“Siyasi partiyalar haqqında” qanunun yeni layihəsi hazırlanırPrezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam etdirilir.

"Report" xəbər verir ki, bu səpkidə növbəti görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 2-də Milli Məclisin deputatları - Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, həmçinin Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz ilə keçirilib.

Görüşlərdə Vətən müharibəsində qazanılmış böyük Qələbə, Ordumuzun şücaəti, Azərbaycanın keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçməsi, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunması, COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti, “Siyasi partiyalar haqqında” Qanunun yeni layihəsi və bir sıra digər önəmli mövzular müzakirə edilib.

Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, əslində, dünyaya yeni hərbi strategiya nümayiş etdirib. Əminliklə vurğulanıb ki, Azərbaycanın sözügedən təcrübəsi bir çox ölkələr tərəfindən öyrəniləcək. Belə ki, cəmi 44 gün davam edən müharibə, əslində, fərqli hərbi strategiyaların savaşı idi. Görüş zamanı xüsusi olaraq qeyd edilib ki, müharibədən sonrakı dövrdə aparılacaq sərt informasiya müharibəsində də siyasi həmrəyliyin nümayişi olduqca vacibdir. Odur ki, siyasi partiyaların birliyinin və qarşılıqlı dəstək mühitinin qorunması strateji vəzifədir.

Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli Qələbə nitqinə müraciət edərək sözügedən çıxışdan sitat gətirib: “Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”.

Prezidentin bu sözlərini, əslində, ölkəmizi mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə çıxardığını vurğulayan Ə.Vəliyev Azərbaycan cəmiyyətinin bundan sonra da aparılacaq islahatlara hazır olmasının vacibliyini bildirib.

“Vətən müharibəsində əldə olunmuş Qələbə, eyni zamanda, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin həlli deməkdir. Odur ki, sözün əsl mənasında, Azərbaycanı yaxın gələcəkdə böyük quruluş işləri gözləyir”, – deyən Administrasiya rəsmisi sözügedən istiqamətdə də əməkdaşlığın önəmli olduğunu bildirib.

Adıçəkilən görüşlər əsnasında Qələbənin, eyni zamanda, şəhidlərin qanı hesabına əldə olunduğunu qeyd edən Ə.Vəliyev vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu kimi faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir. Bunu əsas tutaraq bütün görüşlərdə Vətənin şəhid olmuş övladlarına Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir, yaralılara isə şəfa dilənilib.

Ölkədə başlamış islahatların səmərəliliyi mütləq müvafiq qanunvericilik bazası ilə dəstəklənməlidir. Bu mənada Milli Məclisin rolunu vurğulayan Ə.Vəliyev islahatların ruhuna və demokratik dəyərlərin inkişafına dəstək olacaq yeni qanun layihələrinə böyük ehtiyac olduğunu bildirib. Odur ki, çeviklik, müasirlik və innovativlik kimi keyfiyyətlər müasir Milli Məclisin əsas xüsusiyyətlərinə çevrilməlidir.

Həmçinin görüşlərdə bütün dünyanı narahat edən COVID-19 pandemiyası və müşahidə olunan tendensiyalar müzakirə edilib. Ölkəmizdə koronavirusa yoluxma sayı Prezidentin rəhbərliyi ilə qəbul edilmiş qərarlar nəticəsində mümkün qədər minimal səviyyədə saxlanılıb. Bundan əlavə, dövlətimizin başçısının göstərişi ilə modul tipli yeni xəstəxanaların, həmçinin tibbi maska və dezinfeksiya vasitələri istehsal edən müəssisələrin istifadəyə verilməsi, zəruri tibbi avadanlıqların Azərbaycana gətirilməsi, xaricdən həkim-mütəxəssislərin ölkəmizə dəvət edilməsi pandemiya ilə mübarizəyə müsbət təsir göstərib.

Görüşlər zamanı siyasi partiyaların fəaliyyəti haqqında fikir mübadiləsi də aparılıb. Qeyd olunub ki, siyasi partiyaların fəallığı Azərbaycanda vətəndaş cəmiyyətinin əsaslarının inkişafı üçün zəmin yaradır. Bu səbəbdən də dövlət tərəfindən siyasi partiyalara ayrılan diqqət məhz demokratiyanın inkişafına yönəlmiş sərmayə kimi dəyərləndirilməlidir.

Partiya sədrləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Arzuxan Əlizadə və Yunus Oğuz çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda “Anım Günü”, “Zəfər Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunmasına dair sərəncamlarını yüksək qiymətləndirib, bu addımların ölkəmizdə milli birliyin inkişafına əvəzsiz töhfə olacağına əminliklərini bildiriblər.

Görüşə görə təşəkkürlərini bildirən partiya sədrləri dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını vurğulayıblar.

Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildiAzərbaycanda Zəfər Gününün tarixi dəyişdirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.

Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir”, - deyə məlumatda bildirilir.
Heç kim bilmir ki, Paşinyan öhdəsinə nələri götürüb - VideoMüharibə hələ bitməyib. Artıq təsdiqlənmiş məlumatlara görə, İğdıra böyük bir türk ordusu gətirilib.

Bunu politoloq Suren Sərkisyan bildirib.

Politoloq deyib ki, bu, Azərbaycan planının üçüncü hissəsidir:

“Əslində Azərbaycanla müharibə hələ bitməyib, İğdırda böyük bir türk ordusu yerləşdirilib. Bu, ilk növbədə, Ermənistana təzyiq göstərir ki, öhdəliklərindən yayınmasın, razılaşmanı sona qədər yerinə yetirsin”.

Onun sözlərinə görə, hələ də heç kim Nikol Paşinyanın Azərbaycan üçün nələri öhdəsinə götürdüyünü bilmir:

“Bütün bu razılaşmalar icra olunana qədər Nikol Paşinyanın getməsi Rusiyanın vasitəçi kimi fəaliyyətini çətinləşdirəcək. Məhz bu səbəbdən Nikol hələ də hakimiyyətdə qalacaq”.
100-dən çox əsgəri əməliyyat edən həkim: “Gözlərini açan kimi...“İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatmasında əsgərlərimizin sağlamlığının keşiyində dayanan tibb işçilərinin də müstəsna xidmətləri olub. 44 günlük müharibənin gözə görünməyən qəhrəmanlarından biri də Fərhad Hüseynovdur.

Yenisabah.az xəbər verir ki, Fərhad Hüseynov hazırda Mərkəzi Neftçilər Xəstəxanasında travmatoloq cərrah kimi çalışır. O, müharibə dövründə 100-dən çox cərrahi əməliyyat həyata keçirib:

“Müharibənin ilk günü Mərkəzi Neftçilər Xəstəxanasının böyük bir heyəti ilə Gəncə şəhərinə ezam olunduq. TƏBİB-in dəstəyi, qrup rəhbərimiz Elmir həkimin və Şəhər Səhiyyə Şöbəsinin rəhbəri Nazim müəllimin təşkilatçılığı ilə yerli xəstəxananın bazasında çoxprofilli hospital yaratdıq. Hospitalda travmatoloji, cərrahi, döş qəfəsi, damar, üz-çənə, göz cərrahiyyəsi, neyrocərrahiyyə, anesteziologiya və reanimasiya, o cümlədən radioloji xidmətləri təşkil etdik. Bu işdə yerli və könüllü həkimlər, tibb işçiləri bizə yaxından köməklik göstərdilər. Qısa zaman ərzində yaralı qəbuluna başladıq”.

Həkim qeyd edib ki, hospitalda, müştərək yaralanması olan hərbçilərimiz çoxluq təşkil edib. Hətta elə vəziyyət olub ki, 2 və ya 3 həkim briqadasının eyni vaxtda əməliyyatda iştirak etməsinə ehtiyac duyulub.

“Travmatoloji yardımın təşkilində mənimlə birgə fəaliyyət göstərən Rövşən, Vusal, Rəşad, Emil, Amil, Nicat doktora, rezidentlərimizdən Elnur və Rəşada xüsusi təşəkkürlərimi bildirirəm. Çünki bizim heyət 300-dən artıq əməliyyat icra etdi. Yaralılarımızın əksəriyyəti çox saylı qəlpə yarasından və açıq sınıqlardan əziyyət çəkirdi. Əmaliyyatlarımızın əsasını isə açıq sınıqlarda İlizarov üsulu ilə osteosintez, yaraların cərrahi işlənməsi, qəlpələrin xaric edilməsi, vətər-sinir təmiri, digər osteosintez əməliyyatları təşkil edirdi. Bununla yanaşı yaralıların sarğılarının dəyişdirilməsi, təyinatlarının verilməsi, qəbul şöbəsində ilk yardım və çeşidlənmə prosesində də heyətimiz aktiv iştirakçı idi”,-deyə həmsöhbətimiz əlavə edib.

Fərhad həkim damar cərrahları ilə müştərək əməliyyatlarından da söz açıb:

“Seymur həkimin başçılığı ilə damar cərrahiyəsi briqadamız uğurlu əməliyyatlar icra edir, yüksək nəticələr göstərirdi. Ümumi cərrahlar, neyrocərrahlar, oftolmoloq və üz-çənə cərrahları çoxsaylı uğurlu əməliyyatlar icra edirdilər. Əməliyyatlarımızın uğurla nəticələnməsində Fuad, Ceyhun, Rəşad, Gülşən həkimin və könüllü reanimatoloqlarımızdan ibarət olan anesteziologiya-reanimasiya briqadamızın, həmçinin Sevda xanımın təşkilatçılığında əməliyyat blokunun əməyi xüsusi yer tutur. Bizimlə yanaşı 24 saat fəaliyyət göstərən radioloqlarımızın da xidmətini qeyd etmək istəyirəm. Yaralılarımızın əməliyyat və müalicəsində qardaş Türkiyə Respublikasından könüllü gəlmiş həkim və rezidentlər, yerli həkim və tibb işçiləri də aktiv iştirak edirdilər.

Xəstələrin qəbulunda və çeşidlənməsində qəbul şöbəsinin həkimləri olan Elnur, Hüseyn, Azər, Orxanın xidməti olduqca peşəkar idi. Yüngül yaralılar və əməliyyatdan sonrakı xəstələr ücün nəzərdə tutulmuş bölməmiz Vüqar doktorun rəhbərliyində uğurlu fəaliyyət göstərirdi. Könüllü psixoloq və nevropatoloqlardan ibarət briqada isə psixoloji yardımın təşkilində fəal iştirak edirdi”.

Həmsöhbətimiz hospitalda əsgələrlə yanaşı Gəncə və Bərdə şəhərlərində baş vermiş terror hadisəsi zaman yaralanan mülkü şəxslərin də müalicə olunduğunu diqqətə çatdırıb.

Arxa cəbhə qəhramanı olan cərrahımızın sözlərinə görə, əməliyyat masasında neçə-neçə əsgərimiz “Vətən, sənə canım fəda” mahnısını ifa edib, heç təəccüblü deyil ki, bir çox yaralı hərbçimiz əməliyyatdan dərhal sonra cəbhəyə nə zaman qayıda biləcəyini soruşub. Bu cür hadisələr isə Azərbaycan Ordusunda ruh yüksəkliyinin və vətənpərvərlik hissinin hansı səviyyədə olduğunu açıq şəkildə göstərib".

Həkim deyib ki, tibbi personalın fədakarlığı qələbənin qazanılmasında az rol oynamayıb:

“Yaralının əl-üzünü, ayaqlarını yuyan, ona güclə yemək yedizdirməyə çalışan, sarğı zamanı yaralının ağrıdığını hiss edib kövrələn tibb personalı gördükdə insan çox duyğulanırdı. Bu, ordu-xalq-dövlət birliyinin bariz nümunəsidir. Qələbəmizn qazanılmasında xüsusi yeri olan şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Bizim bu şərəfli işimizdə əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm”.

İrfan Sapmaz Federasiya yaradırDünyaca tanınmış savaş jurnalisti İrfan Sapmaz yeni təşkilat yaradır.

Avrasiya.net xəbər verir ki, bu məlumatı jurnalist özü açıqlayıb.

O qeyd edib ki, bu gün Dünya Savaş Jurnalistləri Federasiyasına böyük ehtiyac var:

“Mən 30 ildir ki, savaş müxbirliyi edirəm. Bu müddət ərzində qarşılaşdığım minlərlə problem olub.

Son on ildə müharibələr zamanı 550-dən çox jurnalist həyatını itirib. Təbii ki, bir savaş jurnalisti kimi bunlara səssiz qalmaq mümkün deyil. Hesab edirəm ki, bu sahədə dünyada bir jurnalist təşkilatı qurulmalıdır. Mən mərkəzi Amerikada olacaq belə bir federasiyanın qurulması üçün fəaliyyətə başlamışam.

Universitetdə də savaş jurnalistikası ilə bağlı tədris olunacaq praktiki dərslik üzərində işləyirəm. Bundan sonra Amerikada yaşayacam. Həyatımı federasiya və jurnalistika müəllimliyinə həsr edəcəm”.
Ermənilər Xankəndidə Rusiyanın hərbi bazasının yaradılmasını istəyirQarabağ separatçılarının rəhbəri Araik Arutunyan Azərbaycanın Xankəndi şəhərində Rusiyanın hərbi bazasının yaradılmasını təklif edib.

Avrasiya.net xəbər verir ki, onun köməkçisi David Babayan bu barədə Rusiyanın “RİA Novosti” agentliyinə açıqlamasında deyib.

“Rusiyanın Qarabağda hərbi bazasının olması çox yaxşı olardı. Moskvanın çox güclü geosiyasi potensialı var”- deyə Babayan deyib.

Rusiya sülhməramlılarının səlahiyyət dairəsinin genişləndirilməsi planının rəsmi Yerevan tərəfindən də dəstəkləndiyi xəbər verilir.
Hizbullah lideri İrana köçməyi planlaşdırır - KİVHizbullahın lideri Həsən Nəsrullah İrana köçməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu məlumatı “Əl Cəridə” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, artıq Livan və qonşu ölkələrin kəşfiyyatı SEPAH-la Hizbullah arasında bu barədə aparılan gizli danışıqları diqqətlə izləyirlər. Bu danışıqlara əsasən, Nəsrullah Tehranda qeyri-müəyyən müddətə qədər qalmalıdır.
Karantini pozan korona xəstələrindən ikisi öldüKoronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir.
Tramp ABŞ hərbi büdcəsinə veto qoymaq istəyirABŞ Prezidenti Donald Tramp gələcək müdafiə büdcəsinə veto qoymaq niyyətindədir.

Bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Keyli Makinani deyib.

O, Trampın, xüsusilə 230-cu maddədə yer alan və sosial şəbəkə şirkətlərini məsuliyyətdən azad edən bəndin ləğv edilməsini istədiyini bildirib. Makinani bunun ləğv edilməyəcəyi təqdirdə Trampın hərbi büdcəyə veto qoyacağını deyib.