Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapıldıSevilən aktrisa, xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev bildirib. Onun sözlərinə görə, 2-3 gündür ki, aktrisadan xəbər yox idi. Tənha yaşayan aktrisa nə çölə çıxır, nə də telefonuna zəng çatırdı. Bu gün qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb.

Hazırda aktrisanın vəziyyəti yaxşıdır.

Məlumat üçün bildirək ki, aktrisa uzun müddətdir tək yaşayır
Erməni könüllüsü Qarabağ müharibəsinin iç üzünü açdıBütün dünyadan vuruşmaq üçün Qarabağa gəlmiş erməni döyüşçüləri müharibə ilə bağlı qeydlərini paylaşmağa başlayıblar. Könüllülər Dağlıq Qarabağdakı təminat problemləri, komandanlığın onlara etinasız münasibəti, texnika çatışmazlığı, bölüklər arasındakı pərakəndəlik və səngər həyatının digər çətinliklərindən bəhs edirlər.

Münaqişə iştirakçıları bildirir ki, erməni bölüklərinin çoxu hətta 50% belə, komplektləşdirilməyibmiş. Azərbaycan Ordusunun qələbəsinə də elə bu səbəb olub. Könüllülər öz xatirələrini sosial şəbəkədə bölüşürlər.

Dağlıq Qarabağda sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş müharibə sülh razılaşmasının imzalanması, Ermənistan ordusunun de-fakto məğlubiyyətilə başa çatıb. Döyüşlər zamanı tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın tərəfində bütün dünyadan erməni diasporunu təmsil edən könüllü dəstələr də vuruşub. Suriya, Livan, İrak, Fransa və əlbəttə ki, Rusiyadan olan ermənilərin də döyüşlərdə iştirak etdikləri məlumdur.

Döyüş əməliyyatlarının dayandırılması və bölgəyə Rusiya sülhməramlı kontingentinin yeridilməsindən sonra könüllülər Cənubi Qafqazı tərk etməyə başlayıblar. Bəzi mənbələrin məlumatına görə, onlar döyüş zamanı isti geyim, ayaqqabı və s. ilə təchiz edilməyibmiş. Əslində, bu haqda KİV-də hələ müharibə gedən zaman xəbərlər yayılırdı. İndi deyilənləri erməni döyüşçülərdən biri də təsdiqləyir. O, öz qeydlərini “LostArmour” forumunda “Andrewbek1974” adı altında dərc edib.

Keçmiş döyüşçü yazır ki, Moskvadan gəlmiş könüllülərə döyüş geyimi belə, vermirlərmiş, onlara “özünüzdə olan geyim kifayətdir” deyirlərmiş. Müəllif qeyd edir ki, döyüşçü dəstələrində vahid geyim standartları olmayıb. Zirehli jiletləri belə, döyüşçülər özləri əldə edirmiş. Atıcı silahlarla bağlı vəziyyət isə daha pis imiş: “Silahlardan yalnız köhnə “Kalaşnikov” pulemyotları, “Makarov” tapançası və “AK-74” avtomatı verirdilər. Düzdü, sursat sarıdan çatışmzlıq yox idi. Ancaq tapança üçün hərədə cəmi bir daraq olurdu. Köhnə olmasına baxmayaraq, pulemyot çox yaxşı saxlanılmışdı, “AK-74” isə (bu yerdə döyüşçü söyür - MK) çox pis vəziyyətdə idi. Onu dəyişmək istədik (yenə söyür - MK), üstümüzə qaytardılar ki, birtəhər işlədin. Yenisini vermək olmazdımı? Axı bölükdə əlavə silahlar var idi”.

Müəllifin sözlərinə görə, xaricdən gəlmiş könüllülər özbaşına buraxılıbmış. Gürcüstanla Ermənistan arasındakı sərhədi keçdikdən sonra onlar Yerevan ətrafında harasa yerləşdiriliblər və elə orada da unudulublar: “Söhbət yerlilərin könüllülərə münasibətindən gedir. Onları təşkilatlandıran, məlumatlandıran yox idi”.

