150 meyiti yığdıq, yüzlərlə meyit meydandadır - AraikŞuşa ətrafından 150 erməni əsgərin meyiti toplanıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Qarabağ terrorçularının rəhbəri Araik Arutyunyan yazıb.

O bildirib ki, minlərlə həyatı xilas etmələrinə baxmayaraq (Bəyanata imza atılmasını nəzərdə tutur – red.), böyük insan və “ərazi itkisinə” uğrayıblar:

“Hələ döyüş meydanlarında yüzlərlə meyit qalmaqdadır”.
Xankəndiyə daha 475 erməni qayıtdı...Ermənilər rus sülhməramlılarının himayəsi altında Xankəndiyə qayıtmağa davam edirlər.

Avrasiya.net xəbər verir ki, bu gün Rusiya Müdafiə Nazirliyi 19 avtobusla daha 475 nəfərin Xankəndiyə gəldiyini bildirib.

Qeyd edək ki, ermənilərin 2 gündür Xankəndiyə qayıtması ilə bağlı məlumatlar yayılır. Ancaq paralel olaraq onların ərzaq çatışmazlığı ilə üzləşdiyi də bildirilir.

Ötən gün Rusiya mediası Xankəndiyə qayıdanların çarək belə tapmadığını əks etdirən görüntülər yaymışdı. Maraqlıdır ki. erməniləri zorla geri qaytaranlar onların nə ilə qidalanacağını, nə iş görəcəyini, harda işləyəcəyini qəti düşünmürlər. Sadəcə, bacardıqca daha çox ermənini Xankəndiyə gətirməyə çalışırlar. Onların qısa müddətdən sonra Azərbaycanın Xankəndi şəhərini tərk edəcəyi isə indidən bəllidir.
Ermənistan mütləq cəzalanmalıdır - Ekspert"İşğalçı Ermənistan tərəfi Azərbayacana vurduğu zərəri hər hansısa bir formada məcburən ödəməlidir".

Bunu Avrasiya.net-ə açıqlamasında QHT sədri, beynəlxalq məsələlər üzrə ekspert Emin Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi 30 ildir ki, Qarabağ münaqişəsinin nəticəsində vurulan humanitar zərərlərlə yanaşı eyni zamanda iqtisadiyyatımıza dəyən zərərlərin də miqyasının böyük olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb:

"Ekspertlər bölgəyə dəyən zərərin miqyasının böyük olduğunu deyiblər. Bütün hesablamalara görə Birinci Qarabağ savaşın dövründə ölkəmizə təxminən 120 milyard dollar zərər dəyib. Nəzərə alsaq ki, Qarabağın ölkəmizin iqtisadi cəhətdən ən potensiallı, o cümlədən çoxşaxəli bölgəsi olması dəymiş zərərin miqdarının daha da artmasına əsas yaradır. Hətta Vətən müharibəsi başlamazdan öncə bizim hesablamalarımıza görə ölkə iqtisadiyyatına 450-460 milyard dollar zərər dəyib. Lakin kənd, rayon və şəhərlərimiz işğaldan azad edildikcə və ordumuz o bölgələrə daxil olduqca mənzərənin dəhşətli olduğunun şahidi olduq. Artıq dəyən zərərinin miqdarının ilkin hesablamalara görə 800 milyard dollar olduğu qeyd edilir. Nəzərə almalıyıq ki, o torpaqlar Azərbaycanın nəzarətində olsaydı bu bölgələr ölkəmizin digər bölgələri kimi iqtisadi inkişaf edəcəkdir. Hesab edirəm ki, hökumətimiz daha dərin araşdırmalar edərək dəqiq olaraq dəymiş zərəri hesablayacaqdır".

Ekspert onu da qeyd edib ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir: "BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur. Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi prosesi həyata keçirilib. Məsələn, Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir".

Mütləq işğalçı Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiya ödəməli olduğunu qeyd edən E.Əliyev bildirib ki, artıq dövlət orqanları hesablamalar aparır. Eyni zamanda aidiyyəti qurumlar beynəlxalq məhkəmələrə müraciət edərək dəyən maddi zərərin ödənilməsi üçün iddia qaldırmağa ciddi şəkildə hazırlaşır: "Ermənistan Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmır, Azərbaycan tarixinə, mədəniyyətinə, ekologiyasına, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurub. Bu prosesə BMT mütəxəssislərini də cəlb etməliyik və Ermənistan mütləq cəzalanmalıdır. İşğalçı Ermənistan tərəfi Azərbayacana vurduğu zərəri hər hansısa bir formada məcburən ödəməlidir".
Bu gün biz nə etməliyik?Vüqar Tofiqli

Ölkəmiz inkişafının çox ciddi bir mərhələsinə qədəm qoyub. Fikrimcə, indiki məqamda bir tərəfdən müharibədə Ali Baş Komandanın sərkərdəliyi, müzəffər ordumuzun qətiyyətli addımları sayəsində qazandığmız qələbəni qeyd etməli, digər tərəfdən işğal altında olmuş ərazilərdə erməni şərəfsizlərin törətdiyi cinayətlər barədə məlumatları toplamalı, həmçinin dəqiqliklə, tələskənliyə yol vermədən, bu şərəfsizlərin maddi-mədəni irsimizə vurduğu ziyanının miqyasını müəyyən etməli, həm də indiki həssas məqamda səbr və təmkin nümayiş etdirməliyik.

