Koronaya yoluxan deputatlarımızın - SiyahısıMilli Məclisin koronavirusa yoluxmuş deputatlarının əksəriyyətinin adı məlum olub.

Avrasiya.net Report-a istinadən COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edir:

1.Tahir Kərimli;

2. Azər Badamov;

3. Məşhur Məmmədov;

4. Vüqar Bayramov;

5. Qənirə Paşayeva;

6. Rəşad Mahmudov;

7. Soltan Məmmədov;

8. Nizami Səfərov;

9. Elnur Allahverdiyev;
“VECON CONSULTING” Qarabağda nümayəndəliyini açacaqAzərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-də başladığı qətiyyətli əks-hücum əməliyyatları nəticəsində illərdir erməni işğalı altında olan Qarabağımızda bayrağımız ucaldıldı. Bu qələbəni bizə bəxş edən müzəffər ordumuza, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizə, Ali Baş Komandana hər zaman dərin minnətdarlıq hissi duyacağıq.

“Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın böyük hissəsinin azad edilməsi ilə sonuclanan prinsipial və qətiyyətli siyasətinin və xalqımızın Qarabağın azadlığı amalı ətrafında birləşərək göstərdiyi həmrəyliyin töhfəsidir.
Erməni vandallarının talan etdiyi ərazilərimizdə həyat yenidən canlanacaq, sənaye və istehsalat inkişaf edəcək.

Artıq həmin ərazilərdə iqtisadi inkişafa dəstək olmaq və qiymətləndirmə sifarişlərinin vaxtında və operativ yerinə yetirmək məqsədilə, “VECON CONSULTING” şirkəti yurdumuzun dilbər guşəsi Qarabağda yeni nümayəndəlikləri açmağı planlaşdırır.

Biz əminik ki, illərdir doğma yurduna həsrət qalan və artıq o torpaqlara qayıdan xalqımızın rifahının bərpa ediləcək”.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib.

Qeyd edək ki, “VECON CONSULTING” qiymətləndirmə şirkəti tanınmış JSC “International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının( hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı), Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyasının kollektiv üzvüdür.
Şəhid ailəsi və müharibə əlillərinə 25 mənzil verildiPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməsi, düşməni diz çökdürməsi ilə şanlı qəhrəmanlıq tarixi yazdı. Vəhşi, barbar düşməndən torpaqlarımızı geri aldıq, eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisasını aldıq. Buna görə şəhidlərimizin ruhu da sevinir.

Avrasiya.net xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda 25 fərdi yaşayış evi (o cümlədən Ucarda 10, Şəmkirdə 5, Saatlıda 6, Lerikdə 4 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilərkən ifadə olunub.

Ucar rayonunun Bərgüşad kəndində evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev və Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyev iştirak ediblər.

Evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri düşmən üzərində böyük Qələbədən keçirdikləri sevinc, fərəh hisslərini bölüşüblər. Bu tarixi zəfəri xalqımıza bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə, dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz qürur hissi keçirdiklərini vurğulayıblar.

Tədbirdə F.Musayev bildirib ki, ölkəmiz güclü orduya sahib olduğu kimi, həm də güclü sosial siyasətə malikdir. Ölkəmizdə Qələbə ovqatının hökm sürdüyü bu günlərdə Prezident İlham Əliyevin yüksək qayğısının nəticəsi olaraq, şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı tədbirləri də davam edir.

2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Bu proses qarşıdakı günlərdə davam edəcək. Ümumilikdə ötən dövrdə 8404 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işləri aparacaq.
Azərbaycanda daha 2187 nəfər virusa yoluxdu - 29 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 95281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib, aktiv xəstə sayı 29646 nəfərdir.

Ölkədə son sutka ərzində 9784, hazırkı dövrədək isə 1617239 test aparılıb.

Türkmən xalqı mübariz və cəsur qızını itirdiİraq türkmənlərinin daha bir milli mübarizi aramızdan ayrıldı. Türkməneli Partiyasının sədri Riyaz Sarıkahyanın həyat yoldaşı xanım Yüksəl Məhmət İzzət Ankarada vəfat edib. Türkmən dava adamı olan mərhum Məhmət İzzət Xəttatın qızı olan Yüksəl xanım da atası kimi, həyatı boyunca xalqının milli mübarizəsinə əlindən gələn dəstəyi verib.

