Trampdan növbəti idda - "Qalib gəlirik"ABŞ-ın prezidentik səahiyyəti müddəti hələ başa çatmamış hazırkı dövlət başçısı Donald Tramp növbəti dəfə noyabr ayında keçirilmiş prezident seçkilərində qələbə qazandığını iddia edib.

Avrasiya.net xəbər verir ki, Corciya ştatında vətəndaşlarla görüşən Tramp rəqiblərini saxtakarlıqda ittiham edib: "Demokratların lehinə səslər asma tavanlardan və dəri çuvallardan çıxıb. Proseslər göstərir ki, biz qalib gəlirik".

Qeyd edək ki, əksər təşkilatlar Co Baydenin qələbə qazandığını bidirsə də, Tramp hələ də onu təbrik etməyib. O, seçkilərin nəticələrinin məhkəmə vasitəsilə təsdiqlənməsinə çalışır.
İsrail onu 27 il izləyib - ŞOK FAKTLARİranın “atom bombasının atası” adlandırılan Möhsün Fəxrizadəni İsrailin MOSSAD təhlükəsizlik orqanı 1993-cü ildən izləyirmiş.

“Report” "Newsru.co"-ya istinadən xəbər verir ki, bu barədə “Ediot Ahronot” və “Maan” agentlikləri bildirib.

Məlumata görə, MOSSAD-ın agenti İranın hərbi nüvə layihəsi barədə ətraflı məlumat əldə etmək üçün 27 il öncə Fəxrizadə ilə əlaqə qurub.

Bir müddət əvvəl onun hələ 2008-ci ildə, İsrailin keçmiş baş naziri Ehud Olmert müdafiə naziri olduğu zaman öldürülməsinin planlaşdırıldığı barədə məlumat yayılmışdı. Məlumata görə, onda bu əməliyyat ləğv edilib.

Xatırladaq ki, Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehran yaxınlığında öldürülüb.

Möhsün Fəxrizadə Mahabadi 1958-ci ildə anadan olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti olub, İmam Hüseyn adına Universitetdə fizikanı tədris edib. BMT Təhlükəsizlik Şurasının məlumatına əsasən, Möhsün Fəxrizadə İranın Müdafiə Nazirliyi, Silahlı Qüvvələrinin Fizika Mərkəzinin baş elmi işçisi olub.

Fəxrizadə ballistik raketlər üçün nüvə başlığı hazırlayan “Amad” adlı məxfi layihəyə başçılıq edirmiş.

Son 5 ildə İranda 5 atom fiziki öldürülüb. İran hakimiyyəti onları da İsrail və ABŞ-ın qətlə yetirdiyini iddia edib.
Türkiyədə azərbaycanlı jurnalist saxlanıldıTürkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşlarının saxlanması zamanı onlarla birlikdə Türkiyə vətəndaşı, azərbaycanlı jurnalist Aytac Carçıyeva da olub.

Bu barədə NTV telekanalında məlumat verilib.

Qeyd olunur ki, Aytac Carçıyevanın taleyi ilə bağlı da xəbər yoxdur. Saxlanmasından sonra onun evində axtarış aparılıb və kompüteri götürülüb.

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər (oxu.az).


AB Türkiyəyə sanksiya qərarı verəcəkAvropa Birliyi Türkiyəyə sanksiya qərarı qəbul edəcək.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyası sədrinin müavini Marqaritis Sxinas yunan telekanallarına açıqlamasında deyib.

O bildirib ki, sanksiya qərarı qısa deyil, uzunmüddətli olacaq:

“Türkiyə təkcə Avropanı deyil, hər kəsi qarşısına almaq üçün əlindən gələni etdi. Ankaranın AB və ABŞ-la münasibətləri yenidən qiymətləndiriləcək”.
Fətullah Gülən koronavirusa yoluxdu – Şok iddiaABŞ-ın Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fətullah Gülən koronavirusa yoluxub.

Bu barədə Türkiyənin tanınmış vəkillərindən olan Sərhat Pak məlumat yayıb.

Onun sözlərinə görə, Gülən hazırda reanimasiyadadır.

Vəkil bildirib ki, Gülənlə yanaşı onun malikanəsində yaşayan daha bir neçə nəfər də koronavirusa yoluxub, hətta aralarında ölənlər də var.