Bəli, qarşıda bizi çətin, lakin şərəfli günlər, aylar və xoşbəxt illər gözləyir. Lakin bu günlərin, ayların və xoşbəxt illərin daha şərəfli olması özümüzdən daha çox asılıdır.

İlk olaraq öz xarakterimizdə olan bəzi cəhətlərimizə yenidən baxmalı, təhlil etməli və səhvlərimizdən nəticə çıxarmaqla təkrarlamamalıyıq.

Etiraf etməliyik ki, biz küyə getməyi və bu küy əsasında maraqlı ssenarılər qurmağı çox xoşlayırıq.

Misal olaraq bir məqamı xatırladım. Qonşu kəndin bir tərəfində yolu dönən avtomobilin yan güzgüsü kənd sakinin qoluna dəysədə elə bir ciddi xəsarət almadığı halda, kəndin digər tərəfində artıq hay düşmüşdü ki, avtoqəza nəticəsində bəs Məmmədəli (ad şərtidir) dünyasını dəyişib. Yəni bir an içərisində xəsarət ölümlə bərabər tutulmuşdur. Axşamı, həmin Məmmədəli əli dolu bazarlıq edib evinə gələndə və qonşularını həyətində görəndə təəcüblənir. Və hamı heyrətlə baxir: sən sağsan, bəs deyirdilər maşın vurub? İnsanlarımızda belə fikir formalaşıb ki, maşın vurubsa, demək ancaq ölməliyik, daha başqa variantı ağlımıza nədənsə gətirmirik.

Bəli, bu olmuş hadisə ondan xəbər verir ki, biz real fakta yox, daha çox haya-küyə inanmağa üstünlük veririk.

Biz ilk olaraq məhz bu cəhətimizə aydınlıq gətirməliyik.

***

Son günlər siyasi arenada bir birinin ardınca baş verən hadisələr ondan xəbər verir ki, yeni qədəm qoyduğumuz dövrə nə bir çox məmurlar, nə də bəzi Milli Məclis üzvləri hazır deyillər. Onlar konkert olaraq elektron medianı izləmirlər. Bu pərakəndəlik əslində düşmən dəyirmanına su tökmək kimi qəbul edilməlidir. Bəlkə bir az diqqətli olaq. Özümüzü çoxbilmiş kimi göstərməyək. TV ekranlarında elə cənab Prezidentin çıxışlarına baxsaydıq bütün suallarımıza da aydınlıq gətirə bilərdik. Belə çıxır ki, nə səfirmiz, nə deputatımız, nə də məmurumuz TV-yə baxır. Səhvlərdə məhz elə bundan qaynaqlanır desəm səhv etmərəm.

TV-lər isə məhz bu çoxbilmişləri, söz yığınından başqa bir şey danışmayan erməni kökənli hərbi ekspertləri o cümlədən cəmiyətin sinirə bilmədiyi insanları dəvət etməklə efiri doldurmuş kimi görünürlər.

Zaman o zaman deyil, dostlar. Prezidentin müharibənin 44 günü ərzindəki müsahibələrinə baxın, oxuyun, təhlil edin, hardansa “şparqalka” və ya tezis gözləməyin. Üzərinizdə işləyin. Ayıbdır axı. Vallah belə olmaz.

Nə isə təkrarçılıq olmasın, gəlin dekabrın birinə kimi bir az səbrli olaq...

Ermənilər apara bilmədikləri mal-qaranı bu hala qoydular - VİDEOXəbər verdiyimiz kimi, 25 noyabra qədər Kəlbəcəri tərk etməli olan ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürür, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Onlar bununla belə rayonda ekoloji və kütləvi terrorlar da törədir, bu addımı isə yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün atdıqlarını deyirlər.

Avrasiya.net-in məlumatına görə, sosial şəbəkələrdə erməni vandallığının daha bir görüntüsü yayılıb. Görüntülərdə onların evləri yandırmaqdan əlavə apara bilmədikləri mal-qaranı da kəsdikləri görünür.
Paşinyan Vanetsyanı yenidən həbs etdirirErmənistanın Vətən Partiyasının sədri Artur Vanetsyan yenidən məhkəməyə çağırılıb.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumata görə, Vanetsyanla bağlı məhkəmə 3 saat davam edib və hakim onun saxlanılacağı haqqında qərarı sabah elan edəcəyini bildirib.

Qeyd edək ki, Vanetsyan az öncə həbsdən azad edilmişdi. O, Paşinyana qarşı sui-qəsddə və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur.
Kəlbəcərlilər heç heyiflənməsinlər... - Partiya sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırıb.

- Fuad müəllim, artıq 44 günlük müharibə geridə qaldı. İkinci Qarabağ müharibəsini Azərbaycanın tam qələbəsi kimi hesab etmək olarmı?

