Putinin çıxışında Azərbaycan üçün təhlükəli MƏQAMLARRusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına bugünkü müsahibəsində Dağlıq Qarabağla bağlı xeyli mətləbə toxunub.

Avrasiya.net-in məlumatına görə, Putin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqlarının detallarına toxunub.

O deyib ki, Ermənistanın baş naziri Şuşa uğrunda döyüşməyə davam edəcəklərini Kreml sahibinə bildiribmiş.

Vladimir Putinin çıxışında Azərbaycan üçün təhlükəli məqamlar diqqət çəkib.

Rusiya prezidenti Dağlıq Qarabağın “status-kvo”sunun davam edəcəyini vurğulayıb. Bu o deməkdir ki, ordakı separatçılar və onların qanunsuz silahlı qüvvələri fəaliyyətlərini davam etdirə bilərlər.

Jurnalistin “Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına isə Putinin cavabı belə olub: “Biz Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıdıq, Krımın özmüqəddarıtını qəbul etdik...”.

Politoloq Elxan Şahinoğlu bununla Putinin dolayısı ilə Azərbaycanı təhdid etdiyini bildirib:

“Yəni Kreml sahibi bununla sanki demək istədi ki, “hərbçilərimizə bir şey olsa, Azərbaycana problem yarada bilərik”. Cənubi Osetiyanın “tanınması” məhz sülhməramlılarla əlaqəli olmuşdu. Putin müharibə dövründə Ermənistana kifayət qədər silah və hərbi sursat göndərdiyini ilk dəfə açıqlamış oldu. Putin dedi ki, müharibə zamanı hərbi balansın Ermənistan əleyhinə yönəlməməsi üçün bu ölkəyə hərbi texnika göndərirdi”.

E.Şahinoğlu Putinin Türkiyə haqqında da söylədiyi fikirlərə toxunub:

“Kreml sahibi faktiki Türkiyənin sülhməramlı əməliyyatında iştirakının əleyhinə olduğunu vurğuladı. Putin bunu deyərkən ermənilərin etirazına istinad etdi: “Ermənilər ötən əsrin əvvəllərindəki soyqırımı unutmayıblar”. Yəni Putinin sözlərinə görə, Türkiyə sülhməramlıları ermənilərə psixoloji təzyiq vasitəsi ola bilər. O bunu istəmir. Ancaq Putin sözlərinə onu da əlavə etdi ki, Azərbaycan istəsə Türkiyə hərbçilərini ərazisinin istədiyi hissəsində yerləşdirə bilər. Putin Rusiya ilə Türkiyə arasında tarixi düşmənçiliyin arxada qaldığını da sözlərinə əlavə etdi. Başqa sözlə Kreml sahibi demək istədi ki, iki ölkənin maraqları arasındakı fərqlərə baxmayaraq, ortaq fəaliyyət də az deyil”.
"Qarabağdakı Rusiya-Türkiyə Mərkəzi PUA-lardan istifadə edəcək"Avrasiya.net xəbər verir ki, bu sözləri Rusiya lideri Putin Rossiya-24-ün efirində deyib.

“Bizim birgə işləməklə bağlı çox yaxşı təcrübəmiz var. Yaxın Şərqdə, o cümlədən Suriyada – İdlib zonasında, həmçinin Suriya ilə Türkiyə sərhədində birgə patrul həyata keçiririk. Burda (Qarabağda) bu cür fəaliyyət tələb olunmur. Ancaq biz razılaşmışıq ki, birgə mərkəz yaradacağıq, PUA-lardan istifadə ilə situasiyaya nəzarət edəcəyik, informasiyanı birlikdə alacağıq, birgə analiz edəcəyik”, - Putin bildirib.

Kreml sahibi əlavə edib ki, Rusiya və Türkiyə bundan çıxış edərək onlayn rejimdə birgə nəticə çıxaracaq.

Azərbaycan öz ərazilərini geri qaytardı - PutinHətta Ermənistan özü Dağlıq Qarabağın “müstəqilliyini” tanımayıb. Bu, o deməkdir ki, Azərbaycan öz ərazisini qaytarmağa çalışıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Rossiya-24-ün efirində deyib.

“Heç kim, hətta Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən nə deməkdir? O deməkdir ki, Azərbaycan öz ərazisini geri qaytarıb, hansı ki, bütün beynəlxalq birlik o əraziləri Azərbaycan ərazisi sayırdı. Bununla əlaqədar ona yardım edən hər hansı müttəfiqi seçmək haqqı var idi”, - Putin bildirib.

