“Paşinyan 5 min əsgərin başını yedi, azı 10 min yaralımız var” - Erməni deputat“Çiçəklənən Ermənistan” partiyasının deputatı Gevorq Petrosyan baş nazir Nikol Paşinyanı dərhal istefa verməyə çağırıb.

Avrasiya.net azvision.az-a istinadən xəbər verir ki, deputat baş nazirin həbs etdirdiyi şəxslərin bu cür cəzalardan qorxmadığını bildirib.

“İstefa verməli olduğunuzu yaxşı başa düşürsünüz, başqa bir seçiminiz yoxdur. Müharibədə məğlub olan və torpaqları təhvil verən siyasətçinin liderliklə heç bir əlaqəsi yoxdur”, - deyən Petrosyan artıq heç kimin Paşinyanı dövlət başçısı kimi görmək istəmədiyini diqqətə çatdırıb:

"Yaxşı, utanmırsanmı Nikol? Komandana bir az töhmət ver. Onlar sonda sənə qarşı yönələcəklər. 5000 əsgərin başını yedin. Bu gün yaralanan 10 000 vətəndaşımız var. Üstəlik yaralıların barmağının və ya qulağının ucu kəsilməyib, onlar ayaqlarını, əllərini itiriblər. O insanların problemlərini necə həll edəcəksiniz? Niyə hərbi vəziyyətə son qoymursunuz? İndi vəzifənizi tərk etməyinizə nə mane olur?".

Petrosyan sonda qeyd edib ki, Paşinyan hələ müxalifətçi olduğu dövrdə ona hörmət edib. Bu gün isə baş nazirə nifrət edir.
"Bütün dünyanın bizə yazığı gəlir"İmzaladığımız kapitulyasiyadan sonra demək olar ki, bütün dünyanın bizə yazığı gəlir və heç kim bizə hörmət etmir.

Avrasiya.net xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının sabiq deputatı Armen Aşotyan paylaşıb. O, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə Ermənistanın ayağa qalxmaq üçün daha bir şansının yaranacağını bildirib.

Aşotyan Paşinyan hakimiyyətdən uzaqlaşdırılmayacağı təqdirdə Ermənistanın “geosiyasi kor bağırsağ”a çevriləcəyini deyib.
Elsevər Məmmədov yenidən BAK prezidenti seçilibNiderlandın Rotterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin (BAK) 5-ci Qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə Vətən uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Dövlət himni səsləndirilib.

Avrasiya.net xəbər verir ki, qurultayın açılışında BAK-ın fəaliyyətini əks etdirən video nümayiş olunub və illik hesabat dinlənilib.

Benelüks Azərbaycanlıları Konqresinin nizamnaməsində bəzi dəyişikliklər edilib.

Qurultayda qonaq və müşahidəçi qismində, Niderland və Belçika Koordinasiya Şurasının, Ana Vətən Cəmiyyətinin, Odlar Yurdu Təşkilatının, Niderland Azərbaycan Evinin, Avropa Azərbaycanlıları saytının rəhbərləri və Niderlanda yaşayan diasporumuzun fəal üzvləri iştirak ediblər.

Qurultayda Benelüks Azərbaycanlıları Konqresinin yeni prezidenti və 13 nəfərdən ibarət İdarə heyəti üçün seçki keçirilib. Elsevər Məmmədov yenidən yekdilliklə qarşıdan gələn 4 il müddətinə Benelüks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti seçilib. BAK-ın 4 illik fəaliyyət planı müzakirə olunub.

Qurultay çərçivəsində Benelüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərovaya 70 illik yubiley münasibətilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubu çatdırılıb.
Astarada 54 yaşlı kişi çayda batdıFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun batması barədə məlumat daxil olub.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Rusiya Qarabağa xidməti itlərlə 100 hərbçi göndərdiRusiya Müdafiə Nazirliyinin Mina əleyhinə beynəlxalq mərkəzinin bölmələri Azərbaycanın Qarabağ bölgəsinə göndərilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çkalovski aerodromundan An-124, İl-76 və Tu-154 mütəxəssisləri, texnika və silahları, o cümlədən xidməti itlər yola salınıb.

İrəvan aeroportuna 100-dən çox hərbçi, 13 ədəd hərbi və xüsusi texnika göndərilib. Onlar Gorus yolu ilə Xankəndiyə göndəriləcəklər.
Fransalı nazir Ərdoğandan gözlədiklərini açıqlayıbFransanın Xarici İşlər naziri Jan İv Lö Drian Türkiyənin beynəlxalq aləmdə təzyiqi sözlə deyil, əməllə aşağı salmasını gözlədiklərini deyib.

Publika.az "Sputnik Türkiyə"yə istinadla xəbər verir ki, BBC Türkcə-də yer alan xəbərə görə, Lö Drian, Fransa mediasına verdiyi açıqlamada Türkiyə Prezidenti Rəsəb Tayyib Ərdoğanın Şərqi Aralıq dənizi, Liviya və Dağlıq Qarabağ kimi məsələlərdə təzyiqi "asanlıqla" aşağı sala biləcəyini qeyd edib.

