Türk ordusu 80-dən çox terrorçunu məhv etdiTürkiyə hərbçiləri İraqın şimalında iki, Suriyanın şimalında isə daha dörd terrorçunu zərərsizləşdiriblər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terror aktı planlaşdıran iki PKK terrorçusu İraqın şimalındakı Avaşin ərazisində zərərsizləşdirilib. YPG-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) dörd silahlısı isə "Sülh çeşməsi" əməliyyatı zonasına girməyə çalışarkən zərərsizləşdirilib", - deyə məlumatda bildirilib.

***

Türkiyə ordusu son bir ay ərzində terrorçulara qarşı 31 əməliyyat keçirib.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar nəticəsində bir ay ərzində 80 terrorçu məhv edilib.

ABŞ-da 260 mindən çox insan koronadan öldüABŞ-da gün ərzində daha 765 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” məlumat yayıb.

Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 262 min 563 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək ABŞ-da 12 milyondan 567 mindən çox insan koronavirusa yoluxub.