Azərbaycanda yoluxma yenidən 2 mini ötdü - 20 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 79158 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 568945 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21259 nəfərdir.

Ölkədə son sutka ərzində 13213, hazırkı dövrədək isə 1536434 test aparılıb.
ANAMA: Kəlbəcərdə düşmənin təhlükəli tələlərinə çox rast gələcəyikNoyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla ermənilər noyabrın 15-dək Kəlbəcəri tərk etməli idi. Amma düşmənin ərazini tərk etməsi üçün daha 10 gün istəməsi, erməni vandallığının davam etdirildiyini göstərir. Kəlbəcərdən əli üzülən düşmən meşələri qıraraq Ermənistana daşıyır, qəbirləri eşir, evləri, daşınmaz olan istənilən maddiyyatı yandırır, məhv edir. Bu xüsusda düşmənin Azərbaycana daha çox itki yaşatması üçün Kəlbəcərin ərazisini minalaması istisna edilmir.

Məsələ ilə bağlı ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov bildirib ki, ermənilərin hər cür hiyləyə, məkrə əl atması yeni fakt deyil:

“Biz bütün təlim və treninqlərdə hər bir incə detal üzərində işləyirik. Bizdə evlərin təmizlənməsi və ƏPQ-əldəqayırma partlayıcı qurğuların təmizlənməsinə qarşı mübarizə və s. təlimləri keçirilib. İşğaldan azad olunmuş torpaqlarda xidmətə cəlb olunan hər bir əməkdaş bu təlimlərdə iştirak edib, öz praktikasında bundan əyani şəkildə istifadə edib. Düşünürük ki, düşmən tərəfindən təhlükəli tələlərə çox rast gələcəyik. Necə ki, beynəlxalq müstəvidə qadağan olunmuş, amma düşmən tərəfindən istifadə edilən fosforlu, kassetli sursatlarla qarşılaşdıq və hamısını də uğurla zərərsizləşdirdik. Biz indiyədək 1173 ədəd bombacıq, o cümlədən 4 ədəd fosforlu sursat aşkar edərək, zərərsizləşdirmişik. Çox şükür ki, bu cür qadağan olunmuş sursatların məhvi, götürülməsi və daşınmasını tam olaraq, təhlükəsiz və xəsarət almadan yerinə yetirdik. Düşünürəm ki, növbəti mərhələdə qarşımıza çıxan hər bir düşmən maneəsini də uğurla dəf edəcəyik”.

Qurum rəsmisi deyib ki, ANAMA əməkdaşları hər cür çətinliyə hazırdır:

“Çünki bizim xüsusi mobil əməliyyat qruplarının hamısı bu ixtisaslar üzrə tam olaraq, təkmilləşdirilib. Həm evlərin, həm əldəqayırma partlayıcı qurğuların, həm də şübhəli əşyalara yaxınlaşma mövzusunda kifayət qədər parktikaya sahib olan ANAMA əməkdaşları hər cür çətinliyə hazırdır”.

Prokurorluq Bakıdakı intihar hadisəsi ilə bağlı məlumat yayıbNoyabrın 15-də saat 16 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu barədə Avrasiya.net-ə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilib.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda koronavirusa yoluxmuş 2 qadın tutuldu Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Avrasiya.net Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Xaçmaz rayon sakini Z.Kərimova saxlanılıb. Müəyyən edilib ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.

Oxşar hadisə Samuxda da baş verib. Belə ki, noyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilmişdir ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edibş və digər insanlar üçün real təhlükə yaradıb.

Həmin qadın da Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.
Prezidentin sürdüyü zirehli avtomobil - FotoDünən Cəbrayıl rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarə etdiyi zirehli avtomobil böyük marağa səbəb olub. Zirehli texnika Azərbaycan-Kanada müdafiə şirkəti AZCAN tərəfindən istehsal olunur. AzCan Sentry APC adlandırılan zirehli avtomobil əsasən Daxili İşlər Nazirliyinin personalı tərəfindən istifadə olunur.

Avrasiya.net Ted.az-a istinadən xəbər verir ki, Kanada-Azərbaycan birgə müəssisəsi AZCAN Defence Solutions (İNKAS Armored Vehicle Manufacturing Kanada şirkəti ilə birgə təsis olunub) Azərbaycan Daxili İşlər Nazirliyinə APC-Armored Personnel Carriers zirehli piyada döyüş maşınlarının satışına dair müqavilə imzalayıb. Müqavilə əsasında da şirkət artıq bir neçə döyüş maşınını Azərbaycana çatdırıb.

İNKAS şirkəti hərbi maşınlar yox, hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş hərbiləşdirilmiş maşınlar istehsal edir. Eyni zamanda, ARC zirehli personal daşıyıcıları ordu bölmələri, xüsusi təyinatlı bölmələr tərəfindən də istifadə oluna bilər.

İNKAS Huron ARC çoxməqsədli taktiki nəqliyyat vasitəsidir, öz sərnişinlərini istənilən iqlim şəraitində daşımaq, müdafiə etmək imkanındadır, mina partlayışına qarşı yüksək dözümlülüyə malikdir. Nəqliyyat vasitəsi polis və ordu qüvvələrinin taktiki missiyalarında istifadə olunmaq üçün layihələndirilib.

Şirkətin AZCAN-la birgə istehsal etdiyi Huron və Sentry zirehli avtomobilləri ilk dəfə 2016-cı ilin yazında Bakıda keçirilən ADEX 2016 sərgisində nümayiş olunub.

Avtomobil İsrailin İAİ və General Robotics şirkətləri tərəfindən işlənib hazırlanmış, məsafədən idarə olunan Pitbull döyüş modulu ilə təchiz edilib.

2016-cı ilin sonlarından fəaliyyətə başladığı elan edilən AZCAN birgə müəssisəsi həmin zirehli maşınların Bakıda birgə istehsalını təşkil edərək onları dünyanın bir çox ölkələrinə ixrac etməyi planlaşdırıb. Həmin maşınların Kanadada yığılan ilk partiyası Azərbaycan DİN-ə satılıb.

Bəzi məlumatlara görə, həmin avtomobillərin istehsalı üçün lazım olan polad da Azərbaycandan alınıb.



"İctimai rəydə konsensus və vəhdət çağırışları üstünlük təşkil etməlidir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Ötən gün 22 nəfərin ev dustaqlığına buraxılmasının həm İkinci Qarabağ müharibəsinin Qələbə ilə bitməsindən sonra ölkəmizdə yaşanan zəfər coşqusu ilə, həm də 17 noybar Dirçəliş Günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Biz bunu humanist davranış nümunəsi kimi dəyərləndiririk. Nəzərə alsaq ki, ev dustaqlığına buraxılan həmin 22 nəfərin arasında Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli kimi siyasi fəallar da var, o zaman bu hadisənin heç də təsadüf olmadığı bir daha aydın olur.

Bu şəxslər iyulun 14-də "Qarabağa azadlıq" şüarı altında keçirilən dinc aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilərək həbs olunan 36 nəfərin sırasına daxildir. Onlar Orduya dəstək yürüşündə təxribata çağırış və təhrikə görə həbs olunmuşdular. Lakin dünən onların barəsində verilmiş həbs qətiimkan qərarı ev dustaqlığı ilə əvəz olundu.

