Mitinq iştirakçılarına təzyiqlər olunurMüxalifətin gündəliyi dəyişmir, çünki heç nə baş vermir. Ermənistanda müxalifətin mitinqləri davam edəcək.

Bunu Çiçəklənən Ermənistan Partiyasının deputatı Mikael Melkumyan deyib.

O qeyd edib ki, hüquq-mühafizə orqanları müxalifət partiyalarının liderlərinə etiraz aksiyalarında iştirak etmək imkanı vermir:

“Özünüz də görürsünüz ki, mitinqlərdən beş dəqiqə, yarım saat, iki saat öncə insanlar Milli Təhlükəsizlik Xidmətinə dəvət olunur, adamın isə mitinqlərdə iştirak etmək üçün fiziki imkanı olmalıdır”.

Qeyd edək ki, son günlərdə Ermənistanda 17 müxalif partiya tərəfindən təşkil edilən və Paşinyanın istefasını tələb edən kütləvi etiraz aksiyaları davam edir.
Yalan məlumat bizi yox etdi – Movses AkopyanQırx dörd günlük müharibə ərzində yalanlar ölkəmizə fayda vermədi əksinə bizi yox etdi və ölkəmizi daha dərin bir böhran qarşısında qoydu.

Axar.az xəbər verir ki bu sözləri Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi həmçinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan jurnalistlərə müsahibəsində deyib.

“Silahlı Qüvvələrin tərkibində bir məlumat mərkəzi var hansı ki vəzifələrindən biri düşməni azdırmaq, yəni yalan məlumat yaymaqdır. Ancaq bu mərkəzdə yalanın reallığın 30% -dən çox olmaması meyarı var. Bizdə isə yalan 100%-i keçdi bunu anlamaq mümkün deyil.

Məlumat həqiqətə uyğun şəkildə verilməli və bununla yanaşı 30% düşməni mahiyyətindən yayındıracaq dezinformasiya olmalıdır. Biz isə 100% dezinformasiya xarakterli məlumatlar yaydıq. Əsgərlərimizin, səfərbərlik iştirakçılarının, zabitlərin bu məğlubiyyətin niyə baş verdiyini anlamamalarının səbəbi də budur” – deyə keçmiş Baş Qərargah rəisi bildirib.

Movses Akopyanın sözlərinə görə Ermənistan hökuməti və mediasının yaydığı aciz yalanların nəticəsi olaraq bugün ölkədə etirazlar və aksiyalar bitmir, orduda parçalanma var bir qrup insanlar qalib gəldiklərini, digər qrup müharibənin dayandırılmasının zəruri olmadığını, başqa bir qrup isə ümumiyyətlə məğlub olduqlarını düşünür.

Yoluxma sayı artdı, 23 nəfər öldü Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.
"Qarabağın taleyi hansısa güclərin geosiyasi "bazarlıq" predmeti ola bilməz"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ATƏT-in Minsk qrupunu tarixin arxivinə göndərsə də, lakin görünən budur ki, Fransa və ABŞ bununla heç cürə barışmaq istəmir. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri – Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Moskvaya gəlib, Rusiya XİN-in başçısı Sergey Lavrovla geniş müzakirələr aparıblar. Maraqlıdır, İkinci Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatmasından sonra avtomatik olaraq "oyundankənar" vəziyətdə qalan ABŞ və Fransadan olan həmsədrlərin Moskvaya səfər etmələrinin məqsədi nədən ibarətdir?

Məlum məsələdir ki, Qarabağda hərbi əməliyyatlar bizim Qələbəmizlə bitsə də, lakin ortada diplomatik baxımdan nizamlanmalı olan bir sıra vacib məsələlər var. Söhbət dekabrın 1-nə qədər Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla boşaldılması və Azərbaycana təhvil verilməsi, işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin yerləşdirilməsi, Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarının yaşayış prinsiplərinin müəyyən edilməsi, Azərbaycan-Ermənistan sərhədinin Qarabağdan keçən hissəsinin bərpa edilməsi, təhlükəsizlik zolağının yaradılması, işğal nəticəsində Azərbaycana dəymiş zərərin ödənilməsi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən "dəhliz"lə bağlı problemlərin həll edilməsi və sair bu kimi kifayət qədər ciddi məsələlərin nizamlanmasından gedir.

