Səfirimizin bu sözləri niyə qalmaqal yaratdı?  - VideoAzərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın “Svoboda slova” verilişinə açıqlaması birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, Elmira Axundovanın Qələbəni yalnız Azərbaycanın özünün qazandığını deməsi, “Hansısa Türkiyə və ya Rusiyanın” yardım etmədiyini bildirməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Maraqlıdır ki, səfirin “Hansısa Türkiyə və ya Rusiya” ifadəsindən də “Rusiya” sözü çıxarılıb və bu ifadənin birbaşa Türkiyəyə aid edildiyi vurğulanmaqla, onun ciddi siyasi yanlışlığa yol verdiyi hallandırılmaqdadır.

Bəs, əslində səfir verilişdə nə deyib?

Mətni olduğu kimi təqdim edək:

“Bilirsiniz, xalq öz işğal altında olan torpaqlarını düşmən tapdağından azad etmək istəyirsə, buna uzun və əsaslı şəkildə hazırlamalıdır. Biz bütün bu illər ərzində həm texnoloji, həm hərbi, həm də siyasi cəhətdən müharibəyə hazırlaşırdıq və bu heç kəsə gizli deyi. Ən başlıcası isə biz iqtisadi cəhətdən möhkəmlənirdik. Yalnız sabit iqtisadiyyata və güclü orduya sahib olan ölkə bu cür qısa müddət ərzində (44 gün — red.) müharibəni qazana bilər. Unutmayın ki, bu illər ərzində Ermənistan əlini əlinin üzərinə qoyub oturmayıb. Ermənilər ən azından 5 rayonu boşaltmağa hazır olduqlarını bildirsələr də, biz paradoksal mənzərə ilə qarşılaşırıq — onların yaratdıqları çox sayıda blindajlar, yeraltı keçidlər, minalanmış tarlalar və s. Bütün bunlar nəyə lazım idi? Madam ki, ermənilər bizə o əraziləri geri qaytarmağa hazırlaşırdılar, nəyə lazım idi bu həngamə?

Azərbaycanın çağırdığı sülh danışıqlarına qoşulmaq üçün dəfələrlə şans yaranıb və siz bunu çox gözəl bilirsiniz. Daha sərfəli şərtlərdə sülh imzalamaq əvəzinə ermənilərin başı blindajları, minalanmış tarlaları qurmağa və Azərbaycan ərazisində olan hər şeyi məhv etməyə qarışmışdı. 26 il öncə xalqımız öz torpaqları gözəl və çiçəklənən vəziyyətdə qoyub. Ağdam, Füzuli və bu kimi şəhərlərimiz muzeylər, mədəniyyət abidələri, məbədlərlə zəngin idi. Bu gün isə bütün bunların əksini görəndə, özünü “ən qədim” millət kimi tanıdan varlıqların torpaqlarımızda olan hər şeyin 99 faizini necə məhv etdiyi görürük. Axı buna nə ad vermək olar?

Biz çiçəklənən, daim inkişaf edən, güclü ölkəyik və məhz birliyimiz sayəsində düşmənə qalib gəldik. Nə Türkiyə, nə də Rusiya, bunu biz özümüz bacardıq, bizim ordumuz, bizim əsgərimiz!"

Türkiyə, əlbəttə, Azərbaycana misilsiz mənəvi-siyasi dəstək göstərir və qardaş ölkənin bu siyasi dəstəyi olmasa, həddən artıq böyük siyasi təzyiqlərin öhdəsindən gəlmək çətin olardı. Ancaq erməni siyasətçiləri və təbliğatçıları Türkiyənin bu savaşda hərbi baxımdan iştirakını, hətta türk kommandosların birbaşa savaşa girdiyini iddia etməyə çalışır. Bu baxımdan “Nə Türkiyə, nə də Rusiya, bunu biz özümüz bacardıq, bizim ordumuz, bizim əsgərimiz” sözləri ilə Türkiyənin Vətən müharibəmizdə hərbi iştirakının təkzib edilməsi istəyi anlaşılandır.
Universitet tələbəsi vəfat etdiAzərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbəsi vəfat edib.

Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Elməddin İslamzadə vəfat edib. Onun leykoz xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, mərhum ADİU-nin Biznes və menecment fakültəsinin 3-cü kurs tələbəsi idi (report).
2735 yeni yoluxma, 28 ölüm faktıAzərbaycanda bu gün koronavirus infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 28 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 89 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 62 243 nəfər müalicə olunaraq sağalıb, 1 107 nəfər vəfat edib, aktiv xəstələrin sayı 26 548 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 220, ötən müddət ərzində isə ümumilikdə 1 592 280 test aparılıb.
Ağdam üçün yeni dövr başlayırİşğal altında qalan bütün torpaqlarımız kimi Ağdamın da azad olunmasını, bu torpağın təzədən böyük Azərbaycan ailəsinə qovuşmasını hamımız səbirsizliklə gözləyirdik. Ağdamsız Qarabağı təsəvvür etmək belə mümkün deyil. Şuşa Qarabağın qəlbi sayılırsa, Ağdam isə Qarabağın beyni, mərkəz nöqtəsi hesab olunur. Məhz buna görə də Ağdam hər bir qarabağlı üçün, hər bir azərbaycanlı üçün xüsusi dəyərə malikdir.

Nəhayət ki, bu gözəl torpağımızın işğalına son qoyuldu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində Ağdam rayonunun işğaldan azad olunması dinc yolla baş tutdu. Bu həm də siyasi-diplomatik müstəvidə uğur, qələbə sayıla bilər.

Mən fürsətdən istifadə edib həm öz adımdan, həm də bütün MHP üzvləri adından ağdamlı soydaşlarımızı, dostlarımızı, eləcə də bütün xalqımızı bu tarixi hadisə münasibəti ilə təbrik edir, hər kəsə “gözünüz aydın olsun” deyirəm! Əziz ağdamlı soydaşlarımız, biz qubadlılar kimi siz də artıq məcburi köçkün deyilsiniz. Siz də “məcburi köçkün” adının əzici enerjisindən, ağır aurasından xilas oldunuz.

