Şəhid ailələri və qazilərə ödəniləcək müavinətlərÖlkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Avrasiya.net xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

“Bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar.

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.

- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:

- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);

- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;

- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;

- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;

- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;

- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;

- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;

- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;

- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir”, - deyə F.Talıbov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.
Azərbaycan bütövdür!Azay Quliyev

Bu gün, dekabrın 1-də Laçının işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesi tam başa çatdı. Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi, şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsini böyük Qələbə ilə başa vurduq. Cəmi 44 günə işğalçı ordunu darmadağın edərək ermənistanı hərbi kapitulyasiya aktına imza atmağa məcbur etdik. Nəticədə, Ağdam, Kəlbəcər və Laçın kimi strateji əhəmiyyətli rayonlarımız itkisiz olaraq işğaldan azad edildi, Azərbaycan bütövləşdi.

Bir ölkənin işğal altında olan ərazilərinin bir qismini döyüş meydanında düşməni məğlub etməklə, yerdə qalan hissəsini isə ultimatum və kapitulyasiya yolu ilə azad etməsi dünya hərb tarixində çox nadir, oxşar münaqişələrin həllində isə ilk hadisədir.

Nəhayət, Azərbaycan millətinin əyilmiş qəddi düzəldi, "məğlub xalq" və "döyüşməyi bacarmayan ordu" tənəsindən xilas olduq, Qəhrəman Xalq və Qalib Ordu titulunu əbədi qazandıq, şərəfli tarix yazdıq, tarixin gedişini dəyişdik, bütün dünyanı bizimlə hesablaşmağa və bizə hörmət etməyə məcbur etdik. İndiyə kimi vətən uğrunda qanı axıdılan bütün Şəhidlərimizin qısasını düşməndən misli ilə aldıq.

Bu tarixi hadisənin müəllifi, bu şərəfli tarixin memarı Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevdir, Azərbaycan xalqıdır, Azərbaycanın qəhrəman ordusudur.

Bu tarixi qələbə münasibətilə Müzəffər Ali Baş Komandanı, qürurlu Xalqımızı, qəhrəman əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm.

Qorxmadan düşmənin üzərinə şığıyan, döyüşkən ruhu ilə düşməni lərzəyə salan, Şuşa kimi alınmaz qalanı əlbəyaxa döyüşlə azad edən, 21-ci əsrin hərb və qəhrəmanlıq nümunəsini yaradan cəsur əsgər və zabitlərimizə, qazilərimizə, bir ayağını və ya qolunu itirsə də "mən bu vətən üçün heç nə etmədim deyən" təvazökar və şir ürəkli igidlərimizə ürəkdən təşəkkür edir, onların hər birilə xalqımızın qürur duyduğunu bildirirəm.

Torpaq- əgər, uğrunda ölən varsa Vətəndir!

Əlbəttə, Şəhidlərsiz Vətən olmur, torpaqlar işğaldan azad edilmir, ərazi bütövlüyü bərpa olunmur, tapdanmış milli kimliyimiz özümüzə qayıtmır, yenidən dirilmir. Mən bilərəkdən, təəssüf sözünü işlətmədim. Çünki, Şəhidlərimiz çox böyük və müqəddəs amal uğrunda canlarını qurban veriblər. Onlar cismən bizdən ayrılıblar, mənən isə hər zaman bizimlədir, bu xalq və dövlət durduqca onlar da yaşayacaqlar. Yalnız Şəhidlərə ölməzlik nəsib olur və onların ruhları cənnətdə əbədiyyən rahatlıq tapır.

Mən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm!

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

Bu qəhrəman övladları böyüdən və vətən üçün fəda edən Valideynlərə, Ata və Analara təşəkkür edirəm!

Vətən sağ olsun, deyirəm!

Şahidlərimizn ailələri, qazilərimiz və tarixi qələbədə əməyi olan hər kəs bilir ki, xalqımız və dövlətimiz onları hər zaman uca tutacaq və onların tarixi xidməti layiqincə qiymətləndiriləcək.

Qələbəmiz mübarək!

Azərbaycan bütövdür!

Qarabağ Azərbaycandır!





Eçmiədzində də əsgər analarının mitinqi başladıİrəvandan sonra Eçmiədzin şəhərində də Qarabağda itkin düşən hərbçilərin yaxınlarının etiraz aksiyasi başlayıb.

Əsgər valideynləri Eçmiədzindəki hərbi hissələrdən birinin qarşısında aksiya keçiriblər. Etirazçılar baş nazirlə görüşdüklərini, amma görüşün nəticəsiz bitdiyini bildiriblər.

Onlar övladlarının Qafanda xidmətdə olduqlarını, amma niyə əmrlə Zəngilana keçirildiklərini anlamadıqlarını bəyan ediblər.
"Bu gün də müqəddəs bir gün kimi yaddaşımıza və tariximizə yazıldı"Bax belə. İşğaldan azad olunan Laçın rayonunda da Azərbaycan bayrağı qaldırıldı. Qəhrəman hərbçilərimiz Ali Baş Komandan Prezident İlham Əliyevə Laçın şəhərində dövlət bayrağının asılması haqqında məruzə etdilər. Beləliklə, 28 ilin məşəqqətli həsrəti bu gün - dekabrın 1-də başa çatdı.

Bu gün də müqəddəs bir gün kimi yaddaşımıza və tariximizə yazıldı. Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbə ilə işğal tarixinə nöqtə qoydu, işğal saatının əqrəblərini dayandırdı və tarixin təkərini doğru məcraya yönəltməyi bacardı. Beləliklə, işğal tarixi qapandı, zəfər tarixi yazılmağa başlandı. Bu gün Laçının dinc yolla, qan tökülmədən işğaldan azad edilməsi məhz Azərbaycan Ordusunun qazandığı zəfərlərin məntiqi sonluğu, müsbət nəticəsidir.

İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin misilsiz sərkərdəliyi nəticəsində tam və qəti qələbəyə imza atmasaydı, indi nə Ağdamı, nə Kəlbəcəri, nədəki Laçını belə dinc yolla götürə bilməyəcəkdik. Ordumuzun döyüş əzmi işğalçı Ermənistanın və separatçı ermənilərin iradəsini qırdı, onları kapitulyasiyaya imza atmağa məcbur etdi. Bəli, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan üçün qələbə, Ermənistan üçün isə rüsvayçı kapitulyasiya sənədidir.

İndi bütün sıravi ermənilər həm şokdadır, həm də dərin ruh düşkünlüyü yaşayırlar. Onlar hələ də inana bilmirlər ki, İkinci Qarabağ müharibəsini uduzublar. Onlar Ağdamı, Kəlbəcəri tərk etmək istəmirdilər. Çıxmalı olduqlarını dərk edəndə isə hər şeyi yandırıb, viran qoyub çıxdılar. Elə Laçını da tərk etmək istəmirdilər. Dünən Laçın şəhərində və bəzi kəndlərində bir sıra ermənilər hətta son ana qədər gözlədilər ki, bəlkə çıxmamaq haqqında göstəriş gələcək. Bir erməni qadınının Laçından çıxmamaq üçün özünə necə əl qatmasının, şivən salmasının videogörüntülərini də yəqin ki, hamınız izləmisiniz. Bu nədən xəbər verir? Bu onu göstərir ki, təkəbbürlü və özlərindən razı ermənilər son ana qədər Laçından və digər torpaqlarımızdan çıxarılacaqlarına, qovulacaqlarına inanmırmışlar.

İşğalçı Ermənistanın keçmiş və indiki rəhbərləri sıravi ermənilərdə belə bir yanlış inam formalaşdırıbmış ki, Qarabağ həmişəlik olaraq Ermənistanın işğalı altında qalacaq və erməni yurduna çevriləcək. Onlar sıravi erməniləri yalançı miflərə inandırmışdılar. Lakin Azərbaycan Ordusu bu mifləri qırdı, məhv etdi. Ermənilər Ordumuzun qələbəsi nəticəsində ağır mənəvi-psixoloji zərbə və zədə aldı.

