Paşinyan sülhməramlıların Qarabağda qalacağı müddəti AÇIQLADIErmənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı geniş açıqlama verib.

“TASS” agentliyi xəbər verir ki, o, rusiyalı sülhməramlıların 5 illik müddətinin artırılacağını əlavə edib.

“5 illik müddətdə sülhməramlılar regionda təhlükəsizlik və stabillik təminatı yaratmalıdır. Qarabağ münaqişəsinin uzumüddətli olduğunu nəzərə alaraq rusiyalı sülhəmramlıların qalacağı müddət 5 illə kifasyətlənməyəcək”.

Nikol Paşinyan Dağlıq Qarabağın statusunun ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlar zamanı müəyyən olunacağını söyləyib.
BAXCP-dən Ərdoğan və Putinlə bağlı təklifBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin namizədliyinin Nobel sülh mükafatına təqdim edilməsi təklifi ilə çıxış edib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı BAXCP mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən iki ölkə arasında 30 ildən artıq davam edən qanlı savaşa son qoyaraq atəşkəsin əldə olunmasına nail olduqları, bununla da bölgədə davamlı sülh və əməkdaşlıq üçün geniş imkanlar yaratdıqları üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Teyyub Ərdoğanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin namizədliyi Nobel sülh mükafatı almaq üçün irəli sürülsün.

Belə bir mükafatın qeyd olunan şəxslərə verilməsi ədalətli olmaqla yanaşı, regionda və keçmiş sovet respublikalarında da oxşar münaqişələrin həllinə kömək etmiş olardı”, - deyə açıqlamada bildirilib.
Bayden prezident seçkilərində rekord vurduDemokratlar partiyasından namizəd Co Bayden ABŞ-da keçirilən prezident seçkiləri tarixində 80 milyon seçici səsi yığmağı bacaran ilk şəxs olub.

Bu barədə məlumat NBC telekanalının hesablamalarında yer alıb.

Telekananalın məlumatına görə, demokrat seçkilərdə 80 011 351 səs toplayıb. Siyasi marafonda Baydenin rəqibi, Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd, ABŞ-ın hazırkı prezidenti Donald Trampa isə 73 881 795 seçici səs verib. Qeyd edilir ki, digər namizədlər birlikdə 2 867 515 səs yığıblar.

Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ölkənin ən yüksək dövlət postuna demokrat Co Bayden və hazırkı prezident, respublikaçı Donald Tramp iddialı olub.

Noyabrın 7-də ABŞ-ın aparıcı KİV-i – “ABC News”, “FOX News”, CNN, AP və NBC prezident seçkilərində demokrat Co Baydenin qələbəsini elan ediblər. Rəsmi nəticələr hələ açıqlanmayıb.

AZƏRBAYCAN ORDUSU ERMƏNİLƏRƏ NƏLƏRİ ANLATDI? – “Qalib xalq” mifinin darmadağın edilməsiSadiq QURBANOV
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Heç şübhəsiz ki, 10 noyabrda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladıqları razılaşdırma sənədi Azərbaycanın böyük qələbəsinin təsdiqidir.

44 günlük müharibədə Azərbaycan həm hərb meydanında, həm də diplomatiya və informasiya meydanında vuruşdu, çoxlarına çox şeyi anlatdı. Xüsusən də Ermənistana və onların havadarlarına. Nə anladıldı?

1. Aydın oldu ki, SSRİ-dən sonra ermənilər bir xalq və ya toplum kimi hələ də müasir çağırışları anlamayıblar, hələ də özlərinin uydurduqları saxta tarixin əsarətindən qurtulmayıblar.

2. Özləri haqqında yaratdıqları “qalıb xalq”, “uğurlu millət” mifləri cəmisi 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən darmadağın olundu. İndi ermənilər bu miflərin “xarabalıqları” içində çarəsizcə çabalamaqdan başqa heç nə edə bilmirlər.

3. Ermənilərə anladıldı ki, haqq və ədalətin tərəfində olan gec-tez mütləq qalib gəlir.

4. Anladılar ki, ermənilərin savaşmaq əzmi və qabiliyyəti heç vaxt olmayıb - nə keçmişdə, nə də indi. Əks halda savaşın başladığı ilk gündən dünyanın nüfuzlu dövlətlərinə, xüsusilə də, Rusiyaya davamlı olaraq yalvarmazdılar. Silaha sarılıb, sona qədər vuruşardılar.

5. Ermənilər anlamalıdırlar ki, xalqlarının normal gələcəyini xaricdə fəaliyyət göstərən erməni diasporlarının xəstə ideyaları ilə deyil, qonşuları ilə xoş münasibətlər sayəsində qurmaq olar.

6. Anlamalıdırlar ki, digər dövlətlərin əraziləri hesabına yeni dövlətlər, yaxud “böyük Ermənistan” qurmaq planları xülyadır və heç bir zaman həyata keçə bilməz.

