“Yurd" Şuranın dəstəyi ilə Qubada azəminatlı ailələrə yardım göstəribAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “Biz birlikdə güclüyük!” – Quba rayonunda aztəminatlı ailələrə dəstək layihə çərçivəsində Quba şəhərində və ətraf kəndlərdə yaşayan əhaliyə yardımlar göndərib.

Layihə rəhbəri Ramin Mahmudov bildirib ki, bu fəaliyyətin əsas məqsədi hazırkı pandemiya şəraitində iş yerini müvəqqəti itirmiş aztəminatlı ailələrə ərzaq yardımlarının göstərilməsi və COVİD-19 infeksiyasıyasına qarşı mübarizədə onların tibbi maskalar və gigiyenik spritlərlə təmin olunmasına dəstək verməkdir.

Layihə çərçivəsində Quba rayonunun I Nügədi, Rustov, Alekseyevka, Qəcər-Zeyid, Almazqazmalar, Aşağı Tüləkəran, Tülər, İqriq və Zərdabi kəndlərində, eləcə də Quba şəhərində yaşayan 50 nəfər aztəminatlı vətəndaş üçün ərzaq yardımı kuponları, tibbi maska və gigiyenik spirtlər qablaşdırılaraq poçt vasitəsilə göndərilmişdir.
Moskva ona sadiq qalan Bakıya xəyanət etdi - ŞevçenkoRusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi.

Axar.az xəbər verir ki, bunu tanınmış rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenko RTVI telekanalında Tina Kandelakiyə verdiyi müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, Sovet İttifaqı nasist Almaniyasını məhz Bakı neftinin sayəsində məğlub etməyi bacarıb:

“Buna cavab olaraq Rusiya açıq-aşkar Ermənistanı dəstəkləyərək Azərbaycana xəyanət etdi. Rusiya Sovet İttifaqının Bakının neft sahələrinin ehtiyacları üçün tikilmiş nüvə elektrik stansiyasından İrana gizli şəkildə elektrik enerjisi satan ölkəyə dəstək oldu.

Üstəlik, indi ermənilər öz ölkələrini Rusiyanın Qafqazdakı qalası hesab edir. Təsəvvür edirsiniz, tamamilə Rusiyadan asılı olan cılız Ermənistan özünün qala olduğunu bəyan edir. Əslində isə Ermənistan tamamilə Moskvadakı erməni lobbisindən asılıdır”.

Şevçenko onu da vurğulayıb ki, Moskvadakı erməni lobbisi Vladimir Putinin şəxsən bu mövzuda ağlabatan mövqe tutduğu bir vaxtda Rusiya hakimiyyətini Azərbaycana qarşı istiqamətləndirib:

“Lakin Putin həmişə İlham Əliyevlə şəxsi münasibətlərini qoruyub”.

İgid döyüşçülərimizi tanıyaq - Yusif MustafayevLaçın rayonundan olan 1996-cı il təvəllüdlü Mustafayev Yusif Abbasəli oğlu cəbhənin Ağdam‚ Füzuli‚ Qubadlı və Xocavənd istiqamətlərində könüllü olaraq vuruşub.

Ailəlidir‚ 1 övladı var. Döyüş başlayan zaman ailəsini və övladını qoyub‚ könüllü olaraq döyüşə gedib. İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb və yaralı halda döyüşə davam edib. Hazırda ağır yaralıdır.

Cəmiyyətimizdə vətəni sevən bu cür gənclər və övladlarımız olduqca‚ ölkəmiz güclü olacaq. Belə vətən övladlarının varlığı qerurvericidi‚ dövlətimizin güclənməsi deməkdir. Məhz qəhrəman xalqımızın bu cür vətənpərvər‚ vətəni və xalqı sevən övladlarının qəhrəmanlığı və göstərdikləri igidlikləri sayəsində düşmən tapdağında olan torpaqlarımız öz azadlığına qovuşdu. Belə igid əsgərlərimizlə daim fəxr etmişik. Hər zaman onları uca tutmuşuq.

Rəşad Mahmudovdan koronavirusdan sağalmağın SADƏ YOLLARI - Bal, çay və mürəbbələrlə...“Bugünə kimi COVID-19 virusu haqqında sayını bilmədiyim qədər müsahibələr verdim, TV verilişlərdə çıxış etdim və dünyada olan təcrübələri həm öyrəndim, həm də ictimaiyyətlə paylaşdım. Bu gün isə virusa yoluxmuş və sağalmış fərd kimi təcrübəmi, o cümlədən mövcud olan təhlükəni və müalicə metodunu paylaşmaq istəyirəm”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ünvanladığı video müraciətdə deyib. Ona ünvanlanan çox sayda suallara cavab verən həkim qeyd edib ki, ölkə səhiyyələrinin qarşılaşdığı ən böyük problemlərdən biri zaman içərisində çarpayı və bu mübarizədə istifadə olunan insan resurslarının tükənməsi təhlükəsidir:

“Ölkənin koronavirus üçün ayrılmış ən yaxşı xəstəxanasında işləməyimə, ağciyərlərimin tutulmasına və onun müəyyən bir hissəsinin pnevmoniya olmasına, xəstəliyin yarada biləcəyi bütün xüsusiyyətlərin halsızlıq, şiddətli ağrılar, dad və iybilmə duyğusunun itməsinə, ciddi baş ağrısı və digər problemlər yaşamağıma baxmayaraq, ev şəraitində qripin bizə diktə etdiyi sadə üsullardan istifadə etdim. Bol maye və çay qəbul etdim, eyni zamanda bal, mürəbbələr və təbii qidalardan istifadə etdim. Bunlarla yanaşı ölkəmizdə çox rahat tapılan sadə antiviral dərmanların erkən dönəmdə istifadəsi vacibdir. Yüksək hərarət olduqda isə parasetamol, vitamin C istifadə etməklə və yataq istirahəti ilə bu xəstəliyin öhdəsindən gələ biləcəyimə inanırdım. İnanıram ki, bütün insanlar sadə yanaşsalar, bu xəstəlikdən canlarını qurtara bilərlər.

Virusun ən çox istədiyi məqam insanların stress və qorxuya düşməsidir. Tövsiyə edirəm ki, heç bir insan qorxuya və stressə düşmədən immun sistemini möhkəm tutmağa çalışsın. Eləcə də insanların lazımsız yerə xəstəxanalara axın etməsi bu virusun özündən böyük təhlükələr yaradır. Odur ki, virutik şikayətlərə görə xəstəxanada yatmağı doğru qəbul etmirəm və bu, gün keçdikcə dünya tibbi tərəfindən bir daha təsdiqlənir. Xəstəxanalara sadəcə oksigen müalicəsi üçün getmək tövsiyə oluna bilər, onun xaricində xəstəxanalara üz tutmaq bizə faydadan çox ziyan gətirəcək.

Lazımsız müalicələrin bu xəstəlikdən əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virus olmasına baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, “Deksametazon” kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardır”.

Həkim vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, vaxtında antiviral terapiya və özümüzə diqqət etməklə virus bir həftə, 10 gün içində keçib gedəcək və heç bir iz qoymayacaq xəstəlik olacaq.

Bu gün neçə nəfər koronaya yoluxub?Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib, aktiv xəstə sayı 44 882 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 342 ötən müddət ərzində isə ümumilikdə 1 728 577 test aparılıb.
Putin Paşinyanla görüşməkdən imtina etdiErmənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv olunub.

Bu barədə Nyus.am məlumat yayıb.

Bildirilib ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşün əldə olunmaması olub. Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi səyləri nəticəsiz qalıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – İrəvana çağırılıb.
Erməni bayrağını erməninin özünə endirtdi - VİDEOXüsusi Təyyinat Qüvvələrin hərbçiləri Ermənistan bayrağını erməni əsgərlərin özünə endirdiblər.

Avrasiya.net xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiyası zamanı hərbçilərimiz ölkəmizin ərazisinə soxulan ermənini qovub və oradan asılan erməni bayrağını onların özünə endirdib.

Sözügedən videonu təqdim edirik:
Xankəndiyə köçən ermənilər necə yaşayacaq?Rusiya Müdafiə Nazirliyi Qarabağa qayıdan ermənilərin sayının 24 minə yaxınlaşdığını açıqlayıb. Bir müddət əvvəl isə Rusiya TŞ-nin iclasında Xankəndinin infrastrukturunun 5 min əhaliyə xidmət etməyə imkan verdiyi bildirilirdi.

