Ölkədə koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 356 yeni yoluxma faktı qeydə alınıb, 2 517 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 146 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 88 497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 197, bu günə qədər isə ümumilikdə 1 837 001 test icra olunub.
Rusiya “Bayraqdar” üçün casus göndərib?“Bayraqdar”ın İstanbuldakı istehsal müəssisəsinin yaxınlığında 2 rus jurnalistin çəkiliş apararkən saxlanılması ağıllara sənaye casusluğu ehtimalını gətirib.

Bu barədə “A Haber” məlumat yayıb.

Bildirilir ki, məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması ürəkaçan olmayıb:

“Nazirlik Türkiyəyə gələn jurnalistlərin işləmək üçün icazə arayışlarının olmamasına aydınlıq gətirməyib. Sadəcə olaraq Türkiyədən əməkdaşlıq və kömək gözlədiklərini açıqlayıblar. “Rusiyanın Türkiyədəki Səfirliyi ilə İstanbuldakı Baş konsulluğu birgə olaraq Türkiyə hökuməti ilə təmasa keçib” açıqlaması ilə kifayətləniblər”.

Qeyd edək ki, 4 dekabrda Rusiyanın NTV telekanalının jurnalistləri Aleksey Petruşko və İvan Malışkin İstanbul yaxınlığında polis tərəfindən saxlanılıb.

Jurnalistlər İstanbulda rayonlardan birində “Baykar Savunma” döyüş PUA-larını videolentə alırmış.

Axar.az
PKK lideri qaçmaq istəyən 4 terrorçunu güllələdiPKK lideri Murad Qarailan təşkilatdan qaçmaq istəyən 4 terrorçunu öldürüb.

Axar.az xəbər verir ki, bu barədə bir müddət əvvəl PKK-dan qaçan Behzad B. kod adlı terrorçu ifadəsində deyib.

O bildirib ki, ötən ilin martında PKK-nın düşərgəsindən 4 nəfər qaçmağa çalışarkən ələ keçirilib:

“Saxlanılan Arqeş Piri, Mərvan Sərhad, Qelhat Beritan, Reşo Kuri kod adlı terrorçuların əl və ayaqlarını bağlayıb mağaraya qoydular. Murad Qarailan 3 gün sonra 20-dən artıq cangüdəni ilə düşərgəyə gəldi. Düşərgədəki 55-60 nəfər bir yerə toplandı və bu 4 nəfəri də həmin kütlənin ortasına gətirdilər. Qarailan əlindəki M-16 tipli silahla həmin 4 nəfəri güllələdi. Üzünü bizə çevirib “Bu sizə dərs olsun” deyərək getdi”.
Fəxrizadənin qisası alındı: MOSSAD rəsmisi öldürüldüTəl-Əvivdə MOSSAD-ın əməkdaşı olduğu iddia edilən Fəhmi Hinavi öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.

Məlumata görə, Hinavinin olduğu avtomobil işıqforun qırmızı işığında gözləyərkən silahlı hücum baş verib.

Avtomobilə 15 dəfə atəş açıldığı bildirilir.

Qeyd edək ki, bu hücumla İranın nüvə fiziki Möhsün Fəxrizadənin qətlinə cavab verdiyi iddia edilir.
ABŞ-ı gözləyən DƏHŞƏTLİ FƏLAKƏT - 400 min insan ölə bilərAlimlər Kaliforniyada yağışlı mövsümün başlaması ilə nəticələri ABŞ-ın qərb sahilləri üçün ənənəvi olan zəlzələ və meşə yanğınlarından daha ciddi “meqa fırtınası”nın başlaya biləcəyini təxmin edirlər.

Publika.az xəbər verir ki, mütəxəssislər fəlakətin əyalət əhalisinin yüzdə birinin və ya 400 min insanın ölümünə səbəb olacağı və ABŞ tarixinə ən böyük təbii fəlakət kimi düşəcəyi barədə xəbərdarlıq ediblər.

Kaliforniyada şiddətli yağışların bir ay davam edəcəyi təqdirdə bölgədəki ən böyük şəhərlərin hər birinin beş metrlik su qatının altında qalacağı vurğulanıb.

Həmçinin, San-Fransisko, Los-Anceles, San-Dieqo və Sakramento kimi şəhərlərin fəlakətlə qarşılaşacağı, sürüşmənin olacağı, böyük bəndlərin çökəcəyi və əkinçilik sahələrinin ciddi şəkildə zərər görəcəyi bildirilib.

Qeyd edək ki, 1861-1862-ci illərdə Kaliforniyada baş verən “meqa fırtınası” rekord sayda itki və dağıntıya səbəb olub.

Almaniya 12 azərbaycanlını deportasiya edirAlmaniyada miqrasiya idarələrinə saxta sənəd təqdim edərək sığınacaq üçün müraciət edən 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarılıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, 2015-2017-ci illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 4-ü bir ailədən olmaqla ümumilikdə 12 Azərbaycan vətəndaşı haqqında ölkədən məcburi çıxarılma ilə bağlı idarə məhkəmələri qərar verib.

Məlumata görə, həmin şəxslərin sığınacaq statusu ala bilməmələrinə səbəb Almaniya miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxıb. Eyni zamanda bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.

Deportasiya ediləcək Azərbaycan vətəndaşları hazırda Almaniyanın Şimali Reyn-Vestfaliya və Bavariya əyalətində yaşayırlar.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən verilən məlumata görə, bu ilin noyabr ayında ümumilikdə 3 510 nəfərin qaçqın statusu üçün müraciəti federal idarənin yerli şöbələri tərəfindən rədd edilib.
Azərbaycanda polkovnik-leytenant vəfat etdiAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin polkovnik-leytenantı İsmayılov Sadiq Ziyad oğlu dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, Sadiq İsmayılov uzun müddət Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl, Samux, Ağstafa və Goranboy rayon şöbələrində bölmə rəisi, Ağdaş və Balakən rayonlarında hərbi komissar kimi məsul vəzifələrdə xidmət edib. Bir çox fəxri diplom və medallarla təltif olunub.

Allah rəhmət eləsin!
Zaqatalada 31 yaşlı qadın itkin düşdüZaqatala rayonu Əliabad qəsəbə sakini 1989-cu il təvəllüdlü Ramilə Əliyeva dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, R.Əliyeva evdən çıxarkən əynində qara rəngli şalvar və boz gödəkçə olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə və ya Zaqatala Rayon Polis Şöbəsinin 024-225-26-99 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Şəhid hərbçilərin ailə üzvləri işlə təmin olunduPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və müharibə iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin və onların ailə üzvlərinin sosial dəstəklə təmin edilməsi tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində onların aktiv məşğulluqla əhatə olunmasına artıq başlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son günlərdə həmin kateqoriyalardan olan 500-dən çox şəxsin məşğulluğuna və özünüməşğulluğuna dəstək işləri aparılıb.

Onlardan 305-i (o cümlədən 215 şəhid ailəsi üzvünün, 70 müharibə iştirakçısı və yaralanmış şəxsin və b.) özünüməşğulluq proqramına cəlb edilib, bir hissəsi aktivlərlə artıq təmin olunub, qalanları da təmin olunmaqdadır.

Həmçinin 200-dən çoxunun (o cümlədən 82 şəhid ailəsi üzvünün, 110 müharibə iştirakçısı və yaralanmış şəxsin, yaxud onların ailə üzvlərinin və b.) haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işləri görülür, 100-dən çoxu artıq cəlb edilib, digərləri də yaxın günlərdə cəlb ediləcək.

Bu istiqamətlərdə işlər hazırda da davam etdirilir.
Qara çörəyin insan üçün təhlükəsi açıqlandıQara çörək bir çox mütəxəssislər tərəfindən ikinci növ diabet zamanı ağ çörəyin əvəzinə istifadə üçün tövsiyə olunur.

Bununla belə, dietoloq Maykl Mosli bu məhsulu seçərkən ehtiyatla davranmağın lazım olduğunu bildirib.

Bu barədə “Report” “Express”ə istinadən xəbər verir.

Ekspert qeyd edib ki, bu çörəyin bəzi növləri qanda şəkərin artmasına səbəb olur.

Mütəxəssisin iddiasına görə, mağazalarda satılan qara çörəyin bir çox növləri onun dadını yaxşılaşdıran və qanda şəkərin səviyyəsini yüksəltməyə qadir olan müxtəlif əlavələrdən ibarətdir.

Onun fikrincə, diabetdən əziyyət çəkən insanlara çörəkdən qida kimi istifadə etməmək daha faydalıdır. Ekspert bunun əvəzinə buğdadan - bulqurdan, çovdardan, arpadan, qarabaşaqdan, həmçinin paxladan istifadəni tövsiyə edir.

Bu qidalar şəkərdəki kəskin enib-qalxmaya maneə törədən kompleks karbohidratlar və bağırsağın mikroflorasını dəstəkləyən liflərdən ibarətdir. Şirniyyat, tort, meyvə şirəsi və qazlı içki istehlakını minimuma endirmək olduqca vacibdir.