəm. Bir diaspor rəhbəri kimi deyə bilərəm ki, Vətən Müharibəsi göstərdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq güneyli, quzeyli, şərqli, qərbli 50 milyonluq Azərbaycan və 350 milyonluq türk dünyası Sizin yüksək əzmlə başlatdığınız haqq mübarizənizin arxasındadır. 350 milyonluq Türk dünyası Sizi özünün lideri hesab edir.

Möhtərəm cənab Prezident!

Bildiyiniz kimi son illər rəhbəri olduğum “Dünya Azərbaycanlıları Mədəniyyət Fondu” Azərbaycanda şəhid ailələrinin, Qarabağ əlillərinin, Qarabağ qazilərinin və onlarının ailə üzvlərinin müalicəsi, sosial həyat şəraitinin yaxşılaşmasına yardım məqsədi ilə bir sıra xeyriyyə tədbirləri həyata keçirmişdir. Bir ilə yaxındır ki, başlatdığımız bu xoşməramlı layhiyələri bəzii səbəblərdən dolayı dayandırmışıq. Əgər məsləhət olarsa yenidən bu layhiyyələrin davam etdirilməsinə başlamaq niyyətindəyik və xeyriyyə məqsədli işğaldan azad edilmiş torpaqlarımızın bərpası işlərində iştirak etmək və Sizin tövsiyyələrinizi həyata keçirmək istəyirik.

Möhtərəm cənab Prezident.

Sizi özümə yaxın dost, qardaş və Azərbaycanın əvəzolunmaz lideri hesab edirəm. Bu hər zaman belə olub və indi də belədir. Hazırda rəhbərlik etdiyim, Rusiyada və Avropada fəaliyyət göstərən şirkətlərim bütün imkanları ilə Sizin sərəncamınızdadır. Sizin xaricdə yaşayan iş adamlarına və həmvətənlilərimizə etdiyiniz çağrışları dəstəkləyirik.

Qələbəmiz mübarək cənab Ali Baş Komandan.
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!

Böyük hörmətlə,

“Dünya Azərbaycanlıları Mədəniyyət Fondu”nun rəhbəri Füzuli Məmmədov

İtalya, Milan şəhəri.
"Məsuliyyətsizlik virusa yoluxma sayını artırır"“Dünyada olduğu kimi son günlərdə Azərbaycanda da koronavirusa yoluxma sayı kifayət qədər artıb. Artıq rəsmi statistik məlumata görə, hər gün 4-5 min arasında insanlar koronavirusa yoluxur. Bu artıq çox ciddi rəqəmdir və cəmiyyət olaraq hamımızı ciddi narahat edir. Odur ki, ciddi addımların atılmasına zərurət yaranıb”.

Avrasiya.net xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədrinin sözlərinə görə, rəsmi statistikadan başqa xeyli insan var ki, onlar virusa yoluxduqlaırnı gizlədirlər. “Artıq vəziyyət kritik hədd almaqdadır. Bunun ən yaxşı variantı insanlaırn özləri özlərini qapanmasıdır. Zərurət olamdan küçəyə çıxmamalıdır. Amma biz bunun tam əksinin şahidi olmaqdayıq. Dövlət koronavirusun birinci dalğası zamanı ciddi tədbirlər gördü və nəticədə yoluxma halı ən aşağı səviyyəyə düşdü. Hökumət bu gün də tədbirlərini görməkdədir.

Ancaq vətəndaşlarımızın məsuliyyətsizliyi nəricəsində virusa yoluxma sayı artır. Bu gün keçələrə diqqət yetirməklə dediklərimizin sübutunu görə bilərik. Küçələr insanlarla doludur. İnsanlaır lazım gəldi-gəlmədi küçələrdədir. Maskadan da düzgün istifadə etmirlər. Vətəndaşlarımız maskadan daha çox özlərini polsidən qorunmaq üçün istifadə edir”- komitə sədri vurğulayıb.

