Erməni rus polisi vurdu, polis atəş açdı - VideoRusiyanın Volqoqrad şəhərində erməni sürücü yol polislərini vurub.

Axar.az xəbər verir ki, sürücü, 35 yaşlı erməni əsilli Levon Ohanesyan idarə etdiyi BMV markalı avtomobili onu saxlamağa çalışan polislərin üstünə sürüb.

Daha sonra avtomobilindən düşən erməni əlindəki dəmirlə polis zabitinin başına bir neçə zərbə endirib.

Digər polis əməkdaşı xidməti silahdan sürücünün ayağına atəş açmaq məcburiyyətində qalıb.

Faktla bağlı cinayət işi açılıb.
Nəticələri dəyişmək üçün dəlillərim var - TrampSəsvermənin nəticələrini dəyişdirməyə kifayət edən seçki saxtakarlığına dair dəlillərim var.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, mövcud məlumatlar dörd ştatda səsvermənin nəticələrini dəyişdirmək və seçkilərdə ümumi qələbə qazanmaq üçün kifayət edir.

“Ümid edirəm ki, məhkəmələr və qanunverici orqanlar seçkilərin və ABŞ-ın bütövlüyünü qorumaq naminə lazım olan hər şeyi etməyə cəsarət göstərəcəklər”, - Tramp bildirib.

Dünyada koronavirusa yoluxanların sayı 58 milyonu ötdüDünyada koronavirusa yoluxanların sayı durmadan artır.

Avrasiya.net xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin statistikaları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Dünyada COVID-19-a 58 014 491 insan yoluxub. Bununla yanaşı, təhlükəli infeksiyadan 37 milyondan çox pasiyent sağalıb.

Müalicə alan 1 378 866 xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Əli Nağıyev Şuşaya getdiAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin cari ilin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olmuşdur.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.
Makron ermənilərin ayağına getdi: “Hayastan”a dəstək...Fransa Prezidenti Emmanuel Makron “Hayastan” fondunun bu ölkədəki filialına gedib.

Axar.az xəbər verir ki, o, Azərbaycanın Qarabağ bölgəsindən qaçqın düşdüyü iddia edilən 120 min erməni və ümumiyyətlə, Ermənistanda çətinliklə üzləşən 1 milyona yaxın sakin üçün toplanan yardım kampaniyasına dəstək nümayiş etdirib.

Bildirilib ki, telemarafonun nəticəsi olaraq 22 noyabrda birinci, 27 noyabrda isə ikinci təyyarə Fransadan Ermənistana humanitar yardım aparacaq.

Makron burada da yenə Qarabağdakı “erməni dini və tarixi-mədəni abidələrinin” qorunması vacibliyindən danışıb.

Qeyd edək ki, Makronun simasında Fransanın birbaşa və açıq şəkildə göstərdiyi ermənipərəst və birtəfəli mövqeyinə görə bu ölkənin Minsk Qrupunun həmsədri kimi fəaliyyəti sual altına düşüb.

Onu da vurğulayaq ki, Paris şəhər şurasına və Fransa Senatına de-fakto və de-yure mövcud olmayan qondarma və separatçı “dqr”i tanımaq üçün qanun layihəsi təqdim edilib.

Şuşa əməliyyatı necə baş tutdu? – Rus hərbi ekspertŞuşa əməliyyatı, xüsusən isə Qırmızı Bazar bölgəsinə endirilən zərbə, habelə düşmənin müdafiəsinin uzandığı ərazilərə bir neçə yalançı zərbə ilə onun (düşmənin — red.) diqqətini yayındıraraq müdafiə ehtiyatlarını cəbhə xətti boyunca uzatmaq - bir klassikadır.

Bunu Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçisi, hərbi ekspert, politoloq Oleq Kuznetsov bildirib.

“Sözügedən əməliyyat Azərbaycan Ordusunun komandirləri və hərbi rəhbərləri arasında həqiqi generalların olduğunu göstərdi. Şuşanın xüsusi coğrafi mövqeyinə əsaslanaraq azad edilməsinə gəlincə isə deyə bilərəm ki, bir neçə əsas mövqeyi ələ keçirib, əsas yardımçı qüvvələrin şəhərə daxil olmasını təmin edən Azərbaycan Ordusunun xüsusi təyinatlıları çox möhtəşəm bir iş gördülər.

Ermənilər mövqelərinə güvənərək Şuşanın müdafiəsinin təşkilinə çox məsuliyyətsiz reaksiya göstərdilər. Lakin bu, heç bir halda Azərbaycan xüsusi təyinatlılarının xidmətlərini azaltmır, əksinə, onlar düşmənin müdafiəsindəki bütün çatışmazlıqları çox dəqiq müəyyənləşdirərək bu əskikliklərdən ustalıqla istifadə etdilər”, - deyə Kuznetsov qeyd edib.