Bu məsələlərin hər biri ətrafında uzun diplomatik-siyasi danışıqların aparılacağı gözlənilir. Odur ki, ABŞ və Fransadan olan həmsədrlər də fürsətdən istifadə edib yenidən bu proseslərdə yer almaq istəyirlər. Çünki bu ölkələrin də Qarabağda (Güney Qafqazda) geosiyasi və digər maraqları var. Xüsusən də Fransa prezidenti Emmanuel Makronun ifrat dərəcədə canfəşanlığı onu göstərir ki, onlar Qarabağa dair proseslərdə "offsayd" vəziyyətində qalmaqlarıyla heç cürə barışmaq istəmirlər.

Lakin reallıq isə ondan ibarətdir ki, noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyanat Minsk Qrupunun kənarda qalması ilə nəticələndi və Azərbaycan daha ATƏT-in Minsk qrupunu qəbul etmir. Çünki rəsmi Bakı haqlı olaraq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh dinc danışıqlar yoluyla həllinin süni surətdə illər boyu uzadılmasının günahkarı ilk növbədə Minsk qrupudur. Eyni zamanda 44 günlük müharibənin gedişində Makronun açıq-aşkar işğalçı Ermənistanın tərəfini tutması, Azərbaycanı isə əsassız iddialarla itiham etməsi onu göstərdi ki, rəsmi Paris Qarabağ məsələsində heç vaxt ədalətli mövqe tutmayıb və bundan sonra da tutmayacaq. Bu gün Fransanın həmsədrlik səlahiyyətlərini davam etdirməyə cəhd göstərməyə heç bir mənəvi-siyasi hüququ yoxdur. Fransa bu hüququnu Makronun ermənipərəst davranışlarının sayəsində itirdi. ABŞ da öz seçki "bataqlığ"ında ilişib qalıb. Faktiki olaraq bu gün ABŞ-da "ikihakimiyyətlilik" mövcuddur.

Odur ki, bu ölkənin hazırda Qarabağda sülh prosesi ilə ciddi şəkildə məşğul olması mümkünsüzdür. Odur ki, indi Azərbaycan danışıqların yeni formatına - Türkiyə, Rusiya, Ermənistan, Azərbaycan "dördlüyü"nə üstünlük verir. Bu format daha real və daha effektivdir. Qarabağ məsələsinin həllini 30 ildir yubadan beynəlxalq təşkilatlar və Minsk Qrupunun üzvləri də artıq bu reallıqla barışmaq məcburiyyətindədirlər. Qarabağın taleyi hansısa güclərin geosiyasi "bazarlıq" predmeti ola bilməz.

Kafe-restoranların fəaliyyəti dayandırılırAzərbaycanda kafe-restoran və digər iaşə obyektlərinin fəaliyyəti dayandırılır.

Avrasiya.net xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.
Karantin rejimi uzadıldı - TəciliNazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Avrasiya.net həmin məlumatı təqdim edir:

"Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bununla belə son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib:

Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq".

Paşinyanın generalından sirli cavab: Putini izləyin - VideoQarabağ razılaşması erməni tərəfinin maraqları baxımından çox pisdir, bununla belə bu, həm də çətin situasiyada məcburi atılmış addımdır.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi Artak Davtyan deyib. O, hazırkı Baş Qərargah rəisinin “çox pis” və “faciə” arasında seçim etmələri barədə bəyanatı ilə razılaşdığını bildirib.

Davtyan müharibənin niyə tez dayandırılmaması ilə bağlı suala cavab vermək üçün Vladimir Putinin çıxışına baxmağın gərəkli olduğunu deyib.

Qeyd edək ki, Putin bundan öncəki çıxışında oktyabrın 19-da Ermənistana 7 rayonun və Şuşaya məcburi köçkünlərin geri qaytarılması ilə bağlı təklif irəli sürüldüyünü, amma Paşinyanın bununla razılaşmadığını bildirmişdi.

Davtyan son günlərə qədər Ermənistanın silah sənayesinə cavabdeh olub. Paşinyan müharibədən dərhal sonra onu da vəzifəsindən azad edib.
Qarabağa gedib, ermənilərə kömək etdik – PKKErməni xalqı nə vaxt istəsə, gedib dəstək verməyə hazırıq.

Axar.az xəbər verir ki, bunu PKK-nın qadın təşkilatı – “YJA Star”ın liderlərindən “Beritan Dersim” kod adlı Layika Gültəkin deyib.

“Qarabağa qədər gedib, ermənilərə kömək etdik. Erməni xalqı nə vaxt istəsə, yenə gedib dəstək verməyə hazırıq”, - Gültəkin bildirib.

Əli Həsənov kafedra müdiri vəzifəsindən də azad edildiPrezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.

Avrasiya.net "MediaPost"a istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına Namiq Həsən oğlu Əliyev təyin olunub.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasından xəbəri sayta təsdiq ediblər.

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb.