32 min erməni Qarabağa qayıdıbSutka ərzində Ermənistandan Qarabağa 1200-dən çox erməni qayıdıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistan ərazisindən Qarabağa sutka ərzində 1244 nəfər qayıdıb. Onların qayıdışı Rusiya sülhməramlıları tərəfindən müşayiət olunub”, - məlumatda qeyd olunub.

Ümumilikdə 14 noyabrdan bu vaxta qədər Qarabağa 31917 nəfərin qayıtdığı bildirilib.
Koronavirus qripdən necə fərqlənir?Mütəxəssislər Azərbaycanda koronavirusa yoluxma, eləcə də koronavirusdan ölüm hallarının səbəbinin artmasının səbəblərindən biri kimi insanların özünümüalicə cəhdlərini göstərirlər.

Bir çox insanlar koronavirusa yoluxduqları zaman bunun mövsümi xəstəlik sayılan qrip olduğunu zənn edərək, həkim nəzarəti olmadan, özləri özlərini müalicə etməyə çalışırlar.

Nəticədə də mütəxəssislərin dediyi kimi, virusa yoluxan şəxsin səhhəti daha da pisləşir və o, həkimə gecikmiş halda müraciət edir. Bütün bunlar isə COVİD-19-a yoluxan şəxslər arasında ölüm hallarının artmasına da səbəb olur.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.

Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a yoluxma zamanı insan əvvəldə özünü sadəcə bir az narahat və zəif hiss edə bilər. COVİD-19-un simptomları yüksək hərarət və ya üşütmə, öskürək, nəfəs darlığı və ya nəfəs almaq çətinliyi, yorğunluq və zəiflik, əzələ və ya bədən ağrısı, baş ağrısı, qoxu və dad itkisi, boğaz ağrısı, burun tutqunluğu və ya axması, mədə ağrısı, ishal, ürək bulantısıdır.

Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, əzələ və ya bədən ağrısı, baş ağrısı, yorğunluqdur:

"Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə insanlar özlərini təcrid etsinlər və dərhal mütəxəssislərə müraciət etsinlər!".
PKK-nın gizli sənədləri ələ keçirildi - Təşkilat liderləri təşvişdəTürkiyənin Diyarbakır vilayətinin Lice çölündə PKK-ya qarşı əməliyyat zamanı terror təşkilatının 20 illik gizli arxivi ələ keçirilib.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Arxivdəki məlumatlar və etiraf edənlərin verdikləri bilgilər əsasında PKK-nın məşhur terrorçusu ələ keçib. Tutulan terrorçunun təşkilatın liderləri Murad Karayılan və Cəmil Bayıkın poçtalyonu olduğu öyrənilib.

R.G. adlı terrorçunun PKK liderlərindən aldığı məlumatları Lice çölündə terrorçulara çatdırdığı və son vəziyyəti terror liderlərinə bildirdiyi vurğulanıb.

R.G.-nin təşkilatın tez-tez Dəməşq,Metina və Zapa getdiyi və buradan təlimat aldığı bildirilib.

Terrorçunun sağ ələ keçməsi məlumatların PKK-nın dağlardakı birliklərinin dağılmasını daha da sürətləndirəcəyi və fərqli əməliyyatların başlayacağı iddia edilib.

Karayılan və Bayıkın poçtalyonu dindirildikdən sonra həbsxanaya göndərilib. Digər tərəfdən, əməliyyatın noyabrın 13-də həyata keçirildiyi və gizlilik baxımından daha sonra açıqlandığı bildirilib.
Paşinyana 3 gün vaxt verildiMüxalifətin bu gün keçirdiyi aksiyada Ermənistanın Baş naziri Nikol Paşinyana istefaya getməsi üçün 3 gün vaxt verilib.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni məbuatı məlumat yayıb.

Məlumata görə, Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə ona dekabrın 8-i saat 12:00-a qədər vaxt verildiyini bildirib:

"Biz çərşənbə axşamı - 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq”.
İranın sabiq vitse-prezidenti həbs edildiİranın ailə və qadın məsələləri üzrə sabiq vitse-prezidenti Şəhindoxt Mollaverdinin həbs olunmasına qərar verilib.

İranın Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci filialının qərarına əsasən, sabiq vitse-prezident 2,6 azadlıqdan məhrum edilib.

Sabiq vitse-prezident vəzifədə çalışarkən məlumatları və sənədləri başqalarına ötürmək ittihamı ilə 2 il, İran İslam Respublikası dövləti əleyhinə təbliğat fəaliyyəti aparmaq ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib.

İranın vitse-prezidentinin verilən qərarla bağlı apelyasiya şikayəti verəcəyi bildirilir.

Qeyd edək ki, Şəhindoxt Mollaverdi 2013-2017-ci illərdə İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti və 2017-2018-ci illərdə İran prezidentinin vətəndaşlıq hüququ məsələləri üzrə xüsusi köməkçisi vəzifəsində işləyib.

Sumqayıtda hazırlıq kursunun direktoru həbs edildiSumqayıt şəhərində Operativ Qərargahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektə baxış zamanı şagirdlərin sinif otaqlarında sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən tədrisə cəlb olunduqları məlum olub.

Görülən tədbirlər nəticəsində kursun direktoru T.Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həmin şəxs 10 sutka inzibati qaydada həbs edilib.
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilərBirinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu işğal edildikdən sonra orada yerləşən Xudavəng monastırına erməni terrorçusu rəhbər təyin edilib.

Bu barədə Rusiyanın "smi6.ru" nəşri yazıb.

Qeyd olunur ki, 1994-cü ildən etibarən Kəlbəcər işğaldan azad edilənədək Ter-Ovanes Ovannisyan monastırın rəhbəri olub. O, 1990-cı illərdə dinc Azərbaycan sakinlərinə qarşı törətdiyi vəhşiliklərlə tanınıb. Onun, Qarabağdakı azərbaycanlılara qarşı etnik təmizləmələrdə iştirak etdiyi deyilib.

İkinci Qarabağ müharibəsi başlayanda da "Ovanes ata" hər kəsi silaha sarılmağa və Azərbaycana qarşı mübarizə aparmağa çağırırdı.

Kəlbəcər azad olunduqdan sonra o monastırı tərk etməyəcəyəni bildirsə də, qısa müddət sonra erməni katolikosu II Qaregin tərəfindən Yerevana çağırılıb.

Qeyd edək ki, dünən Xudavəng monastrının dini varisləri Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar. Din xadimləri monastrda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.
Mixaylov: Pulunuz yoxdur? - Zəngəzuru verin!“Dağlıq Qarabağ münaqişəsi” anlayışı artıq işlədilməməlidir. Qarabağ Azərbaycandır və nida!

Əlbəttə, gərginlik hələ uzun müddət davam edəcək, çünki Ermənistan ictimaiyyəti məğlubiyyət acısını yaşayacaq. Onlar qisas almaq istəyəcək ki, bu da prinsipcə indiki mərhələdə mümkün deyil.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, Ermənistan dövlətin saxlanılması haqda düşünməlidir. Amma bir ay keçməmiş ölkənin yeni XİN başçısı münaqişə ritorikasını gücləndirməyə başlayıb.

Ermənistan tərəfinin Azərbaycan ərazilərinə vurduğu zərbələrdən danışan ekspert vurğulayıb ki, talan edilmiş abidələr, qəbirlər və dağıdılmış şəhərlər beynəlxalq hüquq normaları üzrə işğalçı ölkəyə qarşı irəli sürülmüş iddiaya daxil edilməlidir:

“Fikrimcə, Azərbaycana dəyən ziyanın dəyəri daha əvvəl səsləndirilən rəqəmlərdən qat-qat çoxdur. Qeyd edim ki, İrəvanın pulu yoxdur. Əgər ona borc verilsə, bu, bir neçə nəslin əsarəti olacaq. Digər tərəfdən, xatırladaq ki, İkinci Qarabağ müharibəsinin başlanğıcında dünyanın hər yerindən erməni iş adamları təklif edirdilər ki, Azərbaycandan ermənilər üçün Qarabağ torpağını satın alsınlar. Buna əsaslanaraq İrəvana Zəngəzuru və Bakı üçün vacib olan digər strateji obyektləri verməyi təklif etmək olar ki, bu da işğal dövrünün fəlakətli borclarının silinməsi ilə nəticələnər”.
Təhsil Nazirliyinin dəstəyi ilə Şirvan  şəhərində keçirilən layihə sona çatdıŞirvan şəhər M.İsrafilov adına 18 saylı Təbiət-humanitar təmayüllü məktəbin coğrafiya müəllimi Hətəmova Pərvanə Müslüm qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsinndə iştirak edərək “Lego Lab - Oyundan hobbi ilə peşəyə” əyləncəli, praktik, robotiks dərslər – layihəsinin qalib olmuşdur. Layihə əsasən müəllim və 13-14 yaş səviyyəsini əhatə edən şagirdlər üçün nəzərdə tutulub.

Azərbaycan Respubliksı Təhsil Nazirliyiyinin maliyyə dəstəyi ilə reallaşan Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində "Lego Lab - Oyundan hobbi ilə peşəyə" əyləncəli, praktik robotiks dərslər layihəsinin təlimləri uğurla həyata keçirildi. Layihənin əsas məqsədi də Texniki yaradıcılıqların inkişafı - mühəndislik-texnolojı sistemin təməlinin qoyulmasıdır.

Təlimlər zamanı proqramlaşdırma mühitinin inkişafı; praktik təcrübə əldəetmə bacarıqları; LEGO MİNDSTORMS EV3 robotik kodlama dərsləri əsasında rəqəmsal sensoru yığmaq bacarıqları; tədris prosesinə informasiya texnologiyalarının inteqrasiyası, müdavimlərin sistematik düşüncəsinin, məntiqi düşünmə və problemlərə ardıcıl, intensiv olaraq analitik yanaşmanın inkişafına təkan oldu.

Robotiks dərslərində müdavimlər sadə və daha mürəkkəb strukturlu (maneəni gör və maneədə dur, cizgi izləyən, cizgidə dur) əmirləri yerinə yetirən robotların proqramlaşdırması fəaliyyətini tam şəkildə izləyib tətbiq etmək fürsətlərini əldə etdilər.
03.12.2020-ci il tarixdə Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş “Lego Lab - Oyundan hobbi ilə peşəyə” əyləncəli, praktik, robotiks dərslər layihəsinin "Zoom "proqramı vasitəsilə icra planına uyğun olaraq, 34 nəfərin iştirakı ilə bağlanış tədbiri keçirildi.

Tədbirdə layihənin ekperti, təlimçi, qonaqlar - Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, M.İsrafilov adına 18 saylı məktəb-liseyin direktoru İsmayıl Yusubov, təlim iştirakçıları - müəllimlər, şagirdlər və onların bu layihədə iştiraklarını dəstəkləyən valideyinlər övladları ilə birlikdə iştirak etdilər. Tədbirin uğurlu nəticələri, gedişi ilə bağlı layihə rəhbəri Pərvanə Hətəmova təqdimatla çıxış etdi. Layihə rəhbəri, layihənin eksperti Ramil Süleymanov, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Resbublikası Təhsl Nazirliyinə təhsilimizin inkışafını dəstəkləyən bu kimi layihələrin həyata keçməsində birbaşa bu fürsətlərin, imkanların müəllim və şagirdlərimiz üçün yaradılmasının əhəmiyyətinin vurğuladılar, dərin minnətdarlıqlarını bildirdilər.

Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev çıxışında layihənin aktual məsələlərə toxunduğunu, Azərbaycanda İT sahəsinin inkişafında bu cür tədbirlərin mühüm rol oynadığını qeyd etdi. Layihənin eksperti Ramil Süleymanov məsafədən tətbiq olunan təlimləri izləyərkən - təlimi düzgün yönəltmək və təlim materiallarının layihənin formatına uyğun olaraq müdavimlər tərəfindən mənimsənilməsi və potensial imkanlarının üzə çıxarılmasında təlimcinin fəaliyyətini cox yüksək qiymətləndirdi. Təlimçi Sənan Heydərli XXI əsr təhsil sahəsində mühəndis texnoloji bacarıqların formalaşdırılması istiqamətində müxtəlif texniki funksiyaları özündə birləşdirən Lego Ev3 dəstlərindən istifadənin əhəmiyyətini və şagirdlərin müxtəlif robot prototiplərinin hərəkət funksiyalarının bloq sxemlərini, proqramlaşdırmanı yerinə yetirərkən cox böyük həvəs, maraq, istəklərinin, tətbiq bacarılarının yüksək olmasını qeyd etdi.

M.İsrafilov adına 18 saylı məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədova Gülnar, 2 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Rəhbəri Sayadxanım, eyni zamanda təlimdə iştirak edən müəllimlər layihə ilə bağlı yuüksək fikirlər söylədilər. Layihəyə bir evdən iki şagirdin və ya müəllimlərin də övladları ilə bərabər qoşulmaları layihənin nə qədər əhəmiyyətli olduğunu isbat edir. Təlimlərin bu ağır aylarda - Vətən müharibəsinin getdiyi və covid-19 virusunun təhsil sahəsində yaratdığı cətinliklər dövründə məsafədən (onlayn) keçilməsinə baxmayraq, şagirdlər çox həvəslə iştirak etdilər və İT faəliyyətlərinin düzgün istiqamətlənməsində bu layihənin əhəmiyyətini vurğuladılar. Sonda bütün iştirakçılar layihənin davamlı olması üçün uğurlar arzu etdilər. Tədbirdən sonra müdavimlərin elektron ünvanlarına təlimlərdə fəal iştiraklarına görə sertfikatlar göndərildi.