Düşmənin ələ keçirilən texnikaları Bakıya gətirilir - FotoAzərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı düşməndən hərbi qənimət kimi götürdüyü döyüş texnikaları dəmir yolu vasitəsi ilə Bakıya gətirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.

Yaxın günlərdə həmin texnikaların Azadlıq meydanında nümayiş etdiriləcəyi bildirilir.
Qazax sakini qonşusunu qətlə yetiribNoyabrın 20-si saat 19 radələrində Qazax rayon sakini Şahquliyev Qəhrəman Mübariz oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmiş şəxsin qonşusu Namazov Elvin Elçin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Qəhrəman Şahquliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elvin Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qarabağa indi yalnız bu qədər erməni qayıda bilər – RusiyaMüxtəlif dəyərləndirmələrə görə, Qarabağa təxminən 30 minə yaxın erməni qayıtmaq istəyir. Ancaq hazırkı infrastruktur 5 min adamı qəbul etməyə imkan verir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya fövqəladə hallar naziri Yevgeni Ziniçev Prezident Putinin iştirakı ilə Azərbaycanın Qarabağ bölgəsindəki rus sülhməramlılarının missiyasına həsr olunmuş iclasda deyib.

Nazir bildirib ki, digərlərinin yerləşdirilməsi üçün müxtəlif variantlara, o cümlədən yaşayış modullarının tikilməsi nəzərdən keçirilir.
Şoyqu və Lavrov İrəvana gəldiRusiya Müdafiə naziri Sergey Şoyqu İrəvana gəlib.

Avrasiya.net xəbər verir ki, bu məlumatı TASS yayıb.

Şoyqu ilə bərabər gələn nümayəndə heyətinin tərkibində XİN rəhbəri Sergey Lavrov, baş nazirin müavinləri Aleksandr Novak, Aleksey Overçuk da yer alıb. Onların Nikol Paşinyanla görüş keçirəcəyi bildirilib.
Komitə sədri YAP üzvlərini təbrik edibSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli dostlar!

Əziz Yeni Azərbaycan Partiyasının üzvləri !
Sizi Partiyamızın yaranmasının 28-ci il dönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Hər bir xalqın, millətin öz müstəqilliyi və bütövlüyü uğrunda apardığı şərəfli mübarizələr tarixi var. Azərbaycan xalqı da həmişə müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq arzusu ilə yaşamışdır. Dövlətçilik tariximizdə Azərbaycan torpaqlarında yaradılmış Eldəgizlər, Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər kimi dövlətlərinin olması və mənəvi atributumuz olan dilimizə sahib çıxmağımız dediklərimizə əyani bir sübutdur.XX əsr ərzində iki dəfə müasir anlamda beynəlxalq hüquqla tanınan müstəqil dövlət qurmaq imkanı qazandıq.

Təəssüf ki,1918-ci il 28 may tarixində qurulan Azərbaycan Xalq Cumhüriyyəti müxtəlif səbəblərdən cəmi 23 ay yaşaya bildi. Yalnız bundan 70 il sonra öz milli müstəqilliyimizi yenidən bərpa etmək imkanı əldə edə bildik. Lakin bu dövr elə bir zamana təsadüf edirdi ki, Azərbaycan beynəlxalq sahədə təklənmiş, Türkiyə istisna olmaqla başqa xarici dövlətlərdən dəstək ala bilmirdi, hətta informasiya qıtlığı üzündən ABŞ konqresi təcavüzə məruz qalmış Azərbaycana Ermənistanı guya «blokada»ya aldığına görə 1992-ci ildə «Azadlığı müdafiə aktı»na 907 saylı əlavəsini tətbiq etmişdi.

Belə bir dövrdə qazanılmış müstəqilliyimizi bir daha itirməmək üçün Azərbaycan xalqının öndə gedən ziyalıları yeganə cıxış yolunu Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər və bu məqsədlə 16 oktyabr 1992-ci il tarixində siyasi partiyaya rəhbərlik etməsi ücün müraciət etdilər. 24 oktyabrda Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin ziyalıların müraciətinə müsbət cavabından sonra 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın sədri seçildi.

Heydər Əliyev şəxsiyyətinin gücü hər kəsə yaxşı bəllidir, bu güc xalqın gücü ilə birləşdikdən sonra qarşısıalınmaz bir qüvvəyə çevrildi və dağılmaq üzrə olan bir məmləkət sabitlik və quruculuq dövrünə qədəm qoydu.

Bu gün H.Əliyev ideyaları və siyasi kursuna daim sədaqətlə xidmət edən 750 mindən çox üzvi olan Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın yox, bütövlükdə, regionun ən güclü siyasi partiyasıdır.
Danılmaz faktır ki, müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını və tarixi qələbələrini məhz partiyamızın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyev və onun layiqli varisi partiyamızın sədri İlham Əliyev yazıb.

Ümummilli Liderimiz müstəqil Azərbaycan dövlətini qurdu, onun layiqli davamçısı isə torpaqlarımızı 30 illik işğaldan xilas etdi.
Bu gün dünya hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini əyani surətdə gördü. Bu gün cənab İlham Əliyev nəinki Cənubi Qafqaz regionunun lideri kimi, eyni zamanda müasir dünyanın taleyində mühüm rol oynayan liderlərdən biri kimi qəbul olunur. İftixar hissi ilə demək istəyirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvləri, eyni zamanda bütün xalqımız cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamasından qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanımızın adını qızıl hərflərlə əbədi həkk etdi.
Eşq olsun Ali Baş Komandana!

Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Eşq olsun, məğrur Azərbaycan xalqına!

Bu gözəl gün münasibəti ilə başda sədrimiz cənab İlham Əliyev və partiyamızın sədr müavini dəyərli Mehriban xanım Əliyeva olmaqla bütün əqidə yoldaşlarımı, o cümlədən bütöv xalqımızı bir daha təbrik edir, gözəl-firəvan həyat arzulayıram!
Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilirBu gün Gürcüstanda parlament seçkilərinin növbəti - ikinci turunda səsvermələr keçirilir.

Səsvermə prosesi saat 08:00-da 17 majoritar dairə üzrə başlayıb.

İkinci mərhələ Tbilisi üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində təşkil olunub.

Səsvermədə 2 140 210 seçicinin iştirak etmək hüququ var. Onlar 1 923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə öz seçimlərini edə biləcəklər.

Bununla yanaşı, Kutaisi şəhərində növbədənkənar mer seçkilərinin də II turu keçrilir.

Seçkiləri izləmək üçün seçki subyektlərinin 9 521 nümayəndəsi, 132 yerli təşkilatın 47 345, 48 beynəxalq təşkilatın isə 920 müşahidəçisi qeydiyyatdan keçib. Prosesi 118 media qurumunun 5 964 nümayəndəsi işıqlandıracaq.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

Qeyd edək ki, Gürcüstan müxalifəti parlament seçkilərinin II mərhələsində iştirakdan imtina edib.
“Seçkini mən uddum” - TrampABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp həftə ərzində keçirdiyi ilk brifinqdə yenidən bildirib ki, o, prezident seçkilərində qalib gəlib.

Avrasiya.net xəbər verir ki, Tramp bununla belə, jurnalistlərin suallarına cavab verməyib.

"Yeri gəlmişkən, mən uddum, amma zərər yox, biz hər şeyi aydınlaşdıracağıq. Demək olar, 74 milyon səs", - deyə Tramp bildirib.
Markov: Ermənilər döyüşdən dovşan kimi qaçırdıAzərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdışı gələn ildən başlaya bilər.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.

“Azərbaycan iqtisadiyyatı xeyli güclüdür, üstəlik, xaricdən də böyük sərmayələr gələcəyini düşünürəm. O cümlədən qardaş ölkələr - Türkiyə və Rusiya da sərmayə yardımı edəcəklər. Türkiyənin nəhəng inşaat sektorunu da nəzərə alsaq, azad olunan rayonların tezliklə iqtisadi artımın mərkəzinə çevriləcəyini deyə bilərik”, - deyən rusiyalı ekspert Qarabağdan köçüb gedən ermənilərin evlərini yandırmasına, meşələri qırmasına da münasibət bildirib: “Azərbaycan ermənilərin bu vəhşiliyini dayandırmaq üçün həyəcan təbili çalmalıdır. Beynəlxalq təşkilatların da bu barədə sözlərini deyərək Ermənistan hökumətindən dərhal təsirli tədbirlər görməsini tələb etmələri üçün addımlar atılmalıdır”.

Ağdam rayonunun Azərbaycana qaytarılması ilə bağlı Ermənistanda baş qaldıran etirazlara toxunan rusiyalı politoloq qeyd edib:

“Bu mitinqlər əsasən Ermənistanın müharibəni uduzması ilə bağlıdır. Onlar elə bilirdilər ki, azərbaycanlılar alverçi, ermənilər isə igid cəngavərdir. Amma həmin “igid cəngavərlər” döyüş meydanından dovşan kimi qaçırdılar. Odur ki, Ermənistan ictimaiyyəti şokdadır. Təbii ki, belə şeyi qəbul etmək çox çətindir, amma gec-tez bunu qəbul etməli olacaqlar”.
Əməkdar artist intihar etdiAzərbaycanın görkəmli aktyoru, əməkdar artist Səməndər Rzayevin oğlu, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Rəşid Səməndər intihar edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azvision.az-a aktyorun yaxınları məlumat verib.

45 yaşlı əməkdar artist Binəqədi rayonunda yaşayış binasından özünü ataraq canına qəsd edib.