Bu hadisə həqiqətən də tarixi hadisədir. İnanılmaz olaydır. Açığı, etiraf edək ki, hətta bir gün öncəyə qədər də içimizdə bir narahatlıq vardı. Düşünürdük ki, ermənilər Kəlbəcərin bizə təhvil verilməsini qeyri-müəyyən səbəblərlə yubatdıqları kimi birdən Ağdamın da təhvil verilməsində nəsə bir əngəl çıxararlar. Lakin Azərbaycanın prinsipial mövqeyi və Rusiya sülhməramlılarının öz işinə məsuliyyətlə yanaşmasının nəticəsində bu dəfə erməni bəhanələrinə, hiylələrinə yer qalmadı və hər şey yaxşı sonluqla bitdi. Qədim yurdumuz deyilən vaxtda – 20 noyabrda bizə təhvil verildi. Heç şübhəsiz ki, bu ilk növbədə Ali Baş Komandanımız İlham Əliyevin və Müzəffər Ordumuzun mübarizəsinin, mücadiləsinin nəticəsidir. Odur ki, Ali Baş Komandanımız İlham Əliyevi və hər bir əsgərimizi, zabitimizi təbrik etmək, onlara dərin təşəkkürlərimizi bildirmək mənəvi borcumuzdur.

Təbriklər, cənab Prezident!
Təşəkkürlər, Azərbaycan Ordusu!

Siz həqiqətən də tarix yazdınız. Siz öz əzmkarlığınızla, mübarizliyinizlə, şücaətinizlə işğal tarixini kökündən sildiniz, tariximizin yeni səhifələrini – Zəfər səhifələrini yazdınız. Ağdamın azad olunması bizim üçün şərəf məsələsi idi. Bu torpağın az qala hər qarışı Birinci Qarabağ müharibəsində qanla suvarılmışdı. Şəhid qanıyla. Təsadüfi deyil ki, Ağdam ən çox şəhid vermiş rayondur. Bu torpağın 6 mindən çox şəhidi var. Burda hər kənd, hər oba uğrunda qanlı döyüş gedib. Mən bunu Ağdam uğrunda döyüşlərdə iştirak etmiş və yaralanmış bir şəxs kimi, canlı şahid kimi deyirəm.

Ona görə də Ağdamı işğal altında saxlamaq ermənilər üçün nə qədər prinsipial məsələ idisə, oranı düşmən tapdağından azad etmək də biz azərbaycanlılar üçün elə bir o qədər mühüm əhəmiyyət kəsb edirdi. Məhz bu amilə görə Ağdamın azad edilməsinin şərəf məsələmiz olduğunu düşünürəm. Şükürlər olsun ki, dünən Ağdamımız düşmən tapdağından tam şəkildə azad olundu. Əsgərlərimiz Ağdam məscidində əzan verdilər, Cümə namazı qıldılar. Torpağımız yad əllərdən, yad ruhdan, yad nəfəsdən qurtuldu. Allahımıza şükürlər olsun!

İndi Ali Baş Komandanımızın, ölkə başçımızın Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Xalqa Müraciətində vurğuladığı kimi, Ağdam üçün yeni dövr başlayır. Ağdam müharibənin və işğalın fəsadlarından tamamilə təmizlənəcək. Düşmənin viran qoyduğu və minaladığı ərazilər qarış-qarış yoxlanacaq, müharibədən əvvəlki normal halına, istifadəyə yararlı vəziyətə gətiriləcək. Yeni yollar çəkiləcək, total abadlaşdırma işləri aparılacaq. Ağdam sözün tam mənasında yenidən qurulacaq, əvvəlkindən də qat-qat gözəl bir görünüşü ilə, yeni siması ilə qarşımıza çıxacaq, dünyaya açılacaq. Cənab Prezident xalqa müraciətində bunun anonsunu verdi. İnşAllah tezliklə Ağdamda möhtəşəm quruculuq işlərinin şahidi olacağıq. Bir sözlə, Ağdamı, bütün ağdamlıları yeni həyat, parlaq gələcək gözləyir.

Bəs məğlub Ermənistanı nə gözləyir? Bu sualın da cavabını cənab Prezidentin müraciətində axtarıb tapa bilərik. Prezident müraciətində Ermənistanın 30 il ərzində tam müstəqilliyə heç cürə nail ola bilməməsini və hazırda da faktiki olaraq asılı ölkə, müstəmləkə vəziyyətində olduğunu qeyd etdi: “Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar”.

Bəli, proseslər bir daha onu göstərdi ki, Ermənistanda bu 30 ildə bir-birini əvəz etmiş liderlər rəhbərlik etdikləri ölkənin müstəqilliyi haqda düşünməyiblər. Onları yalnız onun-bunun havadarlığı altında işğalçılıq planları maraqlandırıb. Bu başabəla liderlər müstəqil ölkə kimi inkişaf etmək haqda düşünməkdənsə, daim qonşulara qarşı ərazi iddialarına əl atıblar. Onların bu cür xəstə təfəkkürlə yaşamaları heç şübhəsiz ki, sonda Ermənistanın bir ölkə kimi tam fiaskosu ilə, iflası ilə nəticələnməliydi. 44 günlük müharibədə üzləşdikləri ağır məğlubiyyət və faktiki kapitulyasiya indi bütövlükdə Ermənistanın hətta bir dövlət kimi də siyasi xəritədən tamamilə silinməsi təhlükəsi ilə üzləşdirib. Çünki onlar özləri indi daxildə bir-birilərini ittiham etməyə, didməyə başlayıblar.

Odur ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi əgər Ermənistan müstəqil ölkə kimi yaşaya bilmirsə, gedib başqa ölkənin tərkibinə girməlidir. Endirsinlər o bayrağı dirəkdən, büküb qoysunlar ciblərinə və gedib istənilən başqa ölkənin tərkibində yaşamağa başlasınlar. Zatən ermənilər istənilən ölkənin mühitinə, istənilən xalqın yaşam tərzinə çox asanlıqla uymağı, adaptə olunmağı bacarırlar. Rəngini dəyişmək, həmrəng olmaq onların canında, qanındadır.

Bizsə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Qarabağdakı digər ərazilərimizə də yerləşməyi və oraları bərpa edib yaşam üçün əlverişli hala gətirmək prosesini bundan sonra da davam etdirəcəyik. Öz ərazilərimizi istənilən yolla azad etmək və quruculuq işləri aparmaq bizim tam qanuni və mənəvi haqqımızdır.