Millət vəkili əlavə edib ki, proses belə davam edəcəksə dövlət bu istiqamətdə zəruri addımlar atmaq zərurətində qalacaq və artıq belə bir zaman yetişib. “Hesab edirəm ki, dövlət virusa yoluxma sayının azaldılması istiqamətində inzibati qaydada sərt tədbirlər görməlidir. Digər tərəfdən vətəndaşlaırımız da vətəndaşlıq məsuliyyəti nümayiş etdirib hökumətin bu istiqamətdə atdığı addımlara həmrəylik nümayiş etdirməlidir. Belə ki, “biz birlikdə güclüyük” şüarına əsaslanaraq birgə fəaliyyət göstərib gözəgörünməz bəlaya qalib gəlməliyik. Əks təqdirdə inzibati sərtləşdirmə tədbriləri də elə ciddi effekt verməyəcək. Ancaq həmrəylik nəticəsində bu xəstəliyə qalib gələ bilərik”-komitə sədri bildirib.

YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsipindən irəli gəlirPrezident İlham Əliyev əhalinin rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyini bir daha sübut etdi

Özünü sosial dövət elan edən Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən əhalinin sosial problemlərinin həlli məqsədilə dövlət səviyyəsində çoxsaylı layihələr həyata keçirilib. Belə proqram və layihələr xüsusən əhalinin həssas və aztəminatlı təbəqəqlərini əhatə edib. Azərbaycanın 30 il aktiv müharibə şəraitində yaşadığını nəzərə alsaq şəhid ailələri, müharibə əlilləri, veteranlar və hərbi qulluqçuların sosial müdafiəsinin təminatı daha aktuallıq kəsb edir. İnsafən qeyd edilməlidir ki, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Sirr deyil ki, ötən müddət ərzində Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılamsı istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Hüquqşünas Alim Hüseynli qeyd edib ki, şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təminatı məsələsi daim Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olub və eyni mövqe bu gün də davam etməkdədir. Birmənalı şəkildə qeyd etmək olar ki, Prezident İlham Əliyevin şəxsi tapşırıqları və ciddi nəzarəti nəticəsində bu kateqoriyadan olan insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar: "Hazırda həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramlar da həyata keçirilir. Buna misal olaraq şəhid ailələri və müharibə veteranlarına pensiya, müavinətin təyin edilməsi, Prezidentin aylıq təqaüdünün verilməsini göstərmək olar. Məlum olduğu kimi hazırda hər bir şəhidin vərəsəsinə 11 min manat sığorta ödənişi verilir. Həmçinin, müharibə əlillərinə sığorta ödənişi kimi I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir".

Hüquqşünas qeyd edib ki, Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin ailə üzvləri də bir sıra imtiyaz və güzəştlərdən yararlana bilirlər. Belə ki, şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunublar. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar, sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib. Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır".

A.Hüseynli qeyd edib ki, dövlətlə yanaşı, cəmiyyətin ən müxtəlif kateqoriyasından olan insanlar da şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə öz töhfəsini verməyə çalışır. Elə bu reallıqdan çıxış edən Prezident İlhan Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında" Fərman imzalayıb: "Məlumdur ki, bu vaxta qədər də Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız humanizm prinsipindən çıxış edərək şəhid ailələri və müharibə veteranlarına dəstək göstərirdilər. Laikn bu iş vahid mərkəzdən idarə olunmadığından ən müxtəlif fikirlərin formalaşmasına yol açırdı. Fondun yaradılması bütün bu anlaşılmazlığa son qoyacaq, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə yardın göstəriləcək. Ən əsaı odur ki, Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Elə buna görə də ediləcək yardımların əhatə dairəsi bu kateqoriyadan olan bütün insanlara şamil ediləcək". Onun bildirdiyinə görə, Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyini bir daha sübut edir.
Bu rayon və şəhərlərə giriş-çıxış bağlanır2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd olunub.
Ölkəmizdə koronaya yoluxma sayı açıqlandıBu günə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

COVID-19 testinin nəticəsi müsbət çıxan daha 38 nəfər vəfat edib.