Paşinyan yenə biabır oldu - VİDEOErmənistan Baş naziri Nikol Paşinyan yenə biabır olub.

Avrasiya.net xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin iştirakı ilə videokonfrans şəklində keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin sözü Nikol Paşinyana verib.

Paşinyan Azərbaycan və Türkiyə haqda danışmağa cəhd edib və elə bu anda onun qarşısında olan mikrofonun səsi xışıldamağa başlayıb və birədəfəlik itib.

O, texniki problemə görə üzr istəyib, Putin isə “eybi yox, biz dinləyirik” deyib. Erməni Baş nazir ciblərində olan telefonları və digər elektron cihazları çıxararaq kənara qoyub, bundan sonra o, çıxışına davam edib.
“Qarabağ” “Makkabi”yə qarşıAzərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Avrasiya.net xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gələcək.

Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edəcək. İsraildə bu komandaya 0:1 hesabı ilə uduzan ağdamlılar ilk xal üçün mübarizə aparacaq.

Qeyd edək ki, qrupun eyni vaxtda başlayacaq digər görüşündə “Vilyarreal”la “Sivasspor” üz-üzə gələcək.

Avropa Liqası

İ qrupu

3 dekabr

21:55. “Qarabağ” - “Makkabi”

Baş hakim: Robert Hennessi (İrlandiya).

İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

Vilyarreal – 10, Makkabi – 7, Sivasspor – 6, Qarabağ – 0.
Vətəndaşlara bu SMS niyə gəlir? – AçıqlamaSon günlər bir çox vətəndaşın mobil telefonuna “e.sosial.az”dan Fərdi Məşğulluq Proqramının tərtib edilməsi ilə bağlı SMS gəlib. Mesajda vətəndaşlardan MAS-da şəxsi kabinetində fərdi məşğulluq proqramının yerləşdirildiyi haqda hesablarına daxil olaraq məlumat vermələri istənilir. SMS-ə əhəmiyyət verməyən vətəndaşlar “Məşğulluq haqqında” Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmaları ilə bağlı növbəti mesaj alırlar.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb:

“Fərdi məşğulluq proqramı işsiz şəxsin işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS-bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir.

İşsiz şəxs mesaj vasitəsilə göndərilən linkə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə məlumat verilir. Proqramdan imtina etdikdə isə "Məşğulluq haqqında" Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. 5 iş günü müddətində Fərdi Məşğulluq Proqramına münasibət bildirmədikdə isə bu, proqramdan imtina kimi qiymətləndirilir və şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir”.
ABŞ generalı: COVİD-19 bioloji silah ola bilər...Viruslar hər hansı dövlət, yaxud terror təşkilatı tərəfindən bioloji silah olaraq istifadə edilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

“COVİD-19 və ya digər bir virus pis niyyətlə istifadə edilə bilərmi? Əlbəttə, bu ola bilər və bizdə narahatlıq yaradır. Əslində ən böyük narahatlıq bir terror qrupunun, yaxud məsuliyyətli davranmayan şəxslərin bundan istifadə etməsidir. Əlində heç bir silah olmayan qruplaşmaların bioloji silah yaradıb istifadə etmələri və qorxunc dağıdıcı nəticələr yaratmasını xəyal etmək çətin deyil”, - deyə M.Milli bildirib.

Paşinyanın yerinə namizəd tapılıbErmənistan müxalifəti Nikol Paşinyanın yerinə keçmiş baş nazir Vazgen Manukyanın namizədliyini irəli sürə bilər.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistanın Vətən Partiyasının İdarə Heyətinin üzvü Robert Arutyunyan deyib.

Qeyd edək ki, müxalifət baş nazir vəzifəsinə namizədini bu gün açıqlayacağını bildirib. Bundan öncə də namizədin Vazgen Manukyan olmasıyla bağlı fikirlər olub. Üstəlik bu namizədin Manukyan olması və onun rus elitası ilə danışıqlar apardığına dair mətbuat məlumat paylaşıb.