Politoloqun sözlərinə görə, Rusiya mənbələrinə istinad etsək, Şuşa yaxınlığında ölmüş erməni hərbçilərinin sayı 300 yox, təxminən 700-800 nəfərdir, bu isə Ermənistan ordusu üçün böyük itkidir:

“Atəşkəsin ardınca öncə 150 cəsəd çıxarıldı, bundan sonra isə Ermənistan rəsmiləri döyüş meydanında ən azı 500 cəsədin qaldığını elan etdi. Bu, həqiqi döyüş idi, cəbhənin çox vacib bir sektorunda erməni ordusu tamamilə məğlubiyyətə uğradı. Və bu mənada Şuşa şəhərinin azad edilməsi Azərbaycan Ordusunun ən müasir, ən gözəl, ən şərəfli səhifəsidir”.
Ermənilərin əsir götürdüyü əsgərlərimizlə bağlı SON XƏBƏRErmənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərlərinin vəziyyəti (Azərbaycan əsgərləri ilə bağlı məsələ) Ombudsmanın diqqət mərkəzindədir.

Bu barədə Avrasiya.net-ə Ombudsman Aparatından məlumat verilib. Məlumata görə, cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə qarşı münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 12 noyabr 2020-ci il tarixdə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.

Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib.

Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı Müvəkkil tərəfindən BQXK-nə və BMT-yə təkrar müraciət artıq hazırlanıb.

Qeyd edək ki, bu işlərə noyabrın 12-dən başlanılıb.
Gürcüstanda müxalifətsiz seçki keçirilibGürcüstanda hakim Gürcü Arzusu Partiyasının namizədləri parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə bütün birmandatlı dairələrdə qalib gəliblər.

Avrasiya.net-in məlumatına görə, bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda səs verib.

“Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlarımız var. Gözlənildiyi kimi, Gürcü Arzusu partiyasının namizədləri 17 dairənin hamısında qalib gələrək parlament mandatı alıblar. Bu səbəbdən növbəti parlamentdə Gürcü Arzusu 90 millət vəkili ilə təmsil olunacaq”, - deyə Kobaxidze bildirib.


Avropa çempionatı: Millimiz 40 ölkə arasında 4-cü olduCüdo üzrə Azərbaycan milli komandası Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatını 5 medalla başa vurub. "Report"un məlumatına görə, medallardan 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc əyarlı olub.

Yeganə qızıl medala kişilərin yarışında 66 kq çəki dərəcəsində Orxan Səfərov, gümüş medala qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska nail olub. Bürünc medalları 73 kq-da Rüstəm Orucov, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-da Zelim Kotsoyev əldə edib.

Bundan başqa Murad Fətiyev 81 kq, Elmar Qasımov isə 100 kq çəkidə 7-ci yeri tutub.

Beləliklə, Azərbaycanın ümumilikdə 14 təmsilçisindən yarısı ən azı 1/4 finaladək irəliləməyi bacarıb. Kişilərdən Nicat Şıxəlizadə 66 kq, Telman Vəliyev 73 kq, Uşangi Kokauri 100 kq-dan yuxarı, qadınlardan isə Leyla Əliyeva və Aişə Qurbanlı 48 kq, Gültac Məmmədəliyeva 52 kq və Aleksandra-Larisa Florian 57 kq çəkidə mübarizəni erkən dayandırıblar.

Azərbaycan millisi bu nəticə ilə ümumi komanda hesabında 40 ölkə arasında Fransa (5 qızıl, 3 bürünc), Rusiya (3 qızıl, 3 gümüş, 1 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 4 bürünc) sonra 4-cü yeri tutub. Kişilərin yarışında da 4-cü olan yığma qadınların mübarizəsində 8-ci yerlə kifayətlənib.
Koronavirus əleyhinə vaksinin qiyməti açıqlandıABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin Avropa İttifaqı (Aİ) ölkələri üçün istehsal etdikləri koronavirusa qarşı vaksinin təxmini qiyməti açıqlanıb.

Modern.az xəbər verir ki, Baltikyanı ölkələrin mətbuatına istinadla xəbər verir ki, İngiltərənin “Reuters” agentliyinin tədarüklərə dair danışıqlarında iştirak etmiş Aİ-nin rəsmisindən əldə etdiyi məlumata görə, 1 doza vaksinin təxmini qiyməti 15,5 avro təşkil edəcək.

Bildirilib ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin bir müddət öncə verdiyi açıqlamasına əsasən, Aİ-nin satın alma planlarına daxil olan, “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi 300 milyon doza vaksinin qiyməti 4,6 milyard avro təşkil edəcək.

Aİ Alman şirkətinin istehsalı olan 405 milyon dozanın tədarükü üçün müqavilə imzalayıb. Tədarüklərin artıq mart ayında başlaya biləcəyi bildirilib.