Tehran İrana qaçan erməni hərbçilərini geri verəcəkİranın Ermənistandakı səfirliyi Qarabağdakı döyüşlər zamanı İran ərazisinə qaçan erməni hərbçilərlə bağlı əvvəllər əldə olunan məlumatlar əsasında davamlı iş aparacağını bildirib.

Axar.az xəbər verir ki, bu məlumatı İranın Ermənistandakı səfirliyi yayıb.

Qeyd edək ki, bundan öncə İran ərazisində müəyyən sayda erməni hərbçisinin olmasıyla bağlı informasiya yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi bu informasiyanın yoxlanılması üçün İran tərəfi ilə aktiv şəkildə çalışır.
Bayden Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldıra bilərYerli KİV-in məlumatına əsasən ABŞ-ın yeni prezidenti seçilmiş Co Bayden onu yeni dövlət başçısı kimi tanımadığına görə Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası irəli sürəcəyini güman edir.

Bu barədə Bayden özü mətbuat konfransında bildirib.

Mətbuat konfransında Baydendən rəsmi olaraq hakimiyyətin ötürülməsinə yaşıl işıq yandırması üçün lazım olan rəhbərlik və Baş Xidmətlər İdarəsinə qarşı məhkəmə iddiasının irəli sürülməsinin istisna edilib-edilməməsi soruşulub.

"Biz bunu istisna etmirik", - Bayden deyib.

Bu halda o Trampın seçkilərdə məğlubiyyətini etiraf etməmək istəyini məsuliyyətsizlik adlandırıb. “Bütün dünyaya demokratiyanın necə işlədiyi barədə inanılmaz dərəcədə zərərli mesajlar göndərilir. Sadəcə bunun tamamilə məsuliyyətsiz olduğunu düşünürəm”, - siyasətçi deyib.

Qarabağ RAZILAŞMASI: ABŞ və Fransanı narahat edən 2 NÜANSDüşünürəm ki, hətta ABŞ və Fransa Azərbaycanın qələbəsini mənimsəmək istərdi.

Avrasiya.net xəbər verir ki, bunu Axar.az-a açıqlamasında rusiyalı politoloq Sergey Markov ATƏT-in Minsk Qrupunun amerikalı və fransız həmsədrlərinin dünən Rusiya XİN rəhbəri ilə görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ və Fransanı narahat edən 2 nüans var: “Birincisi, onlar Rusiyanı sevmir, rəsmi Moskvanın daha az rol oynamasını istəyir. İkincisi, həm ABŞ-da, həm də Fransada müqavilənin Azərbaycanın hərbi qələbəsini siyasi cəhətdən təsdiqləməsini qəbul edə bilməyən çox güclü erməni lobbisi var.

Razılaşmada ABŞ və Fransaya məhəl qoyulmaması və onların kənarda qalması bu iki ölkəni qıcıqlandırdı”.

Politoloq ABŞ və Fransanın Rusiya, Çin, Türkiyə, Braziliya və Hindistan kimi ölkələrin böyümə meylindən narahat olduğunu vurğulayıb: “Bir zamanlar dünyada dominant olan ABŞ və Fransa bu gün daha az əhəmiyyət kəsb etməyə başlayıb. Bəzi ştatlar Baydenin gəlişinə hazır idi, çünki onun kampaniyası böyük erməni dəstəyinə və güclü anti-türk istiqamətə malik idi. Dövlət Departamenti və məmurlar Bayden qarşısında, daha doğrusu, erməni lobbisi qarşısında bir az da xidmət etmək istəyirlər”.

Avropa fəlakət yaşayırAvropa və ABŞ koronavirus epidemiyasının mərkəzi olmağa davam edir. Avropa qitəsində hər 17 saniyədə bir nəfər virusdan dünyasını dəyişir.

Bunu ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Kluge bildirib.

Epidemiya səbəbindən səhiyyə ocaqlarının üzərinə böyük yük düşdüyünü deyən Kluge Avropada insanların 60 faizinin maska taxdığını, bu rəqəmin 95 faizə yüksələcəyi halda məhdudiyyətlərə ehtiyac qalmayacağını bəyan edib:

"Son bir neçə gün ərzində iki müjdə aldıq: peyvəndlər COVİD-19-u tamamilə dayandırmasa və bütün suallarımızı cavablandırmasa da, bu, virusa qarşı müharibədə böyük bir ümiddir".
Ordumuz Ağdama daxil oldu - RəsmiAzərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.
Bu gün Ağdam işğaldan azad olunurRusiya sülhməramlı qüvvələrinin iştirakı ilə bu gün Ağdam rayonu Azərbaycan silahlı qüvvələrinə təhvil verilir. Bu gündən etibarən Ağdam rayonu Azərbaycanın nəzarətində olacaq.

Avrasiya.net xəbər verir ki, Ağdam rayonu 23 iyul 1993-cü cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə rayon 5897 şəhid verib. Həmin döyüşlərdə 3531 nəfər əlil olub, 1871 nəfər uşaq valideynlərini itirib. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış sülhməramlı bəyannaməyə əsasən Ağdam rayonu noyabrın 20-dək boşaldılaraq Azərbaycana təhvil verilməlidir.

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri var. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidi Ağdam rayonu ərazisində yerləşir.