Astarada çayda batan şəxsin meyiti tapıldıNoyabrın 22-də Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

İ.Qulamovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Arutyunyanın Rusiyaya gizli səfərinin görüntüsü yayıldı - FotoErmənistanın “Mediaport” Teleqram kanalı Araik Arutyunyanın Rusiyaya gizli səfəri ilə bağlı foto yayıb.

Axar.az xəbər verir ki, foto dünən Moskvanın Vnukova hava limanında özəl təyyarələr üçün terminalda çəkilib.

Fotoda Arutyunyanla bərabər qondarma rejimin Rusiyadakı “nümayəndəsi” Albert Andryan, KTMT Qərargah Rəislərinin müavini Aykaz Baqmanyan da var.

Baqmanyan Arutyunyanla bərabər Ermənistana geri dönüb.
Nikolun adamı Soros şəbəkəsini rus kəşfiyyatına satdı – ŞokErmənistan parlamentinin vitse-spikeri Alen Simonyan heç vaxt Paşinyanın etibar etdiyi şəxslərdən olmayıb, amma hər zaman görüntü yaratmağa çalışıb ki, ona yaxın olanlar sırasındadır.

Axar.az xəbər verir ki, bu məlumatı “Ermənistanın səsi” qəzeti yayıb. Qəzet Simonyanın bir müddət öncə Moskvaya səfəri zamanı Rusiya xüsusi xidmət orqanlarına Baş nazir Nikol Paşinyan və Ermənistandakı Açıq Cəmiyyət Fondunun rəhbəri Larisa Minasyanın dayandığı sistemin bütün sxemini verdiyini yazıb.

Simonyan, həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinə bu sistemin maliyyələşmə mənbələrini, sifarişçilərin adını, Qarabağdakı rus sülhməramlılarına qarşı təbliğat hücumu aparanların siyahısını, ümumilikdə Sorosun bütün agentura şəbəkəsini təqdim edib. Məhz buna görə Simonyanın tezliklə istefaya məcbur ediləcəyi bildirilib:

“Təxminən eyni anda KİV-də Nikolun İsveçrə banklarındakı hesablarını itirdiyinə, eləcə də Kanadadakı iqamətgahının əlindən alındığına dair məlumat yayıldı. Görünür, Soros artıq ruslara onun agentura şəbəkəsini verdiyinə görə cavab tədbirləri görməyə başlayıb. Belə məlumat var ki, ruslar baş nazirin ailəsinin təhlükəsiz gəzməsi üçün ona 3 zirehli maşın veriblər. Belə ki, Sorosun agentləri Nikoldan uğursuzluğun qisasını ala bilərlər. Sorosun “beşinci kolon”u Simonyanın onları Narişkinə Paşinyanın icazəsi olmadan satdığına inanmır”.
Ermənilər Şuşaya gedən su xəttini kəsdilərBiz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.

Avrasiya.net-in məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.

Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik - ucqar dağlara çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtında görəcəyik".
Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxduİmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə təqsirlənsirilən şəxsin vəkili Orxan Zeynalov məlumat verib.

Vəkil bildirib ki, sabiq başçının köçürülməsinə səbəb onun bir neçə gün əvvəl COVID-19 virusuna yoluxmasıdır. V. Hacıyevin vəziyyəti ağır qiymətləndirildiyi üçün o Müalicə Müəssisəsinə yerləşdirilib. V. Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İmişli rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılıb.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Səbail rayon Məhkəməsi tərəfindən V.Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
TƏBİB-in mətbuat katibi koronavirusa YOLUXDUTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr departamentinin məsləhətçisi Elnarə Baxış koronavirusa yoluxub.

E.Baxış COVİD-19 tstinin nəticəsinin poztiv çıxdığını, bir müddət xəstəxanda müalicə alıb.

Hazırda vəziyyəti stabil olduğu üçün evdə müalicə alır.
Şuşanı ermənilərə onlar satmışdı, biz aldıq! - PrezidentKəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar", - ölkə başçısı vurğulayıb.
İŞİD Moskvada terakta cəhd etdiRusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatlar nəticəsində Moskvada terror aktlarının qarşısı alınıb.

Bu barədə Rusiya mediası yazıb.

Məlumata görə, Moskvada və qonşu vilayətlərdə İŞİD terror təşkilatının üzvlərinə qarşı xüsusi əməliyyatlar keçirilib. Əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb. Saxlanılan şəxslərin evindən, müxtəlif mənzillərdən partlayıcı maddələr, sənədlər və təbliğat materialları ələ keçirilib.

Həmin şəxslərin Moskvada və ətraf bölgələrdə terror aktları keçirməyi planlaşdırdığı bildirilib.
Prezident Azərbaycan xalqını təbrik etdiBu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir". - Prezident bildirib.
Fransa Senatında "dqr" müzakirə olunacaqFransa Senatına 18 noyabrda təqdim edilən qətnamə layihəsi qondarma “dqr”in tanınmasına çağırışdır.

Bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbəndyan deyib. O, Senatda qətnamə layihəsinin Bakı vaxtı ilə 19:30-da müzakirəyə çıxarılacağını deyib.

Nalbəndyan qətnamə layihəsinin təşəbbüskarlarının Senatdakı 5 siyasi qrupun – respublikaçılar, sosialistlər, mərkəzçilər, kommunistlər və yaşılların rəhbərləri olduğunu bildirib. Bu fraksiyaların nümayəndələrinin sayının parlamentin yuxarı palatasındakı 348 üzvdən 294-nü təşkil etdiyi vurğulanıb. Başqa sözlə, layihənin qəbul edilməsi ehtimalı böyükdür.

Nalbəndyan müsahibə zamanı, həmçinin qətnamənin Fransa hökumətinə çağırış olduğunu etiraf edib. Onun sözlərinə görə, qətnamə qəbul edilsə belə, bu tövsiyə xarakterli olacaq.