Fazil Məmmədov sabiq başçının oğluna vəzifə verdiSynergy Group MMC-nin direktoru Rauf Axundov vəzifəsindən azad edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, holdinqə rəhbərlik Elnur İsgəndərova həvalə olunub.

Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.

Kommersiya qurumu keçmiş vergilər naziri Fazil Məmmədova bağlılığı ilə tanınır. E.İsgəndərov isə F.Məmmədovun qohumu, Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğludur.

Makron fransız xalqının maraqlarını terrorçu Ermənistana qurban veribEl arasında belə bir deyim var: "At ölüb, eşşəklərin bayramıdır". Hər nə qədər kobud məsəl olsa da, biz bu məsəli bu günkü fransız parlamentarilərinə və Fransa prezidenti Emmanuel Makrona şamil edə bilərik.

Donald Trampın son 4 il ərzində "ABŞ dünya polisi deyil" şüarı ilə yürütdüyü siyasət və dünyanın başının koronavirusla mübarizəyə qarışması ona gətirib çıxardı ki, nəticədə Qərb dünyası lidersiz qaldı. Makron da məhz bu fürsətdən yararlanıb özünü Avropanın şəriksiz lideri və "Avropa və Şərq xristianlarının təəssübkeşi" kimi aparmağa başlayıb. Bu acı həqiqəti Makrondan təlimat alan fransız parlamentarilərinin son addımları da açıq-aşkar təsdiqləyir. Belə ki, əvvəlcə Fransa Senatı noyabrın 25-də qondarma "Dağlıq Qarabağ Respublikası" müstəqilliyinin tanınması zərurəti barədə qətnamə qəbil etdi. Fransa Senatının ardınca isə, bu ölkənin parlamentinin aşağı palatası olan Milli Assambleya dekabr ayının 3-də “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi” adlı qətnamə qəbul etdi.

Sözsüz ki, hər iki qətnamə absurddur və "ikili standart"ların təzahürüdür. Bu qətnamələr Fransanın siyasi kuluarlarında hökm sürən islamafobiyanın, türkofobiyanın təsiri nəticəsində ərsəyə gəlib. Fransa lideri və fransız parlamentariləri artıq Türkiyəyə qarşı düşmənçiliyi və anti-Azərbaycan mövqelərini açıq şəkildə nümayiş etdirirlər. Belə demək mümkünsə, onlar açıq "kart"larla oynamağa başlayıblar.

Lakin Makronun və Fransa Milli Assambleyasının fransız xalqının maraqlarını terrorçu Ermənistana qurban verərək, guya Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi məqsədilə addımlar atması heç bir sağlam məntiqə sığmır. Fransanın lideri və deputatları Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi üçün hərəkətə keçməzdən əvvəl yaxşı olar ki, Parisdə, Marseldə, Lionda, Strasburqda və digər fransız şəhərlərində müsəlmanlara qarşı baş qaldıran total təzyiqlərə, aşağılanmalara, diskriminasiyaya bir nəzər yetirsinlər.

Fransa hal-hazırda dünyada milli və irqi dözümsüzliyin, islamofobiyanın mərkəzinə çevrilməkdədir. Necə deyərlər, öz gözündəki tiri görməyib, özgələrinin (Azərbaycanın və Türkiyənin) gözündə tük axtarması Makronun siyasi korluğunun və nadanlığının göstəricisidir. Təəssüf ki, Milli Assambleyanın deputatları da ona qoşulub birgə "xor" oxuyurlar. Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransa Senatının qəbul etdiyi məlum qətnamənin ədalətsiz və qərəzli müddəalarını eynilə təkrar edir və yenidən Fransa hökumətinə qondarma "dqr"in tanınmasını tövsiyyə edir.

Doğrudur, Senatın qətnaməsi kimi, Milli Assambleyanın sözügedən qətnaməsi də heç bir hüquqi qüvvəyə malik deyil. Yuxarıda qeyd etdiyim kimi bu sadəcə tövsiyyə xarakterlidir. Amma buna baxmayaraq bu cür qətnamələrin qəbul edilməsi digər ölkələrin parlamentlərinin də eyni addımı atması üçün presedent yaradır, ənənəvi hala çevrilir.

Makron və fransız parlamentarilər özlərini məsuliyyət hissini itirmiş, beyinləri dumanlanmış tineycerlər (xuliqan yeniyetmələr) kimi aparırlar. Fransa kimi dünyanın aparıcı dövlətlərindən birinin liderinin və parlamentarilərinin özlərini qeyri-yetkin uşaqlar kimi aparması ilk növbədə Fransanın özü üçün ciddi problemlərə gətirib çıxara bilər. Fransız ziyalılar nə qədər ki, gec deyil, Makronun ağılsız siyasətini önləmək üçün hərəkətə keçsinlər.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Paşinyan xalqa müraciət etdi: Ermənistan Qarabağın əvəzinə...Qarabağ müharibəsindəki uğursuzluğun məsuliyyətini üzərimə götürən kimi maraqlı proses başlayıb: hamı son 25-30 ildəki səhvləri mənə və hazırki hakimiyyətə yükləməyə çalışır.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“O səviyyətə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran və danışıqları Ermənistan-Azərbaycan müstəvisində aparan şəxs (Robert Köçəryan nəzərdə tutulur – red.) Qarabağın ərazi bütövlüyü kontekstində mübahisələndirilməsinə görə bizi günahlandırır. Bu məsələ ərazi bütövlüyü çərçivəsinə o vaxt gəlib ki, Ermənistan danışıqları Qarabağın əvəzinə aparıb və bu, 20 il əvvəl olub”, - Paşinyan deyib.

Nikol Paşinyan eyni zamanda bu savaşla dünyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməsində də onu günahlandıran Köçəryana bu cür cavab verib:

“Bu ittihamı o adam səsləndirir ki, öz hakimiyyəti dövründə erməni cəmiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqda qəbul edilən beynəlxalq sənədlərin “heç bir təhlükə yaratmadığını” deyirdi. O deyirdi ki, təyyarədə tualetə girərkən və qapını bağlayarkən də “occupated” yazılır. Yəni “işğal edilmiş” sözündə dəhşətli heç nə yoxdur”.

Qeyd edək ki, ötən gün "5-ci kanal"a müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib.
Ədalət Vəliyev partiya sədrləri ilə görüşdüSiyasətdə sağlam münasibətlərin dəstəklənməsi və dialoq mühitinin təşviqi məqsədilə Azərbaycan iqtidarı davamlı olaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin ölkənin yeni siyasi konfiqurasiyasının formalaşması siyasətində “sağlam dialoq” məfhumu xüsusi yer tutur. Təqdirəlayiq haldır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti həmin dialoqun fəal iştirakçılarıdır. Etiraf olunmalıdır ki, siyasi münasibətlərdə dialoq mühitinin yaşanması konkret ölkənin demokratik ənənələrinin formalaşmasına zəmin yaradır.

Avrasiya.net xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin davamlı şəkildə partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri təşkil olunur. Növbəti belə görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 4-də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev və Vəhdət Partiyasının sədri Tahir Kərimli, həmçinin Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ilə keçirilib.

Görüşlərdə Vətən müharibəsində əldə olunmuş böyük Qələbə, Ordumuzun şücaəti, müharibədə iştirak etmiş və yaralanmış hərbçilərə dövlət qayğısı, işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunmasında partiyaların rolu, islahatların şaxələndirilməsi, siyasətdə qadın amili və gender məsələləri ilə bağlı mövzular, həmçinin COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti və ölkənin siyasi gündəmində olan bir sıra digər önəmli mövzular da müzakirə edilib.

Müasir milli tariximizin şanlı səhifələrindən olan Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, qazanılan bu möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun və daim öz Prezidentinin ətrafında bir yumruq kimi birləşən böyük Azərbaycan xalqının zəfəridir. Cəmi 44 gün ərzində aparılmış döyüşlər nəticəsində ölkəmiz malik olduğu hərbi qüdrətini və iqtisadi gücünü bütün dünyaya aşkar şəkildə nümayiş etdirdi.

Vətən müharibəsindən sonra ölkəmizə qarşı aparılacaq sərt informasiya təzyiqləri ilə mübarizədə qalib gəlmək üçün bu gün Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyinin qorunması olduqca vacibdir. Bu baxımdan siyasi partiyalar arasında sağlam münasibətlərin davam etdirilməsi strateji vəzifədir.

Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, siyasi partiyaların rəhbərləri ilə təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli qələbə nitqinə müraciət edərək sözügedən çıxışdan sitat gətirib: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”. Prezident İlham Əliyevin bu sözləri cəmiyyətimizin bütün potensialının səfərbər olunması kimi vacib vəzifəni qarşımıza qoyduğunu vurğulayan Ə.Vəliyev deyib ki, Azərbaycanın hər bir vətəndaşı bu amallara xidmət etməlidir.

Görüşlər əsnasında Vətən müharibəsində şəhidlərin qanı hesabına əldə olunmuş qələbənin əhəmiyyətini bəzi qüvvələrin ucuzlaşdırma cəhdləri sərt tənqid olunub, belə hallar yalnız öz doğma xalqına və Vətəninə qarşı xainlik kimi qiymətləndirilib. Ə.Vəliyev vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu cür faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir.

Ölkənin siyasi fəalları ilə təşkil olunan görüşlər çərçivəsində başlamış islahatların gözlənilən növbəti mərhələləri də müzakirə olunub. İslahatların səmərəliliyi naminə vətəndaş cəmiyyəti institutlarından fəallıq tələb olunduğunu bildirən Ə.Vəliyev vurğulayıb ki, əlverişli mühitin yaradılması üçün Milli Məclis tərəfindən yaxın gələcəkdə mütləq mütərəqqi qanunlar işlənilib qəbul olunacaqdır.

Bütün bəşəriyyəti narahat edən COVID-19 pandemiyası və müşahidə olunan meyillər də görüşlər zamanı müzakirə edilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş qərarlar nəticəsində koronavirusa yoluxma sayı mümkün qədər minimal səviyyədə saxlanılıb. COVID-19-a qarşı vaksinlərin hökumət tərəfindən Azərbaycana gətirilməsi və əhalinin peyvənləşdirilməsi məsələləri də müzakirə olunub.

Görüşlərdə siyasi partiyaların fəallığının artırılması məsələləri də xüsusi olaraq müzakirə edilib. “Ölkəmizdə mövcud olan siyasi partiyaların sayı Azərbaycanda yaşanan siyasi plüralizmdən bilavasitə xəbər verir”, – deyən Ə.Vəliyev vurğulayıb ki, Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan diqqət daha da artacaqdır.

Müzakirələr zamanı Elşad Musayev, Elşən Musayev, Tahir Kərimli və Əsli Kazımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Zəfər Günü”, “Anım Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, habelə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı sərəncamlarını yüksək qiymətləndirib, bu cür ali təşəbbüslərin böyük Qələbəni əbədiləşdirməyə xidmət edəcəyini vurğulayıblar. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasında Zəfər Gününün tarixinin dəyişdirilməsi də partiya sədrləri tərəfindən alqışlanıb.

Görüşə görə təşəkkürlərini bildirən partiya rəhbərləri dövlətçiliyimizin, iqtidar ilə müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını bildiriblər.
Paşinyan xalqa müraciət etdi və Köçəryanı yıxıb-sürüdüQarabağ müharibəsindəki uğursuzluğun məsuliyyətini üzərimə götürən kimi maraqlı proses başlayıb: hamı son 25-30 ildəki səhvləri mənə və hazırki hakimiyyətə yükləməyə çalışır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“O səviyyətə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran və danışıqları Ermənistan-Azərbaycan müstəvisində aparan şəxs (Robert Köçəryan nəzərdə tutulur – red.) Qarabağın ərazi bütövlüyü kontekstində mübahisələndirilməsinə görə bizi günahlandırır. Bu məsələ ərazi bütövlüyü çərçivəsinə o vaxt gəlib ki, Ermənistan danışıqları Qarabağın əvəzinə aparıb və bu, 20 il əvvəl olub”, - Paşinyan deyib.

Nikol Paşinyan eyni zamanda bu savaşla dünyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməsində də onu günahlandıran Köçəryana bu cür cavab verib:

“Bu ittihamı o adam səsləndirir ki, öz hakimiyyəti dövründə erməni cəmiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqda qəbul edilən beynəlxalq sənədlərin “heç bir təhlükə yaratmadığını” deyirdi. O deyirdi ki, təyyarədə tualetə girərkən və qapını bağlayarkən də “occupated” yazılır. Yəni “işğal edilmiş” sözündə dəhşətli heç nə yoxdur”.

Qeyd edək ki, ötən gün "5-ci kanal"a müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib.
Xudavəng monastrına vaiz təyin olunduAlban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar.

Avrasiya.net xəbər verir ki, din xadimləri monastrda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.

Azərbaycan Alban-udin xristian icmasının sədri Robert Mudili bildirib ki, bu yerlərə qayıtmağımıza görə şəhidlərimizə borcluyuq:

"Kəlbəcər bizim üçün adi yer deyil, Kəlbəcərdə çoxlu sayda Alban məbədləri var. Biz bugün Xudavəng məbədinə gəlmişik. Biz burda Alban kilsəsinin dini varisləri kimi iştirak edirik, kilsədə dini ayinləri icra edirik".

Qeyd edək ki, Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub. Mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb. Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın aran və dağlıq vilayətinin "Rostok" adlı bölgəsinə aid idi. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edirdi.