Yüksəl Məhmət İzzət 1957-ci ildə Kərkükün Musalla bölgəsində doğulub. Orta məktəb, eləcə də universitet təhsilini Kərkükdə alıb. Gözünü açandan atasını milli mübarizə meydanında gördüyündən, sanki atasının davamçısına çevrilib. Buna görə də, Səddam Hüseyn dönəmində dəfələrlə haqsız yerə həbs edilərək zindan həyatı yaşamağa məhkum edilib. Həbsdən çıxandan sonra ailəsi onu Türkiyəyə göndərib. Həmin vaxt Riyaz bəy də orada olub və beləliklə, tanış olub, ailə qurublar.

Riyaz Sarıkahya Kərkükə gəlməyə məcbur olsa da, Yüksəl xanım gələ bilməyib, vətən həsrətini Türkiyədə yaşamağa məcbur olub. Bilirdi ki, İraqa gələn kimi, Səddam rejimi onu həbs edəcək, hətta qətlə yetirə bilərdilər. Səddam Hüseynin devrildiyi 90-cı illərədək vətəninin, eləcə də doğma ailəsinin ətrini qoxulamağa həsrət qalan Yüksəl xanım, Səddam Hüseyn hakimiyyəti yıxılandan sonra nəhayət ki, ölkəsinə qayıdır.

Yüksəl xanım qürbətdə qaldığı uzun müddət ata-nanasını, bacı-qardaşlarını, qohum-qonşularının həsrətilə yaşayıb. Hətta zaman-zaman həyat yoldaşı Riyaz bəydən də ayrı düşmək məcburyyətində qalıb. Çünki Riyaz bəy türk millətçisi, milli mübariz olduğu üçün İraqda olmalı və mücadiləsini sürdürməliydi. Buna görə də o, zaman-zaman Kərkükdə, Ərbildə qalıb milli-siyasi mübarizəsini aparar, türkmən xalqının siyasi müstəvidə təşkilatlanması üçün çalışardı.

Şahidlərin dediklərindən: Yüksəl xanım Kərkükdə yaşadığı illərdə, evlərinin lap yanında balaca bir dükan işlədirmiş. Millətçi türkmənlər tez-tez həmin dükana gələr, orada milli məsələləri müzakirə edərlərmiş. Təbii ki, o illərdə İraqın hər yerində Səddam rejiminə xidmət edən polis və digər təhlükəsizlik qüvvələri ilə yanaşı, həm də tanınmayan-bilinməyən saysız-hesabsız casuslar vardı. Məhz casuslar Yüksəl xanımın dükanında alış-verişdən daha çox milli mübarizədən danışıldığını əlüstü polisə çatdırır və onlar bu mübariz xanımı həbsə atırlar.

Yüksəl xanım Ankarada yaşadığı illərdə də boş dayanmır, Türkiyədəki türkmən dərnəkləri, eləcə də Türkiyə Milliyyətçi Hərəkat Partiyası ilə sıx əməkdaşlıq edir, bu partiyanın və türkmən dərnəklərinin işinə qatılar, xüsusilə də qadın qollarının işlərinində fəallıq göstərərdi. Bundan əlavə, o, Ankarada balaca bir evdə Quran kursu açır, ərəbcə yazıb-oxuya bilməyən türkiyəli qadınlara Quran oxumağı öyrədir.

Yüksəl xanım yalnız İraq türkmənlərinin haqları uğrunda mübarizə aparmayıb, o, dünyanın hər yerində yaşayan türklərin azad olmasını və inkişaf edərək güclənməsini istəyib. O cümlədən, Azərbaycanı da həmişə diqqətdə saxlayıb. Nə vaxtsa Bakıya gəlmək, Azərbaycanın əsrarəngiz təbiətə mailik bölgələrini gəzmək arzusunda olub. Qarabağda 44 günlük müharibə gedən müddətdə, Yüksəl xanım hər gün cəbhədə qazandığımız uğurları duymaq üçün mətbuatdan prosesi izləyib. Deyirdi ki, inşallah, işğal altındakı torpaqlar azadlığına qovuşsun, bir gün Azərbaycana gələcək və məhz azad olunmuş bölgələrə gedəcək. Təəssüf, bu arzusu gerçək olmadı, millətinə sevgisini və parlaq arzularını özü ilə birlikdə əbədiyyətə götürdü.

