Azərbaycanın Milli Qəhrəmanı vəfat etdiAzərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov vəfat edib. Bu barədə oğlu Rəhim Həsənov bildirib.

Milli Qəhrəman noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yol qəzası keçirib. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Milli Qəhrəman süni tənəffüs aparatına qoşulmuşdu.

Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub. 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil alıb. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. Sonra isə Kiyev şəhərinə gedib. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olub. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilib. 1987-ci ildə Vətənə qayıdıb və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir.

Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunub. Məhəmməd Həsənovun döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçib.

Məhəmməd Həsənov batalyon komandiri və döyüşçü kimi Goranboy rayonunun Ağcakənd bölgəsinin və keçmiş Ağdərə rayonunun erməni işğalçılarından azad olunmasında böyük rol oynayıb.

1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra M.Həsənov "N" saylı hərbi hissədə xidmətini davam etdirib. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi.

2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləyib. Son vaxtlar təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışırdı.

Ailəlidir, dörd övladı var.

Allah rəhmət eləsin!
Baş nazir investorlara maraqlı fürsətlər təklif edirBaş nazir Şri Narendra Modi investorları Hindistanın şəhərləşməsinə investisiya qoymağa dəvət edib.

Hindistan Səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, 17 noyabr 2020-ci il tarixində baş tutan və hər il keçirilən Üçüncü “Bloomberg” Yeni İqtisadi Forumunda videokonfrans vasitəsilə çıxış edən Baş nazir qeyd edir: “Əgər şəhərləşməyə investisiya qoymaq istəyirsinizsə, Hindistan sizin üçün maraqlı fürsətlər təklif edir. Mobilliyə investisiya qoymaq istəyirsinizsə, Hindistan sizin üçün maraqlı fürsətlər təklif edir. İnnovasiyaya investisiya qoymaq istəyirsinizsə, Hindistan sizin üçün maraqlı fürsətlər təklif edir. Davamlı həll yollarına investisiya qoymaq istəyirsinizsə, Hindistan sizin üçün maraqlı fürsətlər təklif edir. Bu imkanlar parlaq demokratiya ilə birlikdə gəlir. İşgüzar mühit, nəhəng bazar və Hindistanın üstünlük verilən qlobal sərmayə məkanına çevirmək üçün mümkün olan bütün cəhdləri edən bir hökumət. ”

Şri Modi, COVID-19 pandemiyasından sonrakı dönəmin yenidən başlamasına ehtiyac duyulacağını, ancaq yenidən qurulmanın sıfırlanmadan mümkün olmayacağını bildirdi. Yanaşmanın yenidən qurulması, proseslərin sıfırlanması və təcrübələrin yenidən həyata keçirilməsi. Pandemiya bizə hər sahədə yeni protokollar hazırlamaq imkanını verdi. “Gələcək üçün dayanıqlı və möhkəm sistemlər inkişaf etdirmək istəyiriksə, bu fürsət dünya tərəfindən istifadə olunmalıdır. Biz dünyanın COVID-19 pandemiyasından sonrakı dönəminin tələbləri barədə düşünməliyik. Bu istiqamətdə şəhər mərkəzlərimizin müasirləşdirilməsi yaxşı bir başlanğıc nöqtəsi olacaq ” deyə Baş nazir əlavə edib.

Şəhər mərkəzlərinin müasirləşdirilməsindən bəhs edən Baş nazir, bərpa prosesinde insanların mühüm rol oynadığını vurğuladı. İnsanları ən böyük mənbə, topluluqları isə ən böyük təməl daşı adlandıran Baş nazir qeyd edir ki, pandemiya cəmiyyət və iş yerləri olaraq ən böyük mənbəyimizin insanlarımız olduğunu bir daha vurğuladı. COVID-19 pandemiyasından sonrakı dönəm bu əsas və mühüm mənbəyi inkişaf etdirməklə qurulmalıdır.

Baş nazir, pandemiya dövrünün öyrənilməsi vacib olan məsələlərinin öyrənilməyə davam etdirməyin lazım olduğunu vurğuladı. Karantin dövründə müşahidə olunan təmiz ətraf mühit barəsində danışan Modi daha təmiz bir mühitin istisna olmadığı, ancaq qəbul edilmiş norma olduğu dayanıqlı şəhərlərin qurula biləcəyi barədə düşündü. Şri Modi qeyd etdi ki, Hindistanda şəhər imkanlarına sahib ancaq kənd ab-havasını qoruyub saxlayan şəhər mərkəzlərinin qurulması üçün səy göstərdik.

Modi forumda Hindistanın şəhər mənzərəsini canlandırmaq üçün son zamanlarda həyata keçirilən Rəqəmsal Hindistan, Startap Hindistan, əlverişli mənzillər, Daşınmaz Əmlak (Nizamnamə) Qanunu və 27 şəhərdə Metro Dəmir yolu kimi bir sıra təşəbbüslər barədə məlumat verdi. Baş nazir qeyd etdi ki, biz 2022-ci ilədək ölkədə uzunluğu 1000 km-ə yaxın Metro Dəmiryolu sisteminə nail olmaq yolundayıq.

Baş nazir bildirdi ki, iki mərhələli bir müddətdə 100 ağıllı şəhər seçdik. Bu, kooperativ və rəqabətçi federalizm fəlsəfəsini dəstəkləyən ümummilli bir rəqabət idi. Bu şəhərlər təxminən 30 milyard dollar dəyərində layihələr hazırlayıb. Təxminən 20 milyard dollar dəyərində layihələr tamamlanıb və ya tamamlanmaq üzrədir. ”

Azərbaycanlı model İstanbulda vəhşicəsinə döyüldü - FotoAzərbaycanlı model V.N. (adı açıqlanmır – red.) İstanbulda fələstinli sevgilisi tərəfindən vəhşicəsinə döyülüb.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, fələstinli iş adamı ilə sevgili olan azərbaycanlı model dəfələrlə onun tərəfindən döyülüb. Sözügedən anlar evə quraşdırılmış kameralara da düşüb.

Artıq modelin vəkili Güzidə Şəniz Pekkan məsələ ilə bağlı prokurorluğa şikayət edib.

“Qadın qorxu içində yaşayır. Özünün və övladının həyatına təhlükə var. Zorakılıqla bağlı görüntülər adamın qanını dondurur”, - vəkil bildirib.

Qeyd edək ki, azərbaycanlı modelin burnunun sındığı, bədənində ciddi zədələr olduğu deyilib.

“Qarabağın perspektiv inkişaf istiqamətləri” mövzusunda online vebinar   Karabakh is Azerbaijan platforması və Unitalksın təşkilatçılığı ilə “Qarabağın perspektiv inkişaf istiqamətləri” mövzusunda vebinarı Facebook səhifəmizdən canlı yayımlanacaq.

Qarabağ münaqişəsi ilə bağlı, Qarabağın siyasi-texnoloji, siyasi-iqtisadi və sosial yönümlü anlayışları özündə birləşdirən mövzular ətrafında danışıqların gedəcəyi vebinara hər birinizi dəvət edirik!

Online vebinarda Milli Məclisin deputatı, fəxri qonaqlar, ictimai xadimlər, təhsil nümayəndələri iştirak edəcəkdir.

Qeyd edək ki, onlayn layihə çərçivəsində Milli məclisin deputatları və müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə vebinar və görüşlər keçirilməyə davam edəcək.

Vebinarin tarixi: 21 noyabr saat 21:00

Link: facebook.com/karabakhisazerbaijanmedia

Qeydiyyat üçün
Wp link: https://chat.whatsapp.com/HOULOeUnIVkFZ0RFfTtNCR

Telegram link: https://t.me/joinchat/OsfI3B2dcDMkxp7BnKJcbA
Ermənistan hökuməti yeni kadrlar axtarır Ermənistanın hazırkı hökumətinin tərkibi 80% dəyişdiriləcək.

Bu iddia "Joxovurd" qəzetinə məxsusdur.

Nəşr öz mənbələrinə istinadən bildirir ki, baş nazir Nikol Paşinyan hökumət üzvlərinin demək olar ki, 80 faizini istefaya göndərmək niyyətindədir.

Qəzetin yazdığına görə, hakim partiya bu günlərdə vəzifələrini tərk edənlərin yerinə yeni kadrlar axtarır.

Qəzet, xüsusilə, əmək və sosial işlər naziri Zaruxi Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan və müavinlərinin vəzifələrindən azad ediləcəyini qeyd edir.

Ölkənin ali rəhbərliyi hesab edir ki, nazirlər kabineti üzvləri Qarabağdakı müharibə günlərində fəaliyyətsiz olublar və buna görə də getməlidirlər.

Qeyd edək ki, bundan əvvəl xarici işlər naziri Zohrab Mnatsakanyan, onun müavini Şavarş Köçəryan və fövqəladə hallar naziri Feliks Tsolakyan vəzifələrindən azad edilib.

Paşinyan xalqından 6 ay vaxt istədiErmənistan baş naziri Nikol Paşinyan məğlubiyyəti topluma həzm etdirmək üçün yenidən vədlər verməyə başlayıb.

Avrasiya.net xəbər verir ki, Nikol Paşinyan "Facebook" səhifəsində "yaranmış vəziyyətdən çıxış yolu" kimi 15 maddəlik yol xəritəsi açıqlayıb. Utopik tezislərin yer aldığı bu maddələrdə Ermənistanın inkişafı və s. kimi şeylər vəd olunur. Səhiyyə, müdafiə, iqtisadiyyat və sosial sferalarda və demokratikləşmə prosesində yeniliklərin olacağını yazan Paşinyan bunun üçün 6 ay vaxt lazım olduğunu və komandada dəyişikliklər lazım olduğunu qeyd edib.


İsrail İran qüvvələrinə zərbələr endirdiİsrail ordusu Suriya ərazisindəki İran qüvvələrinə, həmçinin Suriya hərbçilərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

İsrail ordusunun Tvitter hesabında Qüds briqadasının Dəməşqdə yerləşən birləşməsinə zərbələr endirildiyi bildirilib.

Suriyanın SANA dövlət agentliyi hərbi mənbəyə istinadən İsrailin Suriya ərazisinə raket hücumları nəticəsində üç nəfərin öldüyünü yazıb.
"Yunanıstan F-35-ləri alarsa, Türkiyə qarşılarına S-400-ləri qoyar"Yunanıstan F-35-lərin alınması məsələsi ilə bağlı tələsik addımlar atır.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli general Nejat Eslen deyib.

“Türkiyə həm geosiyasi mövqeyi, həm də imkanları baxımından ABŞ və NATO üçün olduqca önəmli ölkədir. ABŞ-ın regionda Yunanıstana verdiyi dəstək öz mənafeyinə uyğun deyil. ABŞ strateji durumu nəzərə almalıdır”, - deyə general bildirib.

O, Türkiyənin S-400-lərinin Yunanıstanı narahat etdiyini vurğulayıb:

“Yunanıstan F-35-ləri alarsa, Türkiyə qarşılarına S-400-ləri qoyar. Bütün dünya bilir ki, S-400-lərin qarşısında F-35-lərin “xəyalət təyyarəsi” imkanları yoxdur. Təbii ki, ABŞ da bundan narahat olar. S-400-ləri Egey və Şərqi Aralıqda yerləşdirərsək, həm Yunanıstan, həm də burada macəra axtaran digər ölkələr qarşısında strateji üstünlük əldə edərik”.