Nəhayət, dəstə Qarabağa çatıb və bu zaman onları Şuşanın şərqində müdafiəni saxlayan könüllü bölüyünə göndəriblər. Ştat cədvəlindəki 122 döyüşçüdən bölükdə cəmi 50-60 nəfər var imiş. Onların da əksəriyyəti yerli sakinlər: “Döyüşçülərin əksəriyyəti yerli sakin olduğundan, döyüş mövqelərində gecələmirdi”.

“Bölüyə rəsmi olaraq guya tipik erməni adı daşıyan Hamlet rəhbərlik edirdi. O, “Artsax” ordusunun mayoru olduğunu desə də, bunu təsdiq edən heç bir əlamət müşahihə edilmirdi. “Mayor”un açıq-aşkar kriminal keçmişi var idi, bəlkə elə indi də belə idi… Faktiki isə bölüyə Aşot adlı yerli dayı komanda verirdi. 1969-cu il təvəllüdlü bu adam Sovet İttifaqının Sərhəd qoşunlarında, haradasa Uzaq Şərqdə xidmət edibmiş. Birinci Qarabağ müharibəsi veteranı idi”, - deyə “Andrewbek1974” yazır.

Bu da son deyil. Onun sözlərinə görə, könüllülər hələ birinci müharibə zamanı qazılmış köhnə müdafiə istehkamlarında yerləşdiriliblərmiş. Bölüyün rabitə vasitələrisə ümumiyyətlə olmayıb. Olan ratsiyaları Moskvadan könüllülər özlərilə gətiriblərmiş: “Hərəkət pərakəndəliyi və döyüş təcrübəsinin olmaması kuryoz hadisələrə gətirib çıxarırdı. Məsələn, sən demə, könüllülərin ilk düşməni donuz sürüsü imiş. Oktyabrın 23-ü gecə ilk fövqaləda hal yaşadıq. Rəşadətli gecə gözətçiləri səhərə yaxın atəş açmağa başladı. Sonra qalanlarımız da onlara qoşulduq. Düz 20 dəqiqə durmadan atdıq. Guya məkrli azərbaycanlıların hücumu dəf edilmişdi. Səhər tezdən isə hadisə yerindən yalnız iki ölü donuz tapdıq”.

“Andrewbek1974” yazır ki, erməni qüvvələrinin Dağlıq Qarabağdakı məğlubiyyəti həm də bu problemlərlə bağlıdır. O, yaxın vaxtlarda cəbhədə rastlaşdığı digər problemlərdən də ətraflı yazacağını bildirir.

Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə sülh razılaşması əldə olunduqdan sonra Yerevanda etiraz aksiyaları başlayıb. Bir sıra müxalif siyasətçilər baş nazir Nikol Paşinyanı xaricdən könüllü dəstələri qəbul etməməkdə, onların cəbhəyə göndərilməsinə mane olmaqda günahlandırır.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moskovskiy komsomolets
Bəlkə elə Ağdam şəhərini bütünlükdə qoruq edək?Vüqar Tofiqli

Dünyanın ən xoş təkəbbürlü şəhəri bu gün azadlıqdadır. Ali Baş komandanın qətiyyəti ilə artıq Ağdam şəhəri də erməni işğalçılarından təmizləndi. Çox sevincliyəm. Hər bir Ağdamlının, Qarabağlının, Azərbaycanlının üzü gülür, sevinclidir. Otuz illik müharibə siyasi müstəviyə keçməklə başa çatmaq üzrədir.

Qarabağın gözü, siyasi və mədəni mərkəzi sayılan Şuşa şəhəri hərb yoluyla ermənilərdən təmizləndi. Ağdam şəhəri isə ilk olaraq məğlubiyyət aktına əsasən Azərbaycana təhvil verildi.

Bəli, bu gün hər birimiz qızıl hərflərlə yazılan bu tarixin şahidiyik. Ancaq gəlin etiraf edək ki, hələ görüləsi işlərimiz daha çoxdur.

Qısa şəkildə olsa da, məhz görüləsi işlərlə bağlı bir məqama xüsusilə toxunmaq istərdim.

Bu gün Ağdamın görüntülərinə baxdım. Bundan əvvəl isə Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilan şəhərinin görüntülərinə baxmışdım.

Ermənilərin bu xislətinin bildiyimdən mənə “çöçin” gəlmədi. Açığı o vaxt təəccüb edərdim ki, sadaladığım şəhərlərdən nə isə bir bina, bir ev salamat qalmış olsun. Nə isə...

Bəs biz bundan sonra nə etməliyik, hansı addımları atmalıyıq.

İstər 44 günlük müharibə, istərsə də ondan sonra baş verən proseslər ondan xəbər verir ki, hər bir addım ölçülü-biçili şəkildə atılır. Və artıq bu şəhər və qəsəbələrin, kəndlərin bərpası ilə bağlı layihələrin hazırlanmasına başlanıldığı deyilir.

Gəldiyim qənaət odur ki, ölkəmiz Ermənistanın törətdiyi vəhşiliyə görə təzminat tələb etmək fikrində israrlıdır. Üstəlik maddı-mədəni irsimizə vurdugu ziyanın miqyası dəqiqləşdirilir. Çox ciddi məsələdir. Unutmayaq ki, düşməni bağışlamaq özü bir xəyanət hesab edilir. Bu istiqamətdə atılan addımları alqışlayıram.

Belə məqamda nəyi təklif edərdim. Bu gün Qarabağın girşi qapısı sayılan, regionun iqtisadi mərkəzi hesab edilən Ağdamın bərpası zamanı bir məqamın nəzərə alınmasını istərdim. Və bu tək mənim yox, deyərdim yüzlərcə insanın fikridir.

Ağdam və digər işğal altından azad edilmiş yaşayış məntəqələri bərpa edilərkən bu yaşayış məntəqələrində, xüsusəndə şəhərlərdə ermənilər tərəfindən məhv edilmiş maddi-mədəni irs nümunələri olan ərazini qoruq olaraq olduğu kimi saxlanılmasını təklif edərdim. Əsas məqsəd isə erməni barbarlığını əyani şəkildə gələcək nəsllərə, qonaqlara, xüsusən də xarici ölkələrdən gələn rəsmilərə və turistlərə göstərmək olmalıdır.

Ağdam şəhərində isə bu daha geniş ərazini əhatə edə bilər. Ağdam Çörək Muzeyindən (keçmiş Od dəyirmanı) başlayaraq, Bulvar da daxil olmaqla mərkəzi hissəni nümayiş üçün konservasiya etməklə saxlamaq olar. Açıq havada muzey kimi saxlamaqla, dağıdılmış abidələrin və ya digər mədəni irs hesab edilən abdiələrin mini varinatını yanındaca nümaiyş etdirməklə müqayisəli şəkildə təqdim etmək olar. Deyərdim Ağdamın mərkəzi hissəsində məhz bu addımı atmaq olar. 1964-cü ildə inşa edilən “Dostluq” kinoteatrı, bulvar, Əmək sarayı, üzbəüz Rabitə evi. Son illərdə həmin ərazidə ikimərtəbəli təhsil şöbəsinin və həmkarlar təşklatının binası inşa edilmişdi. Əmək sarayının yanında isə tikintisi yarımçıq qalmış ziyalılar evi var idi. Küçənin sonunda 1987-ci ildə istifadəyə verilmiş və çox müasir üslübda, mərmər üzlüklə üzlənmiş ikimərtəbəli “raykom” binası yerləşirdi. Buradan mərkəzi meydan başlayırdı. Mərkəzdə qoyulan “Fərhadın” heykəli isə son illərdə “Rabitə evi”nin qarşısına köçürülmüşdü. Mərkəzi meydanda isə 1949-cu ildə istifadəyə verilmiş teatr binası, sol tərəfdə 1965-ci ildə istifadə verilmiş “raykom”un köhnə binası, sağ tərəfdə isə dördmərtəbəli “rayispolkomun” binası vardı. “Rayispolkom”un binasıyla üzbəüz isə ikimərtəbəli köhnə mehmanxana gəlirdi. “Rayispolkom”in arxa tərəfində isə 80-ci illərin ortalarında istifadəyə verilən ən müasir üslubda inşa edilən mehmanxana yerləşirdi. Məscid binasından baxanda isə görünən yarımçıq bina məhz həmin mehmanxanaın qalıqları və mehmanxananın restoranı idi. Onu da əlavə edim ki, Məscidlə üzbəüz Ağdamın brendi hesab hesab edilən və 1986-cı ilin iyulunda istifadəyə verilən məşhur Çay evinin izi tozu belə qalmayıb.

Yəni sadaladığım yerlərin maddi mədəni irs nümunəsi kimi əhəmiyyətini nəzərə alıb düşünürəm bu ərazilərdə konservasiya işləri aparmaqla açıq havada muzey kimi saxlamaq lazımdır.

Bəlkə elə Ağdam şəhərinin bütünlükdə qoruq edək? Nə düşünürsünüz? Bəlkə “dünyanın ən varlı” şəhərini “ruhlar şəhəri”ndən ayırıb, yaxınlıqda yenidən “xoş təkəbbürlü bir şəhər” salaq? Düşünməyə dəyər...

Bu gün bizim əsas işimiz ərazilərin bərpasıyla yanaşı, ermənilərin ölkəmizə, doğma Qarabağımıza vurduğu ziyanı hesablamaqla, təzminat tələb etməklə bərabər, bu ağrı-acıları gələcək nəslə məntiqə söykənməklə çatdırmaq və bizim hansı bir şərəfsiz qonşu ilə üz-üzə qaldığımızı əyani şəkildə bildirməkdir.

Bu qədər ağrı-acılardan, əzab-əziyyətdən sonra hər hansı səhvə yol verməyə haqqımız yoxdur! Hər bir addımımız strateji plana uyğun atılmalı, qonşumuzun nə qədər murdar olduğunu unutmamalı, habelə içimizdəki erməni xislətlilərə də Vətən hissini yenidən aşılamalıyıq. Artıq başqa yolumuz yoxdur.
Müxalifət parlamenti boykot edib - GürcüstandaGürcüstanın Mərkəzi Seçki Komissiyası ötən gün 17 majoritar dairədə baş tutan parlament seçkilərinin II turu ilə bağlı səslərin hesablanmasını başa çatdırıb.

Aktual.ge xəbər verir ki, ilkin nəticələrə əsasən, hakim "Gürcü Arzusu" partiyası bütün dairələrdə böyük üstünlüklə qalib gəlib.

Seçkilərin hər iki turunun nəticələrinə görə, “Gürcü Arzusu” X çağırış parlamentində 150 mandatın 90-nı əldə edib. Digər 60 yer isə seçkilərin ilk mərhələsində iştirak edən 8 müxalifət partiyası arasında bölünüb.

Qeyd edək ki, Gürcüstanda 31 oktyabr keçirilmiş parlament seçkilərində 1%-lıq bariyeri aşaraq parlamentə təsadüfən edən bütün müxalifət partiyaları və bloklar seçkilərin nəticələrini tanımadıqlarını eləcə də deputat mandatlarından imtina etdiklərini habelə qanun verici orqana daxil olmayacaqlarını bildirir.
"Fransa Azərbaycan tərəfindən bunun cavabını alacaq"İndiyə qədər Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Əfsuslar olsun ki, birtərəfli qaydada Ermənistanı dəstəkləməyə davam edir. Bu illər ərzində biz onsuz da Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazı idik, azmış kimi, Azərbaycanın əks hücunları başlayan gündən Fransa tərəfindən prezident səviyyəsində ölkəmizə qarşı təhdidlər səsləndirilir.

Bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

Ekspert bildirib ki, Emmanuel Makronun ədalətsiz mövqe sərgiləyərək birmənalı şəkildə Paşinyan ailəsini dəstəkləməsi və ümumilikdə onun erməni sevgisi Azərbaycan ictimaiyyəti və dövləti tərəfindən də pislənilir:

“Əgər Fransa demokratiya sahəsində özünü inkişaf etmiş Avropa ölkəsi adlandırırsa, bu hərəkəti etməməli idi. Eyni zamanda düşünmürəm ki, Makronun çıxışları və Senatda qondarma Dağlıq Qarabağ Respublikasının tanınması barədə qətnamənin müzakirəyə çıxarılması bütün Fransanın mövqeyini əks etdirir. Bu, əslində Fransanın hazırkı Prezidenti Makronun və onun adminstrasiyasının fikridir. Fransada Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə maraqlı olan kifayət qədər partiya və siyasətçilər var. Azərbaycanın prezidentləri ilə Fransanın əvvəlki dövlət rəhbərlərinin münasibətləri əvvəllər normal olub. Amma Makronun siyasəti təəssüflər olsun ki, Ermənistanı dəstəkləmək və ağa qara demək üzərində qurulub.

Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın bütövlüyünü Fransa və bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və dövlətlər tanıyıb. Belə olan halda Fransanın hansı qondarma respublikasını tanımas ilə bağlı qətnaməni senatda müzakirəyə çıxmarması başa düşülən deyil. Üstəlik, artıq orda heç bir qondarma rejim və status-kvo yoxdur. Bu qondarma rejim isə separatçılardan, eyni zamanda terroçulardan ibarət idi. Belə görünür ki, Fransa məğlub edilmiş, oradan qovulmuş Ermənistanın yaratdığı terroçu dəstəni müdafiə edir. Əgər belədirsə, Azərbaycan da bundan sonra Fransanı terrora dəstək verən, eyni zamanda bizə qarşı ikili standartlardan yanaşan ədalətsiz bir dövlət kimi tanıdacaq. Fransada Makronun hakimiyyətinin başa çatmasına az bir vaxt qalıb. Makron heç vaxt bu siyasətlə hakimiyyətdə qala bilməz. O, bu siyasətini dəyişdirməlidir. Fransa Prezidenti bu addımları atmaqla orada yaşayan ermənilərin səslərinə ümid edir. Amma anlamır ki, artıq cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla sərt və ya hər hansı təhdid dilində danışmaq mümkün deyil. Azərbaycan artıq öz ordusu ilə qalib gələn və ərazi bütövlüyünü təmin edən bir dövlətdir. Yaxşı olardı ki, Makron Fransa ilə məşğul olsun. Hər halda Fransanın "sarı jiletlilər"hərəkatı üzvlərini döyüb demokratiyanı boğmaq cəhdləri unudulmayıb. Yaxşı olardı ki, özünün rüsvayçı hakimiyyətini zor gücünə saxlamasın, istefa versin və imkan versin ki, demokratiya Fransada qalib gəlsin və Fransanın mövqeyini əhali özü müəyyən etsin”.

Politoloq bildirib ki, bu gün hər hansı separatçı və işğalçını dəstəkləməklə, Ermənistanda həyat yoldaşı ilə qol açıb oynamaqla onlara dəstək vermək Fransaya utanc verir, gözdən salır: “Makron Fransanı dünyada elə bir rüsvayçı vəziyyətə gətirib ki, bu addımı atarsa, olan-qalan nüfuzunu da itirəcək. Odur ki, bu məsələ Azərbaycan ictimaiyyətinin nümayəndəsi kimi məni də hiddətləndirir. Fransa Azərbaycan tərəfindən bunun cavabını alacaq. Cənab Prezidentin dediyi kimi, əgər Fransa Ermənistanı bu qədər sevirsə, qoy bir ərazisini Araikin terroçu dəstəsi üçün ayırsın və bunu tanısın”.
Putin: Razılaşmanı mən, Əliyev və Paşinyan hazırlamışıqDağlıq Qarabağa dair saziş bağlanarkən Rusiya yalnız vasitəçi rolunu yerinə yetirib və tərəflərin sülh yolu ilə ayrılmalarına dair öhdəlik götürüb.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində deyib.

O vurğulayıb ki, sazişin müəllifləri üç tərəf - Rusiya, Ermənistan və Azərbaycandır.

"Mətnin özünə gəldikdə isə, biz bunu üçlükdə edirdik-mən, təbii ki, Prezident Əliyev və baş nazir Paşinyan. Başqa cür mümkün deyildi, çünki əslində bu, iki tərəf arasında razılaşma idi", - deyə Rusiya Prezidenti bildirib.


"Heç kimə silah daşımağa icazə verməmişik" - İranİran Dağlıq Qarabağ münaqişəsində heç kimə silah daşımağa icazə verməyib.

Xarici KİV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, İran bu münaqişə, ümumiyyətlə heç bir münaqişəyə etinasız olmayıb.

Xətibzadə əlavə edib ki, İran münaqişələrin sülh yolu ilə həll edilməsinə çalışır.

“Münaqişələrin son həll yolu hərbi həll yoludur. Bütün tərəflər təxminən 30 ildir davam edən bu münaqişənin həlli yolunu tapa bilərlər”.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan və Rusiyaya səfərinin təxirə salınmasına münasibət bildirən İran XİN rəsmisi deyib ki, Ermənistan Xarici İşlər Nazirliyində baş verən dəyişikliklərə görə, bu səfər sadəcə Rusiya və Azərbaycana baş tutacaq:

“İran dövlətinin gələnilki büdcəsi ilə əlaqədar bütün hökumət üzvlərinin səfərləri təxirə salınıb. Bu səbəbdən İran xarici işlər nazirinin də səfəri təxirə salındı. Səfərlə əlaqədar proqram hazırlanacaq.

Bu səfərin əsas mövzusu Qarabağ böhranı olacaq. Əlbəttə İranın bu ölkələrlə strateji münasibətləri var. İranın Azərbaycanla münasibətləri inkişaf etməkdədir. İran və Azərbaycanın münasibətləri tarixi səviyyədədir və İran bu münasibətlərin daha da yüksəldilməsinə çalışır”.

Xətibzadə əlavə edib ki, İranın siyasəti yaxşı qonşuluq münasibəti üzərindədir. İran region ölkələri arasında problemlərin həll edilməsinə və qonşu ölkələrlə bərabər münasibətlərə sahib olmağa çalışır. Bu arada bəzi ölələrlə dərin tarixi ortaqlıqlar yüksək əhəmiyyət kəsb edir.
Votsapa gələn bu mesajdan uzaq durun – XəbərdarlıqSon günlər fişinq kampaniyalarının artdığı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, kiberdələduzlar bu dəfə istifadəçilərə Votsap üzərindən “700 AZN pulsuz bonus qazan” başlığı ilə spam mesajlar göndərir.

Cavab mesajında “GO” yazaraq keçidə daxil olunması istənilir. Keçidə daxil olan istifadəçi zərərli saytlara yönləndirilir. Bonusu əldə etmək üçün istifadəçidən ad, soyad, cinsi, ünvanı, mobil nömrəsi kimi fərdi məlumatlarını daxil edərək saytda qeydiyyatdan keçməsi tələb olunur. Bundan sonra istifadəçi başqa bir səhifəyə yönləndirilir və ondan kart hesabının məlumatlarını daxil edərək depozit yatırması istənilir.

Məlumdur ki, bu məlumatları daxil edən istifadəçinin hesabından vəsaitlər silinir. Ələ keçirilən fərdi məlumatlar isə kiberdələduzlar tərəfindən növbəti bədniyyətli əməllərin həyata keçirilməsində istifadə olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə keçidlərə daxil olmamağa, fərdi məlumatlarını, xüsusilə kart hesablarını təqdim etməməyə çağırır. Bu kimi saytların məqsədi istifadəçiləri tələyə salaraq maddi vəsait ələ keçirməkdir.

Belə mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, keçidlərə daxil olmasınlar və ''Report spam (Şikayət et)'' seçimini etməklə mesajı spam olaraq şikayət etsinlər.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.
ÜST-dən qorxunc açıqlama - Üçüncü dalğa gəlirDünya səviyyəsində koronavirusa yoluxma artmaqda davam edir.

Avrasiya.net xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artım fonunda üçüncü dalğanın yaşanacağını açıqlayıb.

ÜST-nin əməkdaşlarından olan David Nabarro bu barədə İsveçrənin “Solothurner Zeitung” qəzetinə müsahibəsində deyib.

Nabarro yay dönəmində hökumətlərin lazımi tədbirləri görmədiklərini və ikinci koronavirus dalğasının qarşısını almaq üçün heç bir şey etmədiklərini dilə gətirib: “Lazımi tədbirlər görülməsə və tez hərəkətə keçilməsə, üçüncü dalğanı 2021-ci ilin əvvəlində yaşayacağıq”, - o qeyd edib.