Bu haqqımızı gerçəkləşdirməyimizə öz canları, qanları bahasına yardımçı olmuş, zəmin yaratmış şəhid hərbçilərimizin ruhları qarşısında baş əyirəm. Siz millətimizin qürur yerisiniz, əziz şəhidlər! Ruhunuz şad olsun!

Ağdamın azad edilməsinə səbəb olan 44 günlük müharibənin qaliblərinə - Ali Baş Komandana, Azərbaycan Ordusuna, bütün qazilərimizə eşq olsun!

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Azərbaycana qarşı muzdlu döyüşən terrorçuları ələ verən sübutlar - Videoİkinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşən terrorçular kustar üsulla hazırlanmış raket atan qurğulardan istifadə ediblər.

“Report”un işğaldan azad olunmuş Füzuli rayonuna ezam olunmuş əməkdaşlarının lentə aldığı görüntülərdə düşmənin qoyaraq qaçdığı döyüş postlarında kustar üsulla hazırlanmış raket atan qurğu və onlarla mərmi aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Musa Məmmədovun bildirdiyinə görə, bu mərmilər və onun atılması üçün hazırlanmış qurğular Suriyada gedən döyüşlərdə İŞİD və PKK terrorçular tərəfindən istifadə edildiyi məlumdur.

Bu da onu bir daha sübut edir ki, ermənilər tərəfindən Azərbaycana qarşı muzdlu terrorçular da döyüşüb.
Baş nazir icra başçıları və rəislərlə müşavirə keçirdiBu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib.

Avrasiya.net xəbər verir ki, müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı 68 rayon və şəhərin İcra hakimiyyəti başçıları, DİN və DTX-nın yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak edirdilər.

Baş nazir Əli Əsədov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu müharibəni qələbə ilə başa vuraraq işğal altında olan torpaqları azad edib. Müharibənin gedişində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfərbər olunmuşdu.

İndi pandemiya ilə mübarizə yenidən prioritet məsələ olaraq gündəlikdədir və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik.

Müşavirədə son bir neçə həftə ərzində ölkə ərazisində pandemiyanın vəziyyəti, yoluxmanın dinamikası, səhiyyə sahəsində görülən işlər, karantin rejiminin tələblərinə əməl olunmasna nəzarət və s. məsələlər müzakirə olunub.

Yoluxmanın xüsusilə yüksək olduğu rayon və şəhərlərdəki vəziyyət ayrıca müzakirə olunub.

Müşavirədə qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işi genişləndirilsin.
Lavrovla Paşinyanın fotosu müzakirələrə səbəb oldu - FOTOErmənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu və qurumlararası nümayəndə heyətini qəbul edərkən çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avrasiya.net xəbər verir ki, müzakirə edilən fotolarda görüş zamanı otaqda tərəflərdən yalnız Ermənistanın bayrağı olduğu, Rusiyanın bayrağının yer almadığı əks olunub.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda səfərdə olub.
“TAC" restoranı partladıla da bilər, partlaya da bilər - Alimdən həyacan təbiliXatirə Quliyeva
Fəlsəfə elmləri doktoru


Bütün əlaqədar nazirlik və qurumların diqqətinə

Güc strukturları, hüquq-mühafizə orqanları dəfələrlə ölkəmizin təhlükəsizliyinin qorunması ilə bağlı vətəndaşlara müraciət edib. Bu çağırış hamımıza aiddir. Birimizin təhlükəli vəziyyətə, təhlükə mahiyyətində şübhə doğuran “hərəkətə” susmağımız sabah böyük peşmançılıqla da nəticələnə bilər.

Ona görə də mən heç uzağa getmədən 24 il yaşadığım ünvanda, hətta 2-ci blokunda yaşadığım binanın 1-ci blokunda 1 otaqlı mənzili qanunsuz şəkildə bəlkə 10 otaqlı mənzil həcmində böyüklükdə artırmaqla tikilmiş bir restoranın real təhlükə əsaslarını əlaqədar nazirliklər və qurumların diqqətinə çatdırmaqla özümün və 100-lərlə vətəndaşımızın təhlükəsizliyinin qorunmasına çağırıram.

Belə ki, bu yöndəmsiz restoran Nizami rayonunda Neftçilər metrosunun çıxışlarından birinin çox yaxınlığındadır. Restoranın darvazasız şərti qapısı (qapı demək olarsa...) “Qarabağ” adlanan mağazanın, “Rahat” marketin arxa qapılarının açıldığı məhəllə küçəsinə açılır. Bu kökündən qanunsuz restoran açıqda fəaliyyəti üçün məhəllə küçəsini də ağac sıxlığını məhv etməklə zəbt edb. Mağazalara mal gətirən irili-xırdalı maşınlar, restoran işçilərinin, ora gələnlərin maşınları sakinlərin hərəkətinə tam mane olur, uşaqların təhlükəsizliyindən isə heç danışmağa dəyməz. Məsuliyyətlə deyə bilərəm ki, yaşayış mənzilinə bitişik olan bu restoran hazırkı təhlükəsizlik kriteriyaları baxımından taleyin hökmünə buraxılıb.

Fövqəladə vəziyyət elan olunsa da hər gün gecədən keçmiş yaşadığım 4 bloklu binanın qaz, su, elektrik, havalandırma xətlərindən istifadə edən bu, iki dəfə artırılan yöndəmsiz restoranın qarşısında ötüb keçən adamlar müşahidə olunur və mən DİN-nin, DTX-nin Xəbərdarlıqlarını xatırlayıb həqiqi mənada narahatçılıq keçirirəm. Ərazidə bomjlar vardır və ümumiyyətlə, heç gözətçiləri də olmayan “örtülü bazara” oxşayan bu yerin açıq hissəsinə keçib yaşayış binasına “zərər” vurula bilər... Nizami rayonunu tanıyanlar mənimlə razılaşılaşarlar ki, bu ərazi, yəni metronun bazar istiqamətinə çıxış səmti çox qarışıqlıq bir yerdir. İndi axşam 8-9 radələrində küçədə olmadığımız üçün dəqiq bilmirəm, amma yaxın keçmişdə Gürcüstandan gələn avtobuslar, maşınlar da bu yerdə sərnişinlərini düşürürdülər...

