Andranik Koçaryan: Ermənistanın ordusu yoxdur, onlar silahlı şəxslərdirErmənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan qanunverici orqanın tribunasında ölkənin Müdafiə Nazirliyinin Qarabağ müharibəsindəki əməliyyatları haqqında növbəti dəfə aşağılayıcı fikirlər səsləndirib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Parlamentin komissiya sədri bildirib ki, Ermənistan ordusu mövcud deyil. "Ordu praktik olaraq yoxdur, onlar ancaq silahlı şəxslərdir", - deyə Andranik Koçaryan qeyd edib.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti isə öz növbəsində deputatın fikirlərinə qəti etiraz edib: "Biz müharibə dövründə ordunun rolunu bu qədər çox kiçiltməyə çalışmasını Koçaryanın vicdanının öhdəsinə buraxırıq". Nazirlik bildirib ki, bu açıqlama minlərlə erməni hərbçi üçün təhqirdir.

"Əgər Koçaryan həqiqətən belə düşünürsə, onda Müdafiə Nazirliyi əsgərdən zabitədək hərbçilərin qarşısında üzr istəməsi şərtilə onu Ermənistan ordusunda məmnuniyyətlə müşayiət edəcək. Hər kəs qarşısında", - nazirliyin bəyanatında deyilir.
Rusiyalı politoloq:“Paşinyanın devrilməsi qaçılmazdır”“Paşinyanın çiyinlərinə yüklənən tam məğlubiyyət əlamətləri Ermənistan tərəfini razılaşmaları yerinə yetirməyə məcbur edəcək, hərçənd, düzünü desək, bu, onların üslubunda deyil. Konkret olaraq Paşinyan komandasının çoxvektorlu, hiyləgər və çoxgedişli kombinasiyasından danışıram. Onların oyunu Ermənistan xalqına baha başa gəldi. Razılaşmanın həyata keçiriləcəyini düşünürəm. Bölgədə sülh qurulur və müharibə bitib”.

Bunu Yeni Cəmiyyət İnstitutunun Siyasi-İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov deyib.

“Bundan sonra hər şey bölgədə iqtisadi əməkdaşlıq qurmağın mümkün olub-olmamasından asılı olacaq. Bu, ilk növbədə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə aiddir. Düşünürəm ki, burada da hər şey alınmalıdır” – o bildirib.

Ermənistanın baş nazirinin gələcəyindən danışan ekspert qeyd edib ki, onun devrilməsi qaçılmazdır: “Ermənistan cəmiyyətində qavrayış ​​dəyişikliyi baş verib. Bu 44 günlük müharibənin təsiri ilə ictimai qavrayış ​​dəyişib. Münaqişənin başlanğıcında onlar dünyanın Ermənistan ətrafında qurulduğunu, Ermənistanın 90-cı illərdə Azərbaycanla müharibədə böyük uğurlar qazandığını, hazırda yüksəlişdə olduğunu düşünürdü. Erməni xalqı reallıqla heç bir əlaqəsi olmayan “Böyük Ermənistan” illüziyalarının əsiridir. Buna görə də fəlakət qaçınılmaz idi. Ermənistan cəmiyyətinin xəyallarında uçurum yarandı”.

“Odur ki, devrilmə qaçılmazdır. Ola bilsin, bu, seçki yox, qiyam şəklində olacaq. Cəbhədən qayıdan insanlar qəzəblidir. Onlar “Paşinyan bizə xəyanat etməsə belə, zərbə altında qoydu” deməkdə haqlıdır. Çünki bundan axmaq rəhbərlik təsəvür etmək belə çətindir. Paşinyandan sonra hakimiyyətə kim gəlsə, nə qədər millətçi olsa da, real siyasət sərhədləri içində qalmalı olacaq, çünki bütün xəyallar puç oldu. Məğlubiyyətlə barışmaq və Rusiyaya güvənərək Azərbaycanla əlaqə qurmağa çalışmaq lazımdır. Ermənistan sərhədlərin onların istədikləri kimi deyil, olduğu kimi göründüyü faktı ilə barışmalıdır”, - politoloq vurğulayıb.