"Ərdoğanın son bir neçə gün ərzində verdiyi təzyiqi aşağı salacaq açıqlamalar kifayət deyil, bunun əməldə də yerinə yetirildiyini görmək istəyirik", - deyə Fransa XİN başçısı bildirib.

Ərdoğan ötən gün verdiyi açıqlamada Avropa İttifaqını Türkiyəyə verilən sözləri yerinə yetirməyə çağırıb. O, eyni zamanda Türkiyənin gələcəyini Avropa ilə qurmağı təsəvvür etdiyini deyib.

Türkiyə ilə bir çox məsələlərdə fikir ayrılıqlarının olduğunu vurğulayan fransalı nazir, Ərdoğan administrasiyasının siyasətinin "genişlənməyə meylli" olduğunu söyləyib. O, Türkiyənin Avropa İttifaqının üzvü olan Yunanıstan və Kiprə yanaşmasını da "təcavüzkar" kəlməsilə ifadə edib.

Lö Drian Aİ-nin dekabr ayında baş tutacaq zirvəsində Türkiyənin münaqişəli bölgələrlə bağlı "öhdəliklərini təsdiq edəcəklər"ini də əlavə edib.


Netanyahudan Baydenə İran xəbərdarlığıABŞ-ın İranın nüvə proqramı ilə əlaqədar Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıtmağına qəti şəkildə qarşıyıq.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“İranın nüvə proqramına qarşı yönələn qətiyyətli mövqeyimizdən dolayı xeyli ərəb ölkəsinin bizə münasibəti kökündən dəyişdi”, - deyə Netanyahu bildirib.

Qeyd edək ki, 2015-ci ildə Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransanın iştirakı ilə İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalanıb. ABŞ 2018-ci ildə müqavilədən çıxdığını bəyan edib.

Bəzi ekspertlər hakimiyyətə Co Baydenin gələcəyi təqdirdə Vaşinqtonun yenidən BHFP-yə qayıdacağını istisna etmir.
Suşada meşədə gizlənən erməni polisi tapılıbSülhməramlıların iştirakı ilə Şuşada erməni tərəfinin meyitlərinin toplanması zamanı bir nəfər erməni polis əməkdaşı sağ vəziyyətdə tapılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə xəbəri "Sputnik Armenia" saytı yayıb.

Bildirilib ki, sözügedən polis əməkdaşı 6 gün meşədə yaralı vəziyyətdə gizlənib. O, hərbçilər tərəfindən sağ aşkarlanıb.

Bildirilib ki, digər tapılan şəxslərin hamısı ölü olub.
ABŞ erməniləri də Paşinyanı istəmirlərABŞ-da yaşayan ermənilər Qarabağ döyüşlərindəki biabırçı məğlubiyyətdən sonra baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefası tələbi ilə imza toplamağa başlayıblar.

Avrasiya.net xəbər verir ki, belə bir təşəbbüslə ABŞ-da dərc olunan "Ayrenik" erməni nəşri çıxış edib.

"Ermənistan məhv olmaq astanasındadır. Baş nazirin və onun administrasiyasının istefası tələbi ilə imza toplamaq vaxtıdır", - deyə həftəlik nəşr ABŞ-dakı erməniləri Paşinyan əleyhinə kampaniyaya qoşulmağa çağırıb.
Jurnalist Amil Avey dünyasını dəyişdiQocaman jurnalist, “Müxalifət” qəzetinin keçmiş əməkdaşı Amil Avey vəfat edib.

Avrasiya.net-in məlumatına görə, bu barədə onun həmyerlisi və həmkarı Akif Aşırlı bildirib.

O, Amil Aveyin Almaniyada vəfat etdiyini deyib.

“Axırıncı dəfə çapdan yenicə cıxmış şeirlər kitabını gətirmişdi redaksiyaya. Kitab haqda bir məqalə də çap elədik. Rəhmətlik Alı Mustafayevlə eyni kənddən idi, ikisini də ədəbiyyata bağlılıq jurnalistikaya gətirmişdi. Alı Mustafayevdən cox danışar, kövrələr, sözünün sonunda "Dəli bir ağlamaq kecir könlümdən" deyib kövrələrdi. Bir müddətdən sonra sosial şəbəkələrdən xaricdə olduğunu öyrəndim. Ağır xəstəlik bu məğrur əqidə adamını əymişdi. Dərdinə əlac tapılmayıb. Rövşən Kəbirlinin yazdığına görə, son nəfəsdə oğlundan soruşub ki, gör nə yazırlar, Türk Ordusu Azərbaycana gedibmi?

Ruhun şad olsun, ustad, Türkiyə Ordusu Azərbaycandadır, bayrağımız bütöv Azərbaycanda dalğalanacaq. Arzuların çin olacaq. Hələ Qazaxın işğal olunan kəndləri də geri qayıdacaq, ruhun sevinəcək”,-A.Aşırlı keçmiş iş yoldaşı haqda bildirib.


Allah rəhmət eləsin...