Dövlət Neft Akademiyasında baş vermiş terroru törətmiş adam da bu rayonda yaşamış, terrora bu səmtdəki kirayə mənzildə hazırlaşmışdı. Üstəlik, metronun 1 dəqiqəlik məsafə yaxınlığında yerləşən bu binalarda tez-tez dəyişən kontinqent o qədər çoxdur ki, bilmirsən kimdirlər, nə millətdirlər, yəni gündəlik kirayənəşinlər təəssüratı var burda və bu səbəblər nəzərə alınmalı, binalar, obyektlər iki qat artıq nəzarətdə saxlanılmalıdır.

Bundan başqa, Nizami rayonu bir-birindən gözəl, nağıllardakı saraylara bənzəyən şadlıq evləri, restoranlarla məşhur yerdir. Onlarla müqayisədə estetik dizayn öz yerində, fövqəladə halların gözlənməsi ilə tikilməmiş, şəhərə yaraşmayan bu restoran o qədər eybəcər təəssürat yaradır ki... Həmçinin hər hansı bir normal bir məkanda - restoranlarda, yaxud müxtəlif obyektlərdə təxribat və ya təbii qəza olduqda ziyan mala dəyir. Atalar sözümüz də var, “təki zaval mala gəlsin”. Hətta belə hallarda çox eşidirik, “şükür Allaha, ölüm-itim olmadı!”.

Allah qorusun, amma bir haldakı təhlükə var, dilə gəlir. (şər deməsən, xeyir gəlməz) Bəs birdən terrora həssas vandal erməni düşmənlərimiz bizə ağrı-acı yaşatmaq üçün münasib yer axtarıb bu yöndəmsiz, yolüstü, “quluxoy” restoranı uyğun görsələr və “nahar etmək” adı ilə bura gəlib, sonra da dağıdıcı bir maddəni qoyub getsələr və ağla gəlməz terror baş versə, bu ciddi qanunsuz tikiliyə icazə vermiş, onun hətta iki dəfə daşla artırmasına göz yummuş əlaqədar nazirliklər, qurumlar “şükür Allaha ölüm-itim olmadı!” deyə biləcəklərmi?!

Əsas da metroya çox yaxın olduğuna görə binamızda bütün mənzillərdə yaşayış var. 4 blokun 60 mənzilində daimi və kiryənəşin qarışıq azı 300 sakin yaşayır.

Heç olmasın 300, olsun 200, olsun minimum 100 adam! Lap mən özüm 4 bloklu binanın tək sakini olum. Məgər mənim, 1 Azərbaycan vətəndaşının həyatı o restorandan götürülən gəlirdən çoxmu əhəmiyyətsizdir ?!

İnşallah və ümid edirəm ki, dövlətimizin güc strukturlarının ciddi tədbirləri ilə Terror baş verməz.

Ancaq bu yöndəmsiz qanunsuz restoran terrorsuz da böyük təhlükə mənbəyidir. Belə ki, bina 1964-cü ilin binasıdır! 24 ildir mən bu binada yaşayıram. Dövlət tərəfindən bir dəfə də olsun bloklar, mənzillərin içərisi təmir edilməyib! İkincisi, mən də daxil olmaqla daimi yaşayanlar kasıb adamlarıq, təmir etməmişik. Tez-tez də binanın söküləcəyi xəbərləri eşidilidiyi üçün ən adi kosmetik işləri çıxmaqla heç bir ciddi təmir iş görülməyib mənzillərimizdə.

Qaz, işıq və s. xətlər də binamızda qətiyyən yenilənməyib. Sözsüzdür ki, hər şey köhnəlir, heç nə keyfiyyətini 60 il qoruyub saxlamır. Bu bina da “amanabəndir”. Sovet vaxtı binaların istismar müddəti olurdu. Hələ, 15 il əvvəl binamızın faktiki daşları ovulub tökülən, dəmir konstruksiyası cəng atmış blokunun təmir edilməsi üçün BŞİH-nə müraciət etmişdim. Nümayəndə gəldi və dedi ki, “bu binaların istismar müddəti bitib, dövlət buranın təmiri üçün bir qəpik də ayıra bilməz!”.

Deməli, 1964-cü ilin binası artıq rəsmi olaraq istismara yararsızdır! Bəs belə bir “amanabənd” binanın təhlükə mənbəyi fundamentinə restoran statusunda böyüklükdə həm də iki dəfə artırma tikmək olar? Ümumiyyətlə, harda, hansı qanunda yaşayış binasını böyükdən də böyük artırmaqla Restoran tikilməsinə icazə verilir?!

Bundan başqa belə obyektlərin işıq, qaz xətləri ayrı, istifadə üçün ödənişləri də yaşayış evlərindəkindən baha olur. Amma gözlə görünür ki, nazik cənglənmiş qaz trubası binanın mənzilindən oraya birləşib.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini təsbit edən III fəsilin 20.2. maddəsi buna yol vermir.

Məsələn, maddə 20.2. ... keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə,.. yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 12-ci, - “Tikintidə təhlükəsizlik” fəslinin 76.1., 76.2 maddələrində də tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməsi əsaslandırılmışdır.

Hətta bizim belə bir Qanunumuz da vardır: (Maddə 14.2. ) – “Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə o şərtlə yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın”.

İndi restoran tikintisinə qanunsuz icazəni verən heç başqalarının adından yox, öz adımdan danışıram, mənim mülkiyyət, mənzil hüququmu, qanuni mənafeyimi pozduğunu ağlının, vicdanının bir bucağından keçiribmi?

Bu qanunsuz tikiliyə icazəni birbaşa hazırda Nizami rayon İcra başçısının vəzifəsini icra edən Qərib Məmmədovun verdiyini bildiyim üçün və uzun illər bu məmuru “yaxşı” tanıdığıma görə Xeyir, - deyirəm!

Həmçinin 2 aydır BŞİH –nə ŞİKAYƏTLƏR ünvanlayıram. BU qanunsuzluğa və bunun kiimi yüzlərlə qanunsuzluğa Qərib Məmmədovla birlikdə icazə verdikləri üçün ərizələrimi saya salmırlar. Hələ 1-i təhdid edib məni, bu haqda bir az sonra! Ümumiyyətlə, AR Müraciətlərə baxlması Qanunu işləmir. Mer Eldar Əzizov, müavinləri sadə adamların Şikayətlərini şikayət olunanların ixtiyarına buraxıblar.Vəziyyıt belədir: Pulu olan, adamı olan Qərib Məmmədovlarla işini həll edir, kasıb, sadə adamlar Ərizə yazırlar, BŞİH-nin ümumu şöbəsi onların problemini ötəri baxışla istədiyi şöbəyə yönləndirir. Nəticədə də heç bir məsuliyyət hissi keçirmir Qərib Məmmədovlar. İstədi qanunsuzluğu edir, ona gözün üstə qaşın var, - deyən olmur! Bu hal dünya islahatlarında AYRISEÇKİLİK adlanır, əsas çağırışlardan biri olaraq həllini gözləyir.