"Ermənistan cəmiyyəti yalan yazanlardan, yalan danışanlardan hesab sorur" Müşfiq Ələsgərli

Ermənistanda noyabrın 10-dan başlanan hakimiyyət böhranı davam edir. Paşinyan hakimiyyətinin müharibədə məğlubiyyətinə, kapitulyasiya bəyanatına imza atmasına etiraz olaraq başlanan aksiyalar fonunda hökumətdə təmsil olunan yüksək ranqlı məmurlar ard-arda istefa verirlər. İstefa dalğası hakimiyyətin bütün qollarını və strukturlarını əhatə edir. Son olaraq prezident Armen Sarqisyan böhrandan çıxmaq üçün hökuməti və parlamenti növbədənkənar seçkilərə hazırlaşmağa çağırıb.

Prosesin gedişində diqqət çəkən xüsusi bir məqam da var: istefa verənlərin sırasında ayrı-ayrı strukturların ictimaiyyətlə əlaqələrə məsul olan şəxsləri üstünlük təşkil edirlər. Hərbi əməliyyatlar dövründə ictimaiyyət qarşısına çıxan, müharibənin gedişi, hərbi əməliyyatların durumu, Ermənistan ordusunun “qələbələri” barədə açıqlamalar verən şəxslər daha çox linç edilirlər, istefa verənlərin əksəriyyəti də bu qəbildən olanlardırlar. Yəni, o şəxslər ki, publika qarşısında olublar, hərbi əməliyyatlar, Ermənistanın “qələbələri” barədə uydurma, yalançı məlumatlar veriblər, cəmiyyəti aldadıblar, cəmiyyətdə qələbələr barədə yalançı arxayınçılıq yaradıblar,bu gün hədəfdə olanlar sırasında üstünlük təşkil edirlər. Bu sırada Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyanın noyabrın 9-da vəzifəsindən istefa verməsi ciddi nümunədir. Hovannisyan Facebook səhifəsində yaydığı statusunda uzun müddət yalan danışdığını etiraf edib. Bunun günahını isə Müdafiə Nazirliyinin üzərinə yıxıb. Mövcud vəziyyətə, təqdim etdiyi yalan xəbərlərə görə təəssüfləndiyini qeyd edən, üzr istəyən sabiq sözçü ölkə ictimaiyyətinə açıqladığı bütün yalan xəbərlərin Ermənistan silahlı qüvvələrinin baş Qərargahı və “müdafiə ordusu” tərəfindən təqdim edildiyini vurğulayıb.

Sırada Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan da var. Ermənistan KİV-i məlumat yayıb ki, onun istefa ərizəsi internetdə yayılıb.Nazirin istefa xəbərini Paşinyan parlamentdə çıxışı zamanı elan etmişdi. Mnatsakanyan Ermənistanın “diplomatik uğurları” barədə çoxsaylı açıqlamalar vermiş, qələbənin Ermənistan tərəfində olacağını vəd vermişdi.

Təbii ki, yalançıların sırasında ön cərgədə baş nazr Nikol Paşinyan dayanır. 12 noyabr tarixli etiraz aksiyasının iştirakçı, ixtisasca dirijor olan Vahe Eğoyan BBC əməkdaşına verdiyi açıqlamada Ermənistan cəmiyyətinin acılarını lakonik şəkildə ifadə edib:"Kaş o, əsl vəziyyəti açıqlayaydı... Ancaq təbliğat əks istiqamətdə işləyirdi: bizə hər zaman deyirlilər ki, hər şey yaxşıdır, hər şey normaldır. Ən azı, deyə bilərdilər ki, vəziyyət nəzarət altında olsa da, çətinliklərimiz mövcuddur. Ermənilər nə baş verdiyini anlamırdılar, biz yalan xəbərlər fonunda qələbə ovqatında idik”.

Yalan xəbərlərin yayılmasına görə Ermənistan KİV-ləri də məsuliyyət daşıyırlar və cəmiyyətin hədəfinə çevriliblər. Sentyabrın 27-dən elan edilmiş hərbi vəziyyət fonunda alternativ informasiya mənbələri məhdudlaşdırılmış, əsas informasiya yayıcısı rolunu Ermənistan KİV-ləri oynamışdılar. Bu baxımdan “Ermənistanın uğurları” barədə yalan xəbərlər daha çox ənənəvi KİV-lərdə tirajlanıb, cəmiyyətdə çaşqınlıq yaradıb. Yalan xəbərlər fonunda Ermənistan cəmiyyətində eyforiya o həddə çatıb ki,noyabrın 10-da Ermənistanın kapitulyasiya bəyanatına imza atması barədə informsiya yayan “Azadlıq” Radisonun İrəvan bürosu basqına məruz qaldı. Cəimyyət elə bilirdi ki, “Azadlıq” Radiosu yalan yazır, “Ermənistan kapitulyasiyaya imza atacaq durumda deyil”. Hansı ki, yalan xəbərləri Ermənistan KİV-ləri yayır, cəmiyyəti yalançı qələbələrlə ruhlandırırdalar. Həqiqətlərin üzə çıxmasından, KİV-in yalan məlumatları ilə aldadıldığını anladıqdan sonra, Ermənistan cəmiyyəti dövlət strukturları kimi, Ermənistan KİV-lərinə də etimadsızlıq göstərir, KİV üzərinə basqılar edir.

Amma KİV öz yalanlarını “sığortalayıb”, qeyri-dəqiq məlumatları Paşinyanın təlimatları və təhdidləri altında yazdığını bəyan edib. Ermənistan Jurnalistlər Birliyinin sədri Satik Seyranyan bəynat yayaq bildirib ki, Ermənistan KİV-ləri 27 sentyabrdan başlanan hərbi əməliyyatlar dövründə “yalan yazmağa məcbur edilib”. Bəyanatdan bəlli olur ki, baş nazir Nikol Paşinyan hərbi vəziyyəti fürsət bilərək, medianın fəaliyyətinin birdəfəlik məhdudlaşdırılması üçün çoxdan hazırladığı proqramın tətbiq edilməsinə çalışıb. Yəni, mediaya tətbiq edilən məhdudiyyətlər hərbi vəziyyət dövrünün standartlarını aşıb keçib.

Ermənistan baş naziri hərbi vəziyyət haqqında qanuna yeni əlavə və dəyişikliklər edilməsini təklif verib. Yeni dəyişikliklər hərbi vəziyyət dönəmində hərbi fəaliyyətlərlə bağlı informasiya verilməsini məhdudlaşdırmaqla yanaşı, həm də hərbi vəziyyət dönəmində dövlət qurumlarının, məmurların, hətta yerli özünüidarəetmə qurumlarının fəaliyyətinin tənqid edilməsini yasaqlayır. Bir sözlə, medianın fəaliyyət iflic edilir.

Digər məqam bundan ibarətdir ki, dünya praktikasına zidd olaraq, yeni qanunun tələblərinin pozulması ilə bağlı vəziyyətə nəzarət etmək səlahiyyəti polisə verilir. Polis qanunun tələblərinin pozulduğunu müəyyən edərkən cərimə tərtib etmək; materialın silinməsini tələb etmək, həmçinin, KİV qurumunun fəaiyyətini dayandırmaq səlahiyyətinə malik olur.

Üçüncüsü isə, yeni dəyişikliklərin parlamentdə təsdiqi gözlənilmədən tətbiqinə başlanılıb: "Oktyabrın 10-da üç polis məmuru erməni ordusuna "təhdid" sayılan məqaləni dərc etdiyinə görə KİV qurumlarından birinin redaksiyasına gələrək 700.000 AMD (1200 €) cərimə kəsib".

Bu təhdid və qorxu xofu altında Ermənistan KİV-i yalnız yalan məlumatlar yayıb, Ermənistan cəmiyyətini yalançı qələbə ovqatına kökləyib. Bu baxımdan 10 noyabr bəyanatı, Rusiya Federasiyası və Azərbaycan Prezidentləri, o cümlədən Ermənistan baş naziri arasında imzalanmış sənəd (hansı ki, mahiyyətcə Ermənistanın kapitulyasiyasını ehtiva edir) Ermənistanda şok effekti yaradıb. İndi Ermənistan cəmiyyəti yalan yazanlardan, yalan danışanlardan və onları yalan yazmağa məcbur edənlərdən hesab sorur, bunun fonunda böhran yaranır.

Azərbaycan-İran sərhədləri sülh və dostluq sərhədinə çevrilib - İran səfiriAzərbaycan və İran sərhədləri əbədi olaraq sülh və dostluq sərhədinə çevrilib.

Avrasiya.net-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün "Twitter" səhifəsində yazıb.

S.A.Musəvinin sözlərinə görə, buna səbəb iki ölkə arasında birgə tarixi, mədəni və dini ortaq cəhətlərin mövcud olmasıdır.

İran səfiri, həmçinin Azərbaycan Prezidentinin Cəbrayıl rayonuna səfəri ilə əlaqədar çəkilən videonu və dostluq sərhədi həştəqini paylaşıb.

Bu şəxslər birbaşa zabit heyətinə keçiriləcəklər - Prezident fərman imzaladıDövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətində zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan vətəndaşlar birbaşa kadr zabit heyətinə keçiriləcəklər.

Avrasiya.net-in məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Fərmanda dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.
Prezident Şuşa ilə bağlı 50 milyon ayırdı: 1 fərman, 1 sərəncamPrezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 27 oktyabr tarixli 191-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 27 oktyabr tarixli 191-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847; 2020, № 7, maddə 878) 5.13-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.14-cü bənd əlavə edilsin:

“5.14. həmin Qanunun 36-cı maddəsinin “Qeyd” hissəsində və 37.1.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan

Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 27 oktyabr tarixli 191-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. Ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (əlli) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Türkiyə parlamenti təsdiqlədi: Azərbaycana əsgər göndərilirTürkiyə Böyük Millət Məclisi Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə qərar bu gün keçirilən iclasda qəbul edilib.

Qanun layihəsinə əsasən, türk hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

Paris merinin erməni sevgisiElçin Mirzəbəyli

“Böyük bacı”nın paytaxtı “kiçik bacı”nın “nigahdankənar övladını tanımağa” hazırlaşır

26 ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Ermənistanın və erməni diasporunun maraqlarını qoruyan Fransa Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktı ilə heç cür barışa bilmir.

Ermənistanın hərbi təxribatına qarşı Azərbaycanın başlatdığı əks-hücum, sülhə məcburetmə əməliyyatlarının ilk günlərindən başlayaraq, rəsmi Bakının ünvanına ağlasığmaz ittihamlar səsləndirən, Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə verdiyi səsi, atdığı imzanı görməzdən gələrək işğalçıya açıq-aşkar dəstək verən Fransa, bununla da bir dövlət olaraq imzasına, üzərinə götürdüyü öhdəliklərə hörmət bəsləmədiyini, məsuliyyətsizliyini nümayiş etdirdi.

Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları bəyanatla rəsmi Yerevan məğlubiyyətini etiraf etsə də, reallıqla barışsa da, işğalçının “böyük bacısı” mövcud vəziyyətlə, problemin birdəfəlik həlli ilə barışmaq istəmir. Bu səbəbdən də təxribatlarını, qıcıqlandırıcı addımlarını, klassik erməni nağılları üzərində qurulan yalan və böhtanlarını davam etdirir. İndi də ermənilərin sadiq dostu və siyasi nökəri, Paris meri Ann İdalqo əl-ayağa düşüb. Əldə etdiyimiz məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Daha öncə işarə etdiyim kimi, “fətva”nın Fransa hökuməti tərəfindən verildiyi qətiyyən şübhə doğurmur. Paris meri Ann İdalqo açıq ermənipərəst mövqeyi ilə seçilən siyasətçilərdəndir.

Bu ilin mart ayında Fransada keçirilən bələdiyyə seçkilərinin birinci turunda respublikaçı rəqibi Rəşidə Datiyə qalib gələ bilməyən Ann İdalqo ikinci tur ərəfəsində yerli mediaya müsahibəsində ermənilərin dəstəyini qazanmaq üçün Azərbaycanın və Türkiyənin ünvanına ağlasığmaz ittihamlarla çıxış etmişdi.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını dəstəkləyən Ann İdalqo həmin müsahibəsində ölkəmizin beynəlxalq müstəvidə tanınmış ərazilərinin “erməni torpaqlarının bir hissəsi” olduğunu bildirmiş, işğala məruz qalan Azərbaycanı isə “daim təhdid edən silahlanmış qonşu” adlandırmışdı. Ann İdalqo sözügedən müsahibədə ermənilərə vəd verməyi də unutmamışdı və qeyd etmişdi ki, işğalçıların dəstəklənməsi onun beynəlxalq müstəvidəki fəaliyyətinin əsas hissəsini təşkil edəcək.

Bütün bunları nəzərə alıb, Fransa merinin erməni diasporu qarşısında bu il keçirilən seçkilərin ikinci turunda – 28 iyun öncəsi götürdüyü öhdəlikləri yerinə yetirdiyini söyləmək olardı. Amma faktlar Ann İdalqonun Ermənistanla və erməni diasporu ilə münasibətlərinin daha dərinə getdiyindən xəbər verir.
Paris merinin 2015-2018-ci illərdə Parisin meri Anna İdalqo Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşdüyünü, Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak etdiyini və hərtərəfli dəstək göstərdiyini, TUMO-nun Xankəndidə qanunsuz fəaliyyət götərən ofisində olduğunu, Fransa ermənilərinin təşkil etdiyi bütün tədbirlərdə iştirak etdiyini, qondarma erməni soyqırımı ilə bağlı tvitlər paylaşdığını, qondarma soyqırımın 100 illiyində “gözüyaşlı” çıxış etdiyini, Fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızı Anuş Toronyanı özünə müavin götürdüyünü də nəzərə alsaq, mənzərə bütün incəlikləri ilə göz önünə sərgilənir.
İndisə qondarma rejimin “tanınması” ilə bağlı gözlənilən qərarın necə və kimlərin dəstəyi ilə qəbul ediləcəyini yəqinləşdirmək üçün Paris meriyası ilə bağlı bəzi məqamlara nəzər salaq:

Paris həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil. Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şəhər merini və onun 40 müavinini şura seçir. Fransa prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etditi “İrəli Fransa” partiyası isə Şurada geniş şəkildə təmsil olunur.Yəni bu o deməkdir ki, əgər Paris meriyası qondarma rejimin tanınması ilə bağlı qərar qəbul etmək niyyətini gerçəkləşdirmək istəyəcəksə, o zaman məsələni Şuranın müzakirəsinə çıxaracaq. Burada isə Makronun rəhbərlik etdiyi “İrəli Fransa” partiyasının dəstəyini almadan belə bir qərarın qəbul edilməsi mümkün deyil. Yəni bütün hallarda prosesin arxasında şəxsən Emmanuel Makronun dayandığı bird aha hər kəsə bəlli olacaq.

İndisə Paris meriyasının qondarma rejimin tanınması ilə bağlı qəbul edilməsi gözlənilən qərarının “perspektivi” barədə bəzi məqamları incələyək:

Öncə qeyd edim ki, Fransada bələdiyyələrin belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur və əgər Paris meriyası ölkə qanunvericiliyini, rəsmi Parisin qoşulduğu beynəlxalq sənədləri nəzərə almadan, hüquqi əsasları olmayan siyasi avantüraya əl atarsa, o zaman bunun fəsadları çox ağır olacaq. Əvvala, istənilən Fransa məhkəməsi Paris meriyasının qərarının ləğv etməyə məcburdur. Nə üçün? Ona görə ki, belə qərarlar ilk növbədə Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edir. Sözügedən maddəyə əsasən, Fransanın inzibati-ərazi subyektləri xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etmək səlahiyyətinə malik deyillər.

Fransa məhkəmələri də məhz bu konstitusion normanı nəzərə alaraq, daha öncə Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan xeyli sayda qanunsuz “müqavilə”ni ləğv ediblər... Eyni perspektiv Paris meriyasının qəbul ediləcəyi ehtimal olunan qərarını da gözləyir.

Əgər belə bir hadisə baş verərsə, o zaman Paris meriyası ilə yanaşı Emmanuel Makronun partiyası da özünü dünyanın gözü qarşısında növbəti dəfə rüsvay edəcək.
Paris merinin erməni sevgisi
Paris merinin erməni sevgisi
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilibNoyabrın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitə sədri Sadiq Qurbanov tədbir iştirakçılarını torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.

O, bildirib ki, sentyabrın 27-dən başlayan 44 günlük müharibə tamamilə fərqli şəkildə aparılsa da, bütün sahələrdə Prezidentimiz, Ordumuz və xalqımız zəfər çalıb. Sadiq Qurbanov Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Müzəffər ordumuzun bütün şəxsi heyətinə komitə üzvləri adından dərin təşəkkürünü bildirib. Müharibədə şəhid olan əsgər və zabitlərin, həlak olan mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri bugünkü iclasın gündəliyinə iki məsələnin daxil edildiyini deyib və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə (birinci oxunuş) təklif edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Sadiq Qurbanov plastik tullantıların uzun müddət parçalanmamasının, təbiətdə miqdarının ilbəil artmasının, yandırılan zaman toksiki tüstünün asmosferi zəhərləməsinin ətraf mühitə mənfi təsirləri barədə danışıb. Bildirilib ki, qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur. Qeyd edilib ki, qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilib. Sadiq Qurbanov qeyd edib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır. Təklif olunan dəyişikliklər “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Komitə üzvləri Asim Mollazadə, Nəsib Məhəməliyev, Fatma Yıldırım, İltizam Yusifov uzun illər işğal altında qalan və hazırda boşaldılması prosesi həyata keçirilən torpaqlarımızda erməni vandalları tərəfindən törədilən vəhşilikdən, təbiətə və ətraf mühitə vurulan zərərdən, meşə və bitki örtüyünün, heyvanat aləminin qəddarlıqla məhv edilməsindən söz açıblar, müzakirə edilən sənədlərin ətraf mühitin mühafizəsində mühüm rol oynayacağını bildiriblər.

Sonda hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilməsi qərara alınıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib