Koronavirus qripdən iki dəfə ölümcüldür - ŞOK ARAŞADIRMAXəstəxanalarda COVID-19 ilə bağlı ölüm hallarının sayı qrip ilə əlaqədar ölüm hallarından iki dəfə çoxdur. Qripdən ölənlərin statistikası göstərir ki, onların bir çoxu evdə dünyasını dəyişirlər, çünki bu virusu təhlükəli hesab etmirlər.

Publika.az xəbər verir ki, bu barədə “Annals of the American Thoracic Society” jurnalında xəstəxanalarda koronavirus və qripdən ölüm hallarını təhlil edən araşdırmanın nəticələrində bildirilib.

Qeyd edilib ki, söhbət xəstəxanalara ağır qrip və koronavirus formaları ilə müraciət edənlərdən gedir. COVID-19 ilə xəstələrdə ölüm nisbəti 40 faiz, qrip xəstələri arasında isə 19 faiz təşkil edir.

Bu məlumatlar xəstənin yaşından, cinsindən, digər xəstəliklərin mövcudluğundan asılı deyildi. Bu, ABŞ-da COVID-19 və qrip xəstələrində klinik xüsusiyyətləri, laboratoriya nəticələrini birbaşa müqayisə edən ilk tədqiqatdır. Əvvəllər bu xəstəliklər arasındakı ölüm halı, xəstəxanalara qəbul olub-olmamasından asılı olmayaraq, bütün xəstələrin ümumi xüsusiyyətlərinə görə müqayisə olunurdu.

COVID-19 üçün dəqiq ölüm nisbətini hesablamaq olduqca çətindir, çünki tam olaraq nə qədər insanın xəstə olduğunu təyin etmək mümkün deyil. Pandemiyanın ilk aylarında yalnız ən ağır xəstələrə testlər edilirdi və asimptomatik və ya yüngül halların 90 faizindən çoxu nəzərə alınmırdı. O zaman sadə hesaba əsaslanaraq, koronavirusdan ölüm nisbətinin demək olar ki, 10 faizə yaxınlaşdığı nəticəyə gəlirdilər. Daha sonra, asimptomatik xəstələr üçün düzəlişlə Dünya Səhiyyə Təşkilatı onu 0,6 faizə endirdi, bu da mövsümi qrip üçün 0,1 faizdən çox yüksəkdir.
Azərbaycanlı iş adamı Almaniyada həbs olunduAlmaniyada meşə təsərrüfatına ziyan verməkdə ittiham olunan azərbaycanlı iş adamının son məhkəmə prosesi keçirilib.

Koblenz Şəhər İdarə Məhkəməsində baş tutan iclasda hakim Azərbaycan əsilli, Rusiya vətəndaşı Afiq Qəhrəmanov barəsində 2 il azadlıqdan məhrumetmə və 80 min avro pul cəriməsi ilə bağlı qərarı elan edib.

Məlumat üçün bildirək ki, bu ilin may ayında 42 yaşlı iş adamı alman polisi tərəfindən saxlanılıb. O, Koblenz şəhərində mənzil tikintisi üçün icazə verilən torpaq sahəsinin planından kənara çıxaraq, əlavə iki sot ərazidəki ağacları kəsməkdə ittiham olunub. Reynland-Pfalts Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saxlanılan Afiq Qəhrəmanov 2006-cı ildə qeydiyyatı ləğv edilən “Run” tikinti şirkətinin rəhbəri olub.

Meşə ərazisində əməliyyat keçirən Koblenz şəhər Polis İdarəsinin əməkdaşları ağacların kəsilməsini dayandırıblar. İşçilər və istifadə etdikləri texnikalar ərazidən uzaqlaşdırılıb.

A.Qəhrəmanovu Koblenz şəhərindəki yaşadığı ünvanda tapa bilməyən polis əməkdaşları onun barəsində axtarış elan ediblər. Azərbaycanlı iş adamı Almaniyadan Niderlanda keçən zaman saxlanılıb.

Koblenz Şəhər İdarə Məhkəməsində məhkəmə qarşısına çıxarılan A.Qəhrəmanov barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib (report).
Prezident özü maşın sürüb Xudafərinə getdi - VideoXəbər verdiyimiz kimi, noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər edib.

Avrasiya.net xəbər verir ki, səfərdən görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva özünün rəsmi İnstaqram hesabında paylaşıb. Dövlət başçısı işğaldan azad olunmuş bölgələrimizə səfər edərkən avtomobili özü idarə edib.

Görüntüləri isə maşında əyləşən birinci xanım Mehriban Əliyeva lentə alıb. Həmin görüntülərdə təəssüratlarını bölüşən dövlət başçısı Cəbrayıl ərazisində ətrafa nəzər yetirərək ermənilərin rayonu dağıtmağından söz açıb.

"Baxın, düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik", - deyə İlham Əliyev bildirib.

Prezident və birinci xanım tarixi Xudafərin körpüsünə də baş çəkib.
Xankəndiyə qaytarılan ermənilərin sayı açıqlandıErmənistandan Azərbaycanın Xankəndi şəhərinə indiyə qədər 1200 erməni qaytarılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, onların Xankəndiyə təhlükəsiz şəkildə gəlməsi və yerləşməsi təmin edilib.

Qeyd edək ki, Xankəndiyə qayıdanlar ciddi kommunal problemlər və qida çatışmazlığı ilə üzləşirlər.
Bu gün Milli Dirçəliş GünüdürAvrasiya.net xəbər verir ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıqda (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.