Kreml Sərkisyana lider olmağa izn vermədiAzərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatdan sonra əvvəllər nominal lider olan Ermənistan Prezidenti Armen Sərkisyan özünü aparıcı siyasi oyunçu kimi təqdim etməyə çalışıb.

Bu məlumatı “Eurasianet” saytı yayıb. Sayt Sərkisyanın Paşinyanı əvəz etməyə cəhd etdiyini bildirib.

Belə ki, Armen Sərkisyanın hakimiyyətdə hələlik etibarlı alternativ tapılmadığı üçün qala bildiyi vurğulanıb. Müharibədən sonra prezidentin diqqət mərkəzinə düşməsinin onun siyasi ambisiyalarından xəbər verdiyi qeyd edilib.

Sayta açıqlama verən rusiyalı politoloq Arkadi Dubnov Sərkisyanın Moskva səfərinin onun Paşinyanı əvəzetmə şanslarını qiymətləndirilməsi üçün olduğunu söyləyib. Bununla belə o, Sərkisyanın Kremldən hansısa dəstəyi ala bilmədiyini vurğulayıb.
Erməni əsgərdən etiraf: “Ən çox itkilərimiz Cəbrayılda oldu”Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu qarşısında necə aciz qaldıqlarını etiraf edib.

“Report”un məlumatına görə, “Sputnik Armenia” saytına müsahibə verən 20 yaşlı Seyran Soqoyan əsgəri xidməti zamanı tank bölməsinə təyin olunub.

Onun sözlərinə görə, erməni əsgərlər ən çox Azərbaycanın Cəbrayıl rayonu ərazisində məhv edilib:


“5 oktyabr tarixində həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən həqiqətən çox itkilərimiz oldu. PUA-lar bir neçə tankımızı vurdu. Daha iki əsgərin yaralandığını gördüm, onları maşına apardım. Bir az sonra, ən yaxın dostum qucağımda öldü. Digər əsgər tankın üstünə çıxanda ona güllə dəydi. Güllə onun onurğa və ağciyərlərini deşdi, boğazından qan axdı. Tankın içərisinə düşdü”.

O, Ermənistan ordusuna məxsus hərbi texnikaların nasaz olduğunu da etiraf edib:

“Döyüş zamanı Azərbaycan ordusuna məxsus tankı nişan aldım, amma atəş aça bilmədim. Tank xarab olmuşdu. Eyni zamanda 10 tanka nəzarət etməyə məcbur idim. Bunlara baxmayaraq güclü hücum qarşısında geri çəkilməyə məcbur olduq”
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTOSumqayıt şəhər 1 nömrəli xəstəxananın həkimi Şaiq Əliyev bu gün yeni növ koronavirusdan vəfat edib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yerləşdirilib.

55 yaşlı həkim xəstəxananın ümumi cərrahı olub və bir müddət əvvəl koronavirusa yoluxub. Səhhəti ağırlaşdığı üçün Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Şok əməliyyat: bir korpus və alay darmadağın edildi – KöçəryanNikol Paşinyanın birbaşa sifarişi ilə ordu rəhbərliyi oktyabrın əvvəlində cənub cəbhəsində hərbi əməliyyatla bağlı qərar qəbul etdi. Bu, o zaman effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində İkinci Qarabağ müharibəsi haqda danışarkən deyib.

“Bu, ilk ən böyük uğursuzluq idi: nəticədə ordunun korpuslarından biri və Xankəndi alayı darmadağın oldu. Bundan sonra bizim bölmələrin effektiv müdafiə üçün döyüş imkanları qalmamışdı”, - Köçəryan bildirib.

Köçəryanın sözlərinə görə, bu əməliyyat Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat idi:

“Biz elə bir yol seçdik ki, o, faciəyə aparırdı. Azərbaycan Ordusu cəbhəni yararaq, 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın sayəsində Hadrut, Qubadlı, Zəngilan, Xudafərin və s. ərazilərə gəlib çıxdı”.

Köçəryan deyib ki, Azərbaycan atəşkəsə razı ola bilməzdi, çünki hər gün ordusu irəliləyirdi. Uğur qazanan heç bir tərəf isə atəşkəsə razı olmaz.

Köçəryan bütün yanlış qərarların bir adam tərəfindən qəbul edildiyini deyib. O, müharibədə xalqın deyil, baş nazir və onun komandasının, apardığı siyasətin məğlub olduğunu bildirib.

“Hakimiyyətin daha bir kobud səhvi şanlı döyüş yolu keçən keçmiş generalları hərbi əməliyyatlara yaxın buraxmaması idi”.