Vilayət Eyvazovdan Xocalıya yeni təyinatDaxili İşlər orqanlarında dəyişiklik olub.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Nemət Məmmədov DYPB-nin rəisi təyin olunub.

Qeyd edək ki, DYPB-nin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə çıxıb.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İB-ə ehtiyac varmı? 1991-cü ildə de-yure ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin de-fakto varlığına və formal sərhədlərinə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu son qoydu.

Axar.az xəbər verir ki, 10 noyabrda imzalanan üçlü Bəyanatda da Qarabağda yaşayan ermənilər üçün hər hansı status nəzərdə tutulmayıb. Bununla bağlı danışan Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev isə mümkün manipulyasiyaları əvvəlcədən darmadağın edərək, “Nə qədər ki mən prezidentəm, heç bir status olmayacaq” deyə qəti mövqeyini ortaya qoydu.

Bu, milli, Azərbaycanın taleyüklü maraqları naminə görülən, böyük siyasi iradə və qətiyyətlə həyata keçirilən işlər isə ölkəmizdə paralel hüquqi-siyasi addımlarla müşayiət olunmalıdır. Bu addımlardan biri də Dağlıq Qarabağın Azərbaycanlı İcması İB-in adı ilə bağlıdır.

Belə ki, “Dağlıq Qarabağ” de-yure və de-fakto mövcud deyilsə, onun azərbaycanlı icması da ola bilməz. Azərbaycan dövlətinin ərazisində “azərbaycanlı icma” anlayışı yalnız hüquqi deyil, siyasi baxımdan da gülməli səslənir.

Digər tərəfdən, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” hazırda siyasi və milli maraqlarımıza qəti uyğun olmamaqla bərabər, qarşı tərəfə də “saman çöpündən yapışmaq” imkanı verə bilər.

Mövzu ilə bağlı sualımıza cavab olaraq Azərbaycan Ədliyyə Nazirliyindən bildirilib ki, İB-in ləğv edilməsi və ya adının dəyişdirilməsi üçün ictimai təşkilat özü müraciət etməlidir. İndiyə qədər isə belə müraciət daxil olmayıb.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” adlı artıq hüquqi müstəvidə mənasını itirən, siyasi baxımdan isə maraqlarımıza uyğun olmayan ictimai birliyin nümayəndəsi Əhməd Mahmudov qeyd edib ki, bu məsələyə yalnız sədr – Tural Gəncəliyev münasibət bildirə bilər.
Reanimasiyalarda yer yoxdur - Radioloq“Sadəcə dəhşətdir! Ölkədə koronavirus xəstəliyi tüğyan edir! Nə qədər deyirsən, nə qədər təbliğat aparırsan, nə qədər maarifləndirirsən, yenə də xeyri yoxdur sanki. Küçələrdə, marketlərdə, qapalı obyektlərdə nə qədər maska geyinməyən, ara məsafəsi gözləməyən, əl ilə hətta öpüşüb görüşən, açıq-aşkar xəstəlik əlamətləri ilə cəmiyyət arasında gəzən insanlar görürük”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, sosial məsuliyyətini dərk etməyən, özünün və digərlərinin sağlamlığını düşünməyən insanlar çox ciddi cəzalandırılmalıdır:

“Maska geyin, maskanı qaydasında taxın! Ara məsafəsi saxlayın! Əllə görüşməyin! Öpüşməyin! Xəstə halda insanlar arasına çıxmayın!

50-dən çox həkim, 100-lərlə tibb işçisi ölüb koronavirusdan! Reanimasiyalarda yer yoxdur artıq xəstə əlindən! Nə qədər şəkərli diabet, ürək-damar, xərçəng xəstəliyi olan yoluxmuş, xəstəliyi ağır keçirən insanlar var! Nə qədər böyrək, qaraciyər transplantasiyası edilən immun sistemi zəifləmiş insanlar var. Onları düşünək heç olmasa! Ən sadə qaydalara əməl etməməyin- qapalı yerlərdə maska geyinməməyin, ara məsafəsi gözləməməyin, xəstə-xəstə insanlar arasında gəzib onları yoluxdurmağın adı nədir? Bu, öz xalqına, millətinə qarşı xəyanətdir! Bunun başqa adı yoxdur!”
Ərdoğan Türk əsgərini Azərbaycana göndərir - SƏNƏD artıq parlamentdə...Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla bağlı sənədi Böyük Millət Məclisinə göndərib.

Avrasiya.net Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur.

Yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisində Ərdoğanın təqdim etdiyi qanun layihəsinə baxılacağı gözlənilir.
Ərdoğan Türk əsgərini Azərbaycana göndərir - SƏNƏD artıq parlamentdə...
Araikin şok yazışması: Şuşanı tamamilə məhv edək…Qarabağ terrorçularının rəhbəri Araik Arutyunyan və erməni generalı Samvel Babayanın Şuşanı tamamilə məhv etməyi planlaşdırdıqları məxfi yazışmaları üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə erməni Yutub kanalı “Lurer” məlumat yayıb.

İki terrorçunun danışıqlarından belə görünür ki, general Babayan Şuşaya raket zərbələri endirrək məhv etməyi vacib sayıb.

Təsəvvür edin, onlar bütün dünyaya xristian kilsəsinə raket mərmisinin düşməsindən danışır, lazım gələndə isə özləri bu qədim Azərbaycan şəhərinin bütün infrastrukturunu məhv etməyə hazır olduqlarını nümayiş etdirirlər.

Yeri gəlmişkən, kilsəyə raket zərbələrinin də erməni tərəfindən endirildiyi sübuta yetirilmişdi.

Həmən o gizli yazışmanı sizə təqdim edirik:

Babayan: Gəlin, döyüş tapşırığını hesablayaq. Otuz "Smerç" atışı ilə Şuşanı yerlə-yeksan edirik. Orada hamını öldürürük. Hər şeyi məhv edirik. Şəhəri geri götürürük.

Arutyunyan: Bundan sonra nə? Müqavimətin gələcək perspektivi çox kədərlidir... Ordunun və mülki əhalinin vəziyyəti müharibə aparmağa imkan vermir. Dağıtdıq Şuşanı, götürdük geri, sonra nə?

Babayan: Bu gün bizim bütün ordumuzun iki "Qrad"ı və mərmisi olmayan on haubitsamız var. Qalan hər şey məhv edilib.
İcra başçısının oğlu işdən çıxarılıb Daxili işlər orqanlarında yeni təyinat olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov vəzifədən azad olunaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi təyin olunub.

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov isə işdən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.

Azərbaycanda 24 yaşlı qadın qardaşını niyə öldürdü? - ŞOK FAKTLAR/TƏFƏRRÜAT4 gün əvvəl Ağdaş rayonunda törədilmiş qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Publika.az-ın məlumatına görə, rayonun Xosrov kəndində 33 yaşlı Umarov Xancan Əmirxan oğlunu bıçaqlayaraq öldürən bacısı, 1996-cı il təvəllüdlü Ülkər Ələkbərova bir neçə ay əvvəl boşanaraq 2 körpə övladı ilə ata evinə qayıdıbmış.

Bildirilir ki, qətlə yetirilən Xancan Umarov da bir neçə il əvvəl həyat yoldaşından boşanıb və azyaşlı övladını görə bilmədiyinə görə tez-tez dava dalaş salırmış. Tədricən psixoloji problemləri artan 33 yaşlı Xancan ailə üzvlərinə, eləcə də ata-anasına qarşı da aqressiv davranmağa başlayıb. Qonşuların bildirdiyinə görə, o tez-tez valideynlərini və evdə olan bacılarını döyürmüş. Ailədəki dava-dalaşa dəfələrlə qonşular müdaxilə edərək Xancanın yaşlı ata-anasını döyməsinə mane olublar.

Hadisənin baş verdiyi günə gəlincə, noyabrın 12-də günorta saatlarında X.Umarov növbəti dəfə evdə dava salıb və bıçaq götürüb. Onun ata-anasına qarşı hərəkətlərinə dözməyən bacısı Ülkər də münaqişəyə qoşulub. Bu zaman 24 yaşlı qadın qardaşının əlindən düşən bıçağı götürərək ona 2 zərbə endirib. Böyrək və qaraciyər nahiyəsindən ağır xəsarət alan X.Umarov daxili qanaxma səbəbindən keçinib.

Ailə üzvləri əvvəlcə Xancanın özü-özünü bıçaqlayaraq intihar etdiyini bildirsə də, sonradan Ü.Ələkbərova əməlini etiraf edib. O, polis tərəfuindən saxlanılıb.

Məlumata görə, Ü.Ələkbərovanın 1 yaşı tamam olmamış südəmər körpəsi də yaxın günlərdə təcridxanada saxlanılan qadına veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda kişi özünü güllələyərək öldürdüBakıda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə noyabrın 15-i saat 16 radələrində Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Əliyev Ramin Alməmməd oğlu kirayə yaşadığı binanın qarşısında özünə məxsus ov silahı ilə atəş açaraq özünü baş nahiyəsindən vuraraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlər təşkil olunubQuba rayonunda Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlərin təşkili” layihəsini icra edir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Pandemiya ilə əlaqədar olaraq karantin şərtlərinə tam qaydada əməl etməklə Quba rayonu və ətraf kəndlərdə 12 təlim keçirilib. Hər bir təlimdə iştirak edən 10 nəfər arasında ara məsafəsi saxlanılıb, iştirakçılar maska və dezinfeksiya məhsulu ilə təmin ediliblər.

Layihə rəhbəri, Əməkdar müəllimə Esmira Rəhimova təlimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun əzəli torpaqlarımızda apardıqları haqq savaşımızda qazandıqları qələbədən, Prezidentimizin “Qarabağ Azərbaycandır!” şüarının xalq birliyinə səbəb olmasından, bütün dünyanın Azərbaycan ordusunun və xalqının gücünə şahid olmasından danışıb. Vətən müharibəsində canından keçərək şəhid olan əsgərlərimizin xatirəsi anılıb.
Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlər təşkil olunub
Təlimlərdə layihə rəhbəri və ekspert qida təhlükəsizliyi sahəsində norma və standartlar, qida məhsullarının norma və standartlara uyğun istehsal olunma və düzgün şəraitdə saxlanma qaydaları haqqında, qaydalara uyğun qidaların alınması ilə qida mənşəli xəstəliklərin azaldılmasına nail olmaq barədə ətraflı məlumat verilib.
Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlər təşkil olunub
Qeyd edək ki, təlimlərdə iştirakçılara layihə çərçivəsində nəşr etdirilmiş qida zəhərlənmələrinin qarşısının alınması və qida təhlükəsizliyi haqqında maarifləndirici bukletlər, sertifikatlar və dəftərxana ləvazimatları təqdim edilib.


Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ döyüşləri ilə bağlı geniş açıqlama verib.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, itkilərin sayının çoxluğundan danışıb.

“Yüzlərlə hərbçimiz itkin düşüb”.

O, Qarabağla bağlı 10 noyabr razılaşmasında dəqiqləşdirilməsinə ehtiyac olan onlarla məqamın olduğunu əlavə edib.