“Azərbaycan bu müharibəni qazandı, bu faktdır. Onlar qələbəni təmin etmək üçün çox səy göstərdi. Azərbaycan cəmiyyəti Ermənistan cəmiyyətindən daha yaxşı səfərbər olmuşdu”, - politoloq fikrini yekunlaşdırıb/Report.
63 il birlikdə yaşamış ər-arvad koronadan eyni gündə vəfat etdiİtaliyanın Milan şəhərində 63 il bir yerdə yaşamış ər-arvad koronavirusdan eyni gündə ölüb.

Bu barədə "Report" "l'Eco di Bergamo" qəzetinə istinadən xəbər verir.

Vinçenso və Olqa Molino Milan ətrafındakı Sesto-San-Jovannidə yaşayıblar. Onlar hələ 17-18 yaşlarında Apulinin cənubunda tanış olublar və 1957-ci ildə Milana köçüblər.

Cütlüyün altı nəvəsi var. Nəvələrdən biri nəşrə bildirib ki, qocalar sentyabrın sonunda toylarının 63-cü ildönümünü qeyd ediblər.

Onun sözlərinə görə, 83 və 82 yaşlı qocalar on gün xəstə olublar. Onlarda yüksək hərarət müşahidə edilib. Cütlük noyabrın 11-də Monsı şəhərinin xəstəxanasına aparılıb. Koronavirusun aşkarlandığı Vinçenso və Olqa Molino xəstəxananın müxtəlif palatalarına yerləşdiriliblər. Nəşr qeyd ediib ki, Olqa ərini özünə yaxın hiss etmək üçün onun pencəyinin palataya gətirilməsini xahiş edib. Cütlük 1 saat fərqi ilə dünyadan köçüb.




ABŞ Azərbaycan və Ermənistana 10 milyon dollar ayırır - PompeoABŞ Beynəlxalq Qırmızı Xaç Komitəsinə, digər tərəfdaş beynəlxalq tərəfdaşlara, qeyri-hökumət təşkilatlarına hərbi əməliyyatlardan zərər görmüş insanlara yardım məqsədi ilə 5 milyon dollar ayırır.

Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeonun ABŞ-ın Gürcüstandakı səfirliyinin “Facebook” hesabında paylaşılan bəyanatında bildirilib.

Bildirilib ki, bu yardımla birlikdə 2019-cu maliyyə ilindən sonra ABŞ-ın Ermənistan və Azərbaycana etdiyi humanitar yardımının həcmi 10 milyon dolları keçəcək.

Qeyd olunub ki, ayrılacaq vəsaitin 3.9 milyon dolları COVİD-19-la mübarizədə həssas miqrantlar, qaçqın və məcburi köçkünlər, həmçinin, onlara evsahibliyi edən icmalar üçün nəzərdə tutulub.

“ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən hazırlanan yeni yardım paketi münaqişədən əziyyət çəkən insanların ərzaq, sığınacaq, tibbi ləvazimatlarla təmin edilməsini dəstəkləyəcək. ABŞ hökumətinin humanitar ekspertləri böhranın miqyasını dəyərləndirmək istiqamətində işlərini davam etdirirlər”, - deyə bəyanatda bildirilib.

Bəyanatda digər hökumətlərə dəstəklərini yeniləmək və genişləndirmək barədə çağırış edilib (apa).
Bağdad raket atəşinə tutulduİraqın paytaxtı Bağdadın “yaşıl zonası” raket hücumuna məruz qalıb.

Avrasiya.net xəbər verir ki, dövlət qurumlarının, səfirliklərin yerləşdiyi zonaya ən azı 5 raket atılıb.

Məlumata görə, raket hücumu zamanı C-RAM havadan müdafiə sistemi işə düşüb. Xəsarət alan yoxdur.

Millimiz Lüksemburqa qalib gələ bilmədi22:44

UEFA Millətlər Liqasının VI turunda üz-üzə gələcək Lüksemburq və Azərbaycan yığmalarının start heyətləri bəlli olub.

Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

Lüksemburq: 12. Ralf Şon, 19. Aldin Skenderoviç, 7. Lars Gerson, 3. Enes Mahmutoviç, 18. Loran Yans (k), 16. Leandro Barreyro, 9. Danel Sinani, 17. Mika Pinto, 20. Edvin Muratoviç, 21. Moris Devill, 11. Vensan Till

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 21. Amin Seydiyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 7. Tellur Mütəllimov, 20. İsmayıl İbrahimli, 9. Ramil Şeydayev, 10. Mahir Emreli

Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

***

Millimizin qrupda son matçı start götürdü.

***

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmadı.