Paşinyan Qarabağdakı ordunu İrəvana çağırdıErmənistanın Baş naziri Nikol Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Nikol Paşinyan “Facebook” hesabında yazıb.

“Cəbhədəki hərbi qulluqçuların onlarla video materialına (dəstək sözləri ilə - red.) baxdım. Uşaqların dərin düşüncəsinə heyran qaldım. Uşaqlar, siz haqlısınız. Sizi divar dibində ulayanlarla məsələni birdəfəlik həll etmək üçün İrəvanda gözləyirəm”, - deyə N.Paşinyan bildirib.

Çıxışında Ermənistanın baş naziri ilk dəfə hakimlər barədə “divar altında ulayan” ifadəsini səsləndirib. Buna cavab olaraq Ermənistan Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan respublikanın hakimlərini hakim və müxalif dairələrin təzyiqlərinə boyun əyməməyə çağırıb:

“Hazırda əsaslı və qəti cavab veriləcək - “biz divar dibində ulayan hakimlərik, yoxsa vətəninə sadiq vicdanlı peşəkarlarıq”.
Mingəçevirdə intihara cəhdin qarşısı alınıbMingəçevir şəhərində bir nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbət nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Paşinyanın partiyası dağılır: Açıqlaması istefalara səbəb olduErmənistanda baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan tutduğu vəzifədən istefa verib.

Bu barədə “Report” erməni mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, onun istefasına səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın son sözləri olub. Belə ki, Paşinyan “ Nəhayət “divar dibində ulayan”larla bağlı problemləri həll etmək üçün “cəbhə uşaqları”nın Yerevana gəlməsini gözləyirəm” deyə, bildirib.

Sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayan V. Siseryan bildirib ki, Paşinyan müxalifət nümayəndələrini təhdid edir.

Bundan başqa Paşinyanın açıqlamasından sonra iki millət vəkili də istefa verdiyini açıqlayıb. Paşinyanın “Mənim addımım” partiyasından deputat seçilən Qayan Abrahamyan mandatından imtina etdiyini söyləyib.

“Bu günlərdə vəziyyəti bir az yumşaltmaq üçün hər cür səy göstərməyə çalışdım, amma bu andan etibarən Milli Məclisin deputatı kimi fəaliyyətimi tükənmiş hesab edirəm. Çoxsaylı səhvlərə görə üzr istəyirəm” deyə Abrahamyan feysbuk səhifəsində yazıb.

Digər deputat Taqui Tovmasyan da fraksiyadan çıxdığını elan edib:

“Siyasi komandamız bir-birinin ardınca səhv edir. Səhvlərimizi dərk etmək, vəziyyəti dialoqla yumşaltmaq, gərgin vəziyyəti sabitləşdirməyə çalışmaq əvəzinə, dövlətin əsaslarını sarsıdan addımlar atırıq”

Moldovanın yeni prezidenti - FOTOMoldovanın yeni prezidenti bəlli olub.

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin ilkin nəticələrini açıqlayıb.

Seçki bülletenlərinin 95 faizinin hesablamasına görə, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 52,08 faiz səslə qalib gəlib. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 47,92 faiz səs toplaya bilib.

Xatırladaq ki, seçici fəallığı isə 52,72 faiz olub. Ən aktiv seçicilər 56-70 yaş arasında olub.1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54,33 faizi qadın, 45,67 faizi isə kişi seçiciləri olub.
Qarabağda ermənilərlə ruslar arasında atışma olubAğdamda Rusiya sülhməramlıları ilə erməni hərbi qüvvələri arasında atışma baş verdiyi haqda məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu haqda Rusiya Teleqram kanalları yazıb. İddia edilir ki, erməni hərbi birləşmələri təslim olmaqdan və ərazini təhvil verməkdən imtina edirlər.

Bir neçə hərbi birləşmə komandiri baş terrorçu Araik Arutyunyanın iştirakı ilə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla danışıqlar aparır.

Erməni komandirlər şərt irəli sürürlər ki, Paşinyanın imzaladığı kapitulyasiyanı tanımırlar. Onlar Qarabağın “müstəqilliyinin” tanınmasını tələb edirlər. Əks təqdirdə, istənilən ordu ilə döyüşəcəklərini deyirlər
Milli Qəhrəmanımız qəzaya düşübAzərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov avtomobil qəzasına düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Milli Qəhrəmanın oğlu Rəhim Həsənov məlumat verib.

O bildirib ki, Məhəmməd Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində avtomobil qəzası keçirib. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:

"Atamın vəziyyəti olduqca pisdir, günbəgün səhhəti pisləşir. Buradakı xəstəxanada göstərilən tibbi yardım və edilən müayinələr qənaətbəxş deyil. Bizim üçün bir Milli Qəhrəmanı itirmək olduqca çətindir".

R.Həsənov ölkə rəhəbrliyinə müraciət edərək, atasının müalicəsinin Bakı şəhərindəki dövlət və ya özəl xəstəxanaların birində davam etdirilməsinə köməklik göstərilməsini istəyib:

"Gəncə Şəhərində müalicə aldığı xəstəxanadan dedilər ki, təcili tibbi yardım avtomobili ilə reanimasiya şəraitində olan bir xəstənin aparılması təhlükə altındadır. Həkimlərin dediyinə görə bu xəstə xəstəxanadan bu vəziyyətdə çıxarılarsa, həyatını itirə bilər. Onuda qeyd edirəm ki, atamı müayinə edən həkimlərin hər biri diqqətlidir və əllərindən gələn köməkliyi əsirgəmirlər.

Biz ümidvariq ki, Bakı şəhərində fəaliyyət göstərən dövlət və özəl klinikalarda olduqca savadlı və peşəkar həkimlər var. Xahişimiz budur ki, reanimasiyada olan xəstələrin sağlam və təhlükəsiz şəraitdə Bakıya çatdırılmasında köməklik göstərilsin".

Xatırladaq ki, Məhəmməd Həsənov batalyon komandiri və döyüşçü kimi 1992-1993-cü illərdə Goranboy rayonunun Ağcakənd bölgəsinin və keçmiş Ağdərə rayonunun erməni işğalçılarından azad olunmasında böyük rol oynayıb.
Paşinyan arvadına görə erməni generalı qovubMüharibənin ilk günlərindən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Dağlıq Qarabağda idi.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, bunu "İzvestiya" qəzeti redaksiyasının direktorlar şurasının sədri, "Nyus Media" nəşriyyatının baş direktoru və prezidenti Aram Qabrelyanov “Soloviev Live”ın efirində söyləyib.

“Bu qadın ordudan, hərbdən bir şey başa düşürmü? Bütün heyət iclaslarında oturub dinləyirdi. Bir general ona dedi: "Bura baxın, siz qadınsınız, iclası tərk edin, otaqdan çıxın, bizi burda narahat etməyin". Paşinyan oraya zəng vuraraq Artsaxın prezidentinə (Dağlıq Qarabağın qondarma prezidentinə-musavat.com) belə dedi: “Bu generalı qovun. Həyat yoldaşımla kobud danışıb".

Qabrelyanov deyib ki, bu, bir axmaqlıqdır.

Bundan əlavə, Nikol Paşinyan Qarabağdakı hərbi iclasın iştirakçılarına qoşulduqda və Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla keçmiş müdafiə naziri Seyran Ohanyanın orada olduğunu görəndə, görüşün Köçəryan və Ohanyanın “yığıncaqdan kənarlaşdırılmasına” qədər baş tutmayacağını söyləyib. Aram Qabrelyanov, WarGonzo layihəsinin müəllifi, rus jurnalist Semyon Pegovla bağlı başqa bir olay barədə də danışıb.

Nəşriyyatın yazdığına görə, rus jurnalisti Semyon Peqov Robert Köçəryanın Qarabağa gəlişini yazandan 20 dəqiqə sonra Qondarma Dağlıq Qarabağ Prezidentinin mətbuat katibi ona zəng edərək jurnalisti geri göndərdiklərini bəyan ediblər. Buna Peqovun Köçəryanın gəlişinə dair qeydləri səbəb olub.