- Birmənalı olaraq bu bizim tam qələbəmizdir. Ermənistan ordusunu darmadağın edən Azərbaycanın rəşadətli ordusy 5 şəhər, 4 qəsəbə, 300 kənd və çoxsaylı strateji yüksəklikləri azad etdi. Şuşanı və Xocalının yarısını azad edərək Ermənistanı kapitulyasiyaya məcbur etdik. Onların başqa yolu galmamışdı. Azərbaycan ordusu işğalda olan torpaqları tam azad etdi.

- Fuad müəllim, Rusiya sülhməramlı qüvələrin Xankəndinə gəlməsi cəmiyyətimizdə birmənalı qarşılanmadı.

- Mən burada heç bir problem görmürəm. Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib. Onlar yalnız 5 km-lik kiçik Laçın dəhlizi, Xankəndinə gedən yolda və Xankəndində fəaliyyət göstərəcəklər. Bax bu məqam kimlərisə çaşdıra bilər. Bəzilər fikirləşilər ki, Ermənistan Laçın dəhlizi vasitəsilə öz çirkin əməllərini həyata keçirəcək. Əsla belə olmayacaq. Çünki Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Bu üçtərəfli bəyanatda öz əksini tapıb.

- Ermənilər artıq Kəlbəcəri boşaldırlar. İşğal etdiyi ərazilərdə təbiətə zərər vururlar. Kəlbəcərdə boşaldılan evləri yandırıb gediblər...

- Ermənilərin təbiətə zərər vurduqlarını bütün dünya görür. Və yəqin ki, bununla bağlı müvafiq təşkilatlar məşqul olacaqlar. Bu vandalizm, ekoloji terrordur. Buna görə də cavab verəcəklər. O ki, galdı evlərin yandırılması, bu bir daha onların murdar bir millət olduğunu göstərir. Mənim 2005-ci il yadıma düşür. 2005-ci ildə dünya birliyinin təzyiqi altında İsrail dövləti "Fələstinlilərdən birtərəfli ayrılma" planını həyata keçirərkən, bütün yəhudi məskənlərini Qəzza zolağından boşaltdılar. Amma ermənilərdən fərqli olaraq boşaldılan evləri dağıtmadılar, yandırmadılar. Qəzza zolağından çıxarılan iyirmidən çox yəhudi yaşayış məntəqəsinin bütün infrastrukturu, yaşayış binalar yəhudi xalqı tərəfindən xoşməramlı bir jest olaraq fələstinlilərə bağışlanmışdır. Bilirsiz niyə ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırdılar? Çünki o evləri onlar tikməyiblər, onların deyil. O evlərdə azərbaycanlılar yaşayırdı. Amma kəlbəcərlilər heç heyiflənməsinlər. Yaxın bir zamanda onlar üçün yeni evlər tikiləcək və onlar ora köçə biləcəklər.
Ermənistan ombudsmanı: “Paşinyan vətəndaş qarşıdurmasına çağırır”Ermənistanın ombudsmanı Arman Tatoyan ölkənin baş naziri Nikol Paşinyanın son açıqlamasını təhlükəli adlandırıb.

“RİA Novosti” xəbər verir ki, Tatoyan bununla bağlı “Facebook” hesabında fikirlərini bölüşüb.

“Baş nazirin cəbhədəki hərbçilərə etdiyi çağırışı təhlükəlidir. Bu, vətəndaş qarşıdurmasına çağırışdır”, - deyə o bildirib.

Qeyd edək ki, Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.
Suriya XİN rəhbəri öldüSuriyanın xarici işlər naziri və baş nazirin müavini Valid Muallem vəfat edib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı SANA agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

79 yaşlı nazirin ölümünün hansı səbəbdən baş verdiyi açıqlanmır.
Beyini kiçildən, unutqanlıq yaradan səbəblərPiylənmədən əziyyət çəkən insanların beyinində struktur və funksional dəyişikliklər baş verir.

“Report” xəbər verir ki, belə bir iddianı avstraliyalı alimlər irəli sürür. Neyroplastiklik beynin zamanla dəyişən xüsusiyyətidir. Bu qabiliyyət sayəsində beyin, təcrübənin təsiri altında yeni sinir əlaqələri qura bilər, başqa sözlə öyrənə bilər.

Tədqiqatlar göstərir ki, ciddi piylənməsi olan insanların beyin quruluşu dəyişir, bu da öyrənmə və yaddaş problemlərinə səbəb olur.

Digər tərəfdən qarın bölgəsində piylənmə olan şəxslər beyin xəstəlikləri baxımından risk altındadırlar. Yaşlanma, şəkər qəbulu, yanlış qidalanma, piylənmə, siqaret, alkoqol beyini kiçildən amillərdən sayılır.

Bir şəxs nevroloji xəstəliklərə tutulmaması üçün karbohidrat, doymuş yağ, marqarin, şəkər istifadəsini minimuma endirməlidir. Digər tərəfdən kökəlmək nəticəsində hüceyrələrə mənfi yönlü siqnallar gedir və həmin şəxsin hansı nevroloji xəstəliyə uyğunluğu varsa, ona da tutula bilir.