Xocalı soyqrımını törədən erməni general cəhənnəmlik olduErmənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı Manvel Qriqoryan ölüb.

“Sputnik Armeniya” xəbər verir ki, bunu Respublikaçı Partiyasının üzvü Karen Avaqyan deyib.

M.Qriqoryan uzun sürən xəstəlikdən ölüb.

İkinci Qarabağ müharibəsi başlayandan sonra o, Dağlıq Qarabağa gəlmişdi, lakin səhhəti ağırlaşdığına görə oktyabrın 20-si Ermənistana çatdırılaraq xəstəxanalardan birinin reanimasiyasına yerləşdirilmişdi.

Qeyd edək ki, Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Yerevan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. Onun “Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub. Bildirilib ki, iyunun 20-də Dağlıq Qarabağda Qriqoryanın zəbt etdiyi “Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankaları ilə yanaşı, satış üçün nəzərdə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb. Deputatın ailəsi cinayətkarlıqla məşğul olub. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib. Müdafiə nazirinin keçmiş müavininin törətdiyi əməllər o qədər iyrəncdir ki, hətta, vəkil Qrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib. Xocalı soyqırımı həmmüəlliflərindən biri olan M.Qriqoryanla bağlı cinayət işində keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı hallanır. 2016-cı ilin aprel döyüşləri zamanı məlum olub ki, erməni silahlılarının yemək, geyim və digər tələbat mallarına ehtiyacı var. Onda ermənilər sosial şəbəkələrdə yaydığı plakatlarda orduya lazım olan ərzaq və başqa ləvazimatların toplanmasına başlamışdılar. O vaxt yayılan elanlarda bildirildi ki, orduda ilkin tibbi yardım çantalarına, yataq ləvazimatına, ədyal, su üçün qab, corab, alt paltarları, içməli su, şirələr, kolbasa, çay, qəhvə, konservləşdirilmiş ət və s. ehtiyac var.
Millimizin Millətlər Liqasındakı yeri dəqiqləşdiBu gün Millətlər Liqasında qrup mərhələsi başa çatacaq.

Avrasiya.net xəbər verir ki, Azərbaycan yığmasının ümumi sıralamadakı yeri artıq müəyyənləşib.

C liqasının 1-ci qrupunda 3-cü yeri tutan Canni de Byazinin yetirmələri Millətlər Liqasını 43-cü pillədə başa vurub. Millimiz bu liqada çıxış edən 16 komandadan yalnız 5-ni qabaqlamağı bacarıb ki, onlardan 4-ü qrup sonuncuları, biri isə 3-cü qrupda 3-cü yeri tutacaq kollektivdir. Həmin qrupda bu gün keçiriləcək son tur matçlarının nəticələri də komandamızın mövqeyinə təsir etməyəcək.

Qrup mərhələsində 6 xal toplayan Azərbaycan öz liqasında yalnız Kipr, Estoniya, Kosovo, Moldova və Qazaxıstandan güclü olub.

Qeyd edək ki, Millətlər Liqasında 55 ölkə oynayır.


"Tehran nüvə anlaşmasına qayıtmağa hazırdır" Avrasiya.net xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“ABŞ-ın yeni hökumətindən İranla bağlı sanksiyaları ləğv etməsini gözləyirik. Əgər Vaşinqton sanksiyaları dayandırarsa və BMT-nin 2231 saylı qətnaməsinə əməl edərsə, Tehran da nüvə anlaşmasına qayıdaraq öhdəliklərini yerinə yetirər”, - nazir bildirib.
Netanyahudan İrana xəbərdarlıqİsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, yəhudi dövlətinə hücum üçün Suriya ərazisində İran plasdarmının yaradılmasına imkan verməyəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz İran hərbçilərinin bizə qarşı Suriyada mövqelənməsinə icazə vermərik. Bizə Suriya ərazisindən hər hansı hücum cəhdinə göz yummayacağıq”, - deyə B.Netanyahu bildirib.
ABŞ Konqresindən Rusiyaya qarşı SANKSİYAABŞ Konqresinin Nümayəndələr Palatası Aleksey Navalnı ilə yaşanan insidentlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi barədə qətnamə qəbul edib.

Avrasiya.net TASS-a istinadla xəbər verir ki, qətnamə təklif xarakterlidir.

Qanunvericilər sadəcə bu məsələdə öz mövqelərini bildirirlər və administrasiyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.

Lakin ABŞ hökuməti bu cür qətnamələri qəbul etməyə də bilər.

Digər məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın G7 qrupunun görüşlərində iştirakının və Rusiyanın iştirakı ilə G8 formatının bərpasının qarşısını almağa yönəlmiş qanun layihəsi qəbul edib.

Bu sənəd “G7 sammitlərində Rusiyanın iştirakının və ya Rusiya Federasiyasının iştirakı ilə G8-in bərpasının dəstəklənməsi və ya asanlaşdırılması” üçün Vaşinqton administrasiyası tərəfindən federal fondlardan istifadənin qadağan olunmasını nəzərdə tutur.


Səudiyyə: İran nüvə silah yaratsa...İran nüvə proqramını davam etdirsə, Səudiyyə Ərəbistanı da nüvə silahına sahib olma haqqını özündə saxlayar.

Avrasiya.net xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici məsələlər üzrə Dövlət naziri Adil Cübeyr deyib.

“İran nüvə gücü olarsa, digər ölkələr də onun izi ilə gedəcək. Səudiyyə Ərəbistanı qəti şəkildə bir daha ifadə edir ki, ərazisini və xalqını qorumaq üçün əlindən gələni edəcək”, - deyə nazir bildirib.
Moskva Ermənistanın işlərinə qarışmayacaq Moskva müxalifətin tələbləri fonunda Nikol Paşinyanın vəzifədən istefası ilə bağlı Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib.

Vanetsyan Paşinyanın istefasını ölkənin siyasi qüvvələrinin təkbaşına həll etməli olduğunu bildirib:

“Moskvanın müdaxilə etdiyini və ya Ermənistanın daxili işlərinə qarışmaq istəyi olduğunu düşünmürəm. Paşinyanın istefası məsələsinə Ermənistanın siyasi qüvvələri qərar verməlidir”.

Qeyd edək ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı məlum Bəyanatından sonra erməni müxalifəti hakimiyyətə qarşı kəskin etirazlara və istefa tələblərinə başlayıb.

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Paşinyana ünvanlanan xəyanət ittihamlarının əsassız olduğunu bəyan etməklə bərabər, hazırda Ermənistandakı prosesləri ölkənin daxili işi adlandırıb.
Fransa tarixə gömülən qondarma “dqr”i tanıyacaq?Artıq tarixə çevrilən qondarma “dqr”in müstəqilliyinin tanınmasına dair qanun layihəsi Fransa Senatına təqdim edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Senatın rəsmi saytında məlumat yayılıb.

Qanun layihəsi müxtəlif fraksiyaları təmsil edən 5 deputat – Bruno Retayo, Patrik Kanner, Erve Marsel, Elian Asassi və Giyom Qotar tərəfindən təqdim olunub.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun üzvü kimi bitərəf olmalı Fransa həddən artıq qatı ermənipərəst siyasəti ilə son günlər xüsusi seçilir. Buna görə də onun MQ-nin həmsədri mandatını daşıya biləcəyi şübhə doğurur.