Biz bu zədənin nəticələrini, əlamətlərini Laçını tərk etmək məcburiyyətində qalan mülki ermənilərin çöhrələrində gördük. Laçını tərk etmək onlar üçün çox ağrılı idi. Prezident İlham Əliyevin Laçının işğaldan azad edilməsi münasibətilə bu gün xalqa etdiyi müraciətində də bunu qeyd etdi ki, ermənilər Laçın rayonunun ərazisinin bütünlüklə dəhliz kimi Ermənistanın nəzarətində qalmasına iddia edirmişlər. Ancaq Müzəffər Ordumuz ermənilərin bu iddialarını tamamilə alt-üst etdi. Ordumuz yeni reallıq yaratdı.

Beləliklə, indi Laçın yenidən bütöv Azərbaycan ailəsinə qovuşub. Mən bu gün insanlarımızın Laçının işğaldan azad edilməsi münasibətilə yaşadıqları sevinc hisslərini müşahidə etdim. Əslən Laçından olan bir məcburi köçkün soydaşımızın bu gün sosial şəbəkədə yazdığı "çox xoşbəxtəm, qəribliyin daşını atdım artıq" sözlərini həm həyəcanla, həm də böyük qürur hissilə oxudum. Bu cür bir-birindən xoş çoxlu paylaşımları oxumaq həqiqətən də böyük qürur hissi yaradır.

İndi Laçın yenidən bizimdir. Şəhidlərimizin qisası alındı. Laçın uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarının bu gün şad olacağına əminəm. Biz o şəhidlərimizin ruhları qarşısında baş əyirik!

Əsgər və zabitlərimizlə qürur duyuruq. Azərbaycan Ordusuna İkinci Vətən müharibəsində göstərdiyi rəşadətə görə təşəkkür edirik! Siz bizim şərəf mənbəyimizsiniz, igid hərbçilər!

Cənab Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevi bu böyük Qələbə münasibətilə ürəkdən təbrik edirik. Bu Qələbə Ordumuzun qəhrəmanlığı, Sizin isə sərkərdəlik məharətiniz və müdrikliyinizin sayəsində mümkün oldu. Siz Azərbaycan tarixinə öz adınızı Qalib Lider kimi yazdırdınız. Siz Azərbaycanın daim torpaq itirən ölkə imicini və sindromunu qırdınız, sındırıb atdınız. Siz ölkəmiz üçün tamamilə yeni səhifə açdınız. Artıq Azərbaycana qarşı istər bölgəmizdə, istərsə də dünyada münasibət kökündən dəyişib. İndi Azərbaycan hər kəsin hesablaşdığı güclü bir ölkəyə çevrilib. İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir. Və indi Azərbaycan Ordusu həqiqətən də Cənubi Qafqazın ən güclü və peşəkar Ordusu kimi qəbul olunur. Bütün bunların hamısı Sizin xidmətiniz və uğurlarınızdır, cənab Prezident!

Əziz laçınlılar, dəyərli bacı və qardaşlarımız, sizi də ürəkdən təbrik edirik. Gözünüz aydın olsun. Həsrətiniz bitdi. Məcburi köçkün həyatınız sona çatdı. Artıq sizin üçün tamamilə yeni bir dövr başlayır. Yeni həyatınız xeyirli-uğurlu olsun, əziz laçınlı həmvətənlərimiz. Ocaqlarınız gur yansın!

Təbriklər, Azərbaycan! Laçının qayıdışı mübarək olsun! 44 günlük müharibədə milli həmrəyliyimiz, birliyimiz öz sözünü dedi. Əminəm ki, bu birliyi, həmrəyliyi bundan sonra da davam etdirməyi bacaracayıq və bacarmalıyıq. Çünki qarşıda bizi böyük quruculuq dövrü gözləyir. Biz bütün böyük uğurlarımıza milli birliyimizin sayəsində imza atacayıq!

Qarabağ bizimdir! Yaşasın Azərbaycan!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Vüqar Oruc: Əldə olunmuş Qələbədən sonra əmlak bazarında heç bir durğunluq və ya böhrandan söz ola bilməz44 gün davam edən Vətən müharibəsində dəstəyi ilə seçilən qardaş Türkiyə, eləcə də dost Pakistan, Ukrayna və İsrail dövlətləri inşaat, istehsal müəssisələrinin qurulmasında, kənd təsərrüfatının yenidən və müasir biçimdə bərpasında, turizm sektoruna Azərbaycan dövləti ilə birlikdə investisiya qoya bilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc son günlərdə ölkəmizdə baş verən mühüm hadisələrin əmlak bazarına təsirinə dair fikirlərini bölüşüb.

Bir-birini təqib edən karantin, pandemiya, Vətən müharibəsi və yenidən sərt karantinin daşınmaz əmlak bazarına təsirini necə qiymətləndirərdiniz?

2020-ci il ölkəmiz üçün mühüm dəyişikliklər ili oldu. Pandemiya və sərt karantinin iqtisadiyyata, ələlxüsus da əmlak bazarına təsiri ilə bağlı mütəxəssis rəyi ilə çıxış edərək ictimaiyyətə məlumat vermişdik. Həmin məlumatda müvafiq dövr üçün bazara edilən təkliflərin mövcud olmağına baxmayaraq, tələbatın bu təkliflərlə müqayisədə daha az göründüyü qeyd edilmişdi. Bu səbəblə də sözügedən dövrdə qiymətlərdə müəyyən qədər enmələrin və azalmaların baş verməsi təbiidir. Bundan başqa pandemiya dövründə Beynəlxalq Qiymətləndirmə Standartları komissiyasının xüsusi rəyində həmin dövrdə mövcud olan qiymətlərin, bazar dəyəri olmadığı da qeyd edilmişdi. Başqa sözlə desək, xüsusi fors-major vəziyyət olduğuna görə, əmlakların bazar dəyəri məhz sözü gedən dövrdəki kimi götürülə bilməz. Bununla bağlı rəhbərliyində təmsil olunduğum Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də müvafiq dövrə uyğun sənədlər qəbul etmişdi. Bazarım daimi təhlilini aparan və mövcud dinamikanı müşahidə edən bir şirkət kimi baş verən dəyişikliklər, qiymətləndirmə işinə birbaşa təsir göstərdiyini deyə bilərik. Pandemiya başlanan dövrdən indiyə qədər əmlakın qiymətlərində müəyyən dəyişikliklər baş verib. Bu da karantin ilə əlaqədar müəyyən planların, yeni ailələrin qurulmasının təxirə salınmasından irəli gəlir. Təbii ki, əmlak alqı-satqısında müəyyən fasilələr yaranır, nəticədə əmlakını təklif edərkən mövcud şəraiti nəzərə almaq lazım gəlir, bu isə qiymətlərin düşməsinə gətirib çıxarır. Amma indi yeni bir situasiya yaranıb - Azərbaycanın müzəffər ordusu, illərdir işğal altında olan əraziləri azad edib. Artıq gündəmdə həmin ərazilərin yenidən qurulması və bərpa işlərinin görülməsidir. Bu prosesdə Azərbaycana dost olan və iqtisadi münasibətləri yüksək səviyyədə qurulmuş dövlətlər öz maraqlarını ortaya qoyaraq müəyyən investisiya yatırımı təklifləri ilə çıxış edəcək. 44 gün davam edən Vətən müharibəsində dəstəyi ilə seçilən qardaş Türkiyə, eləcə də dost Pakistan, Ukrayna və İsrail dövlətləri inşaat, istehsal müəssisələrinin qurulmasında, kənd təsərrüfatının yenidən və müasir biçimdə bərpasında, turizm sektoruna Azərbaycan dövləti ilə birlikdə investisiya qoya bilər. Bildiyiniz kimi azad olunan ərazilər həm turizm üçün gəlirli, həm də kənd təsərrüfatı üçün mühüm əhəmiyyətə və münbit şəraitə malikdir. Bu səbəbdən də həmin ərazilərdə yenidənqurma işlərinin aparılması Azərbaycan iqtisadiyyatında çox böyük müsbət tendensiyalara səbəb olacağı və iqtisadiyyatımızın bu proseslərin nəticəsi olaraq böyüyəcəyi təbii haldır. Digər tərəfdən iqtisadiyyat böyüdükcə, yeni yatırımlar olduqca əmlak qiymətlərində də müəyyən dəyişikliklər olacaq.

Bu fikri bir qədər ətraflı izah edərdiniz ...

Yəni iqtisadiyyatı böyük olan dövlətlərdə əmlakların qiymətləri daha yüksək olur. Götürək qonşu – Rusiya və ya Türkiyəni, bu ölkələrdə iqtisadiyyat böyüdüyü anda əmlak qiymətlərində yüksəlməni müşahidə etmişik. Avropada iqtisadi inkişafın zirvəsində olan dövlətlərdə əmlak bizdəki qiymətlərdən 1,5-2 dəfə yüksəkdir. Əmlakın dəyəri həmin ölkələrdə baş verən iqtisadi proseslərlə birbaşa əlaqəlidir. Belə ki, iqtisadi proseslərdə uğursuzluq və ya hər hansı bir problem yarananda əmlakın qiymətində enmələr labüd olur.
Təqribi hesablamalarımıza görə, Azərbaycan iqtisadiyyatında Vətən müharibəsi nəticəsində azad edilən bölgələrin payı 25-30%-dir və bu payın yenidən ölkə iqtisadiyyatının tərkib hissəsinə daxil olması, həmin ərazilərdə həyatın yenidən canlanması, istehsalatın bərpası ölkə iqtisadiyyatına elə bir təsir göstərər ki, daşınmaz əmlak bazarında da alqı-satqı prosesləri aktivləşə, daşınmaz əmlaka tələbatlar arta bilər, bunun nəticəsində isə biz ciddi şəkildə iqtisadi inkişafın yüksəlməsinin və paralel olaraq daşınmaz əmlak bazarının aktivləşməsinin şahidi ola bilərik.

Azad edilmiş torpaqlara köçkünlərin qaytarılması paytaxtda, ümumilikdə ölkədə daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edəcək?

Məsələ ondan ibarətdir ki, torpaqların 28 il işğal altında olduğu dövrdə məcburi köçkünlərin nüfuz sayı da yüksəlib. Söhbət bu illər ərzində 600 mindən 900-950 min civarında artan əhalidən gedir. Həmin əhalinin bir qismi işğaldan azad edilən ərazilərə qayıdacaq, digər qismi elə əvvəlki kimi paytaxtda və məskunlaşdıqları digər şəhərlərdə yaşamağa davam edəcək. Artıq əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşamağa davam edəcək. Başqa sözlə desək köçdən deyil, qismən köçdən söhbət gedir.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın inkişafı, investisiya qoyuluşu, yeni istehsal sahələrinin, eləcə də iş yerlərinin yaranması deməkdir. Bu proses paytaxtın, yaxud da digər şəhərlərin boşalması və ya iştirakçısı olduğumuz əmlak bazarında durğunluğun yaranmasına səbəb ola bilməz. Əksinə mən deyərdim ki, böyük canlanma yaranacaq.

Qeyd etdiniz ki, xarici ölkə şirkətləri tərəfindən investisiya cəlb edilməsi üçün geniş imkanlar yaranacaq, bu amilin daşınmaz əmlak bazarına təsiri necə olacaq?

Birmənalı şəkildə müsbət olacaq. Səbəb isə ondan ibarətdir ki, ölkənin iqtisadi inkişafına səbəb olan sərmayə yatırımı həm də ölkəmizə xarici iş adamlarının gəlməsi deməkdir. Bu isə ya müvəqqəti, ya da birdəfəlik əmlakın alınması və ya kirayə götürülməsi istiqamətində ciddi artımın olacağını söyləməyə əsas verir. Bundan başqa iqtisadi inkişaf təbii ki, əhalinin də rifahına təsir edir və onlar da bu zəmində əmlak – mənzil, obyekt sahibi olmaq haqqında düşünür. Mən düşünürəm ki, torpaqlarımızın alınması alqı-satqı faktlarında azalmanın deyil, daşınmaz əmlak bazarında mövcud olan süstlüyü aradan qalxmasına səbəb olacaq. Belə ki, məcburi köçkünlərin öz yurdlarına qayıtması onların daha öncə məxkunlaşdığı ərazilərdə iş yerlərinin artmasına, bu isə əhalinin büdcəsində müsbət yönə dəyişməyə səbəb olacaq. Bütün bunların fonunda əmlak bazarında heç bir durğunluq və ya böhrandan söz ola bilməz.

Hazırda iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən şirkətlər şəhid və qazı ailələrinə mümkün yardımı etməyə çalışır. Siz bu istiqamətdə hansı addımları atmışınız?

Biz Dağlıq Qarabağ ərazisinin azad edilməsi uğrunda gedən müharibədə şəhid olan hərbçilərin ailələri üçün qiymətləndirmə üzrə xidmət növlərini təmənnasız olaraq həyata keçirməyə başlamışıq. Bu xidmətlər sırasına dövlət tərəfindən həyata keçirilən sosial xarakterli layihələr üzrə yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi daxildir. Bundan başqa Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka krediti vasitəsilə ölkə vətəndaşlarının mənzil ilə təmin olunması üzrə həyata keçirilən sosial layihəsi çərçivəsində Qarabağın azad edilməsi uğrunda müharibə iştirakçıları tərəfindən alınan mənzillərin qiymətləndirilməsi 50% güzəştlə həyata keçiriləcək.

İşğaldan azad edilmiş ərazilərdə xidmət ilə əlaqəli planlarınız varmı?

Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın böyük hissəsinin azad edilməsi ilə sonuclanan prinsipial və qətiyyətli siyasətinin və xalqımızın Qarabağın azadlığı amalı ətrafında birləşərək göstərdiyi həmrəyliyin töhfəsidir. Erməni vandallarının talan etdiyi ərazilərimizdə həyat yenidən canlanacaq, sənaye və istehsalat inkişaf edəcək. Artıq həmin ərazilərdə iqtisadi inkişafa dəstək olmaq və qiymətləndirmə sifarişlərinin vaxtında və operativ yerinə yetirmək məqsədilə, “VECON CONSULTING” şirkəti yurdumuzun dilbər guşəsi Qarabağda yeni nümayəndəlikləri açmağı planlaşdırır.
Biz əminik ki, illərdir doğma yurduna həsrət qalan və artıq o torpaqlara qayıdan xalqımızın rifahının bərpa ediləcək.
Ölkəmizdə koronaya şok yoluxma: 41 nəfər vəfat etdiAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, bu günə qədər isə ümumilikdə 1 746 198 test icra olunub.

"Sən, Ermənistan, pul qazana bilərdin..."“Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük:

“Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq! Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” - bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu. Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin nümayəndələri indi ya məhv olublar, ya fərarilik ediblər. Özləri etiraf edirlər ki, 10 mindən çox fərari var.



Deyirdi ki, Şuşada - bizim tarixi, qədim şəhərimiz, bizim ürəyimiz, canımız olan Şuşada bunlar qondarma “Dağlıq Qarabağın” parlamentini inşa edəcəklər. Nə oldu o parlament? Vurduq dağıtdıq, məhv etdik. Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi axırı nə olacaq. Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”
Ermənistan ordusunun məhv edilmiş texnikaları - SiyahıBiz müharibə dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistan baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində deyib. Prezident məhv edilmiş Ermənistan ordusunun texnikalarını sadalayıb:

"Tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb".

“Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ"Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı daha sonra əlavə edib:

"Bir daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun.

Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır".
"Vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq"Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır", - Prezident vurğulayıb.