Belədə 24 min erməninin orada yaşaması necə təmin edilir?

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Rusiya Federasiyası keçmiş Dağlıq Qarabağa humanitar yardımlar göndərir, lakin bu, həmişə belə olmayacaq:

“Digər tərəfdən, rəsmi Moskva bu yardımları Azərbaycan ərazisindən keçirir, yeni Azəbaycanın icazəsi ilə edir. Keçmiş Dağlı Qarabağ Muxtar Vilayətinin erməni əsilli Azərbaycan vətəndaşları əvvəl olduğu kimi, yenə Azərbaycanın vətəndaşlarıdır. Bunu onların da anlaması və qəbul etməsi lazımdır. İstənilən halda bu, onların xeyrinə olacaq.

Keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər qida təminatını əsasən işğal altında olan ətraf rayonlardan və Ermənistan vasitəsi ilə təmin edirdi. Lakin bu gün ətraf rayonlar Azərbaycanın nəzarəti altındadır.

Düzdür, hazırda Rusiya sülhməramlıları regionda olsa da, onların tək məqsədi silahlı qarşıdurmanın qarşısını almaqdır. Bundan başqa, digər bütün öhdəliklər, həmçinin keçmiş Dağlıq Qarabağ ərazisinə gələcək yardımlar və digər vasitələr Azərbaycan Respublikasına aiddir.

Keçmiş Dağlıq Qarabağın erməni əhalisi anlamalıdır ki, onlar da Azərbaycan Respublikasının bir parçasıdır. Bir daha deyirəm, bu, ilk növbədə onların özləri üçün faydalıdır.

Regionun bütün iqtisadi infrastruktur layihələri Azərbaycanın nəzarətindədir. Yəni Ermənistan və Rusiyanın yardımlarına möhtac olmaqdansa, mənsub olduqları Azərbaycanın bir parçası olub, digər vətəndaşlarımız kimi sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər”.

Ekspertin sözlərinə görə, bu gün Xankəndiyə köçən ermənilərin bir çoxu ətraf rayonlardan gələnlərdir:

“Xankəndidə infrastruktur və insan tutumu üçün yararlı evlər çox azdır. Ətraf rayonlardan köçüb gələnləri də nəzərə alsaq, hazırda orada vəziyyət heç də ürəkaçan deyil. Xankəndi bu qədər erməninin ehtiyacını ödəyəcək gücdə bir şəhər deyil. Buna görə də erməni əhalisi Azərbaycan vətəndaşlığını alıb, bizim qanunlarımız altında yaşamağa alışmalıdır”.
Polislərimiz Kəlbəcərdə xidmətə başladı - VideoDaxili İşlər Nazirliyinin əməkdaşları Kəlbəcər şəhərinin mərkəzində fəaliyyət göstərməyə başlayıblar.

Avrasiya.net xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Videoda qarlı hava şəraitində xidmət edən polis əməkdaşlarının Kəlbəcəri yaxından tanıması diqqətçəkən məqamlardandır.
Diaspor təşkilat rəhbəri İspaniya mediasına müsahibə veribİspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov İspaniyanın nüfuzlu Tuvozenpibares.com saytına verdiyi müsahibəsində Azərbaycanda koronavirusa qarşı apardığı uğurlu mübarizədən, müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibə nəticəsində əldə etdiyi qələbələrdən, 28 il işğal altında qalan torpaqlarımızın geri qaytarılmasından, Ermənistanın işğalçılıq siyasətindən, rəsmi Bakının Cənubi Qafqaz və dünyada tutduğu mövqeyindən, Fransa Senatının qondarma "dqr" in müstəqilliyini tanımaq qərarından və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Diaspor təşkilat rəhbərinin müsahibəsini aşağıdakı linkdə oxuya bilərsiz.

https://www.tuvozenpinares.com/articulo/entrevistas/paises-importantes-mundo-siempre-han-apoyado-ha-felicitado-lucha-azerbaiyan-intento-recuperacion-territorios/20201129233903029153.html?fbclid=IwAR0tw522PAMUrCrfRDs_91b4V-QAoCMGZBgPvcdHGgwYbiLBJh6TRMTftms