Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu varOnlar 30 il Azərbaycan ərazilərində qanunsuz yaşayıblar. Onlar 30 il məscidləri, məbədləri, qəbiristanlıqları, evləri, binaları və abidələri dağıdıblar. Onlar 30 ildir ki, Azərbaycanın təbii sərvətlərini oğurlayıb, qiymətli ağac növlərini kəsib, Qarabağın meşələrini və tarlalarını yandırıblar. Hər zaman belə olacağını düşünüb, amma yanılıblar. Qalib gəlmiş Azərbaycan ordusuna işğal etdiyi torpaqları geri qaytarmaq və Ermənistanın ölkəmizin mədəni və təbii irsindən sui-istifadə etməsinə son qoymağa 44 gün kifayət etdi. İndi digər bir vacib dərs verilməlidir: "Hər şeyə cavab verməlisən."

İlk növbədə, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanı maddi məsuliyyətə cəlb edəcəyini bildirib. Xüsusilə, o, işğaldan azad edilmiş ərazilərin 99%-nin bütün binalarının - yaşayış binalarını, məktəbləri, xəstəxanaları, ictimai binaları, tarixi abidələri, əcdadlarımızın qəbirləri və məscidlərimizin dağıdıldığına diqqət çəkib.

"İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər." – deyə dövlət başçısı bildirib.

Ermənilərin artıq bütün dünyanın öyrəndiyi kimi qiymətli ağac növlərini kəsməklə yanaşı, bu illər ərzində qanunsuz olaraq işğal altındakı ərazilərdəki qiymətli metalları, xüsusən də qızılı Ermənistana ixrac etdiklərini xatırlatmaq lazımdır. Ermənistanda işləndikdən sonra Azərbaycanın qızıl ehtiyatları üçüncü ölkələrin bazarlarına çıxarılıb və orada satılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Məcəlləsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti faktları ilə uzun müddətdir ki, erməni mənşəli xarici vətəndaşlara qarşı 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işləri açılıb. İstintaq orqanı tərəfindən beynəlxalq axtarışa verilən “Vallex Group”un maliyyə investorlarına, İsveçrə vətəndaşı Vartan Sirmakes, “Vallex Group”un rəhbəri Valeri Meclumyan və “Base Metals”ın icraçı direktoru Artur Mkrtumyana qarşı ittihamlar irəli sürülüb. Qeyd etmək lazımdır ki, Vartan Sirmakes istehsalında qanunsuz olaraq qızıldan istifadə edildiyi dünyaca məşhur İsveçrə saat markası “Franck Muller Group”un qurucusu və baş icraçı direktorudur. İsveçrə və Fransada bir çox layihəyə sponsorluq edir. Bu ölkələrin erməni lobbisində nüfuzu var. Buna görə də, bir çox Avropa ölkəsi, Azərbaycanın milli sərvətinin talan edildiyini bilərək susublar və Ermənistana qarşı heç bir tədbir görməyiblər. Bütün dünyanın bir ölkənin cinayət əməllərini bilməsi və hamının göz yumması necə ola bilər? Yeri gəlmişkən, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın fərmanı ilə Sirmakes Fransadakı baş konsul təyin edilib və Vətənə xidmətlərinə görə təltif edilib.

Əlbəttə ki, hər kəs zərərin miqdarı ilə maraqlanır, lakin bu gün dəqiq birinin adını çəkmək mümkün deyil. Hələ 2018-ci ildə Azərbaycan Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarını qiymətləndirmək üçün istintaq fəaliyyəti həyata keçirib. Məhkəmə ekspertizası aparılıb. Nəticədə 296 şəxsin günahkar olduğu sübut edilib. Həm ölkəyə, həm də vətəndaşlara dəyən zərərin miqdarı 818 milyard 880 milyon dollar təşkil edib. Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin müdiri Emil Tağıyev deyib.

Ancaq bu, İkinci Dağlıq Qarabağ müharibəsindən 2 il əvvəl idi. Ermənistan və onun vətəndaşlarının bölgədəki bütün şəhərləri və kəndləri darmadağın etdiyini və Gəncə, Bərdə kimi cəbhə bölgələrindən uzaq şəhərlərin ballistik raketlərlə atəşə tutulması nəticəsində evlərə və infrastruktura ciddi ziyan dəyməsini xatırlayırıq. Meşələrin böyük ərazilərini yandırıb, yaşı 150-dən çox olan bir çox ağacları kəsiblər. Əminliklə deyə bilərik ki, təzminat məbləği 1 trilyon dollardan çoxdur.

Əlbətdə ki, Ermənistanın öz iradəsi və vicdanı ilə dəymiş zərəri ödəməsinə ümid yoxdur. Canlı təbiətlə bu qədər amansızlıqla darvranırlarsa və indi oradan çıxaraq bunu etməyə davam edirlərsə, hansı vicdan haqqında danışa bilərik? Rəsmilər səviyyəsində olsa da, Ermənistan yenə də Azərbaycana borclu olduğunu qəbul edir. Beləliklə, Ermənistanın keçmiş Baş prokuroru və ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsində keçmiş nümayəndəsi Gevork Kostanyan Moskva sülh sazişinə dair fikirlərini bildirərək vurğulayıb ki, sənədə görə Ermənistan “bu razılaşma ilə təkcə əraziləri vermədi, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaq." G.Kostanyan hesab edir ki, Baş nazir Paşinyan bu sənədi 10 noyabrda imzalayaraq əslində Ermənistan Respublikasının öhdəliyin subyekti olduğunu təsdiqləyib və bu xüsusda, ziyanı ödəməyə borcludur.

Ancaq bunlar hamısı sadəcə sözlərdir. Aydındır ki, Ermənistan məcburiyyət olmadıqda heç nə ödəməyəcək. Əlbətdə, bu beynəlxalq təşkilatlar tərəfindən edilməlidir. Qanuna əsasən Ermənistanın vurduğu ziyanın tam və dəqiq qiymətləndirilməsindən sonra borcun qaytarılmasının bütün şərtlərini, habelə ödəmədiyi təqdirdə ona tətbiq ediləcək sanksiyaları özündə birləşdirən sənəd yaxın gələcəkdə hazırlanmalıdır. Bununla əlaqədar olaraq, Azərbaycan artıq beynəlxalq təşkilatlara, xüsusən də BMT və Dünya Bankına müraciət edib. Bu yaxınlarda keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə danışıb. Əlbətdə ki, dövlət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müvafiq bir iddia qaldıracaq, bütün lazımi dəlillər təmin ediləcək.

Vəkil Qaya Əliyev qeyd edib ki, müxtəlif beynəlxalq hüquqi aktlarda bu cür hallarda nə edilməli olduğu olduqca yaxşı təsvir edilib və onların hamısı Azərbaycanın tərəfindədir. Zərərin ödənilməsi məsələlərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, 1950-ci il İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında əks olunduğunu izah edib. Haaqa və Cenevrə Konvensiyaları beynəlxalq humanitar hüququn və müharibə qaydalarının pozulması nəticəsində tərəflərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələlərini tənzimləyir.

Avropa Konvensiyası nöqteyi-nəzərindən vəkil bildirib ki, Ermənistan bir dövlət olaraq və onun ayrı-ayrı vətəndaşları vurulan zərərə görə məsuliyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin mexanizmləri də buna imkan verir. Beynəlxalq humanitar hüquq, Haaqa və Cenevrə Konvensiyaları dövlətlər olmasa da, vəzifəli şəxslərin və ayrı şəxslərin mühakimə olunmasına əsas verir. Ermənistanın Azərbaycanın itkilərini ödəməkdən imtina etməsinə gəlincə, Q.Əliyev bildirib ki, Avropa Məhkəməsinin qərarları varsa, Ermənistan icra etməkdən yayına bilməyəcək. Məsələ ondadır ki, onların sadəcə ödəmək imkanı yoxdur.

İqtisadçı ekspert Natiq Cəfərli bu barədə sosial şəbəkədəki səhifəsində yazıb və bu doğrudur: “Ermənistan, təbii ki, inkar edəcək, razılaşmayacaq, on milyardlarla dollar ödəməyə heç imkanı da olmayacaq, amma doğru və hüquqi hazırlanmış sənəd daim onların başı üzərində ”Domokl qılıncı" kimi asılmalıdır, hər fürsətdə həm danışıqlar masasında, həm də beynəlxalq siyasi-hüquqi müstəvidə xatırladılmalıdır. Heç bir halda bu məsələni belə qoymaq və bağışlamaq olmaz. İstənilən təcavüzkar dövlət öz hərəkətlərinə görə cavab verməlidir, əks halda planetdə cəzasızlıq mühiti hökm sürəcək".

Qüdsi Osmanov
Azərbaycanın Moldovadakı səfiri


Hikmət Hacıyev: “Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil”"Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuş, noyabrın 25-də müzakirə edilərək qəbul olunmuşdur. İlk olaraq vurğulamaq istərdik ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı şərhində deyib.

H.Hacıyev bildirib ki, senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür:

"Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir.

Böyük təəssüf doğuran məqam odur ki, Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir.

Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanları qəti şəkildə rədd edirik, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini təhrif etmək cəhdlərini kəskin qınayırıq.

Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar əsassızdır. Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər aidiyyəti qurumlarımız tərəfindən Fransanın diqqətinə çatdırılmışdır.

Qətnaməni Fransada artmaqda olan islamofobiyanın bariz nümunəsi hesab edirik. Fransada ifrat dünyəvilik və mətbuat azadlığı pərdəsi altında İslam dininə və müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkilik və təqiblər bizə vaxti ilə bu ölkədə hökm sürmüş və gün də davam edən anti-semitizmi xatırladır.

Fransa Senatı məqsədyönlü şəkildə döyüşlərin davam etdiyi 44 gün ərzində münaqişə bölgəsinə yaxın və oradan uzaqda olan dinc sakinlər, mülki obyektlər, enerji və nəqliyyat infrastrukturuna qarşı Ermənistan hərbi təxribatlarını qınamaqdan çəkinir, daha çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham edir.

Ermənipərəst Fransa siyasi dairələri anlamalıdır ki, Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulmuş və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanmışdır. Təəssüflə qeyd edilməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa nə qədər paradoksal olsa da, bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Fransanın son vaxtlar bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə qarşı riyakar siyasət aparması Azərbaycan tərəfində ciddi narahatlıq və suallar doğurur.

Fransa Senatı əgər ədalət, beynəlxalq hüquq barədə bu qədər “narahatdır”sa, onda onun BMT Baş Assambleyasının qətnamələrinə və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı.

Bu qətnamənin qəbulunu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addım kimi dəyərləndiririk. Fransa Hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməli və qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir".
Azərbaycanın siyasi partiyaları Fransa Senatının addımına etiraz edirlərAzərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar.

Avrasiya.net-in məlumatına görə, mətndə deyilir:

"Məlum olduğu kimi, Fransa Senatı bu gün - noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar olaraq təəssüflə bəyan edirik ki, Fransa Senatının bu hərəkəti bizim üçün gözlənilməz deyildi, belə bir addım atılacağını gözləyirdik.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlamış qərəzli mövqe Tovuz rayonunda Azərbaycan sərhədlərinin pozulması zamanı, xüsusən də İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonra özünü daha qabarıq büruzə verdi.

Biz, Azərbaycan ictimaiyyətinin avanqardı olan, əksər hallarda siyasətə məhz ərazi bütövlüyümüzə qəsdin aradan qaldırılması üçün qatılmış siyasi xadimlər unutmamışıq ki, Dağlıq Qarabağ münaqişəsinin başlamasına səbəb ilk dəfə Mixail Qorbaçovun müşaviri Abel Aqanbeqyanın 1987-ci ildə məhz Parisdə keçirdiyi görüşlərdə Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi haqqında Fransadakı erməni diasporuna söz verməsi olmuşdur.

Birinci Qarabağ müharibəsinin gedişində Fransada həbsdən azad edilən ASALA terrorçuları Dağlıq Qarabağda azərbaycanlılara qarşı misilsiz vəhşilikləri ilə ad çıxarmışdılar. Terror fəaliyyəti heç kimdə şübhə doğurmayan şəxslərin kütləvi şəkildə azərbaycanlılara qarşı döyüşmək üçün Ermənistana, oradan da Dağlıq Qarabağa göndərilməsi bizim unutmayacağımız faktlardır.

Məhz Fransanın himayəsi ilə Yaxın Şərqdəki, xüsusən Livandakı erməni icması xüsusi imtiyazlar əldə etmiş, Livanda dövlət içərisində dövlətə çevrilmişdir. Fransanın himayəsi ilə Livandakı ermənilərdən formalaşdırılmış ASALA Yaxın Şərqdən terrorçular cəlb edərək azərbaycanlılara qarşı amansızlıqları ilə seçilən dəstələr təşkil etmişdir.

Azərbaycan və Fransa arasında ən yüksək səviyyədə dövlət səfərləri təşkil edilmiş, bizim ölkəmiz Fransaya böyük ümidlər bəsləyərək 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədr seçilməsinə razılıq vermişdir.

Azərbaycanda Fransanın iqtisadi maraqları maksimum təmin edilmişdir. Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. 2018-ci ilin iyununda Parisə səfəri zamanı Prezident İlham Əliyev iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirmiş, aparıcı fransız şirkətləri və qruplarının rəhbərləri ilə görüşlər keçirmiş, 2,2 milyard dollarlıq anlaşmalar imzalanmışdı.

Azərbaycan dövləti və Heydər Əliyev Fondu Fransada çoxsaylı mədəni layihələr icra etmiş, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Luvr Muzeyi bərpa olunmuş, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi, Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılmışdır.

Lakin bütün bu addımlara baxmayaraq, Fransa qərəzli ermənipərəst mövqeyindən imtina etmədi, bəzi fransız şirkətləri İkinci Qarabağ müharibəsinin son anlarınadək Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməkdə davam etdi.

2018-ci ildə bir çox Fransa bələdiyyələri qondarma rejimdəki bələdiyyələrlə dostluq xartiyaları imzalamışlar. Azərbaycan tərəfi Fransa məhkəmələri vasitəsilə bu xartiyaları ləğv etdirsə də, bu il Paris meriyası “Dağlıq Qarabağ respublikası”nı tanımaq təşəbbüsü qaldırmışdır.

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar vermiş, daha sonra saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübutsuz ölkəmizə qarşı böhtan atmışdır.

Noyabrın əvvəlində Fransanın 42 tanınmış xadimi - yazıçılar, jurnalistlər və s. prezident Makrona birgə məktub yazaraq "Qarabağ ermənilərini müdafiə etməyə" çağırmışlar.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, rəsmi Paris Ermənistanı birtərəfli müdafiə etməkdə davam edəcək.

Dağlıq Qarabağ münaqişəsinin ilk çağlarından bu günədək davam edən qərəzli addımlar göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir. Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Son hadisələr onu göstərdi ki, münaqişənin real həllində yalnız ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya və Minsk qrupunun üzvü olan Türkiyə maraqlıdır. Bu cür yanaşmaya, o cümlədən hər üç ölkə rəhbəri arasında dostluq və sıx əməkdaşlıq münasibətləri səbəb olmuşdur.

Dünyada ikili standartlarla, eyni hadisəyə fərqli yanaşma ilə ədalət təmin edilə bilməz. Hesab edirik ki, fransız siyasi elitası heç zaman Böyük Fransız İnqilabının ideallarına riayət etməmiş, bir tərəfdən qardaşlıq, azadlıq, bərabərlik, dinin dövlətdən ayrı olması idealları bəyan edilsə də, reallıqda müstəmləkəçilik, islamofobiya, antisemitizm, irqçilik, xristian təəssübkeşliyi bu ölkənin xarici siyasətində həmişə mühüm yer tutmuşdur. Məhz Fransanın yanlış yanaşmalarının nəticəsi olaraq Avropa İttifaqı bu gün bir xristian klubu kimi qəbul olunmaqdadır.

Fransa Əlcəzair, Tunis, Mərakeş, Çad, Qabon, Kamerun, Ruanda, Cibuti, Kamboca və Vyetnamda soyqırımları törətmiş bir ölkədir.

Bu gün Sakit Okeanda, Hind Okeanında və Karib dənizində yerləşən 11 ada dövləti və Cənubi Amerikada 1 materik ərazisi (Fransız Qvianası) və Şimali Amerikada yerləşən digər 1 materik ərazisi (Sen-Pyer və Mikelon) Fransa əraziləri hesab olunur. Bu müstəmləkə ərazilərində 3 milyona yaxın insan yaşayır və şəxsiyyət vəsiqələrində onların milliyyəti məcburi şəkildə “fransız” olaraq qeyd olunur. Fransa idarəçilərinə məsləhət görürük ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, bu xalqların, o cümlədən 300 ildir işğal etdiyi Elzas və Korsika əhalisinin öz müqəddəratını müəyyən etmək prinsipinə necə yanaşırsa, Dağlıq Qarabağ mövzusuna da eyni münasibət göstərsin.

Belə ikili standartlara əlavə olaraq Fransa siyasi elitasının son zamanlar etnik və iqtisadi lobbilər tərəfindən ələ alınmasına dair Fransa mediası yüzlərlə yazılar dərc etməkdədir. 1980-ci illərdən üzü bəri Fransanın demək olar bütün aparıcı siyasətçiləri barədə bu məzmunda ittihamlar səsləndirilmişdir.

Azərbaycan ictimaiyyətinə Emmanuel Makronun da etnik lobbilər, konkret olaraq erməni lobbisi tərəfindən ələ alınması, öz fəaliyyətini erməni lobbisinin maraqları ilə uzlaşdırması haqqında məlumatlar bəllidir. Makronun Qarabağdakı “erməni dini və tarixi-mədəni abidələrinin” qorunması vacibliyindən danışdığı halda, İkinci Qarabağ müharibəsi zamanı ermənilərin hərbi cinayətləri nəticəsində 94 günahsız mülki şəxsin həlak olması barədə susması onun riyakarlığını bir daha göstərir. Emmanuel Makronun ermənilərə münasibətdə göstərdiyi canfəşanlığın arxasında duran əsl səbəbləri tarix göstərəcəkdir.

Biz siyasi partiyalar olaraq bəyan edirik ki, indi daha konkret addımlar atmaq zamanı yetişmişdir. Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsi qəbul olunacağı təqdirdə, açıq-aşkar işğalçını dəstəkləyən ölkə bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı, Fransa ilə bütün siyasi-iqtisadi münasibətlərə yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır.

Yeni Azərbaycan Partiyası – Əli Əhmədov

Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı

Ana Vətən Partiyası – Fəzail Ağamalı

Böyük Quruluş Partiyası – Fazil Mustafa

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev

Demokratik İslahatlar Partiyası – Asim Mollazadə

Vəhdət Partiyası – Tahir Kərimli

Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev

Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev

Milli Cəbhə Partiyası – Razi Nurullayev

ReAL Partiyası – İlqar Məmmədov

Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə

Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev

Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu

Ədalət Partiyası – İlyas İsmayılov

Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev

Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər

Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan

Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə

Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli

Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov

Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə

Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova

Böyük Azərbaycan Partiyası – Elşad Musayev

Milli Vəhdət Partiyası – Yunus Oğuz

AĞ Partiya – Tural Abbaslı

Müasir Müsavat Partiyası – Hafiz Hacıyev

Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev

Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli

Azadlıq Partiyası – Əhməd Orucov

Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov

Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov

Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev

Milli Həmrəylik Partiyası – Əlisahib Hüseynov

Yeni Zaman Partiyası – Musa Ağayev

Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev

Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan

Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov

Milli Konqres Partiyası – İxtiyar Şirinov

Müstəqil Xalq Partiyası – Əflan İbrahimov

Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov

Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov

Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev

Birlik Partiyası – Xudadat Xudiyev

Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu

Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov

Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov

Qorqud Partiyası – Firudin Kərimov

Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev

3 469 yeni yoluxma, 30 ölüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 469 yeni yoluxma faktı qeydə alınıb, 1 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb.
25 noyabr da ən yeni tariximizə qızıl hərflərlə yazıldıPrezident və Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərin azad olunması ilə bağlı Xalqa Müraciətini bu gün hamımız böyük bir coşqu ilə, sevinc hissi ilə izlədik. Beləliklə, bu gün də adi bir gün olmaqdan çıxıb tarixi bir günə çevrildi. 25 noyabr ən yeni tariximizə qızıl hərflərlə yazıldı.

Qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcər də öz tarixi sahibinə - Azərbaycana qaytarıldı. Kəlbəcər düz 27 il davam edən ağır işğal keşməkeşlərindən sonra yenidən böyük Azərbaycan ailəsinə qovuşdu. Bundan sonra digər yurd yerlərimizdə olduğu kimi gözəl Kəlbəcərimizdə də ay-ulduzlu bayrağımız dalğalanacaq, minarələrdən azan səsləri ucalacaq.

Cənab Prezidentimiz bu gün Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etdi. Biz də Milli Həmrəylik Partiyası olaraq bu təbrikə qoşulur, bütün soydaşlarımızı, o cümlədən, istiqanlı və fədakar kəlbəcərlilərimizi bu tarixi hadisə münasibətilə təbrik edirik. Gözünüz aydın olsun, dəyərli soydaşlar! Həmişə evinizdə, əziz kəlbəcərlilər! Ocağınız gur yansın!

Mən ayrıca olaraq Prezident və Ali Baş Komandan İlham Əliyevi də təbrik edirəm. Təbriklər, cənab Prezident! Əzminizə, qətiyyətinizə eşq olsun! Siz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi gerçəkdən də şanlı tarix yazırsınız. 44 günlük savaşda qazanılan Qələbədən sonra torpaqlarımızın qalan hissəsini siyasi müdrikliklə, diplomatik məharətlə, tamamilə dinc şəkildə işğaldan azad etməyin, geri qaytarmağın özü də bir TARİXdir. Böyük hərflərlə yazılan TARİX.

Siz öz mübariz ruhu və döyüş qabiliyyəti ilə bu günlərdə bütün dünyanın rəğbətini qazanan Müzəffər Ordumuzla birlikdə işğal tariximizi Zəfər tarixi ilə əvəzlədiniz. Bəli, Siz bunu bacardınız. Və qədirbilən Azərbaycan xalqı Sizin bu tarixi xidmətinizi heç vaxt unutmayacaq!

Ümumilli liderimiz Heydər Əliyev deyirdi ki, tarix hər şeyi öz yerinə qoyur. Elə də oldu. İndi tarix hər şeyi öz yerinə qoyur. Sizin əlinizlə qoyur, Ordumuzun vasitəsilə qoyur, cənab Prezident!

Siz sadəcə işğalçı ölkəyə qarşı mübarizə aparmırsınız. Siz amansız və iyrənc erməni faşizminə qarşı mübarizə aparırsınız. Siz bütün Cənubi Qafqazı erməni təcavüzkarlığından xilas edirsiniz. Bu böyük bir missiyadır. Qonşu ölkələrə daim ərazi iddiaları irəli sürən daşnak təfəkkürünü məhv edib sıradan çıxarmaq Azərbaycanın bəşəriyyətə ən böyük xidmətlərindən biri olacaq.

Missiyanız tam Qələbə ilə sonuclansın, cənab Ali Baş Komandan! Allah Dövlətimizə və Ordumuza qüvvət versin!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
İran generalını göndərdi: ABŞ-ın hədəflərini vurmaq üçün Baydeni gözləyirlərİranlı general, Qüds Xüsusi Təyinatlı Qüvvələrinin komandanı İsmayıl Kaani İraqa göndərilib.

Publika.az xəbər verir ki, o, Co Baydenin ABŞ prezidenti kreslosuna oturana qədər bu ölkənin İraqdakı hədəflərinə zərbə endirməmələrinə dair silahlı qruplaşmalara xəbərdarlıq etmək üçün ezam olunub.

“Middle East Eye”ın xəbərinə görə, Kaani hazırkı Prezident Donald Trampın seçkilərdə məğlubiyyətinin əvəzini çıxmaq üçün vəzifəsindən getmədən əvvəl bölgəni açıq münaqişəyə sürükləmək istədiyini bəyan etdiyini bildirib. Buna görə də İran Trampın əlinə bəhanə verməməkdə qətiyyətlidir.

Xəbərdə qeyd olunub ki, Tehran Donald Trampın 20 yanvarda vəzifə müddəti bitməzdən əvvəl İrana hücum təşkil edə biləcəyi ehtimalını diqqətdən kənarda saxlamır.

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavabAzərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması məsələsinə aydınlıq gətirilib.

Avrasiya.net-in məlumatına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 Noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq.

O qeyd edib ki, bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur:

“Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər”.
Eyni şəxsə məxsus 5 şirkət ləğv olunurAzərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına almış "Khazar Fabrcication", "Khazar Energy", "Laser Gulf ALQ", "Laser Gulf Engineering AZ" və Laser Gulf Fabrication AZ MMC-lər ləğv olunduğunu elan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 10, mənzil 39 ünvanına bildirə bilərlər.
Koronavirusla bağlı doğru proqnoz verən ekstrasens virusun bitəcəyi TARİXİ AÇIQLADIKoronavirus yayılmadan qabaq virusun bütün dünyada tüğyan edəcəyini açıqlayan öncəgörücü Nikolas Aujula bu dəfə bitmə tarixini açıqlayıb.

Avrasiya.net baku.ws-ə istinadən xəbər verir ki, Nikolas 2019-cu ildə dünyada böyük bir kilsənin yanacağını açıqlamışdı.

Onun açıqlamasından sonra Fransanın paytaxtı Parisdəki məşhur "Notre Dame" kilsəsində güclü yanğın olmuşdu.

Bu vaxta qədər 34 yaşlı Aujulanın verdiyi zəlzələ ilə bağlı açıqlamaları da tamamilə doğru çıxıb. Aujula koronavirus pandemiyasının 2022-ci ildə başa çatacağını açıqlayıb.

Qeyd edək ki, Londondan olan Nikolas ruhlarla əlaqədə olduğunu və uşaqlıqdan öncəgörücülük qabiliyyətinin olduğunu bildirib. O hətta başqa bir kainatda yaşadığını da iddia edir.