7. Nəhayət, anlayaraq qəbul etməlidirlər ki, Azərbaycan Cənubi Qafqazın siyasətinin əsas müəyyənləşdirici ölkəsidir və regionda hər şey Azərbaycanın hərbi-siyasi iradəsindən asılı vəziyyətdədir. Bu 44 gün ərzində Azərbaycan xalqı öz liderinin - Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu 44 gün ərzində Ermənistanla paralel onun havadarları da şok vəziyyətinə düşdülər. O cümlədən də ATƏT-in Minsk Qrupunun həmsədrləri.

Bu baxımdan, bir daha vurğulamaqda fayda var ki, 10 noyabr razılaşması Azərbaycanın böyük qələbəsinin rəsmi təsdiqidir. Biz ölkəmizin ərazi bütövlüyünü təmin etdik. Təsadüfi deyil ki, həm Prezident İlham Əliyev, həm də qardaş Türkiyə dövlətinin rəhbərləri imzalanmış sənədi Azərbaycanın qəti qələbəsi, Ermənistanın təslim olması kimi qiymətləndirdilər.

Bəyanatda nə qeyd olunub? Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılır. Bu ilin dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycana qaytarılır. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Türkiyə və Rusiya hərbu qulluqçularının birgə fəaliyyəti nəzarətə tutulur. Hər bir bənd birmənalı məhz Azərbaycanın xeyrinədir. Ermənistanın belə bir təslimçi sənədə imza atması isə, Ermənistanın özü qədər onun havadarlarını da şoka salıb. Təsadüfi deyil ki, 10 noyabrdan dərhal sonra Minsk Qrupunun digər həmsədrləri də hərəkətə gəlib, prosesin yalnız Minsk Qrupunun vasitəçiliyi ilə həllini vurğulayaraq, Moskvada görüş keçirdillər. Bu istəklərini görəsən hansı məntiqi arqumentlərlərlə izah edə bilərlər? Axı, sual olunur ki, son 30 ildə sizin (ABŞ, Fransa və Rusiya) Dağlıq Qarabağ problemini həll etmək üçün hər cür imkanlarıniz var idi, nədən bu imkanlardan istifadə olunmadı? Sadəcə, regiona turist səfərləri edib, gəzib dolanaraq əlinizin altında saxladığınız növbətçi bəyanatı səsləndirməklə, işinizi bitmiş hesab etdiniz. Bəs, indi nə oldu ki, belə həyəcan işindəsiniz? Nə oldu ki, hadisələri müzakirə etmək həvəsinə düşmüsünüz? Bəs deyirdiniz problemin hərbi yolla həlli yoxdur?! Bəs necə oldu ki, sizin 30 il ərzində reallaşdıra bilmədiklərinizi Azərbaycan Ordusu cəmisi 44 gün ərzində həyata keçirdi? Bəs deyirdiniz sülh danışıqları alternativsizdir...

Siz bunları məqsədli şəkildə edirdiniz, Azərbaycan Ordusu sübut etdi ki, əslində, problemin həlli sülh danışıqları yolu ilə yox, hərbi yolla tapıla bilər və tapıldı da. Artıq dünya qəbul etməlidir ki, bəzi güclü, imperialist dövlətlərin maraqlarının kəskin şəkildə toqquşduğu hərbi-siyasi poliqona çevrilmiş Cənubi Qafqaz regionu yoxdur. Regionda nəinki öz taleyini, eyni zamanda yaxın qonşularının taleyini həll edəcək güclü Azərbaycan dövləti var. Regionda marağı olan hər hansı dövlət məhz onunla razılaşmalıdır. 30 illik problemini özü həll etdikdən sonra artıq ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti üçün heç bir əsas qalmamışdır. Bu qurumun mövcudluğu hazırda, sadəcə, formal xarakter daşıyır. Bu qurum toplanıb, əldə olunan razılaşmanın nəticələrinı alqışlayaraq, öz fəaliyyətini dayandırdığını bəyan etsə, tarixin arxivinə daha üzüağ qovuşar.

Amma təəssüflə qeyd etməliyəm ki, əksinə proseslər baş verir. Həmsədrlər mövcud situasiyanı dəyişməyə, Ermənistanın imzaladığı kapitulyasiya sənədindən qaynaqlanan prosesin ləngidilməsinə cəhd göstərirlər. Həmsədr dövlətlər, xüsusilə də ABŞ və Fransa yaxşı başa düşürlər ki, Cənubi Qafqaz regionunda yaranmış yeni situasiya bu dövlətlərin regionda nüfuzunun itirilməsi deməkdir. Deməli, onları narahat edən insanların, xalqların taleyi deyil, öz dövlət maraqlarıdır. Onlar gözəl anlayırlar ki, Rusiya əvvəlki kimi prosesdə aktiv şəkildə iştirak edir, bu iki dövlətin regionda boşalan yerini isə Rusiya ilə yeni xoşməramlı münasibət qurmaqda maraqlı olan qardaş Türkiyə təkbaşına doldurub. Bu, dünyanı idarə etmək üçün liderlik savaşında çox acı məğlubiyyətdir. ABŞ və Fransanı qıcıqlandıran əsas faktor da məhz bu reallıqdır. Əlbəttə ki, bu iki dövlət prosesin əvvəlki formatın nəzarəti altına qaytarılmasında birbaşa maraqlıdır. Çünki məhz bu halda, regional proseslərin iştirakçısı statusunu bərpa edə bilərlər. Lakin bu artıq bu mümkün deyil, bunun reallığa çevrilməsi Ermənistanın imzaladığı kapitulyasiya sənədinin hüquqi qüvvəsini itirməsi deməkdir. Bu, isə günün reallığı deyil, çünki bu, özlüyündə Rusiya sülhməramlılarının bölgədən çıxması anlamına gəlir. Belə olan halda:

1. Azərbaycan Ordusu yenidən hərbi əməliyyatları bərpa etmək hüququ qazanır. Nəticəsi isə bəribaşdan hamıya məlumdur.

2. Ermənistanın hazırda müharibəni davam etdirmək imkanları mövcud deyil və bu niyyətdə olarsa, savaş onların bir coğrafi subyekt kimi sonu olacaq.

3. Bu günün reallığında Ermənistan 10 noyabr razılaşmasına qarşı çıxmaz. Rusiya isə Ermənistanın əks qərarını qətiyyən bağışlamaz. Rusiya prezidenti Vladimir Putinin dili ilə desək, “Anlaşmanın pozulması Ermənistan üçün intihar olardı”.

Bir gündə 8 minə yaxın insan virusdan öldü - ÜSTDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 463 mindən çox artıb.

"TASS" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 463 730 nəfər yeni koronavirusa yoluxub, 7 712 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 58 900 547, ölənlərin isə 1 393 305 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Azərbaycanlı iş adamı zabitimizin kredit BORCUNU BAĞLADI - FOTO44 gün davam edən 2-ci Qarabağ müharibəsində düşmənə qarşı göstərdiyi qəhramanlıqla ad çıxaran, sosial şəbəkələrdəki videoları ilə məşhurlaşan XTQ-in 31 yaşlı zabiti Əli Kərimovun banka olan kredit borcunu Rusiya paytaxtı Moskvada yaşayan gənc iş adamı Xəzər Qarayev tam ödəməyi üzərinə götürüb. Mövcud borcu və onun faizini ödəyərək təqdirəlayiq addım atıb.

Xəzər Qarayev uzun illər fəal diaspora fəaliyyəti ilə məşğuldur və hal-hazırda Moskva Azərbaycanlıları İcmasının icraçı direktorudur.

Onu da vurğulayaq ki, gənc həmvətənimiz dünyanı cənginə alan COVİD19 pandemiyası dövründə də davamlı olaraq Rusiya və Azərbaycandakı soydaşlarımıza maddi dəstək göstərib. Xəzər Qarayev Silahlı Qüvvələr Fonduna müəyyən miqdarda vəsait köçürməklə yanaşı, fərdi olaraq cəbhədə döyüşən zabit və əsgərlərimizin ailələrinə də maddi dəstək göstərir.

Xəzər Qarayev bildirib ki, Əli Kərimovun döyüşlərdə düşmən zabitini və onlarla düşmən əsgərini öldürməsi, özü yaralı olduğu halda yaralı əsgər yoldaşını 17 km məsafəyə çiynində daşıyaraq onun yaşamasına nail olması onu qürurlandırıb. / "Yenisabah"
“Çelsi” və “Sevilya” “pley-off”da - Çempionlar LiqasıUEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, E qrupunda Fransada "Renn"i 2:1 hesabı ilə məğlub edən İngiltərənin "Çelsi" klubu və Rusiyada "Krasnodar" üzərində qələbə (2:1) qazanan İspaniya "Sevilya"sı adını pley-offa yazdırıb.

Qeyd edək ki, "Çelsi" və "Sevilya" qrupda 10 xalla birinci, ikinci yerləri bölüşürlər.
MN: Ordumuz Kəlbəcərə daxil olduAzərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə bildiriblər ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.
Kəlbəcər Ordumuza təhvil verildiBu gün Kəlbəcər rayonu 27 illik işğaldan sonra Azərbaycan Ordusunun nəzarəti altına keçir.

Artıq Ordumuzun Kəlbəcər rayonuna daxil olması barədə görüntülər də yayılıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan - Üçtərəfli 10 noyabr bəyanatına əsasən, Kəlbəcər rayonu noyabrın 15-i Ordumuzun nəzarəti altına keçməli idi, ancaq erməni tərəfi yolun dar olduğunu əsas gətirərək və bu müddətdə rayonu tərk etməyin mümkünsüz olduğunu "səbəb" göstərərək, Rusiya vasitəsilə Azərbaycandan noyabrın 25-ə qədər vaxt verilməsini xahiş etmişdi. Rəsmi Bakı növbəti dəfə humanistlik göstərərək ermənilərin Kəlbəcəri tərk etməsinə şərait yaratdı.

Ermənilər isə Kəlbəcərdən çıxarkən bütün daşınan əmlaklarını özləri ilə aparmaqla bərabər, evlərə, məktəblərə, meşələrə od vurur, apara bilmədikləri ev heyvanlarını öldürürlər.