Ermənilər Hitleri Rusiyada belə reklam etdi - FotoRusiyanın Oryol şəhərinin qəzet köşklərində nasist Almaniyasının lideri Adolf Hitlerin təsvirini əks etdirən poçt markaları aşkar edilib. Bu fakt şəhər ictimayəti arasında səs-küyə səbəb olub. Yerli jurnalistlərin araşdırmaları zamanı maraqlı detallar üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Oryol mediası məlumat yayıb.

Media nümayəndələri bu markaların hər birinin 290 rubla (3,8 dollar – red.) satıldığı dükanları üzə çıxarıb. Məlum olub ki, markalar Orelrospeçat MMC-də hazırlanıb.

Rusiyada nasist liderinin təbliğatının arxasında kim dayanır?

Bu sualın cavabı özünü çox gözlətməyib.

“İzah edin, niyə biz bu gün Hitleri cəmiyyətə göstərməməliyik?” – deyə Orelrospeçat MMC-nin baş direktoru Armenak Babayan iddialara reaksiya verərkən bildirib.

Markanın köşklərə kimin satdığı haqda suala isə o belə cavab verib: "Çox sayda müxtəlif tədarükçülər var, mən indi heç nə deyə bilmərəm”.

Orlov Hərbi-Tarix Muzeyinin baş elmi işçisi Valentin Çerneq bu barədə danışarkən bu sözləri deyib:

“Bizim Orlov vilayətində Sovet İttifaqının 200 yaxın qəhrəmanı var. Niyə markalarda onların şəkli yox, nasist Hitlerin şəkli yer alıb? Bu situasiya çoxlu suallar doğurur”
Azərbaycanda daha 4212 nəfər koronavirusa yoluxduAzərbaycanda son sutkada koronavirus infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 114 025 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib. Aktiv xəstə sayı 41 011 nəfərdir.

Ötən müddət ərzində 1 700 654 test aparılıb. Bugünkü test sayı isə 18 420-dir.

Füzulidə maşın minaya düşdü, 4 nəfər həlak olduErmənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
Əliyev tələb etsə, Paşinyan bunu ödəməlidir - OvannisyanNikol Paşinyan və Ermənistan MN-in Zod-Sotk (Söyüdlü – red.) qızıl yatağının yarısının Azərbaycan tərəfdə olmasını bildirməsi çox ciddi savadsızlıqdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan deyib.

Keçmiş nazirin sözlərinə görə, Paşinyan və MN rəsmisi öz açıqlamaları ilə indiyədək bu yatağı qanunsuz istismar etdiklərini etiraf ediblər, bu isə Ermənistan büdcəsinə qanunsuz gəlirlərin daxil olması deməkdir.

Ovannisyan Paşinyana xəbərdarlıq edib ki, əgər sabah Prezident İlham Əliyev qızıl yatağından 30 il ərzində Ermənistan büdcəsinə ödənilən verginin yarısını tələb etsə, o, haqlı tərəf olacaq.

O, bu pulları qaytarmaq üçün Paşinyanın digər əraziləri də Azərbaycana vermək məcburiyyətində qalacağını vurğulayıb.

Erməni əsgərlərin anaları aksiya keçiriblərQarabağda xidmət edən çağırışçıların valideynləri Ermənistan hökumətinin inzibati binası qarşısında etiraz aksiyası keçirir.

Avrasiya.net xəbər verir ki, hərbi qulluqçuların yaxınları Qarabağdakı erməni əsgərlərinin sağlamlığı, yaşayış şəraiti və qidasından narahatdır.

Bundan əlavə, etirazçılara görə, Qarabağa gedən yeganə yolun keçdiyi Laçın dəhlizinin başına nə gələcəyi hələ bəlli deyil.

Çağırışçılar müharibədən sonra tətil və müvafiq müalicə almaq imkanı verilərək Ermənistana köçürülmələrini tələb edirlər.

Qeyd edək ki, Ermənistaın baş naziri Nikol Paşinyan əsgər valideynləri ilə son görüşündə onlardan noyabrın 30-na qədər gözləmələrini xahiş etmişdi.
Polis rəisi koronavirusa yoluxduŞəmkir rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov koronavirusa yoluxub.

Avrasiya.net Bakıpost.az-a istinadən xəbər verir ki, o, həkim nəzarətindədir, COVID-19-dan sağalmaq üçün müalicə alır.

Qeyd edək ki, E.Həsənov ötən ilin fevral ayında Şəmkirin polis rəisi vəzifəsinə təyin edilib. Ona qədər isə Balakən rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Ağsu icra başçısı dəfn olunduAğsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev dəfn edilib.

Avrasiya.net Trend.az-a istinadən məlumat verir ki, icra başçısı Bakı şəhəri Binəqədi rayon Qəbirstanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, icra başçısı dünən müalicə aldığı tibb mərkəzində dünyasını dəyişib.
Təhsil Nazirliyinin dəstəyi ilə Şirvan şəhərində layihənin icrası davam edirŞirvan şəhər M.İsrafilov adına 18 saylı Təbiət-humanitar təmayüllü məktəbin coğrafiya müəllimi Hətəmova Pərvanə Müslüm qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsinndə iştirak edərək “Lego Lab Oyundan hobbi ilə peşəyə” əyləncəli, praktik, robotiks dərslər – layihəsinin qalib olmuşdur. Layihə əsasən müəllim və 13-14 yaş səviyyəsini əhatə edən şagirdlər üçün nəzərdə tutulub.

Azərbaycan Respubliksı Təhsil Nazirliyiyinin maliyyə dəstəyi ilə reallaşan Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində "Lego Lab - Oyundan hobbi ilə peşəyə" əyləncəli, praktik robotiks dərslər layihəsinin təlimləri şagirdlər ilə uğurlu keçdi. Layihənin əsas məqsədi də Texniki yaradıcılıqlarının inkişafı - mühəndislik-texnolojı sistemin təməlinin qoyulmasıdır.

Lego robot dəstlərindən EV3 və onlardan istifadə imkanlarının təlim prosesində veb-kamera vasitəsilə gənc təlimçı Heydərli Sənan tərəfindən çox maraqla təqdim etməsi; tətbiqi; şagirdlərdə proqramlaşdırma mühitinin inkişafı; praktik təcrübə əldəetmə bacarıqları; LEGO MİNDSTORMS EV3 robotik kodlama dərsləri əsasında rəqəmsal sensoru yığmaq bacarıqları; tədris prosesinə informasiya texnologiyalarının inteqrasiyası; şagirdin sistematik düşüncəsinin, məntiqi düşünmə və problemlərə ardıcıl, intensiv olaraq analitik yanaşmanın inkişafına təkan oldu. Gənc təlimçimiz demək olar ki, ətraflı təqdimatları ilə şagirdlərdə təlimlərə yüksək maraq oyada bilmişdir.

Robotiks dərslərində uşaqlar sadə və daha mürəkkəb strukturlu (maneəni gör və maneədə dur, cizgi izləyən, cizgidə dur) əmrləri yerinə yetirən robotların proqramlaşdırması fəaliyyətini tam şəkildə izləyib tətbiq etmək fürsətlərini əldə etdilər.

Şagirdlərlə təlimlər bitmiş hesab olunmur - layihənin davamlılığı pandemiya dövrü bitdikdən sonra qrup şəkilində robotları proqramlaşdırmaqla bərabər, robotların yığılması fürsətləri olacaqdır. LEGO təhsil uşaqlara sosial bacarıqlarını inkişaf etdirmək və STEAM səyahətlərini erkən başlamağa imkan verməklə həm məktəb, həm də həyat üçün hazırlamağa kömək edir. Karantin rejimindən sonra seçilmiş 18 müəllim və 36 şagirdin komanda şəklində Legoların tam şəkildə fiziki olaraq qurulmasının virtual olaraq veb-kameradan aydın şəkildə tətbiq etdikləri proqram təminatının necə reallaşmasını izləlmələrinin təmin olunması əsas məqsədlərdən biridir.

Bu layihə müəllimlərin pedaqoji fəaliyyətlərini STEAM əsaslı təşkil etməyə, 6-9-cu sinif şagirdlərinin robototexnika sahəsindəki biliklərinin real sınağı olaraq və eyni zamanda öz karyera qurmaq bacarıqlarını inkişaf etdirmələrinə, iş dünyası ilə sinifdə əldə etdikləri biliklər arasında əlaqə yaradır və karyeraların erkən yaşda gənclər üçün əlçatan olmasını təmin edirlər. Bu layihədə iştirak etdikdən sonra müəllimlər və şagirdlər:

Kodlaşdırma

Proqramlaşdırma

Mühəndislik sahələrini araşdıra bilərlər.
Layihə çərçivəsində LEGO Təhsil müəllimlərə bu sahəyə marağı artırmaq üçün müxtəlif məktəbdənkənar tədbirlər keçirə bilərlər:
robototexnika klublarının yaradılması;
proqramlaşdırma bölmələrinin açılması ilə robototexnika dərslərinə cəlb olunan tələbələrin sayının artması;

bu robototexnika mövzusunda dəyirmi masalar, robotların dizaynı və proqramlaşdırılması üzrə seminarların, vebinarların keçirilməsi ilə bağlı məlumatların və mövzu ilə bağlı materialların təhsil şöbəsində, şəhərin informasiya məkanında, məktəb saytlarında, müəllimlərin şəxsi səhifələrində, layihə saytında yerləşdirilməsi;

gənc istedadların rəqabət edə biləcəyi və öz təcrübələrini bölüşə biləcəyi müsabiqələrin keçirilməsi;
şəhərin təhsil təşkilatları arasında Lego-CLASS şəbəkə icmasının yaradılması;

gələcəkdə robotiks bacarıqlarının inkişaf etdirilməsinə dəstək olaraq ölkə və beynəlxalq robot olimpiadalara qoşulmaq imkanlarının təmin olunması şəraitinin yaradılmasına nail olmaq olar.

Şagirdlərə uğurlar arzu edirik.