Buradaca, bu qanunsuz tikinti – restoranın bitişik olduğu yaşayış binası üçün təhlükəliliyini şərtləndirən digər ciddi məsələni, Nizami rayonunda geniş yayılmış yanğınlarla bağlı rəsmi faktları diqqətə çatdırmağı zəruri hesab edirəm. Belə ki, təkcə 2019-cu il Nizami rayonunun məhz bizim binanın arxa küçəsi, yəni bu restoranın fasad küçəsi olan Qara Qarayev prospektində bir sıra mağaza və obyektlərdə yanğın hadisələri baş verib. Əsas Səbəb kimi də naqillərdə olan qısaqapanma göstərilib. Niyə naqillərin gücü çatmır? Çünki Nizami rayonunda yer qatında 3-5 kv.metrlik belə bir boş yer qalmayıb, İH səlahiyyətliləri ərazini hissə-hissə imkanlılara, məmurlara və s. “verib”lər və bu naqillərin çəkisindən artıq gəginliyinə gətirib çıxarır, Məsələn, “Diqlas yanğını” zamanı təkcə orada iş qurmuş onlarla sahibkara deyil, ticarət mərkəzinə yaxın bütün obyektlər yanıb külə döndü.

“Diqlas”-dan sonra Qara Qarayev prospektində “X-lady” mağazasında, onun da ardınca yenə də bu prospektində “Ağ Çiçəyim” gül mağazası yandı. Kim qarant verir ki, blok qapısı R.Rüstəmov küçəsinə, restoran qapısı Q.Qarayev prospektinə açılan, deməli yanğınlar küçəsinin eyni elektrik qovşağında birləşən bu yöndəmsiz, qanunsuz restoranın işıq xətti salamatdır, burda təhlükə gözlənilmir?! Əgər xarakterik qısaqapanma olsa bizim bina qarışıq bütün o obyektlər külə dönə bilər!..

İkincisi, restoran mənzil deyil, onun kabelləri mənzillərdəki kimi nazik olmamalıdır! Restoranlardakı soyuducular, kondisionerlər, çılçıraqlar və s. mənzillərimizdəki kimi deyil, təbii bu avadanlıqlar böyük həcmlərdədirlər və deməli, 1 otaqlı mənzil kabellərinə güclü elektrik avadanlıqlarını qoşmuş bu restoran real yanğın yuvasıdır. Bu da faktdır ki, bizim binada işıqların sönməsi adət olub. 012211026 telefonundan daimi olaraq “hadisə baş verib, gərginlikdir, işçilər düzəldir” və s. kimi cavablar verilir. Gərək elə “Diqlas” yanğını baş versin?! Unudulur ki, yuxarıda da qeyd etdiyim ki, bu restoran adlanan kustar gəlir mənbəyi ayrıca obyekt deyil və “Diqlas” –lar kimi hadisələr baş versə ziyan mala yox, yüzlərlə cana dəyəcək!

Onu da qeyd edim ki, hər belə hadisədən sonra qanuna çox tələblərlə zidd olan bu restoranın tikilməsinə icazə vermiş Qərib Məmmədovun özünün şərait yaratdığı təhlükələrdən xəbərsiz kimi şablon xarakterdə məsələn, “əlaqədar qurumlar obyektlərə baxış keçiriblər, tapşırıqlar veriblər” və s. kimi yaydığı şablon məlumatlara inansaq, doğrudanmı yoxlamalar bu restoranın yaşayış mənzilinə bitişik olduğunu müəyyən etməyiblər? Müəyyən ediblərsə, ordakı bütün xəttlərin, hətta havalanma xəttinin belə, bizim binaya birləşdiyini görüblərsə, bu restoran barədə hansı ölçünü götürüblər ?!

Gerçəklik isə budur: Ekoloji, hələ pandemiya tələbləri baxımdan da açıq fəaliyyət hissəsi küçənin ortasına gəlib çıxmış bu restoran Qarabağ, Rahat market mağazalarına mal gətirən iri maşınların, yolla keçən maşınların tüstüsündə keyfiyyətli xidmət göstərə bilməz?! Hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərmov mediyaya Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici qurğular quraşdırmayan 4 obyektin fəaliyyətinin dayandırılması üçün məcburi göstərişi verildiyini deyib (https://big.az/351472-bu-restoranlar-baglana-biler-adlar.html).

Bəs qurğular haqqında bəhs etdiyim restoranda vardırmı və əsas məsələ hara birləşdirilib? Onun tüstüsü belə sıx yaşayış olan sahəyə verilə bilərmi?!

Budur! Azərbaycanda bütün yaşayış və qeyri-yaşayış tikintilərinin aparılması ilə bağlı şərtlər və qaydalarda edilmiş dəyişikliklərdəki müddəalar bu restoranın tələblərə tamamilə zidd olduğunu ilk baxışdaca təsdiqləyir. Belə ki, Şəhərsalma və Tikinti Məcəllənin 68-ci (Tikinti fəaliyyətinin ətraf mühitin mühafizəsi tələblərinə uyğun həyata keçirilməsi) maddəsinə edilmiş əlavədə ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun həyata keçirilməsi təsbit edilmişdir. Məcəllənin 85-ci (Tikinti meydançası) maddəsinə görə isə tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir”.

İndisə, bu yazını oxuyanların ürəyindən keçən sualı, bəs bu Qanunlar? - sualını cavablandırmaq istəyirəm. Bəli, Qanun var, biz hamımız qanun qarşısında cavabdehlik daşıyırıq... Amma Nizami rayonu İH-də nə Qanun?! Dünən-srağıgün başçısı – Arif Qasımov elə qanunsuzluqla bağlı, - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Nizami rayonunda saldığı yaşıllıq ərazidə özü üçün restoran tikdirməsi faktı ilə bağlı kənarlaşdırıldı və medyada mülklərinin siyahisi verildi, Bu siyahiyə sadə baxışla onun ölkəni talan, “işğal” etməsi aydın görünürdü.

Medyada da Nizami rayon icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsindən sonra “yol verdiyi nöqsanların, qanunsuz sərəncamların təftiş olunması, restoran tikdirməsi də daxil olmaqla digər qanunsuz əməllərinin, maliyyə maxinasiyalarının, onunla yanaşı Nizami İH-də digər vəzifəli şəxslərin də hansı qanunsuzluqlara yol vermələrinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması”, “İcra başçısının I müavini Qərib Məmmədov, müavin İldırım Mehdiyev, digər müavin Gülnaz İsrafilova A.Qasımovun vaxtında hansı sərəncamlara imza atıblar, hansı özbaşınalıqlara göz yumublar, Nizami rayonunda yolların, səkilərin, yaşıllıqların satılmasında nə kimi iştirakları olub, hamısı tək-tək araşdırılmaqdadır”; ... Nizami rayonunu qarış-qarış peşkəş etmələri dosye halında araşdırılmaqdadır” kimi məlumatlar deməyə əsas verir ki, bu “krallığın” iç işləri diqqətdədir. ( Nizami İH araşdırılır https://mediatv.az/karusel/67470-nizami-h-arasdirilir.html).

Hələ həmin məqalədə o da vurğulanır ki, “Araşdırmalar zamanı aydın olub ki, Bakıda ən çox qanunsuzluq, dərəbəylik, ərazilərin, küçələrin satışı məhz nizami rayonunda A.Qasımovun dönəmində qeydə alınıb”- qənaiti ilə bağlı deyim ki, 24 ildir bu ərazidə yaşayıram, doğrudan da bu belədir. AMMA! Unuduldu, unutduruldu o araşdırmalar, Nizami İH başçı əvəzi indi Qərib Məmmədov öz krallıq qanunları ilə daha “həvəslə” işləyir.

Əslində yuxarıda da qeyd etdiyim kimi bu restoranın da “memarı” konkret olaraq Qərib Məmmədovdur. Dəqiq bilirəm, bu restoran Tahir Budaqov məzuniyyətə çıxdığı və məzuniyyətdən sonra da başqa işə keçirildiyi, yəni yeni başçı gələnə qədər olan müddətdə onun birinci böyük hissəsi tikildi. İkinci hissəsi isə açıq hissə ilə birlikdə təxminən bir il əvvəl tikildi. Mən Q. Məmmədovun qəbuluna gedib bunu demişəm, o da təbiətinə xas kobudluqla “güdürsən bizi!”- deyib. Halbu ki, onları güdməyə heç bir ehtiyac yoxdur, Nizami rayonu paytaxtın bir nörməli rayonudur ki, ərazidə adamların normal yeriyə bilməsi içün olan səkilərdə ticarət obyektləri tikililib. Məcbursan maşın yolu ilə gedəsən, o küçəyə dönən maşın olsa, özünü qaçırmağa 1 qasrış yer yoxdur! Təsəvvür etməzsiz bəlkə, gözlə görmək lazımdır.

Bu yöndəmsiz, hər mənada təhlükə mənbəyi olan restoran da Qanunla cinayət faktıdır. Bu cinayət məsuliyyətli işlərdən BŞİH-nin Ərazi planlaşdırma şöbəsinin, əsas da onun rəhbəri Mübariz Əlmədətov, onun əməkdaşı Məmməd Qasımovun yaxşı xəbərləri var. Əgər yoxlama olarsa Qərib Məmmədovla yanaşı onlar da məsuliyyt daşıyırlar. Ümumiyyətlə, ərazidəki Mİİ –Jeklər, xüsusən də 50 saylı Mİİ-nin “əbədi” mühəndisi, diplomu sirri xuda Zülfüqar Heydərov Qərib Məmmədovun bir nömrəli cinayət ortağıdır. Əgər bir ədalət mühakiməsi tutarsa, yüksək vəzifəlilər qanun qarşısında dayanarsa bu adam o sırada olmazsa demək ki, ədalət bərpa olunmayacaq, qanunsuzluqlar bu rayonda davam edəcək. Təəssüf ki, bizdə qanun qarşısında az-çox yüksək vəzifəlilər dayandıqda qanunsuzluqların özülü, bəlkə inkasator ifadəsinin uyğun gəldiyi bu ünsürlər yada düşmürlər. Hətta fikrimcə, 50 saylı JEKin bir çox müdirini yola salan bu nəhəng saxtakar,-“xırda” məmur Zülfüqar Heydərovun Q. Məmmədovdan da xəbərsiz verdiyi qanunsuz icazələr var. Sadə bir misal, bacım köhnəlmiş taxta pəncərə gözlüyünü plastik olanla dəyişəndə o gəlib, hədə-qorxu gəlib, “çıxartdığını atma”, deyib... O, bu tərzdə başqalarını da qorxudanda, yaxud bütün balkonun təmirinə icazə verəndə təsəvvür edin necə “qazanır”. Axı sınmış bir “fortuçkanı” yenisi ilə əvəzləməyin nəyi qanunsuzdur?! Bəs bu nəhəng “sağ əl” bu boyda qanunsuz restoran, neçə-neçə daş qarajlar və s. tikiləndə nə əcəb susub?! Əsas məsələ, o gərəkli olduğu üçün toxunulmazlıq statusu əldə edib. Məsələn, başqa sahələrdə əməkdaşların yerdəyişmələri olur. Bu prinsip nədənsə Zülfüqar Heydərov münasibətdə işləmir. Əgər diplomu olsaydı və ya düzgün olsaydı sözsüz olaraq İH-lərində, ən azı Mİİ rəisi olardı.

Buradaca xüsusilə diqqətə çatdırmaq istəyiəm ki, BŞİH-nin Ərazi planlaşdırma şöbəsinin bölmə rəhbəri Məmməd Qasımov məni bu restoranın, onun sahibinin adını çəkməməyim üçün təhdid edib. Mənim Konstitutsiya ilə qorunan mülkiyyət hüququm öz yerində, AR Vətəndaşların Müraciət etmək hüququ var, Məmməd Qasımov mənim bu hüququmu kobud surətdə pozub, məni təhdid edərək “o restoranın, sahibinin adını çəkməyəcəksiz! Çəkərsizsə, ... ”, - deyib.

Çəkərəmsə nə? Bu mövzu başqa mühüm məsələnin mövzusu olduğu üçün, məqalənin əsas mövzusundan diqqəti ayırmadan bildirirəm ki, o haqda daha sonra ciddi, tutarlı arqumentlərlə geniş yazı ilə çıxış edəcəyəm.

Hazırda ölkəmizdə mən bu məsələ ilə bağlı ölkə rəhbərimizə medya vasitəsi ilə Açıq Məktub hazırlayıram.Cənab Prezident dəfələrlə xalqa müraciət edib ki, Siz nöqsanları mənə yazın, mən onların cəzasını verəcəyəm.Sonra prezident məmurlara deyib ki,ş hamımız xalqın xidmətçisiyik.. Bu müdrik fikirlərin Nizami rayon İcra Hakimiyyətinin qanunsuzluğu xarakterə çevirmiş başçı əvəzinə aid olmadığını prezidentə və hamıya açıq və faktlarla bildirəcəyəm. Əsas məsələ hər kəsin öz imkanı daxilində haqq mübarizəmizə xidmət etməkdir.

Mən aliməm, qələm sahibiyəm. Vəzifəm elmlə məşğul olmaqdır, bum-buz soyuq, təmirsiz evimdə gecə-güzdüz tədqiqat aparıb yazmağa çatır. Bu günlərdə də tarixi həqiqətlərlə Dağlıq Qarabağın Azərbaycanın əbədi-əzəli vətən torpaqları olduğunu sübut edən məqalələrlə dövlətimizin haqq mübarizəsində iştirak etməyə çalışmışam. "Sülh gözəldir, torpaqlar isə müqəddəsdir","Ey Azərbaycanda yaşayan ermənilər niyə susursunuz?!”,Türkiyə bizimlədir, Zəfər bizimlədir”, Gözün aydın Türkiyə, Gözün aydın Azərbaycan, Rihin şad olsun Ulu öndər” adlı tarixi oçerklərim yayınlanmışdır. Türk dilində “Türkiye bizimle - Zefer bizimle” oçerkim Bürüsseldə çap olunan “Belçika Yeni Haber” qazetində çap olunmuşdur. Bu baxımdan mənim belə mövzularla məşğul olmağa vaxtım, marağım yoxdur. Ancaq məcbur edirlər... Rüşvət verməyənə hörmətsizlik edirlər.. Axır ki, az qalır, Prezidentimizə Açıq Məktubla mən bu rayonun İcra başçısı əvəzi Qərib Məmmədovun fəaliyyətinin əsl mahiyyətini açıq göstərəcəyəm. Ona görə də nə qədər mənim üçün mühüm olsa da Məmməd Qasımovun “o restoranın, sahibinin adını çəkməyəcəksiz! Çəkərsizsə, ...”, təhdid cümləsindəki “Çəkərərəmsə” məsələsi üzərində dayanmağı ölkə rəhbərimiz, cənab İlham Əliyevə medya vasitəsilə Açıq Məktubuma saxlayıram!..

Ancaq aydınlıq üçün deyim ki, mən M.Qasımovu mənə zəng vurub mənimlə görüşüb danışmaq istədiyini bildirənə kimi onu tanımamışam. Mənim BŞİH-ində ərizəm olduqda da M.Qasımov adlı şəxslə danışmamışam, o mənə cavab yazmayıb, ümumiyyətlə, BŞİH mənim ərizəmlərimə qanuna zidd gedərək heç bir cavab verməyib. Mənim məsələm, onun özünün mənə anlatdığı kimi heç BŞİH səlahiyyətinə aid deyil...

Bax bu məntiqlə, M.Qasımovun ərizəm BŞİH-də olanda deyil, olmadığı halda mənə lapdan zəng edib yaşadığım əraziyə gəlməsi, sonra onun təhdidi sözsüz olaraq Qərib Məmmədovla əlbir olmasını təsdiqləyir.

Yəqin ki, ümumi oxucu, əlaqədar nazirliklər, qurumlar BŞİH-nin Ərazi Planlaşdırma şöbəsinin bölmə rəhbəri Məmməd Qasımovun mənə “o restoranın, sahibinin adını çəkməyəcəksiz, çəkərsizsə...” təhdidini etdiyi, yöndəmsiz, əsl Pandemiya Tacı- Tac restaronının sahibi - “böyük adamın” kim olması ilə maraqlandı.

Əvvəla nə fərqi var kimindi? Onsuz da bizdə hər şey yüksək vəzifəli şəxslərin, ikinci yerdə iş adamlarının, sonra populyarların, ən sonda da rüşvət verməyə imkanlı olanlarındır. Bu baxımdan mənim üçün təhdidə qədər tamamilə maraqsız məsələ idi restoranın sahibinin kimliyi. Hələ, mənim fikrimcə, çirkin, dar-darısqal bir yerdə, üstəlik, iki dəfə, yəni parça-parça artırma ilə düzəlmiş bu restaran “önəmli” füqurun ola da bilməzdi. Məsələn, mən sadədən sadə, alim adamam, amma belə yöndəmsiz bir tikilini hədiyyə versələr belə qəbul eləmərəm. Adı restoran olsa da bu məkan köhnə Bakıda daldada olan elə daldalıq da cinayət məzmunlu “oyunların” yuvası təəsüratını yaradır, belə yerdə ada layiq bir tədbir keçirmək yaraşan iş deyil və bu restoran şəxsən məni yalnız təhlükə mənbəyi olması və bu tikiliyə icazə verilməsinin “əsasları” düşündürür.

Burdan da yola çıxıb yalnız və yalnız Məmməd Qasımovun insanlıq qalsın, vəzifə səlahiyyətlərini aşaraq məni təhdid edib, necə deyərlər, mənə “xox” gəldiyi üçün ona cavab olaraq bu adamın, bu təhlükəli Tac restoranın sahibinin adını açıqlamalıyam! Onu da qeyd edim ki, Məmməd Qasımov deməsəydi, o adı heç bilməyəcəkdim.
Bu ad, ifadə etdiyi məzmun mənə görə nə qədər sadə olsa da deyim bilin, saz ifaçısı TELLİDİR. Nə olsun! Burda qorxudacaq nə var ?! Həmçinin də mən “googlede” bu adam üçün axtarış verdikdə onun haqqında tarixi mənəvi mirasımız Saz yaradıcılığı ilə bağlı deyil, tamam uyğunsuz materiallar üzə çıxdı.1.( https://sonxeber.az/79614/canli-efirde-biabirciliq-telli-borcali-yere-uzanan-ekberi-masaj-etdi-video); 2.( https://news.day.az/azerinews/791663.html). İkinci bir tərəfdən sənətdə nüfuz sənətlə olar! Bu məqamda mən bir ziyalı kimi qətiyyətlə deyirəm ki, Azərbaycan efiri nəyi reklam edir etsin, Saz adını yüngül məzmunlu reklamlarla yanaşı çəkməsin! Saz ifaçısı 8 milyonun qarşısına qulunc tutan kimi çıxarılmamalıdır!
Bu rayonda elə, elə nüfuzlu şəxslərin nəhəng obyektləri var ki!.. MƏNƏ NƏ!!! Sağlıqlarına qismət!..
Amma əgər belə nüfuzlu, vəzifəli şəxlərin, hələ mədəniyyətimizə böyük faydası olan görkəmli sənətkarların olsaydı belə mən məmmədlərdən qorxub, yaxud da halal haqqımdan məhrum olsam belə real təhlükə obyektinə susacaq adam deyiləm!
Lap məşhur saz ustadımız Ədalət (Allah rəhmət eləsin!) olsun, onun bütün yaradıcılığı və unudulmaz “Yanım Kərəmi” ifası belə haqq vermir ki, o, 100-lərlə insanın həyatı təhlükəsini nəzərə almadan yaşayış mənzilinə bitişik iki dəfəli artırma ilə, deməli güclü bir yeraltı titrəyişə sökülüb fundamenti – yaşadığım binaya ziyan verəcək restoran tiksin!
Heç muğam ifaçılıq sənətimizin əfsanəvi sənət ulduzu Zeynəb Xanlarovanın (Allah cansağlığı versin!) da, belə bir qanunsuz restoranı ilə 100-lərlə insanın həyatını təhlükəyə atmağa, küçəni daraltmaqla, iri-iri ağacları məhv etməklə açıqda fəaliyyət üçün özünə şərait yaratmağa haqq yoxdur.

Beləcə, heç bir titul, heç bir zənginlik Kiməsə bu onsuz da sökülüb-dağılan 1964-cü il binasını öz xeyri üçün istismar etməyə əsas vermir. Söhbətə bax... Sən villalarda yaşa, sadə xalqı təhlükəyə atıb pul qazan!.. Bu insanlıqdandı?! İcazə verənlərlə birlikdə belə obyektlərin sahibləri də qanun və vicdan qarşısında məsuliyyət daşıyırlar.

Bu məqamda bu günlərdə Türkiyənin İzmir şəhərində baş verən Zəlzələdə nə qədər köhnə binanın yerlə yeksan olduğunu xatırlatmaq istəyirəm. Həm də Türkiyədən başqa bizim özümüzdə də demək olar ki, çox tez-tez zəlzələr olur və məlumdur ki, baş verən güclü, zəif zəlzələlər yer qatını silkələyir.

Üstəlik də terror təhlükəsi, AR DİN-nin məlumatında da bildirilənlər bizə ünvanlanıb. Xəbərarlıqlar bizim sayıqlığımız üçündür! Cərəyan edənləri düşüncə ilə qiymətləndirməliyik.

Nə etməli? Nə qədər ki, “ağla gəlməyənlər, başa gəlməyib Qərib Məmmədovlara məsuliyyətlərini xatırlatmaq lazımdır! Mən yaşadığım binanı “ayağa” qaldırmıram. Öz adımdan, öz təhlükəsizliyimi tələb edirəm!.. Yaşadığım bina, mənzil nə qədər sakülüb-tökülmüş vəziyyədə olsa da mən o restoran olmadan və xüsusilə, Müharibə şəraiti, Təhlükəsizlik – sayıqlıq Xəbərdarlıqlarına kimi burda necə rahat yaşamışam, yazımda, pozumda olmuşam, yenə bunu istəyirəm və əlaqədar nazirliklərdən, qurumlardan bunu tələblə xahiş edirəm!

Eşidin və bilin BU ƏSL PANDEMİ TACI - “TAC” RESTORANI PARTLADILA DA BİLƏR, PARTLAYA DA BİLƏR...

Yox, eşitmək istəmirsiz yaxud eşidib saya salmırsız mən Azərbaycan Dövlətinin Prezidenti, bütün vətəndaşların prezidenti cənab İham Əliyevə Açıq Məktub ünvanlayıb, Konstitutsiya Məhkəməsinə Şikayət Ərizəsi ilə müraciət edib, vidyo çəkilişlərlə bu qanunsuzluğu ictimailəşdirib Siz əlaqədar qurumların Qərib Məmmədovun AR Konstitusiyasını belə taptalayan qanunsuzluqlarına həmrəy olduğunuzu ifşa edəcəyəm. Zatən, mən də M.F.Axundov, H. Zərdabi, Mirzə Cəlil və bütün mübariz sələflərim kimi yalnız qələmimlə mübarizə aparmağa qadirəm!..
Azərbaycanda daha 4 futbolçu koronavirusa yoluxduAzərbaycan Premyer Liqasının X turunda bu gün keçirilməli olan "Sabah" - "Səbail" matçı qonaq komandaya görə təxirə salınıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bu barədə "dənizçilər"in müvəqqəti icraçı direktoru Fərəc Əliyev məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, dünən götürülmüş analiz nəticələri 4 futbolçuda müsbət çıxdığı üçün bu addım atılıb: "Amma onların heç birində simptomlar yoxdur. Həmin oyunçular bu gün səhər saatlarında təkrar testdən keçiblər. Nəticələr axşamadək bilinəcək. Bundan sonra oyunla bağlı yekun qərar veriləcək. Testlər mənfi olsa, qarşılaşma sabah baş tuta bilər".

Hazırda "Sabah"ın heyətində Təmkin Xəlilzadə, "Səbail"dən isə Kamal Qurbanlı koronavirusdan əziyyət çəkir.

Qeyd edək ki, daha əvvəl ölkə çempionatında IX turun "Sabah" - "Zirə" görüşü də eyni səbəbdən təxirə düşüb.