Bu qərarın dəyişdirilməsində və onların ev dustaqlığına buraxılmasında heç şübhəsiz ki, Prezident İlham Əliyevin siyasi iradəsi də mühüm rol oynayıb. Çünki Prezident situasiyanı düzgün dəyərləndirir və yeni şəraitə uyğun adekvat qərarlar verir. Hazırki vəziyyət cəmiyyətimizin Qələbə əhval-ruhiyyəsinə, bayram ovqatına kökləndiyi bir məqamdır və bu məqamda cəmiyyətdə milli birlik, həmrəylik duyğu və düşüncələrinin hökm sürməsi çox önəmlidir. Belə bir məqamda atılan bütün addımlar milli həmrəyliyimizin daha da gücləndirilməsinə xidmət etməlidir. İctimai rəydə konsensus və vəhdət çağırışları üstünlük təşkil etməlidir. Sözügedən şəxslərin ev dustaqlığına buraxılmasını məhz bu rakursdan dəyərləndirməliyik. Bu bayram günlərində onların yenidən öz doğmalarına qovuşması həqiqətən də humanizmin və xoş məramın təntənəsidir. Biz bundan sonra milli birliyimizin daha da güclənəcəyinə inanırıq. Əminik ki, müxalifət də iqtidarın bu addımlarını müsbət dəyərləndirəcək.
Deputat Ermənistan parlamentini alt-üst etdi - VİDEO10 noyabr gecə saatlarında Ermənistanın parlament binasını talan edənlər arasında "Çiçəklənən Ermənistan" partiyasının deputatı David Manukyan da olub.

Publika.az xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri, "Mənim Addımım" blokundan millət vəkili Lena Nazaryan bildirib.

O qeyd edib ki, parlamentə soxulanlar, nəinki, səlahiyyətli şəxslərin, hətta müavinlərin də ofislərini dağıdıb.

"Çiçəklənən Ermənistan" partiyası bu ittihamları qəbul etməyib.

Qeyd edək ki, baş nazirin mətbuat katibi Mane Qevorqyan hökumət binasına soxulanların arasında müxtəlif siyasi qüvvələrin nümayəndələrini əks etdirən video yayımlayıb.

Paşinyanın 7 şərtini başına vurduq - İlham ƏliyevBundan sonra artıq heç kim bizimlə ulitimatum dilində danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan bizə 7 şərt bizə irəli sürmüşdü. Başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər?.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.

“Mənim bir şərtim var idi – rədd ol çıx get! O şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. İşğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına səbr diləyirəm. Onların valideynlərinə təşəkürümü bildirirəm ki, dövlətimizin üçün, xalqımız üçün belə igidlər yetişdirib ”, - o vurğulayıb.
Düşmən oğru və əxlaqsız düşməndir - PrezidentDüşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyümüzün bərpası deyil.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı söyləyib.

“Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, ancaq biz qalib gəlmişik. Çünki biz qurub-yaradanıq. Ermənilər isə bunu ediblər, dağıdıblar”, - o vurğulayıb.
“VECON CONSULTING” dən xeyirxah addımÖlkənin qiymətləndirmə sektorunda aparıcı şirkətlərdən olan “VECON CONSULTING” Azərbaycanın illərdir işğal altında olan Dağlıq Qarabağ ərazisinin azad edilməsi uğrunda gedən müharibədə şəhid olan hərbçilərin ailələri üçün qiymətləndirmə üzrə xidmət növlərini təmənnasız olaraq həyata keçirəcək.

Bu xidmətlər sırasına dövlət tərəfindən həyata keçirilən sosial xarakterli layihələr üzrə yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi daxildir.

Bundan başqa Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka krediti vasitəsilə ölkə vətəndaşlarının mənzil ilə təmin olunması üzrə həyata keçirilən sosial layihəsi çərçivəsində Qarabağın azad edilməsi üğrunda müharibə iştirakçıları tərəfindən alınan mənzillərin qiymətləndirilməsi 50% güzəştlə həyata keçiriləcək.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib.

Qeyd edək ki, “VECON CONSULTING” bu istiqamətdə qiymətləndirmə aparma hüququna və təcrübəsinə malik azsaylı şirkətlərdən biridir. “VECON CONSULTING” qiymətləndirmə şirkəti tanınmış JSC “International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının( hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı), Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyasının kollektiv üzvüdür.