Allah sənə rəhmət eləsin, nur içində yat. Ruhun tam əmin olsun ki, gerçəkləşməsini istədiyin arzularını yeni nəsillər mütləq gerçəkləşdirəcək...
Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verdiAzərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Ohanyan Seyran Muşeqoviç barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq S.Ohanyanın barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

Noyabrın 11-də məhkəmənin sədri, hakim Elbəy Allahverdiyev istintaqın təqdimatını təmin edib. S.Ohanyan barəsində həbs qərarı çıxarılıb və onun istintaqa cəlb edilməsi üçün “İnterpol”a müraciət edilib.
Açıq havada siqaret çəkənlər də cərimələnəcək – RəsmiAçıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək.

Avrasiya.net xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

“Açıq havada maska taxmaq mütləq vacibdir. Bu, Nazirlər Kabinetinin qərarında qeyd olunub. Günü-gündən xəstəxanalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir”, - E.Zahidov əlavə edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Direktor: AMEA-da cinayətləri aşkarladım, işdən qovdularAMEA-nın Mərkəzi Elmi Kitabxanasında aşkarladığım neqativ və cinayət əməlləri səbəbindən əsassız olaraq məni vəzifədən azad etdilər.

Bunu Kult.az-a açıqlamasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Sevil Zülfüqarova deyib. O bildirib ki, 8 aylıq fəaliyyəti dönəmində kitabxanada üzə çıxardığı saxtakarlıqlardan sonra onunla bağlı belə bir qərar verilib:

“Bu vəzifəyə təyin edildikdən sonra kitabxanada ciddi islahatlar həyata keçirmişik. Üzə çıxardığım neqativ hallar AMEA-nın Rəyasət Heyətində kimlərisə ciddi narahat etməyə başlamışdı. Ötən həftənin əvvəlində COVİD-19-a yoluxmağıma baxmayaraq, mənim işə gəlməyimi təkid edərək işdən çıxarılacağımla hədələyirdilər. Əslində isə məni 2014-2019-cu illər ərzində kitabxanada baş verən nöqsanları açıq şəkildə bildirdiyimə, təqsirkar şəxslərin cəzalandırılmasını tələb etdiyimə görə vəzifədən azad etdilər”.

S.Zülfüqarova aşkarladığı oğurluq və nöqsanların bir hissəsini açıqlayıb:

“2004-cü ildə 5 milyona yaxın fondu olan MEK-in hazırda 1 milyon 383 min 610 kitablıq fondu qalıb. 2014-cü ildə Avtomatlaşdırmış Kitabxana İnformasiya Sistemi üçün ALİSA proqramı alınsa da, tətbiq edilməyib. Əvəzində “kustar” üsulla sertifikatsız, lisenziyasız proqram yığılıb və ora yazılmış elektron kataloq, MRY, elektron baza isə silinib. Bu gün belə bir kitabxananın elektron bazası yoxdursa, hansı onlayn xidmətdən və beynəlxalq əlaqələrdən söhbət gedə bilər? Həmçinin kitabxanadakı kompüterlərin və digər texniki avadanlıqların da lisenziyası yoxdur. Bu azmış kimi 122 min 567 manat dəyərində 113 kompüter, 18 proyektor oğurlanıb.

Bundan başqa, 2014-cü ildə 40 ştat vahidi, dəyəri 238 min 449 manat olan 42 adda avadanlıq (dəyəri 35 min manat olan book-driver, 23 min kitab üçün dezinfeksiyaedici aparat - şkaf, 28 min 500 manat dəyərində Printer Manaxron H.plaz.r., 18 min manat dəyərində surətçıxarma aparatı “Konika”, 14 min manat dəyərində olan kağız və karton qalığını ölçmək üçün cihaz və s.) MEK-dən çıxarılıb. Bu gün MEK-in Bərpa konservasiya şöbəsində bərpaya ehtiyacı olan minlərlə kitabın avadanlıq olmadığına görə bərpası mümkün deyil.

2014-cü ilə qədər elektron kitabxananın yaradılması, minlərlə PDF faylı MEK-in elektron bazasında öz əksini tapmayıb.

2017-ci ilin hesabatında nadir nəşrlər fondunda 15 min 37 nüsxə kitab göstərilsə də, hazırda fondda 10 min 15 nüsxə ədəbiyyat mövcuddur. 1403 nüsxə kitab isə müxtəlif səbəblərdən yoxdur. Bunlardan 61 nüsxə kitab səbəbsiz olaraq yerində yoxdur, 107 nüsxə kitab da “oxucudadır” adı altında aktlaşdırılıb. Qeyd edək ki, nadir fonddan oxucuya kitab verilmir. Verilən izahatlara əsasən qalan ədəbiyyatlar isə ümumi fonda geri qaytarılıb.

Həmçinin 2020-ci il sentyabr ayının 14-dən oktyabr ayının 31-ə qədər aparılan yoxlama zamanı kitab fondunun “C” formatında (“C” formatında həcmi böyük, ili qədim, çox qiymətli kitablar saxlanılır) 9957 nüsxə kitab olmalı idi, lakin yoxlama zamanı 824 nüsxə yerində aşkarlanmadı. 598 nüsxə ədəbiyyat isə inventar kitabında olan ədəbiyyatla uyğun gəlmədi. Yəni başqa adda olan ədəbiyyatlara inventar nömrələri yazaraq “C” formatına qoyulub ki, bu da inventar kitabında qeydiyyata alınan ədəbiyyat deyil. Beləliklə, yoxlama zamanı “C” formatında 1422 nüsxə ədəbiyyat çatışmazlığı aşkar olundu (Şöbə müdirinin izahatı əsasında). MEK-in arxiv müdirinin verdiyi izahata əsasən MEK-in arxivi dağıdılıb.

Bundan başqa, MEK-də 2014-cü ilə qədər çalışmış ixtisaslı kadrların siyahısına nəzər yetirdikdə, 2014-2016-cı illər ərzində onlarla savadlı, bacarıqlı, ixtisaslı kadrın işdən çıxarıldığı diqqəti cəlb edir ki, qısa zaman ərzində qəfildən bu qədər mütəxəssisin birdən-birə uzaqlaşdırılmasının hansı səbəbdən baş verdiyi məlum deyil. Yeni direktor vəzifəsinə təyin edildiyim keçən 8 ay pandemiya şəraitinə təsadüf etdiyinə baxmayaraq, qısa müddət ərzində fondun böyük bir hissəsi zirzəmidən, suyun içərisindən çıxarılaraq yuxarı mərtəbələrə daşınıb. Lakin nöqsanları aradan qaldırmağa çalışsaq da, kitabxananın sıfra enmiş nüfuzunu tam bərpa etmək mümkün olmadı”.

Keçmiş MEK direktoru qarşılaşdığı haqsızlığa görə Prezident İlham Əliyevə müraciət etdiyini bildirib.

Qeyd edək ki, AMEA noyabrın 20-də keçirilən iclasda Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Sevil Zülfüqarovanı MEK-in direktoru vəzifəsindən azad olunması barədə məlumat yaymışdı.
Mnatsakanyan Ermənistandan qaçırErmənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan BMT Baş katibi Antonio Quterreşdən iş istəyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Mediaport” Teleqram kanalı yayıb.

Məlumata görə, Mnatsakanyan Quterreşlə noyabrın 20-də əlaqə qurub. Quterreş ona bu barədə düşünəcəyi vədini verib.

Mnatsakanyanın ailəsini də İrəvandan aparacağı bildirilib.
Teymur Rəcəbov bu gün erməni rəqibi ilə qarşılaşacaqAzərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Skillinq Open" turnirində bu gün növbəti görüşlərini keçirəcək.

Avrasiya.net-ə verilən məlumatına görə, 33 yaşlı qrossmeyster yarışın ikinci günündə daha beş rəqiblə üz-üzə gələcək.

Rəcəbov 6-cı turda Alireza Firuzca (İran), 7-ci turda Levon Aronyan (ERrmənistan), 8-ci turda Yan-Kriştof Duda (Polşa), 9-cu turda Dinq Liren (Çin), 10-cu turda isə Aniş Giri (Niderland) ilə görüşəcək.

Onlayn keçirilən turnir “Champions Chess Tour” çərçivəsində təşkil edilir.

Qeyd edək ki, Teymur Rəcəbov ilk yarış günündə 1,5 xal toplaya bilib və hazırda 14-15-ci yerləri bölüşdürür.